Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə22/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   ...   18   19   20   21   22   23   24   25   ...   38

vaxt təxəyyüldən  üstün  əhvalatlar  meydana  çıxardığın,  de-
diyimi yəqin ki, xatırlayırsan. 
-Hələ də şübhəylə qəbul etdiyim bir nəticədir. 
-Buna  əminəm  Doktor,  lakin  indi  sənə  sayacağım  ger-
çəkləri  eşidincə  bu  qərarından  vaz  keçəcəksən və  mənim 
haqlı olduğumu görəcəksən. Yaxşı. Cənab Cabez Vilson bu 
səhər mənim yanıma gəldi və uzun müddətdir eşitdiyim ən 
qəribə  hekayələrindən  birini  danışmağa  başladı.  Əvvəllər  
belə şeylərin böyük deyil daha çox kiçik cinayətlərdə  görül-
düyünü, hətta bəzən ortalıqda həqiqətən bir cinayət olub-ol-
mamasından  şübhələndiyimi  bilirsən.  İndiyə  danışılanlar-
dan hər hansı bir cinayətin olub olmadığını bu anda demə-
yim  qeyri-mümkündür,  lakin  hadisələrin  gedişatı  çox  ma-
raqlıdır.  Cənab  Vilson,  bəlkə  lütf  edib,  hekayənizi  yenidən 
danışasınız?  Bunu  yalnız  dostum  Doktor  Uatson  da  eşitsin 
deyə deyil, özüm də bu qəribə hekayənin ən incə detallarını 
təkrar gözdən keçirə bilim deyə istəyirəm. Bir qayda olaraq, 
hadisənin  gedişatına  qulaq  asanda  yaddaşımdakı  minlərlə 
bənzər  hadisəni  xatırlayıb,  danışdığınız  hekayəni tamamla-
yıram. Halbuki hazırda dinlədiyim hekayənin bənzərsiz ol-
duğunu qəbul etməliyəm. 
Yekəpər  müştəri,  sanki  bir  az  da  qürurla,  sinəsini  qa-
bartdı və paltosunun cibindən çirkli, əzilmiş bir qəzet çıxar-
dı.  Qəzeti  dizinin  üstünə  qoyub,  başını  önə  əyərək,  reklam 
küncünə baxarkən, mən də dostumun etdiyi kimi, paltardan 
və  ya  görünüşündən  ipucları  tapmaq  üçün  adamı  yaxşıca 
araşdırmağa  başladım.  Araşdırmamdan  ciddi  bir  nəticəyə 
gələ bilmədiyimi etiraf etməliyəm. Qonağımız ortabab bir in-
gilis tacirinin bütün xüsusiyyətlərini göstərirdi: kök, qürurlu 
və  ağırtaxtalı.  Əynində  dama-dama  şalvar  və  önü  düymə-
lənməmiş,  çox  da  təmiz  olmayan  pencək  vardı.  Çirkli  alt 
91
 
 


köynəyinin  altında  boyunbağısına  bağlanmış  metal  medal-
yon  yellənirdi.  Köhnəlmiş  şlyapası  və  məxmər  yaxalı,  sol-
muş,  qəhvəyi  rəngli  paltosu,  yanındakı  stulun  üstündə  idi. 
Parıldayan  qırmızı  başı  və  kədərli,  bədbəxt  üz  ifadəsi  xari-
cində  diqqət  çəkən  heç  nə  yox  idi.  Şerlok  Holms  bir  anlıq 
neylədiyimi fərq edərək, başını buladı və maraqlı baxışlarımı 
görərək gülümsədi: 
-Hörmətli cənabın  bir  zamanlar  qolunun  gücüylə  çalış-
dığı,  burunotu  çəkdiyi,  mason  olduğu,  Çinə  getdiyi  və  son 
zamanlarda  çox  yazı  yazmasından  başqa,  deyə  biləcəyim 
başqa heç nə yoxdur. 
Cənab Cabez Vilson oturduğu yerdən atıldı. Baş barma-
ğı qəzetin üzərində, diqqəti isə Holmsda idi. 
-Tanrı  xatirinə,  cənab Holms,  bütün bunları  necə  bildi-
niz?  Məsələn,  fiziki  işlə  məşğul  olduğumu  necə  anladınız? 
Həqiqətən də  iş  həyatına  bir  gəmi  dülgəri  olaraq  başlamı-
şam.  
-Əllərinizdən,  cənab.  Sağ  əliniz  sol  əlinizdən  çox  bö-
yükdür. Onunla işləmisiniz və əzələləriniz də ona görə inki-
şaf edib. 
-Yaxşı bəs burunotu, bəs masonluq? 
-Birliyinizin  ciddi  qanunlarına  qarşı  çıxmaq  istəmirəm, 
amma sinənizdəki nişan bunu göstərir. 
-Bəli, elədir, necə də yadımdan çıxıb. Bəs yazı? 
-Sağ qolluğunuzda olduqca parlaq yer var və sol qollu-
ğunuz,  söykənməkdən düzləşib. 
-Bəs  Çin? 
-Sağ biləyinizin  üstündəki balıq döyməsi yalnız Çində 
edilir. Döymələr haqqında kiçik araşdırma aparmışdım, hət-
ta araşdırmam bu mövzuyla əlaqədar ədəbiyyata salındı. Ba-
lığın  üzgəcləri  üzərindəki  yüngül  çəhrayılıq  tamamilə  Çinə 
92
 
 


xasdır.  Eyni  zamanda  saatınızın  zəncirində  bir  Çin  sikkəsi  
asıldığını da görəndə hər şey tamamlanmış olur. 
Cənab Cobez Vilson qəhqəhə çəkdi.  
-Əvvəlcə  dahiyanə  bir  şey  etdiyinizi  düşünmüşdüm, 
amma indi görürəm ki, o qədər də ciddi bir şey deyilmiş. 
-Düşünürəm  ki,  bəzi  şeyləri  açıqlamaqla  səhv  edirəm, 
Uatson, - dedi Holms. - Bilirsən, “Ornne ignotum pro magni-
fico”
7
 və  təvazökar  olsam,  tezliklə  kiçik  şöhrətim  sönəcək. 
Nə isə, bizə elanı göstərə bilərsinizmi cənab Vilson? 
-Bəli, onsuz da tapmışdım, - deyə cavab verdi, qalın, qı-
zarmış  barmağını  sütunun  üzərində  tutaraq.  -  Bax  burada-
dır. Hər şey bununla başladı. Özünüz oxuyun cənab. 
Qəzeti götürüb oxumağa başladım: 
“QIRMIZISAÇLILAR  KLUBUNA:  ABŞ.  Pensilvaniya, 
Livanlı İezeki Hopkinsin vəziyyəti və istəyinə uyğun olaraq, 
həftədə 4 sterlinqə işləyə  biləcək bir Klub üzvü axtarılır. Bu 
elan, bədəni və zehni güclü, iyirmi bir yaşından böyük, qır-
mızısaçlı  hər  kəsə  açıqdır.  Müraciətlər,  bazar  ertəsi  saat  on 
birdə, Pops Kurt, Fleet küçəsindəki klub binasında Dunkan 
Rossa şəxsən edilməlidir.” 
Bu qəribə elanı ikinci dəfə oxuduqdan sonra: 
-Bu nə deməkdir, - deyə sözə başladım.  
Holms, kefi yerində olduğu zamanlar etdiyi kimi, otur-
duğu yerdə gülürdü: 
-Bir  az  qəribədir,  eləmi?  İndi,  cənab  Vilson,  bizə  özü-
nüzdən,  ailənizdən və bu elanın həyatınızda yaratdığı dəyi-
şikliklərdən bəhs etməyə başlaya bilərsiniz. Doktor, əvvəl siz 
qəzetə və nəşr olunduğu tarixə bir baxın. 
7
“Bilinməyən hər şey əzəmətlidir.” (Latın atalar sözü. ) 
93
 
 
                                                           


-27  Aprel  1890-cı  il  tarixli    “The  Morning  Chronicle”. 
Düz iki ay əvvəlin qəzetidir. 
-Çox gözəl. Bəli, cənab Vilson. 
-Sizə də danışdığım kimi, cənab Şerlok Holms, - Cabez 
Vilson,  alınını  silərək  dedi,  -  Koburq  meydanında  kiçik  ki-
rayə ofisim var. Çox böyük deyil və son illərdə ancaq dolana 
biləcək qədər qazanıram. Əvvəllər iki köməkçim olardı, am-
ma artıq yalnız bir nəfər var. O da peşəni öyrənmək üçün ya-
rı maaşa razılaşır. 
-Bu gəncin adı nədir, - Şerlok Holms soruşdu. 
-Adı Vinsent Spoldinqdir və əslində o qədər də gənc de-
yil.  Yaşını  müəyyən etmək  çox  çətindir.  Ondan  daha  ağıllı 
köməkçi tapa bilməzdim hər halda. Ona verə bildiyimin iki-
qatını  asanlıqla  qazana  bilər  əslində.  Amma  nəticədə  o  ha-
lından məmnundursa, yadına belə şeyləri niyə salım ki? 
-Həqiqətən də niyə edəsiniz ki? Bazar arabaçasından da-
ha aşağı  bir  maaşa  işləyən bir işçiniz  olduğu  üçün  şanslısı-
nız. İndiki işçilərdə tez-tez rast gəlinən bir şey deyil. Görəsən 
köməkçinizin xüsusiyyətləri izah etdiyiniz qədər yaxşıdırmı? 
-Hə, onun da bəzi qüsurları var təbii ki, - dedi cənab Vil-
son. - Onun kimi fotoşəkil xəstəsi  çətin tapılar. İşdə özünü 
inkişaf  etdirməkdənsə  əlinə  fotoaparat  götürüb  çıxır  və  ya 
şəkillərini  aşkarlamaq  üçün,  dovşanın  dəliyinə girdiyi  kimi 
zirzəmiyə enir və saatlarla çıxmır. Ən böyük qüsuru budur. 
Bundan başqa yaxşı işçidir. İçində qətiyyən pislik yoxdur. 
-Düşünürəm ki, hələ də sizinlə çalışır. 
-Bəli,  cənab.  O  və  hərdənbir  yemək  bişirib  ortalığı  tə-
mizləyən  on  dörd  yaşında  bir  qız  -  evimin  bütün  sakinləri 
bunlardan ibarətdir, çünki dulam və uşağım olmayıb. Üçü-
müz səssiz-sakit yaşayırıq. Heç bir şey etməsək də, başımızı 
soxacaq bir evimiz var və heç olmasa borclarımızı ödəyə bi-
94
 
 


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə