Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə13/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   ...   9   10   11   12   13   14   15   16   ...   38

Geniş,  dəbdəbəli,  divarlarını  sarı  şibyələr  bürümüş,  iki 
mərtəbəli  bir bina  idi.  Lakin bağlı  pərdələr və  tüstüsüz  ba-
calarıyla,  boşaldılmışa  bənzəyirdi.  Sanki  bu  lənətin  ağırlığı 
hələ  üzərində  idi.  Qapını  döydük  və  Holms,  xidmətçidən 
ağasının öldüyü gün geyindiyi çəkmələri və oğulun çəkmə-
lərindən  bir  cütünü  göstərməsini  xahiş  etdi.  Onları  yeddi-
səkkiz dəfə diqqətlə ölçdükdən sonra həyətdən Boskomb gö-
lünə gedən çığıra düşdük. 
Qoxu hiss edəndə, Şerlok Holms sanki başqa adam olar-
dı.  Beyker  küçəsindəki  səssiz filosof  və  məntiq ustasını  gö-
rənlər onu tanımaqda çətinlik çəkərdilər. Üzü  qızarar və tut-
qunlaşardı. İki tünd xəttə çevrilən qaşlarının altından gözləri 
polad  kimi  parlayardı. Başı  aşağı  olar,  çiyinlərini qısar,  do-
daqlarını  bir-birinə  sıxar  və  uzun,  əsəbi  boynunda  damar-
ları bir-bir şişərdi. Burun dəlikləri heyvani bir ov hissiyatı ilə 
böyüyər və ağlı tamamilə qarşısındakı problemə toparlanar-
dı. Belə ki, ona bir sual verildiyində və ya kimsə bir fikir irəli 
sürdüyündə  ya  heç  eşitməz,  ya  da  tez  və  səbirsiz  bir  don-
quldanmaqla cavab verərdi. 
Çəmənliyin    arasında  uzanan  cığırı  sürətlə  və  səssizcə 
keçərək  meşə  tərəfdən Boskomb  gölünə  çatdıq.  Yer  bütün 
bölgədə olduğu kimi nəmli və palçıqlı idi. Həm yol üstündə, 
həm də  yolun  hər  iki  tərəfindəki  çəmənlik  üzərində  çoxlu 
ayaq izi vardı. Holms bəzən yüyürür, bəzən də tərpənmədən 
dayanırdı. Çəmənliyin ətrafında kiçik bir dövrə vurdu. Les-
trade və mən arxasınca gedirdik. 
Lestrade diqqətsiz və qürurlu halda idi amma mən, bü-
tün  hərəkətlərinin  müəyyən  bir  məqsədə  istiqamətli  oldu-
ğunu  bildiyimdən  dostumu  maraqla  izləyirdim.  Seyrək  qa-
mışlıqlarla örtülmüş Boskomb gölü təxminən əlli metr radi-
53
 
 


usda idi və Haserley ferması ilə cənab Turnerin xüsusi par-
kının arasında idi. 
Uzaqda, ağacların arasından, zəngin ərazi sahibinin evi-
nin itiuclu qırmızı qübbələri görünürdü. Gölün Haserley tə-
rəfində ağaclar sıx idi və qamışlıqların əhatələdiyi gölün ət-
rafında, ağacların arasında iyirmi addım genişliyində dar bir 
ərazi uzanırdı. Lestrade, bizə cəsədin tapıldığı nöqtəni gös-
tərdi. 
Yer o qədər yaş idi ki, adamın yıxıldığı yerdə buraxdığı 
izləri  açıq-aydın  görə  bilirdim.  Diqqətli  baxışlarından  anla-
dığım qədəriylə Holms bu əzilmiş çəmənlikdən başqa şeylər 
də oxuyurdu. İy almış it kimi ortalıqda vurnuxurdu. Detek-
tivə dönərək: 
-Gölə baxmısınız? - deyə soruşdu. 
-Bir  dırmıqla  silah  və  ya  başqa  bir  iz  axtardım.  Amma 
sən bunları necə olur da... 
-Şş... İndi buna vaxtım yoxdur! Azacıq  axsayan sol aya-
ğının izləri hər yerdə var. Bir casus belə bunu görə bilərdi. 
Sonra qamışlıqlar arasında itir. Siz bir mal sürüsü kimi gəlib 
ortalıqda vurnuxmadan əvvəl gəlsəydim işim çox daha asan 
olardı.  Gözətçiylə  birlikdə  gələnlərin  izləri  buradadır;  cəsə-
din ətrafındakı iki üç metrlik bir sahədəki izləri itiriblər. Am-
ma burada, eyni ayaqların getdiyi üç ayrı yolun izi var. - Da-
ha yaxşı baxa bilmək üçün böyüdücünü çıxardı və plaşının 
üstünə uzandı. Bütün bu müddət boyunca bizimlə deyil, da-
ha çox öz-özüylə danışırdı. - Bunlar gənc Makkartinin izidir. 
İki  dəfə  gəzərək,  bir  dəfə  də  qaçaraq  keçib;  pəncənin  izləri 
daha dərin olduğu halda dabanların izləri çətinliklə seçilirsə 
deməli qaçıb. Bu, izah etdiyi hekayəyə də uyğun gəlir. Ata-
sının  yerə  uzandığını  görüncə  qaçıb.  Bunlar  da  atanın  irəli 
geri gedərkən buraxdığı izlərdir. Yaxşı bu nədir? Oğulun bir 
54
 
 


an  dayanmış,  səsləri  dinlərkən  yerə  söykədiyi  silahın  qun-
dağı. Yaxşı bu? Ha, ha! Baxın burada nə var! Ayaq ucları! Şiş 
uclu və çox da adət etmədiyimiz çəkmələr! Gəlirlər, gedirlər, 
bir daha gəlirlər... Əlbəttə, plaş üçün. Yaxşı haradan gəlirlər?  
İzi bəzən tapıb, bəzən itirərək, sonunda meşənin sonun-
dakı böyük bir qayın ağacının kölgəsinə çatana qədər qaçıb 
dayandı.  Bir  başından  o  başına  gəzdi  və  bir  daha  üzü  üstə 
yerə  uzanaraq,  sevinclə  çığırdı.  Uzun  bir  müddət  oradaca 
qaldı. Yarpaqları və quru budaqları qaldırır, toza bənzər bə-
zi obyektləri zərfə qoyur və həm yeri, həm də ağacın qabığı-
nı böyüdücü ilə araşdırırdı. Yosunların ortasındakı bir daşı 
götürərək  yaxından baxdı.  Sonra,  bütün  izlərin yox  olduğu 
yola çıxana qədər meşənin arasındakı cığırla getdi. 
-Həqiqətən də çox maraqlı bir hadisə olub, - dedi. 
 Hər zamankı halına geri dönmüşdü. 
-Bu  sağdakı  ev  gözətçinin  evi  olmaldlr.  Gedib  onlarla 
danışmaq  və  ya  heç  olmasa  bir  qeyd  yazıb  qoymaq  istəyi-
rəm. Bunu etdikdən sonra geri dönə bilərik. Siz arabaya tərəf 
gedin, mən bir azdan sizə qatılaram. 
On dəqiqə  içində  arabada  toplanmış,  Rossa  doğru  get-
məyə başlamışdıq. Holms, meşədən götürdüyü daşı hələ də 
əlində saxlayırdı. 
-Bu diqqətini çəkə bilər, - daşı Lestradeyə uzatdı. - Cina-
yət bununla işlənib. 
-Heç bir iz görə bilmirəm. 
-İz yoxdur ki. 
-Yaxşı sən haradan bilirsən o zaman? 
-Altında  otlar  vardı.  Ancaq  bir  neçə  gündür  oradadır. 
Üstündə haradan gəldiyinə dair heç bir işarə yox idi. Yara-
lara da uyğun gəlir. Onsuz da başqa bir silahın izi də yox-
dur. 
55
 
 


-Yaxşı bəs qatil? 
-Uzunboylu, solaxay, sağ ayağı axsayır, qalın altlıqlı ov-
çu çəkmələri və boz rəngli plaş geyinir, hind siqarı çəkir, bir 
müştük istifadə edir və cibində köhnə bir bıçaq gəzdirir. Baş-
qa işarələr də var, amma bu qədəri bəs edər. 
Lestrade güldü: 
-Təəssüf ki, şübhələrim yerindədir, - dedi. - Nəzəriyyə-
lər yaxşıdır, yekəbaş  bir İngilis hakiminə başa salmaq məc-
buriyyətindəyik. 
-“Nous verrons," - deyə cavab verdi Holms sakitcə. - Sən 
öz  üsullarını  istifadə et,  mən də  öz  üsüllarımı. Günortadan 
sonra bir az məşğul olacağam və böyük ehtimalla axşam qa-
tarıyla Londona dönəcəyəm. 
-Məsələni yarımçıq qoyacaqsan? 
-Xeyr, onsuz da tamamlandı. 
-Yaxşı bəs sirr? 
-Çözüldü. 
-Günahkar kimdir o zaman? 
-Bir az əvvəl təsvir etdiyim cənab. 
-Yaxşı, kimdir? 
-Onu tapmaq çətin olmayacaq. Bura o qədər də sıx məs-
kunlaşmış bölgə deyil.  
Lestrade, çiyinlərini çəkdi: 
-Mən  praktik  adamam,  -  dedi,  -  və  qəsəbəyə  gedib  so-
laxay  bir  cənabı  axtarası  deyiləm.  Skotland  Yardda  biyabır 
olaram. 
-Problem deyil, - dedi Holms səssizcə. - Mən sənə fürsət 
verdim. Qaldığın yerə çatdıq. Gülə-gülə. Getmədən əvvəl sə-
nə teleqram vuracam. 
56
 
 


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə