AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə26/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   22   23   24   25   26   27   28   29   ...   144

 

30%-


ə  qədəri  ABŞ-ın  payına  düşür.  1987-ci  ilin  məlumatına  görə 

dünyanın 500 fəaliyyət göstərən nəhəng sənaye kompaniyalarının 183-ü 

ABŞ-ın, 97-si Yaponiyanın, 52-si İngiltərənin, 36-sı Almaniyanın, 27-si 

Fransanın, 16-sı Kanadanın və  13-ü İsveçrənin payına düşürdü. 

Dünya 

iqtisadiyyatının 



inkişafında, 

istehsalların 

beynəlmiləlləşməsində,  kapitalın  səmərəli  dövr  etməsində,  beynəlxalq 

miqyasda  elmi  və  texniki  nailiyyətlərin  istehsala  kompleks  tətbiq 

edilməsində,  iş  yerlərinin  yaradılmasında,  iqtisadi  inteqrasiya 

proseslərinin güclənməsində və sairə bu cür texniki, texnoloji, təşkilati 

iqtisadi  və  sosial  məsələlərin  həll  edilməsindən  TMK-nın  rolu 

böyükdür. 

            TMK-

nın  bir  mühüm  cəhəti  də    vardır.  Onlar  nəyin 

bahasına  olursa-olsun mənfəət (təmiz mənfəət) əldə etməyə yox, nəyin 

bahasına  olursa-olsun  istehsalın  və  xidmətlərin  həcminin  artırılmasına 

çalışırlar və bu yolla da, həqiqətən, mütəmadi olaraq çoxlu mənfəət əldə 

edirlər.  Bir  fıkir  verin:  ABŞ-ın  "Ceneral  motoros"  avtomobil 

korporasiyası 1988-ci ildə 4,9 milyard dollar təmiz mənfəət əldə etməyə 

nail  olmuşdur. Bəs dünya iqtisadiyyatının "qazancı" nə olmuşdu? 4,9 

milyard  dollar  təmiz  mənfəət  əldə  edən  korporasiya  121,1  milyard 

dollarlıq avtomobil məhsulu istehsal edib sata bilmişdir.... 

Həcmdən  qazanmaq,  məhsulun  keyfıyyətini  yüksəltmək,  çevik 

idarəetmə sistemi yaratmaq, elmin, texnikanın, texnologiyanın inkişafını 

sürətləndirmək,  istehsalın  elm  tutumluluğunu  durmadan  yüksəltmək 

TMK-


nın başlıca iş üsullarındandır. Bütün bunların fonunda satışa görə 

rentabellik  demək  olar  ki,  bütün  transmilli  korporasiyalarda    çox 

aşağıdır.  Məsələn,  baxılan  dövrdə  "Ceneral  motors»  korporasiyasının 

rentabelliyi  satış  həcminə  görə  cəmi  4|  faizdən  bir  qədər  çox  (4,05) 

təşkil etmişdir (çədvəl 4). 

Cavan  və  inkişafda  olan  dövlətlərdə  TMK-nın  yaratdıqları 

müəssisələrdə 1985-ci ildə 6,3 milyon nəfər işçinin işlədiyi göstərilir. 

 

  

      

Cədvəl 4. 

 

TMK-



nın satış həcmi və təmiz mənfəəti (1988) 

 



 

Adı 


Əsas    

fəaliyyət sahəsi 

Satı

s  həcmi 



(mlrd. 

dol.) 


Təmiz mənfəət 

 

 



 

 

 



 

Mlrd. dol. 

Satışa 

görə 


%-

lə 


"Ceneral     

motors" 


ABŞ 

avtomobil  121,1 

4,9 

4,05 


"Ekson" ABŞ 

neft 


79,6 

5,3 


6,6 

"Royyal    dat-

Şell” Böyük     

Britaniya, 

Niderland 

neft 


78,4 

5,2 


6,6 

"Toyota", 

Yaponiya 

avtomobil  50.8 

2,3 

4.5 


"Mobiloyl" 

ABŞ 


neft 

48,2 


2,1 

6,8 


"Britiş    

petrolium" Böyük 

Britaniya 

neft 


46,2 

2,2 


4,7 

"Daymler-Vepts" 

AFR 

avtomobil  41,8 



1,0 

2,4 


"Folksvagen   

verk" AFR 

avtomobil 

33,7 


0,4 

1,2 


"Nissan       

motor" Yaponiya 

Avtomabil 

29.1 


0,5 

1,7 


"Samson"    

Cənubi Koreya 

elektronika 

37,4 


0,5 

1,8 



 

"Nestle" 

İsveçrə  ərzaq (yeyinti)  27,8 

1,4 


5,0    

 

Bu 



İspaniya  kimi  bir  ölkədəki  fəhlələrin  sayından  da  çoxdur. 

İsveçrənin "Nestle" kimi ərzaq (yeyinti) korporasiyasının müəssisələri, 

fili

alları  və  qız  filialları  bütün  qitələrin  65  ölkəsində  fəaliyyət 



göstərirlər.  292  müəssisəsi  olan  bu  monopolist  dünyanın  43  ölkəsində 

süd  məhsulları,  31-də  kofe,  30-da  какао  və  şokolad,  20-də  uşaq  süd 

yeməyi istehsal edir. Kompaniyada çalışan 163 min nəfərin cəmi 4,3% 

İsveçrənin  öz  payına  düşür.  Qalan  95,7%-i  xarici  ölkələrdə  fəaliyyət 

göstərirlər. 1988-ci ildə korporasiyanın təmiz 



 

 

mənfəəti 1425 milyon dollar təşkil etmişdir. Rentabellik isə cəmi 

5,0% olmuşdur. Göründüyü kimi TMK-lar həm özləri yaxşı qazanırlar, 

həm dünya iqtisadiyyatının inkişafına səbəb olurlar və həm də  əhalini 

nisbətən  ucuz  əmtəə  və  xidmətlərlə  təmin  edirlər.  Lakin  mahiyyətcə 

onlar  sovet  dövrünün  şüarları  ilə  desək,  əsl  kapitalistlərdirlər  və  ilk 

növbədə,  onlar  öz  maraqlarını,  fırmanın  maraqlarını  qoruyurlar  və 

özlərinə  xidmət  edirlər.  Lakin  nəticəsi  dünya  iqtisadiyyatının  və 

əhalinin  xeyrinədir.  Bu  paradoksdur.  Onun  izahını,  mahiyyətini  isə 

dünyanın  ən  məşhur  iqtisadçılarından  olan  Adam  Smit  vermis  və 

açmışdır: "Satış üçün məhsul istehsal edən hər hansı bir adam (sahibkar) 

yalnız öz şəxsi marağını güdür, xüsusi mənfəətindən çıxış edir. Lakin bu 

zaman o, "gözəgörünməz əl" vasitəsi ilə öz məqsədinə tamamilə dəxli 

olmayan  məqsədə  doğru  yönəldilir,  yəni  bəzən  özü  də  bilmədən  daha 

əməli surətdə cəmiyyətin mənafeyinə xidmət etmiş olur". 

TMK-


lar  həm  sayca  və  həm  də  istehsalın  həcmi  baxımından 

sürətlə  inkişaf  etməkdə  davam  edirlər.  BMT-nın  tədqiqatçıları  hesab 

edirlər ki, bu gün 35 minə qədər TMK fəaliyyət göstərir. Müqayisə üçün 

göstərək ki, 1939-cu ildə onların sayı cəmi 30-a bərabər idi. İndi TMK-

də birbaşa xarici kapital qoyuluşunun 90%-nə nəzarət edirlər. 

 

 



3.2. TMK-

ın hərəkərverici qüvvələri 

 

Beynəlxalq iqtisadi əlaqələr inkişaf etdikcə təsərrüfatçılığın  yeni 



strukruru  kimi  meydana  çıxan  TMK-lar  özlərində  beynəlxalq  biznesi 

cəmləşdirirlər.  Adətən,  TMK  deyəndə,  biz  çox  nəhəng  monopolist bir 

strukrur başa düşürük. Əvvəllər bu belə də var idi. Läkin müasir dövrdə 

vəziyyət dəyişmişdir. İndi müxtəlif ölçüdə kiçik, orta, iri, nəhəng TMK-

lar fəaliyyət göstərir. Lakin onların  hamısının oxşar əlamətləri vardır. 

Onlar bir qayda olaraq səmərəli fəaliyyət  göstərirlər və müvəffəqiyyət 

qazanırlar. Bəs bunların hərəkətverici qüvvələri hansılardır? İlk növbədə 

bura kompaniyalarla dövlətin sıx əməkdaşlığını aid etmək lazımdı. Bu 

əməkdaşlığın      əsasında      qarşılıqlı      maraqların      reallaşdırlması, 

dövlətin  güclü  maliyyə,  diplomatik,  siyasi,  hərbi  qüvvəsi  durur.  Öz 

növbəsində  TMK-lar  öz  işlərinə  yaradıcı,  elmtutumlu  münasibət 



Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə