-Kim imiş və xanım Suserlandı tərk etməsinin səbəbi nə
olub?
Sual ağzımdan yeni çıxmışdı və Holms hələ cavab ver-
məmişdi ki, əvvəl koridorda ayaq səsləri və sonra da qapının
döyüldüyünü eşitdik.
-Bu, qızın ögey atası cənab Ceyms Vindibank olmalıdır,
- dedi Holms. - Saat altıda gələcəyini yazmışdı. Girin!
İçəri, təraşlı və təmiz üzlü, diqqətə çarpacaq şəkildə
üzündən biclik yağan, son dərəcə iti və nüfuzedici boz göz-
lərə sahib iri bədənli, ortaboylu, otuz yaşlarında bir adam
girdi. Bizə maraqla baxdı, parıldayan şlyapasını bufetin üs-
tünə qoydu və salam verərək, ən yaxın stulda əyləşdi.
-Axşamınız xeyir, cənab Ceyms Vindibank, - dedi
Holms. - Düşünürəm ki, saat altıda görüş dəvətimizi qəbul
edən, makinayla yazılmış bu məktub sizindir.
-Bəli cənab. Bir az gecikdiyim üçün üzr istəyirəm, am-
ma bilirsiniz işdə, öz-özümün ağası deyiləm. Xanım Suser-
land kiçik problemini sizə danışdığı üçün təəssüf edirəm,
çünki “çirkli paltarların”
5
ortaya çıxarılmasından heç xoşum
gəlmir. Bura gəlməsi tamamilə mənim razılığım olmadan
baş tutub. Yəqin siz də başa düşmüsünüz, çox narahat qızdır
və bir mövzuda qərarını vermişsə, onu dayandırmaq asan
deyil. Rəsmi polislə bir əlaqənizin olmadığını bildiyimdən
çox əhəmiyyət vermədimsə də, belə ailəvi bir problemin ya-
yılması heç də xoş deyil. Qaldı ki, tamamilə faydasız bir
cəhddir, çünki bu Hosmer Angeli tapa biləcəyinizə inanmı-
ram.
5
m
əhrəm məsələlərin
81
-Tam əksinə, - Holms astadan dilləndi. - Cənab Hosmer
Angeli tapacağıma inanmağım üçün səbəblərim var.
Cənab Vindibank diksindi və əlcəklərini əlindən saldı:
-Səbirsizliklə eşitmək istəyirəm, - dedi.
-Çox qəribədir ki, - Holms sözə başladı, - bir makinanın
da bir insanın əlyazması kimi özünə xas xüsusiyyətləri var-
dır. Əgər istifadə edilməmiş yazı makinası deyilsə, iki maki-
na eyni ola bilməz. Bəzi hərflər digərlərindən daha çox köh-
nəlir; bəzi hərflərin isə yalnız bir tərəfi köhnəlir. İndi cənab
Vindibank, mənə göndərdiyiniz qeyddə, “e”lərin üstündə
yüngül bir ləkə, “r”lərin quyruğunda kiçik bir qüsur var.
Özünəməxsus on dörd xüsusiyyət də var, amma bu saydıq-
larım ən diqqətə çarpan olanlarıdır.
-Bürodakı bütün yazışmalarımızı bu maşınla etdiyimiz
üçün bir az köhnəlmiş ola bilər, - deyə cavab verdi qonağı-
mız, kiçik, parıldayan gözləriylə Holmsa baxaraq.
-İndi sizə həqiqətən çox maraqlı bir şey göstərəcəyəm
cənab Vindibank, - deyə davam etdi Holms. - Bu günlərdə,
makina və cinayət haqqında kiçik bir məqalə yazmağı düşü-
nürəm. Bir az zaman ayırdığım bir mövzudur. Əlimdə, itkin
adamdan gəldiyi iddia edilən dörd məktub var. Hamısı da
makinayla yazılıb. Hər birində, yalnız “e”lərin üstündəki lə-
kədən və “r”lərin quyruqsuz olmasından başqa, böyüdü-
cümlə baxsanız fərq edə biləcəyiniz eyni on dörd xüsusiyyət
də hiss olunur. Cənab Vindibank, stulundan atıldı və şlyapa-
sını qapdı.
-Belə təxəyyül məhsulu barədə söhbətlərə vaxt itirə bil-
mərəm, cənab Holms. Əgər adamı tuta bilsəniz tutun və nə-
ticəsini mənə də xəbər verin.
82
-Əlbəttə, - Holms dedi, onun arxasına keçib qapını ki-
lidlədikdən sonra. - O halda sizə məlumat verirəm: onu tut-
dum!
-Nə? Harada? - qışqırdı cənab Vindibank. - Üzü dümağ
olmuş, ətrafına tələyə düşmüş siçan kimi baxmağa başlamış-
dı.
-Yox, amma bu işə yaramaz... Həqiqətən yaramaz, - dedi
Holms yumşaqca. -Bundan qurtuluş yolunuz yoxdur cənab
Vindibank. Belə sadə bir problemi həll etməyimin qeyri-
mümkün olduğunu söyləməniz pis davranış idi, çünki hər
şey çox aydındır. Doğrusu budur! Oturun hər şeyi danışaq.
Qonağımız stula çökdü. Üzü qarabasma görmüş kimi
dümağ idi və alnında tər damlaları parlayırdı.
-Amma qanunla...bir şey edə bilməzlər, - deyə kəkələdi.
-Təəssüf ki, dediyiniz doğrudur. Amma aramızda qal-
sın, indiyə qədər qarşılaşdığım ən zalım, eqoist və ürəksiz
hiylə idi, cənab Vindibank. İndi mən hadisələrin gedişatını
izah edim və siz də səhv etsəm mənə kömək edin. - Adam
tamamilə məhv olmuş biri kimi, başını aşağı əyib stula ölü
kimi əyləşdi. Holms, ayaqlarını buxarının küncünə qoydu və
əlləri cibində, arxaya söykənərək danışmağa başladı. Sanki
öz-özünə danışırdı:
-Bir nəfər sırf pulu üçün özündən çox yaşlı bir qadınla
evlənir, - deyə sözə başladı. - Və onlarla yaşadığı müddət ər-
zində, qızının pulunu xərcləməkdən ləzzət alır. Onlarla eyni
səviyyədəki insanlar üçün əhəmiyyətli məbləğ sayıla biləcək
bu pulun yoxluğu, ciddi dəyişikliklərə yol aça bilər. Buna
görə pulu qorumaq üçün hər şeyi gözə alır. Qız xoşniyyətli
amma romantik və istiqanlıdır. Bu şəxsiyyəti və kiçik gəli-
riylə uzun müddət subay qalması çox çətindir. Evlənməli ol-
ması, ildə yüz sterlinqi itirmək deməkdir. Bu vəziyyətdə,
83
ögey atası bunun qarşısını almaq üçün nə edir? Əvvəl onu
evdə saxlayıb yaşıdları ilə yoldaşlıq etməsinə mane olmağa
çalışaraq, ilk addımı atır. Amma sonra bunun axıradək işə
yaramayacağını görür. Onsuz da qız da inadcıllaşmağa və
haqqlarını müdafiə etməyə başlamışdır. Bir bala getmək is-
tədiyini bildirir. Yaxşı, o zaman hiyləgər ögey atası nə edir?
Ürəyindən çox, ağlına batan bir fikir tapır. Arvadının kömə-
yi ilə görkəmini dəyişdirir. İti gözlərini rəngli eynəklərlə,
üzünü bığ və gurbirçəklə, aydın səsini isə pıçıltıyla ört-bas-
dır edir. Qızın əfəlliyindən də istifadə edərək cənab Hosmer
Angelə çevrilir və aşiq rolunu oynayaraq, digər aşiqləri uzaq
tutmağa çalışır.
-Başlanğıcda yalnız bir zarafat idi, - deyə inildədi qona-
ğımız. -Belə ciddi şəkildə yanaşacağını heç düşünməmişdik.
-Doğrudur. Amma görürsənmi, gənc qadın tamamilə
ciddiyə alıb və ögey atasının Fransada olduğuna inandığı
üçün, xəyanət ehtimalı ağlının ucundan belə keçməz. Onsuz
da cənabın davranışları xoşuna gəlib; bir də anasının güclü
şəkildə ifadə etdiyi heyranlığı da hesaba alsaq, bu duyğuları
yaxşıca möhkəmləndirir.
Sonra cənab Angel axtarışa başlayır, çünki qıza olanla-
rın gerçək olduğuna inandıra bilmələri üçün mümkün oldu-
ğu qədər irəli getmələri lazım gəlir. Planlaşdırılan görüşlər
və nişan, qızın duyğularının bir başqasına yönəlməsinin qar-
şısını alacaq. Amma yalanın daimi davam edə bilməyəcəyini
də başa düşürlər. Bu uydurulan Fransa səfərləri əziyyətli ol-
mağa başlayır. Məsələni elə dramatik bir sonluqla yekunlaş-
dırmaq lazım gəlir ki, gənc xanımın düşüncəsində ciddi bir
təsir buraxsın və bir müddət başqalarına baxmasınının qar-
şısını alsın. Kitaba əl basıb sədaqət andı içdirmək və toyun
səhəri baş verə biləcək bəzi hadisələr haqqında söhbətlər də
84
Dostları ilə paylaş: |