İslam memarlığı v
ə inşaat
dini abidələri bərpa etmiş və yenilərini
layihələndirib, tikmişlər.
Bibiheybət piri, Nardaran piri, Mirmövsüm
ağanın ziyarətgahı və digər möhtəşəm məscid və
abidələr tikilmişdir. Bunları qəlbində Allah eşqi,
Peyğəmbər məhəbbəti, imam sevinci olan
azərbaycanlı memar və ustalar tikmişlər.
Rus memarı V.S.Yeqorov yazmışdır:
“Azərbaycan memarlarının yaradıcılıq fəallığı
çox yüksəkdir, onların böyük məharəti
sevindiricidir”.
Kitabın həcminin məhdudluğu minlərlə
memar və ustaların adlarını çəkməyə imkan
vermir. Çalışmışıq ki, 7-20-ci əsrləri əhatə edən
dövrdə çalışmış memar və ustaların bir neçəsinin
adını çəkək və onların İslam memarlığı və inşaat
mədəniyyətinə göstərdikləri xidmətləri qeyd edək.
Məhəmməd Əbubəkr oğlu – 11-ci əsr
Azərbaycan
memarı. Bakının İçəri şəhər
hissəsində yerləşən Sınıqqala məscidinin (1078)
memarıdır. Məscidin şimal divarındakı kitabədə
kompleksin tikilmə tarixi və memarın adı
yazılmışdır. Məscid əvvəllər memarın adı ilə
“Məhəmməd məscidi” adlanmışdır.
Əhməd Məhəmməd oğlu – 12-ci əsr Azər-
baycan memarı. Cənubi Azərbaycanın Marağa şə-
hərində Göy günbəz türbəsinin memarı olmuşdur.
Türbə səkkizbucaqlı, qülləvari olmaqla gövdəsi
kərpicdən, kürsülüyü daşdan inşa edilmişdir. Göy
günbəz kompozisiyasında Möminə xatın türbəsi-
nin təsiri duyulur. Səthlərini və dairəvi çıxıntılarını
bəzəyən göy keramikdən istifadə edildiyi üçün
abidə Göy günbəz adlandırılmışdır.
Usman Fəxrəd-Din Əhməd əl-Maraği əl-
Əmin – 13-cü əsr Azərbaycan memarı. Marağa
rəsədxanasının memarı.
Məsud Davud oğlu – 12-ci əsr Azərbaycan
memarı, Şirvan-Abşeron memarlıq məktəbinin
nümayəndəsi. Bakıdakı Qız qalasının memarı
olması ehtimal edilir. Qalanın kufi xətti ilə
yazılmış daş kitabəsində Məsud Davud oğlunun
adı qalmışdır (Qübbə Məsud bin Davud).
Əbdülməsud oğlu – 13-cü əsr Azərbaycan
memarı. Ehtimala görə Bakıdakı Qız qalasının
memarının nəvəsidir (oğlunun oğludur). Əsərlə-
rindən yalnız Mərdəkandakı qəsr (1232) qalmış-
dır. Qəsrin daxili bürcünün üzərindəki kitabədə
Əbdülməcid Məsud oğlunun adı (Memar bin
Əbdülməsud) həkk edilmişdir.
Mahmud Sə’d oğlu – 13-cü əsrin II yarısı –
14-cü əsrin əvvəllərində yaşamış Azərbaycan
memarı. Bakıdakı Bibiheybət məscidinin minarə-
sini (1301), Nardarandakı qəsrin (1301) və Bakı-
nın İçəri şəhərindəki Molla Əhməd məscidinin
müəllifidir. Bibiheybət məscidinin minarəsi
Şirvan-Abşeron memarlıq məktəbinin ən yaxşı
nümunələrindəndir.
Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani –
14-cü əsr Azərbaycan memarı. Bərdə türbəsinin
(1322) memarıdır. Bu türbə çoxrəngli kəsmə
mozaikadan quraşdırılmışdır, zəngin ornamentlə
bəzədilmiş iki baştağı onun sadə və aydın kom-
pozisiyasını dolğunlaşdırır. Abidənin bütün səthi,
üzərində firuzəyi kaşı çəkilmiş kərpiclə naxışlan-
mışdır. Bu cür orijinal hörgünün kərpic naxışların-
da “Allah” sözü mütənasib surətdə təkrarlanır.
Tacəddin Əlişah Təbrizi – 14-cü əsr
Azərbaycan memarı. Elxani hökmdarı Ölcaytu
Məhəmməd Xudabəndənin vəziri olmuş Tacəddin
Əlişah Təbrizdəki Əlişah məscidinin (1310-20-ci
illər) layihələndiricisi və memarı olmuşdur.
Binanın inşasında bişmiş kərpiclə yanaşı
qiymətli tikinti materiallarından – döşəmə və
divarlarında mərmərdən, kaşıdan, bəzəklərində isə
hətta qızıl və gümüşdən də istifadə edilmişdir.
Usta Fəxxar Zeynəddin Şəms Təbrizi – 14-
cü əsr Azərbaycan memarı. Səmərqənddə orta
əsrlərə aid Şahi Zində nadir memarlıq abidə
kompleksinə daxil olan Şadi-Mülk əkə türbəsinin
(1372) kitabəsində Usta Zeynəddin Şəms
Təbrizinin adı qalmışdır.
Yusif ibn Zahir – 15-ci əsr Azərbaycan
memarı. Onun işlərindən yalnız Qəbələ
rayonunun Həzrə kəndindəki Şeyx Bədrəddin
türbəsi (1446) qalmışdır. Abidənin yuxarı
hissəsindəki kitabədə memarın adı (Yusif bin
Ustad Zahir) həkk edilməsi onun tanınmış
sənətkar olduğunu göstərir.
Memar Əli – 15-ci əsr Azərbaycan memarı
olmaqla Bakıdakı Şirvanşahlar ansamblına daxil
olan türbənin (1435) müəllifidir. Onun adı türbə-
nin timpanlarında yerləşən medalyonların içərisin-
də, daş üzərində həkk edilmişdir. Memarın adı hər
medalyonda iki dəfə – sağdan sola və güzgüdən
əks olunmuş kimi soldan sağa təkrarlanır və
orijinal ornament kompozisiyası əmələ gətirir.
Xoca Əli Hafiz Təbrizi – 15-ci əsr Azər-
baycan memarı. Heratda İçqalanın (15-ci əsr),
Cümə məscidinin (1201) 14-cü əsr zəlzələsindən
sonrakı memarı (1498-1500) olmuşdur. Şəhərin
yaxınlığındakı Gövhərşad məscidi və möhtəşəm
İslam memarlığı v
ə inşaat
29
Müsəlla ansamblının (1417-38) tikintisində də
memar iştirak etmişdir.
Xacə Əli Kücəçi – 15-ci əsr Azərbaycan
memarı. Təbrizdəki Göy məscidin (Cahanşah
məscidinin) və onun mərkəzi tikilisi – Qaraqoyun-
lu hökmdarına həsr olunmuş Müzəffəriyyə kom-
pleksinin məhz Xacə Əli Kücəçi tərəfindən tikildi-
yi ehtimal edilir. Məscidin kitabələrini Nemətulla
Bəvvab (bəzi mənbələrə görə o, həm də Göy
məscidin memarıdır) işləmişdir. Göy məscid
kvadrat şəkilli olmaqla bişmiş kərpicdən inşa edil-
mişdir. Məscidin rumi və islami ornamentli zəngin
naxışları, kaşı və oyma bəzəkləri onun quruluşu ilə
üzvi əlaqələndirilmiş kitabələri nəstəqil, kufi, süls
və rutə xətlərilə işlənmişdir. Ümumi koloritində
göy rəng üstün olduğu üçün “Göy məscid” adla-
nıb. Bu məscid “İslamın firuzəsi” də adlandırıl-
mışdır.
Şirazi Qəvaməddin – 15-ci əsr Azərbaycan
memarı. Heratda Xoca Ənsari türbəsinin (1425-
28/29) və digər abidələrin memarı olmuşdur.
Əbdülbaği Təbrizi (?-1629) – Azərbaycan
memarı. İsfahanda anadan olmuşdur. Təbriz, Bağ-
dad və İsfahanda işləmişdir. Elm və sənətin müx-
təlif sahələrində şöhrət qazandığına görə “Danış-
mənd” (alim) təxəllüsü almışdır. O, İsfahanda bir
sıra məscidin (Əlirza Təbrizi ilə birgə) kitabələrini
işləmişdir.
Əmirşah Vəliyənkuhi – 16-cı əsr Azərbay-
can memarı, Təbriz memarlıq məktəbinin nüma-
yəndəsi. Vəliyənkuhi məhəlləsində doğulmuşdur.
Bakıdakı Şirvanşahlar sarayı ansamblında şərq
darvazasının daşdan oyma baştağını (1584)
yaratmış, abidənin üzərindəki kitabədə öz adını
həkk etmişdir.
Əsir Əli Əcəm Əli (?-1537) – Azərbaycan
memarı. Təbrizdə doğulmuşdur. Çaldıran döyü-
şündə (1514) Şah İsmayılın məğlubiyyətindən
sonra I Sultan Səlim Azərbaycanın bir çox
sənətkarı ilə birlikdə Əsir Əlini də Təbrizdən
İstanbula aparmışdır (“Əsir” ləqəbi də bununla
əlaqədardır). Onun klassik türk memarlığının
inkişafında, xüsusilə klassik Osmanlı məscid
tipinin – Sultanlar camesinin formalaşmasında
əhəmiyyətli rolu olmuşdur. Onun İstanbulda tikdi-
yi I Sultan Səlim məscidini türk araşdırıcılardan
Y.Bayatlı memar Sinan üslubunun müjdəsi
saymış, C.Ərsevən isə Əsir Əlini Sinanın ustadı və
klassik türk memarlığının banisi adlandırmışdır.
Ümumiyyətlə, Əsir Əli Azərbaycan memarlıq
tarixində bizə bəlli olan ən məhsuldar memardır.
O, Osmanlı imperiyasının baş memarı olmuşdur.
O, 1515-37-ci illərdə İstanbul, Konya, Əskişəhər,
Çorlu, Təkirdağ, Qəbzə, Trabzon, Halıcılar
(Türkiyə), Sofiya (Bolqarıstan), Sarayevo
(Bosniya və Hersoqovina) və başqa şəhərlərdə
çoxlu bina tikmişdir. Məşhur əsərləri: İstanbuldakı
Topqapı sarayının ikinci baştağı, Sultan Səlim
məscidi (1522), Sofiyadakı Seyfəddin Qazi məsci-
di, Sarayevodakı imarət, kitabxana, məscidlər
kompleksi (1532), Qəbzədəki Çoban Mustafa
məscididir.
Mirək Mirzə Qiyas, Ağa Mirək – 16-cı əsr
Azərbaycan memarı. 1540-cı illərdə Moğol hökm-
darı Humayun şah onu Qəzvindən Hindistana
aparmışdır. Moğol memarlıq məktəbinin forma-
laşmasında mühüm rolu olmuşdur. Əsərlərindən
yalnız Dehlidəki Humayun məqbərəsi (1565) mə-
lumdur. Səfəvilər dövrü Təbriz türbələri üslubun-
da tikilmiş bu monumental abidənin prizma
formalı gövdəsinin ortasında günbəzlə örtülmüş
baraban ucalır. Quruluşunda hind memarlıq mo-
tivlərinin təsiri duyulur. Aqradakı məşhur Tac-
Mahal məqbərəsinin (1630-52) prototipi hesab
olunur.
Məhəmmədağa Mehmet ağa (1540-1620)
– türk memarı. Məşhur memar Sinanın şagirdi
olmuşdur. İstanbul, Ədirnə və başqa şəhərlərdə
çoxlu məscid, karvansara, Ədirnədə Aişə Qadın
karvansarası (1609), memar Hacı Şaban ilə birgə
Tunca çayı üzərində 4-cü körpü (1607-15) və s.
tikmişdir. Ən məşhur əsəri İstanbuldakı Sultan
Əhməd camesidir (Göy came, 1609-16). Memar
hündürlüyü 49 m, günbəzinin diametri 24 m olan
Sultan Əhməd camesinin “klassik” kompozisiya-
sına yeni memarlıq detalları əlavə etmişdir. Özün-
dən əvvəlki iki, yaxud dörd məsciddən fərqli ola-
raq, burada qurulmuş altı minarə abidənin monu-
mentallığını artırır.
Şəmsəddin Şəmaxi – 16-cı əsr Azərbaycan
memarı. Onun bu dövr Azərbaycan memarlığında
öz dəst-xətti vardır. Yaradıcılığında Şirvan-
Abşeron memarlıq məktəbinin ənənələrini davam
etdirmişdir.
Qəbələ rayonundakı Həzrə kəndində yonul-
muş daşdan tikilmiş səkkizbucaqlı Şeyx Mənsur
türbəsi (1570) onun ən maraqlı əsərlərindəndir.
Türbənin kitabəsində memarın – Şəmsəddinin adı
həkk olunmuşdur. Memarın Ağsuda tikdiyi Şeyx
Məzid (Məzyəd) türbəsi (1502) də dövrümüzədək
çatmışdır.