Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə19/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   ...   15   16   17   18   19   20   21   22   ...   38

-Olduqca maraqlı bir iş olacaq bu, - deyə sözə başladı. – 
Qızın  özü,  əhəmiyyətsiz  kiçik  problemindən  daha  maraqlı-
dır. Qeydlərimə baxsan, 77-də Andoverdə və keçən il Haqu-
edə bənzər hadisələr olduğunu görərsən. Əslində fikir köhnə 
olmasına baxmayaraq, mənim üçün tamamilə yeni bir neçə 
detal var. Amma qızın özü kifayət qədər məlumat verdi. 
-Mənim görə bilmədiyim bir çox şeyi görmüsən yəqin, - 
dedim. 
-Görmədiyin  deyil, fərq etmədiyin, Uatson. Hara  baxa-
cağını bilmədiyin üçün əhəmiyyətli nöqtələri qaçırdın. Paltar 
qollarının əhəmiyyətini, baş barmaq dırnaqlarının söylədik-
lərini və ya bir ayaqqabı bağının verdiyi məlumatların nə qə-
dər qiymətli olduğunu heç cür izah edə bilmədim sənə. Yax-
şı, qadının görünüşündən sən nələr başa düşdün? Onu mənə 
təsvir et. 
-Hmm,  üstündə  kirəmit  qırmızısı  rəngində  tükü  olan 
qurğuşun rəngli, geniş kənarlı bir şlyapası vardı. Kiçik qara 
bəzəməli, qara muncuqlu bir pencək geyinmişdi. Boynunda 
və qollarında bənövşəyi məxmər parçalar işlənmiş tünd qəh-
və rəngində bir paltarı vardı. Bozumtul əlcəklərinin sağ işarə 
barmağı köhnəlmişdi. Çəkmələrinə baxmadım. Yumru qızıl 
sırğaları vardı. Kobud və rahat görünüşünün altında vəziy-
yətinin yaxşı olduğunu bildirən işarələr vardı.  
Şerlok Holms əllərini yüngülcə çırparaq qaqqıldadı. 
-Məndən  soruşsan  Uatson,  çox  yaxşı  gedirsən. Həqiqə-
tən  yaxşı  müşahidə  etmisən.  Əhəmiyyətli  olanları  gözdən 
qaçırdığın  aydındır,  amma  metodu  tutmusan  və  rənglər 
mövzusunda da olduqca diqqətlisən. Amma ümumi təəssü-
ratlara heç bir zaman güvənmə dostum, həmişə detallara yö-
nəl. Mən bir qadında ilk olaraq paltar qollarına baxıram. Bir 
kişidə isə şalvarın dizlərinə. Sənin də gördüyün kimi bu qa-
77
 
 


dının qollarında  məxmər  vardı,    məxmər izə  düşmək  üçün 
çox  faydalı  bir  vasitədir.  Biləkdən  bir  az  yuxarıdakı  ikiqat 
məxmər, bir makinaçının masaya qolunu söykədiyi yeri gös-
tərir.  Tikiş  maşını  da  bənzər  bir  iz  qoyur,  amma  buradakı-
nın əksinə olaraq iz, sol qolda və baş barmaqda meydana gə-
lir. Sonra üzünə baxanda, burnunun hər iki yanındakı “kə-
pənək” eynək izini görüncə ilk anda söylədiklərim onu çaş-
dırdı. 
-Məni də çaşdırdı. 
-Amma hər şey açıq-aydındır. Sonra çəkmələrinə baxdı-
ğım zaman mən də çaşdım. Çəkmənin bir tayı digərinə bən-
zəmirdi. Birinin üstündəki iplər bəzəkliykən, digərininki sa-
də  idi.  Birinin  beş  düyməsindən  altdakı  ikisi  düymələn-
mişkən, digərinin birinci, üçüncü və beşinci düymələri düy-
mələnmişdi.  O  halda,  yaxşı  geyimli  gənc  bir  qadınla  qarşı-
laşdığında  çəkmələrinin  nə  qədər  qəribə  və  düymələrinin 
necə  tam düymələnməmiş  olduğunu  görsən,  evdən tələsik 
çıxdığını söyləmək çətin olmaz. 
Hər zamankı kimi dostumun bu iti zəkasından təsirlən-
miş bir şəkildə soruşdum: 
-Yaxşı başqa?  
-Belə  baxanda,  evdən  ayrılmadan  əvvəl,  hələ  tamamilə 
paltarını geyinməmiş, nə isə yazdığını fərq etdim. Sağ əlcə-
yinin işarə barmağının köhnəlmiş olduğunu sən də görmüş-
dün,  amma  həm  əlcəkdə,  həm də  barmaqda  bənövşəyi  bir 
mürəkkəb ləkəsi  olduğunu  hər  halda  fərq  etmədin.  Tələsik 
yazarkən  qələmi  mürəkkəbə  çox  batırıb.  Bu,  səhər  olması 
mümkün idi, çünki əks halda iz barmaq üzərində bu qədər 
diqqətə çarpan şəkildə qalmazdı. Bütün bunlardan bəhs et-
mək əyləncəli ola bilər, amma artıq işə qayıtmalıyıq Uatson. 
Cənab Hosmer Angelin elandakı tərifini oxuya bilərsənmi?  
78
 
 


Kiçik qəzet parçasını işığa tutdum. 
"Bu ayın on dördü səhəri Hosmer Angel adlı bir cənab 
itmişdir. Təxminən 1,70 m boyu, güclü bədən quruluşlu,  sol-
ğunüzlü,  qara  saçlı,  gur  qara  birçəkli və  bığlı; rəngli  eynək 
taxır və azacıq nitq qüsurundan əziyyət çəkir. Son dəfə, üs-
tündə qara, ipək qurşaqlı frak, qızıl Albert zənciri, boz Har-
ris  tüvit  şalvar  və  qəhvəyi  rəngli  ketrli  çəkmələr  vardı.  Li-
denhal küçəsində bir büroda işlədiyi bilinir. Görənlərin..." 
-Bu qədəri yetər, - dedi Holms. - Məktublara gəlincə, çox 
adi məktublardır. Balzakdan bir epiqraf xaricində cənab An-
gellə  əlaqədar  heç  bir  ipucu  yoxdur.  Lakin  əhəmiyyətli  bir 
nöqtə var ki, şübhəsiz sənin də diqqətini çəkəcəkdir. 
-Hamısı makinada yazılıb, - deyə fikrimi bildirdim. 
-Yalnız  bu  deyil,  ad-imza  qisimi  də  makinayla  yazılıb.  
Dibdəki kiçik “Hosmer Angel” yazısına bax. Gördüyün kimi 
tarix var, amma Lidenhal küçəsi xaricində ünvan olmaması 
şübhə yaratmır. Lakin bu imza məsələsi qəti bir informasiya 
verir. 
-Nəyin informasiyasını? 
-Sevimli  dostum,  bu  məsələdəki  əhəmiyyəti  görə  bil-
mədiyini demə. 
-Hər  hansı  bir  vəziyyətdə  əleyhinə  istifadə  edilməməsi 
üçün əllə imza atmaqdan çəkinmiş ola bilər. 
-Xeyr,  məqsəd  bu  deyil.  Yenə  də  məsələni  sona  çatdır-
maq üçün iki məktub yazmağım lazımdır. Biri şəhərdəki bir 
şirkətə; digəri də gənc qadının ögey atası cənab Vindibanka; 
sabah axşam saat altıda burada bizi görməyə gəlməsini xahiş 
edən  bir  məktub.  Düşünürəm  ki,  kişi  qohumları  ilə  işimiz 
olacaq. Və Doktor, məktublara cavab gələnə qədər edə bilə-
cəyimiz bir şey olmadığı üçün kiçik problemimizi hələlik bir 
kənara qoya bilərik. 
79
 
 


Dostumun fikir yürütmək gücünə və fövqəladə enerjisi-
nə  inandığım  üçün,  bu  bənzərsiz  hadisəylə  maraqlanarkən 
göstərdiyi qərarlı və rahat davranışının ciddi səbəbləri oldu-
ğunu düşündüm. Yalnız bir dəfə müvəffəqiyyətsizliyə uğra-
dığını  gördüm,  o  da  Bohemiya  Kralı  və  İren  Adlerin  foto-
şəkliylə əlaqədar hadisədə. Lakin əvvəldən qarşılaşdığım ha-
disələri düşünəndə Holmsun həll edə bilmədiyi bir hadisə-
nin həqiqətən də çox qəliz olmalı olduğunu hiss edərəm. 
Onu,  tənbəkisini  tüstülədərkən  qoyub  çıxdım.  Amma 
ertəsi axşam gələndə, xanım Mari Suserlandın itkin sevgili-
sinin şəxsiyyətiylə əlaqədar bütün ipuclarını əldə etmiş ola-
cağına əmin idim. 
O vaxt, işimlə əlaqədar ciddi şəkildə diqqətimi toplamalı 
olduğum  əhəmiyyətli  bir  məsələ  vardı.  Sabahısı  günü  bir 
xəstəmin  yanında  keçirmək məcburiyyətində  qaldım.  An-
caq  saat altıya yaxın işlərimi bitirdim. Bir faytona mindim 
və bir tərəfdən bu kiçik sirrin açılmasının əldən çıxacağından 
qorxaraq, düz Beyker küçəsinə yollandım. İçəri girəndə Şer-
lok Holms təkbaşına oturmuşdu. 
Uzun,  arıq  bədəni  kreslosuna  yayxanmış,  yarı  yuxulu 
bir halda qarşıladı məni. Ətrafdakı şüşələr, təcrübə balonları 
və  xlor  turşusunun  qıcıqlandırıcı  qoxusu,  bütün  gününü  o 
çox xoşladığı kimyəvi təcrübələrlə keçirdiyini göstərirdi. 
-Həll edə bildinmi, - içəri girən kimi soruşdum. 
-Bəli. Barıt bisulfat imiş. 
-Yox, yox hadisəni, - deyə səsimi ucaltdım. 
-Həə,  onu?  Mən də  üzərində  işlədiyim  duzu  soruşdu-
ğunu  düşündüm.  Dünən bəzi  detalların  maraqlı  olduğunu 
söyləmişdim, amma məsələdə sirli heç bir istiqamət yox idi. 
Təəssüf  ki,  yeganə  problem,  günahkarı  cəzalandıracaq  bir 
qanunun olmamasıdır. 
80
 
 


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə