Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə24/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   ...   20   21   22   23   24   25   26   27   ...   38

olaraq itirərsiniz. Vəsiyyətdə bu mövzuda çox açıq-aydın ya-
zılıb. Əks halda şərtlərə uyğun gəlməmiş sayılırsınız. 
-Onsuz da gündə yalnız dörd saatdır, buna görə kənara 
çıxmağı heç düşünmərəm, dedim. Heç bir bəhanə qəbul edil-
mir dedi cənab Dunkan Ross, nə xəstəlik, nə iş, nə də başqa 
bir şey. Həmişə büroda olmalısınız, yoxsa işi unudun. 
-Yaxşı görüləcək iş nədir? 
-“Britannika  Ensiklopediyası”nın  üzünü  köçürmək.  İlk 
cildindən başlayarsınız. Öz mürəkkəbinizi, qələmlərinizi və 
qurutma  kağızınızı  özünüz  gətirirsiniz,  biz  yalnız  bu  ma-
sayla kürsünü veririk. Sabah başlayırsınızmı?' 
-Əlbəttə, - deyə cavab verdim.  
-O halda görüşənədək, cənab Cabez Vilson. Bu işi əldə 
etdiyiniz üçün sizi təbrik edirəm. Məni qapıya qədər ötürdü 
və  biz  köməkçimlə  evə  döndük.  O  qədər  xoşbəxt  idim  ki, 
söyləyəcək söz tapa bilmirdim. Bütün gün bu məsələni dü-
şündüm  və  axşam  yenə  kefim  qaçmışdı,  çünki  hər  şeyin, 
məqsədini anlaya bilmədiyim  bir  saxtakarlıq  olduğunu  dü-
şünməyə başlamışdım. Birinin belə bir vəsiyyət etməsi və ya 
“Britannika Ensiklopediya”sının üzünü köçürmək kimi sadə 
bir şey üçün pul vermələri ağıla, məntiqə sığmırdı. Vinsent 
Spoldinq  məni  sevindirmək  üçün  əlindən  gələni etdi,  lakin 
yatmaq zamanı çatanda bu işdən uzaqlaşmağa qərar vermiş-
dim. 
Ertəsi  səhər,  fərqli  bir  ovqatla  oyandım  və  işə  yenidən 
bir  nəzər  salmağa  qərar  verdim.  Gedib  bir  şüşə  mürəkkəb, 
bir  mürəkkəbli  qələm və  yeddi  səhifə  kağız  alaraq,  Pops 
Kurta  yollandım.  Bir  az  qarışıqlıq  və  zövqlə,  hər  şeyin  ni-
zamlanmış olduğunu gördüm. Masa mənim üçün hazırlan-
mışdı. Cənab Dunkan Ross da işə gəlib gəlmədiyimi yoxla-
maq üçün məni gözləyirdi. “A” hərfindən başlamağımı tap-
99
 
 


şırdı və məni tək buraxdı. Amma ara-sıra hər şeyin yolunda 
gedib-getmədiyini görmək üçün gəlirdi. Saat ikidə mənə xoş 
günlər arzuladı, yazdıqlarımı bəyəndiyini dedi və mən çıx-
dıqdan  sonra  ofisin  qapısını  kilidlədi.  Bu  günlərlə  belə  da-
vam etdi, cənab Holms. Müdir şənbə günü gələrək həftəlik 
dörd sterlinqimi verdi. Ertəsi həftə, ondan sonrakı həftə də 
hər şey eyni idi. Cənab Dunkan Ross yavaş-yavaş yalnız sə-
hərlər gəlməyə, bir müddət sonra da heç gəlməməyə başla-
dı. Buna baxmayaraq, otağı bir an da olsun tərk etməyə cə-
sarət edə bilmədim, çünki nə vaxt gələcəyini bilə bilməzdim, 
iş  mənim  üçün  çox  yaxşı  idi  və  itirmək istəməzdim.  Beləcə 
səkkiz  həftə  işlədim.  Çox  keçmədən  “B”  hərfinə  başlayaca-
ğıma ümid edirdim. Yazdıqlarımla az qala  bir rəfi doldur-
muşdum. Amma sonra birdən bütün iş sona çatdı. 
-Sona çatdı? 
-Bəli cənab.  Həm də  bu  səhər.  Hər  zamankı  kimi  saat 
onda  getdim  amma  qapı  bağlı  və  kilidli  idi.  Üstünə  də  bir 
karton yapışdırılmışdı. Budur, buyurun, özünüz oxuyun. 
Normal kağız böyüklüyündə ağ bir karton idi. Üstündə 
belə yazılmışdı: 
“QIRMIZI SAÇLILAR KLUBU LƏĞV EDİLMİŞDİR. 
9 OKTYABR 1890” 
Şerlok Holms və mən bu qısa yazını və yazını əlində tu-
tan adamın kədərli üzünü müşahidə etdik. 
Lakin məsələnin komik tərəfi o qədər ağırlıq təşkil etdi 
ki, dözə bilməyib, qəhqəhələrlə gülməyə başladıq. 
-Mən  burada  komik  bir  şey  görə  bilmirəm,  -  deyə  qış-
qırdı  müştəri,  qırmızısaçlarının  diblərinə  qədər  qızararaq.  - 
Mənə gülməkdən başqa edə biləcəyiniz bir şey yoxdursa ge-
dim. 
Holms onu qalxdığı stula təkrar əyləşdirərək dilləndi: 
100
 
 


 - Xeyr, xeyr, bu hadisəni qətiyyən əldən buraxmaram. O 
qədər qeyri-adidir ki. İnciməyin, amma bir az da komik tə-
rəfi var hekayənizin. Lütfən, yazını qapıda gördükdən sonra 
nə etdiyinizi danışın indi. 
-Çaşmışdım  cənab.  Nə  edəcəyimi  bilmirdim.  Sonra  ət-
rafdakı ofislərə getdim, amma heç kim bir şey bilmirdi. Son 
olaraq, girişdəki mühasibat işi edən bina sahibinə getdim və 
Qırmızı  Saçlılar  Klubuna  nə  olduğunu  soruşdum.  Belə  bir 
şeyi heç vaxt eşitmədiyini söylədi. Sonra ondan cənab Dun-
kan Rossun kim olduğunu soruşdum. Bu adı ilk dəfə eşitdi-
yini söylədi. 
-Yəni, dedim, 4 nömrəlidəki cənab. 
-Necə, qırmızı saçlı adammı? 
-Bəli. 
-Onun adı Uilliam Morrisdir. Özü də vəkildir. Buranı öz 
yerinə  köçənə  qədər  müvəqqəti  ofis  olaraq  istifadə  edirdi. 
Dünən köçdü. 
-Onu harada tapa bilərəm? 
-Yeni bürosunda. Mənə ünvanı vermişdi. Bəli, Kinq Ed-
vard Küçəsi, 17 Nömrə, Sant Paul ətrafı. 
-Yola düşdüm cənab Holms, lakin ünvana çatanda ora-
nın  bir  atelye  olduğunu  və  heç  kəsin  Uilliam  Morris  və  ya 
Dunkan Ross adlı birini tanımadığını başa düşdüm. 
-Yaxşı o zaman nə etdiniz? 
"Seks-Kobur”  meydanındakı  evimə  getdim.  Köməkçim 
də işdən baş çıxara bilmədi. Yeganə köməyi o oldu ki, göz-
ləsəm məktubla xəbər ala biləcəyim oldu. Amma bu kafi de-
yildi, cənab Holms. Mübarizə aparmadan imtina etmək istə-
mədim. Beləcə, ehtiyacı olan insanlara kömək etdiyinizi əv-
vəldən eşitdiyim üçün düz sizin yanınıza gəldim. 
101
 
 


-Çox  yaxşı  etmisiniz,  -  dedi  Holms.  -  Əhvalatınız  son 
dərəcə maraqlıdır. Buna görə bunu araşdırmaqdan məmnun 
olacağam. İzah etdiklərinizdən çıxara bildiyim qədəriylə, gö-
ründüyündən  daha ciddi bir vəziyyətlə qarşı-qarşıya ola bi-
lərik. 
-Həm də çox ciddi, - dedi Cənab Cabez Vilson. - Çünki 
həftədə dörd sterlinq itirirəm. 
-Bu  şəxsi  problemdir,  -  deyə  sözə  başladı  Holms,  -  bu 
qəribə  klubdan  zərər  gördüyünüzü  düşünmürəm.  Tam  ək-
sinə,  təxminən  30  sterlinq  qazandınız,  üstəlik  “A”  hərfiylə 
başlayan xeyli məlumatınız oldu. Heç bir şey itirməmisiniz. 
-Xeyr cənab. Amma mən onların kim olduqlarını və əgər 
bu həqiqətən bir saxtakarlıqsa - belə bir saxtakarlıq etməkdə 
məqsədlərini öyrənmək istəyirəm. Əgər bu bir zarafatdırsa, 
onlara otuz iki sterlinqə başa gəldi. 
-Bəzi  nöqtələri  aydınlaşdırmaq  lazımdır.  İlk  olaraq  siz-
dən bunu soruşmaq istəyirəm cənab Vilson: Bu elana diqqə-
tinizi çəkən köməkçiniz  sizinlə nə qədər  vaxtdır işləyir? 
-Həmin gün bir ay olmuşdu. 
-Sizi necə tapıb? 
-Verdiyim bir elana görə. 
-Müraciət edən tək o idimi? 
-Xeyr bir düjün namizəd vardı. 
-Niyə onu seçdiniz? 
-Çünki bacarıqlı idi və ucuz başa gəlirdi. 
-Dəqiqləşdirsək, yarım maaşa. 
-Bəli. 
-Bizə Vinsent Spoldinqi təsvir edərsinizmi? 
-Qısaboylu, möhkəm bədən quruluşlu, hərəkətli biridir. 
Ən  azı  otuz  yaşlarında  olmasına  baxmayaraq,  üzündə  qəti 
tük yoxdur. Alnında isə ağ bir ləkə var. 
102
 
 


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə