Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə14/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   ...   10   11   12   13   14   15   16   17   ...   38

Lestradeni  düşürüb  otelimizə  getdik.  Günorta  yeməyi 
bizi  gözləyirdi.  Holms,  üzündə  içindən  çıxılmaz  bir  vəziy-
yətə düşmüş kimi ağrı dolu bir ifadə ilə səssizcə oturmuşdu. 
-Qulaq as, Uatson, - dedi, masa yığışdıqdan sonra, - bu 
stulda otur sənə izah edim. Nə edəcəyəmi bilmirəm və töv-
siyənə ehtiyacım var. Bir siqar yandır və dinlə. 
-Lütfən davam et. 
-Bu hadisədə, gənc Makkartinin hekayəsində, mənim le-
hinə  olduğunu  düşündüyüm,  sənin də  əleyhinə  olduğunu 
düşündüyün iki nöqtə vardı. Biri, atanın oğlunu görmədən 
işarə verməsi, digəri də ölmədən əvvəlki son sözləri. Başqa 
şeylər  də  demişdi  amma  oğlu  yalnız  bunları  tuta  bilmişdi. 
İndi, araşdırmamız bu iki nöqtədən yola çıxmalıdır. Gəncin 
söylədiklərinin tamamilə doğru olduğunu fərz edək. 
-Yaxşı bu “Kuuii” səsi haradan çıxdı o zaman? 
-Oğluna  işarə  verə  bilməz.  Onun  Bristolda  olduğunu 
düşünürdü. Yaxınlıqda olması tamamilə təsadüfdür. Bu səsi, 
görüşünə  getdiyi  adamın  diqqətini  çəkmək  üçün  çıxarıb. 
Amma  bu  “Kuuii”səsi  Avstraliyaya  xas  səsdir,  yəni    Avs-
traliyalılar arasında istifadə edilir. O halda, Makkartinin Bos-
komb gölü sahilində görüşəcəyi adamın Avstraliyada yaşa-
mış olması ehtimalı güclüdür. 
-Yaxşı bu “arat” nə deməkdir? 
Şerlok Holms, cibindən solğun bir kağız parçası çıxara-
raq, masanın üzərinə sərdi. Bu Viktoriya koloniyasının xəri-
təsidir, - dedi, - keçən gecə Bristola xəbər göndərdim, ordan 
göndəriblər. Əlini xəritənin bir bölgəsinin üstünə qoydu. Nə 
oxuyursan? 
-“ARAT” , - dedim. 
-Bəs indi, əlini qaldırıb göstərdi. 
-“BALLARAT.” 
57
 
 


-Elədir. Əslində adamın söylədiyi söz bu olub amma oğ-
lu yalnız son iki hecanı eşidə bilib. Qatilin adını deməyə ça-
lışıb. Yəni Ballaratla əlaqədar bir adam. 
-Mükəmməl, - deyə dilləndim. 
-Hər şey aydındır. İndi, gördüyün kimi halqanı olduqca 
daraltdım.  Əgər  oğlun  ifadəsini  doğru  qəbul  etsək,  bir  də 
boz  bir  plaş  var.  Bu  vəziyyətdə  araşdırmamızı,  Ballaratda 
yaşamış boz plaşlı bir avstraliyalıya qədər sadələşdirdik. 
-Elədir. 
-Və bu bölgədən kimsə olmalıdır, çünki gölə ya ferma-
dan, ya da ətrafındakı ərazidən gedilir və bu bölgələrə də xa-
ricilər asanlıqla girə bilmir. 
-Doğrudur. 
-Sonra, bir də bu günkü araşdırmamız var. Ərazini araş-
dırdıqdan sonra o axmaq Lestradeyə də verdiyim bir məlu-
mat vardı. 
-Bəs bu məlumatları necə əldə etdin? 
-Metodumu bilirsən. Detalların müşahidə edilməsi üzə-
rində qurmuşam. 
-Boyunu  addımlarının  hədsiz  uzun  olmasından  təxmin 
etdiyini  bilirəm.  Çəkmələri  də  izlərinə  baxaraq  təxmin edə 
bilərsən. 
-Bəli, qəribə çəkmələrdi. 
-Yaxşı topallığı? 
Sağ ayağının izi həmişə sol ayaqdan az hiss olunurdu. O 
ayağın üzərinə daha az ağırlıq düşürdü. Niyə? Çünki axsa-
yırdı. 
-Bəs solaxaylığı? 
-Həkim  hesabatında  yaralanma  formasını  sən də  oxu-
dun. Zərbə tam arxadan vurulub amma kəllənin sol tərəfinə. 
Belə bir şey solaxay biri tərəfindən edilməyibsə, bəs kim tə-
58
 
 


rəfindən edilə bilər? Qatil, atayla oğul arasındakı mübahisə 
əsnasında orada, ağacın arxasında imiş. Hətta siqar belə çə-
kib.  Tütünlər  haqqındakı  informasiyalarıma  əsaslanaraq, 
tapdığım  külün  bir  hind  siqarına  aid  olduğunu  başa  düş-
düm.  Bu  barədə  bəzi  araşdırmalarım  olduğunu  bilirsən. 
Hətta 140 fərqli tənbəki, siqar və siqaret tütünü haqqında bir 
məqaləm də var. Külü tapdıqdan sonra ətrafa baxdım və yo-
sunların arasında siqarın kötüyünü də tapdım. Rotterdamda 
bükülən hind siqarlarından biri idi. 
-Yaxşı, müştük məsələsi? 
-Kötüyün ağıza dəymədiyini hiss etdim. Demək müştük 
istifadə  edib.  Ucu  dişlənilməmişdi,  kəsilmişdi  və  bu kəsik 
nahamar idi, bu məlumata əsaslanaraq, küt ağızlı bıçağı təx-
min etdim. 
-Holms, dedim, qatilin qaça bilməyəcəyi tor qurmusan. 
Onu asacaq ipi kəsərək, günahsız bir insanın həyatını qurtar-
dın. Bütün bunların işarə etdiyi nöqtəni anlaya bilirəm. Gü-
nahkar... 
Xidmətçi qapını açaraq qonağı təqdim etdi: 
-Cənab Con Turner. 
İçəri girən adam qəribə və maraqlı tip idi. Asta, axsayan 
addımları əldən-ayaqdan düşdüyünü, amma sərt, dərin xətt-
li  üzü  və  yekəpərliyi,  hələ  köhnə  gücünə  sahib  olduğunu 
göstərirdi. Qıvrılmış saqqalı, çallaşmış saçı və gur qaşları gö-
rünüşünə nüfuz  və  əzəmət qazandırırdı.  Amma  üzü  əhəng 
kimi  ağappaq  ağarmışdı,  dodaqları  və  burnunun  ətrafında 
mavi ləkələr  meydana  çıxmışdı.  Ölümcül  bir  xəstəliyin 
pəncəsində olduğunu dərhal, ilk baxışda anladım. 
-Lütfən divana buyurun, - Holms nəzakətlə dəvət etdi. - 
Məktubumu aldınızmı?  
59
 
 


-Bəli,  gözətçi  gətirdi.  Bir  qalmaqalın  qarşısını  almaq 
üçün məni burada görmək istədiyinizi yazmısınız. 
-Əgər  məhkəməyə  bildirsəm,  insanların  qulağına  çata-
cağını düşündüm. 
-Yaxşı  məni niyə  görmək  istədiniz?  -  Sanki  soruşduğu 
sualın cavabı verilmiş kimi, yorğun və ümidsiz gözlərlə ba-
xırdı. 
-Bəli, - dedi Holms, sözlərdən çox baxışlara cavab verə-
rək. - Elədir. Makkarti ilə bağlı hər şeyi bilirəm. 
Yaşlı adam, əlləri ilə üzünü tutdu. 
-Tanrı yardımçım olsun, - dedi. - Amma onsuz da gən-
cin məhv olmasına icazə verməyəcəkdim. Məhkəmə, əleyhi-
nə qərar versəydi ortaya çıxıb hər şeyi izah edəcəkdim. 
-Bunu eşitdiyimə çox məmnun oldum, - Holms ciddiy-
yətlə dedi. 
-Arada sevimli qızım olmasa çoxdan söyləmişdim. Am-
ma həbs olunduğumu eşitsə ürəyi qırılar deyə... 
-Bu nöqtəyə qədər gəlməyə bilər, - dedi Holms. 
-Necə? 
-Mən  rəsmi  dedektiv deyiləm.  Bura  gəlməyimi  qızınız 
istədi və mən onun xeyrinə bu işlə məşğul oluram. Yenə də 
gənc Makkarti azad olunmalıdır. 
-Mən yavaş-yavaş ölürəm, - dedi yaşlı Turner. - İllərdir 
şəkər  xəstəliyinin  pəncəsindəyəm.  Həkimim,  ən  çox  bir  ay 
ömrüm  qaldığını  deyir.  Amma  həbsdə  ölməkdənsə,  öz  da-
mımın altında ölməyi  seçərəm. 
Holms qalxaraq masanın ətrafında oturdu. Əlinə bir qə-
ləm və kağız götürərək: 
-Yalnız həqiqəti izah edin, - dedi. - Mən yazım, siz im-
zalayın və Uatson da şahid olsun. İşlər pis gedərsə, bu etira-
60
 
 


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə