Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə17/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   ...   13   14   15   16   17   18   19   20   ...   38

-Əvvəllər mən də elə düşünürdüm, - deyə qadın cavab 
verdi. - Amma indi baxmadan da hərflərin harda olduğunu 
bilirəm. - Sonra dediklərinin fərqinə vararaq, diksindi. Geniş 
və xoş üzündə qorxuya bənzər çaşqın bir ifadə yarandı. 
-Deyəsən,  mənim  haqqımda  nə  isə  eşitmisiniz,  cənab 
Holms, - deyə çığırdı. - Yoxsa bunları hardan bilirsiniz? 
-Vacib deyil, - Holms gülə-gülə dedi. - Bəzi şeyləri bil-
mək mənim işimdir. Bəlkə də başqalarının gözdən qaçırdıq-
ları şeyləri görə bilməyi öyrəndiyim üçündür. Elə olmasaydı 
niyə mənim yanıma gələsiniz ki? 
-Sizin  yanınıza  gəldim cənab,  çünki  sizi  xanım  Eserec 
tövsiyə etdi. Polis də daxil olmaqla hər kəsin öldü deyə ümi-
dini kəsdiyi  ərini  necə  asanlıqla  tapdığınızı  danışdı  mənə. 
Eh,  cənab  Holms,  ümid  edirəm mənim məsələmi  çözərkən 
də eyni uğuru təkrarlayacaqsınız. Zəngin deyiləm, amma ya-
zı makinası ilə qazandıqlarımdan başqa ildə yüz sterlinq alı-
ram və cənab Hosmer Angelə nə olduğunu öyrənmək üçün 
ondan imtina edərəm. 
 -Niyə  bura  gələrkən  bu  qədər  tələsmisiniz,  -  deyə 
Holms  soruşdu.  Barmaqlarını  birləşdirib,  gözünü  tavana 
dikmişdi. 
Xanım Mari Süserlandın heç nə ifadə etməyən üzünə ye-
nə boş çaşqınlıq çökdü. 
-Bəli,  evdən  çox  tələsik  çıxdım.  Çünki  atam  cənab 
Vindibankın  rahatlığı  məni  hövsələdən  çıxarırdı.  Polisə  və 
ya sizə müraciət etməyi qəbul etmirdi. Heç kəsə zərər dəy-
mədiyini deyərək, nə isə  etmək  istəmədiyi  üçün  dəliyə  dö-
nürdüm. Mən də evdən çıxıb sizin yanınıza gəldim. 
-Atanız hər halda ögeydir, - Holms dedi. - Soyadı fərqli 
olduğu üçün deyirəm. 
69
 
 


-Bəli, ögey atamdır. Məndən sadəcə beş il iki ay böyük 
olmasına baxmayaraq, ona ata deməyimin nə qədər gülünc 
olduğunu bilirəm. 
-Bəs ananız sağdırmı? 
-Aha,  anam  sağdır.  Atamın  ölümündən  qısa  müddət 
keçmiş  evlənməsinə  sevindiyimi  deyə  bilmərəm,  cənab 
Holms, həm də özündən hardasa on beş yaş cavan olan birisi 
ilə. Atam Totenhem Kurt yolunda montaj işi ilə məşğul idi. 
Ölümündən sonra çox yaxşı bir iş miras qoydu. Anam usta-
başı cənab Hardi ilə bir müddət işi davam etdirdi. Amma cə-
nab Vindibank  sexi  satmağa  köməklik  etdi.  Özü  pul  məsə-
ləsində çox bacarıqlı olduğu üçün belə olsa çox yaxşı olaca-
ğına anamı inandırdı. Həqiqətən də hissələr və faizlərin mü-
qabilində toplam 4700 sterlinqə qədər pul aldılar. Atam hə-
yatda olsaydı bu qədər pulu heç vaxt qazana bilməzdi. 
Şerlok  Holmsun  belə  mənasız  və  əhəmiyyətsiz  bir  he-
kayəyə  səbirsiz  davranacağını  gözləyirdim.  Ancaq  əksinə, 
böyük diqqətlə və maraqla dinləyirdi. 
-Sizin kiçik gəliriniz bu işdən gəlir? 
-Yox,  cənab.  O  tamamən  ayrıdır.  Auklanddakı  Ned 
əmimdən qalıb mənə. Hissələr Yeni Zellandiya birjasındadır 
və  4,5  faiz  gəlir  gətirir.  Əsas  məbləğ  iki  min  beş  yüz  ster-
linqdir. Amma yalnız faizini ala bilirəm. 
-Son dərəcə maraqlıdır, - dedi Holms. - İldə yüz sterlinq 
məbləğində bir gəlirlə şübhəsiz ki, gəzib, dolaşıb xoş gün ke-
çirirsiniz. Çünki subay bir xanımın bir ildə 60 sterlinqlə belə 
gül kimi dolana biləcəyinə inanıram. 
-Bundan az olsa da, dolana bilərəm, cənab Holms. Am-
ma təsdiq edərsiniz ki, evdə olduğum müddətdə onlara yük 
olmaq istəmirəm. Ona görə də pulumdan istifadə etmələrinə 
icazə verirəm. Cənab Vindibank faizi alıb, anama verir. Mən 
70
 
 


də yazı makinasından qazandıqlarımla yaxşı dolana bilirəm. 
Səhifəsi iki peni qazanc gətirir və gündə on beş-iyirmi səhifə 
yaza bilirəm. 
-Vəziyyətinizlə bağlı çox aydın məlumat verdiniz, - dedi 
Holms. - Bu dostum doktor Uatsondur. Onun yanında rahat-
ca danışa bilərsiniz. İndi lütfən bizə cənab Hosmer Angellə 
olan münasibətiniz haqqında danışın. 
Xanım Süserlandın üzü qızardı və əsəbi halda pencəyi-
nin kənarları ilə oynamağa başladı. 
-Onunla hava qazı fəhlələrinin balında tanış olduq, dedi. 
Atam  həyatda  olanda  dərnək  daima  bilet  göndərirdi.  Ölü-
mündən  sonra  da  bizi  unutmadılar.  Cənab Vindibank bala 
getməyimizi  istəmirdi.  Heç  yadımdan  çıxmaz,  bir  dəfə  bir 
bazar  günü  məktəbinə  yazılmaq  istədiyimi deyəndə  dəliyə 
dönmüşdü. Amma bu səfər qərarlı idik və gedəcəkdik. Həm 
də nə haqla mane ola bilərdi ki? 
Ordakıların bizə uyğun insanlar olmadığını deyirdi. Əs-
lində isə hamısı atamın dostları idi. Sonra isə mənim geyin-
mək  üçün  uyğun  paltarımın  olmamasını  bəhanə  etməyə 
başladı.  Əslində  isə  hələ  qutusundan  çıxırmadığım  göy 
rəngli  məxmər  paltarım  vardı.  Nəhayət  ki,  heç  nə  edə  bil-
mədiyini başa düşüb, Fransaya getdi. Amma biz; anam, mən 
və köhnə ustabaşımız cənab Hardi bala getdik. Cənab Hos-
mer Angellə orda tanış oldum. 
-Cənab  Vindibank bala getdiyinizi  öyrənəndə  yəqin  ki, 
çox əsəbləşdi, - deyə Holms sual verdi. 
-Yox, qətiyyən pis qarşılamadı. Səhv xatırlamıramsa gül-
dü, çiyinlərini çəkdi və qadına bir şeyi qadağan etməyin heç 
bir işə yaramadığını, qadının yenə bildiyini edəcəyini dedi. 
-Başa düşdüm. Deməli cənab Hosmer Angellə balda ta-
nış oldunuz. 
71
 
 


-Bəli cənab. Onunla o gecə tanış oldum. Ertəsi gün zəng 
edib  sağ-salamat  evə  çatmağımızla  maraqlandı  və  onunla 
görüşdük  –  yəni mən iki dəfə  gəzinti  üçün  onunla  görüş-
düm, cənab Holms. Sonra atam evə qayıtdı və cənab Hosmer 
Angel bizim evə gəlmədi.  
-Eləmi? 
-Başa  düşürsünüz  də,  atamın  belə  şeylərdən  xoşu  gəl-
mir. Əlində imkanı olsa heç kəsin gəlməyinə razı olmaz. Tez-
tez qadının ailə çevrəsində xoşbəxt ola biləcəyini təkrarlayır. 
Əslində isə, anama da hər zaman dediyim kimi, məncə qa-
dın öz çevrəsini yaratmalıdır. Mənim də bir çevrəm olmadı-
ğı üçün... 
-Yaxşı, bəs cənab  Hosmer Angel?  O sizi  görməyə  cəhd 
etmədimi? 
-Atam  bir  həftəlik  Fransaya  gedəcəkdi.  Bununla  bağlı 
cənab  Hosmer  bir  məktub  yazaraq,  atam  gedənə  qədər  gö-
rüşməməyimizin daha yaxşı və etibarlı olacağını dedi. Am-
ma arada yazışa bilirdik və o hər gün yazırdı. Məktubları sə-
hərlər  alırdım  və beləcə  atamın  öyrənməsi  üçün  fürsət qal-
mırdı. 
-O zaman bu cənabla nişanlı idiniz, doğrudurmu? 
-Bəli,  cənab  Holms.  İlk  görüşümüzdən  sonra  nişanlan-
dıq. Hosmer - cənab Angel - Lidenhal küçəsində bir büroda 
xəzinədar işləyirdi...və... 
-Nə bürosu? 
-Ən pisi də budur, cənab Holms, bilmirəm. 
-Bəs harda qaldığını bilirsinizmi? 
-Büroda yatırdı. 
-Və siz ünvanını bilmirsiniz? 
-Xeyr.  Lidenhal  küçəsi  olmasından  başqa heç  nə  bilmi-
rəm. 
72
 
 


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə