Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə12/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   ...   8   9   10   11   12   13   14   15   ...   38

-Bəli, amma yalnız ikimiz üçün. 
-O zaman, çölə çıxmamaqla bağlı qərarımı təkrar nəzər-
dən keçirməliyəm. Hereford qatarına çatıb, onu bu gecə gör-
mək üçün lazımi vaxtımız  varmı?  
-Yetərincə. 
-O  halda  elə  edək.  Uatson,  bilirəm  sıxılacaqsan,  amma 
bir neçə saat içində geri dönərəm. 
Onlarla stansiyaya qədər getdim, sonra kiçik qəsəbənin 
küçələrində  gəzib  otelə  geri  döndüm  və  divanda  yatıb  ro-
man oxumağa başladım. İndi həll etməyə çalışdığımız dərin 
sirr qarşısında romanın mövzusu o qədər zəif idi ki, diqqə-
tim  tez-tez    dağılırdı.  Sonunda  kitabı  bir  tərəfə  atıb  günün 
hadisələrini düşünməyə qərar verdim. Deyək ki, bu bədbəxt 
gənc  adamın  hekayəsinin  tamamilə  doğru  olduğunu  qəbul 
etdik.  Yaxşı,  o  zaman  atasından  ayrılması ilə eşitdiyi  qışqı-
rıqlarla hadisə yerinə geri dönməsi arasındakı zamanda necə 
faciə  baş  vermişdi?  Qorxunc  və  ölümcül  olmalı  idi.  Nə  ola 
bilərdi?  Yaraların  şəkli mənim tibbi biliklərimə  əsasən  nə 
izah  edirdi?  Aparılan    istintaq,  otağa  özümlə  gətirdiyim 
həftəlik qəsəbə qəzetində eynilə çap edilmişdi. Doktor hesa-
batında, sol kəllə sümüyünün arxadan üçüncüsünün və baş 
sümüyünün sol yarısının, küt bir silahla vurularaq qırıldığı-
nı  yazırdı.  Belə  bir  zərbənin  arxadan  vurulduğu  aydın  idi. 
Bu  bir  tərəfdən  şübhəlinin  lehinə  idi,  çünki  atasıyla  üz-üzə 
mübahisə  edərkən  görmüşdülər.  Amma  yaşlı  adam  təbii 
olaraq zərbə almadan əvvəl arxasına dönmüş ola bilərdi. Ye-
nə də bunu Holmsa söyləmək lazım idi. Bir də ölərkən söylə-
diyi  “arat”  sözü  vardı.  Nə  mənanı  verə  bilərdi?  Sayıqlama 
ola bilməzdi. Ani bir zərbəylə ölən bir adam, çox vaxt sayıq-
lamır. Xeyr, bu sözlər, daha çox, başına gələn fəlakəti izah et-
mə  cəhdi  kimi  görünürdü.  Amma  nəyə  diqqət  çəkirdi? 
49
 
 


Mümkün  bir  şərh  tapa  bilmək  üçün  baş  sındırdım.  Bir  də 
gənc Makkartinin gördüyü boz paltar vardı. Əgər bu doğru-
dursa,  qatil  qaçarkən  paltarının  bir  parçasını,  böyük  ehti-
malla  da  paltosunu  salmış  və  soyuqqanlılıqla  geri  dönüb, 
oğul on-on beş addım kənarda, kürəyi ona dönük, atasının 
yanında diz çökmüşkən götürüb getmişdi. Nə qədər sirli bir 
hadisə  idi  bu!  Sonunda  Lestradenin  düşüncələrini  buraxıb 
Şerlok Holmsun hisslərinə güvənməyə və gənc Makkartinin 
günahsızlığını gücləndirəcək təzə dəlillərin gəlməsini gözlə-
məyə qərar verdim. Şerlok Holms qayıdana qədər xeyli vaxt 
keçdi.  Lestrade,  qəsəbədəki evlərdən  birində  qaldığı  üçün 
tək gəlmişdi. 
-Barometr hələ çox yüksəkdir, - dedi oturduqdan sonra. 
- Hadisə yerinə getməmişdən yağış yağmaması çox əhəmiy-
yətlidir. Digər  yandan, belə incə bir işi həll edə bilmək üçün 
insanın  yaxşı  vəziyyətdə  olması  lazımdır və  mən  bu  uzun 
yol  yorğunluğuyla  bunu  bacara  bilmərəm.  Bu  arada,  gənc 
Makkartini gördüm. 
-Yaxşı ondan nə öyrəndin? 
-Heç bir şey. 
-Nəyə isə işıq tuta bilmədimi? 
-Heç nəyə. Hətta arada kimin etdiyini bilib gizlətdiyini 
düşündüm amma artıq əminəm ki, o da hamı kimi çaşıb. Ya-
raşıqlı və ürəyi möhkəm gəncdir, amma çox da ağıllı deyil. 
-Əgər  xanım  Turner  kimi  gözəl,  gənc  qadınla  evlən-
məyə razı deyilsə zövqündən şübhələnirəm, - dedim. 
-Ehh, bu da kədərli bir hekayədir. Bu gənc, qıza dəlicə-
sinə  aşiqdir.  Amma  iki  il  əvvəl,  hələ  yeniyetmə  ikən  və 
xanım  Turner  pansion  məktəbdə  oxuduğuna  görə  onu  çox 
yaxşı tanımadığı üçün axmaq uşaq nə edib, bilirsənmi? Bris-
tolda qarson bir qızın məngənəsinə düşüb və onunla evlənib. 
50
 
 


Heç  kimin  də  bundan xəbəri  yoxdur.  Uğrunda  canını  ver-
məyə hazır olmasına baxmayaraq, qeyri-mümkün olduğunu 
bildiyin bir şeyi etməyə məcbur edilmənin nə qədər çətin ol-
duğunu təxmin edə bilərsən. Son söhbətlərində, atasının onu 
xanım Turnerə evlilik təklif etməyə məcbur etməsinə etiraz 
etməsinin  səbəbi də  budur.  Digər  tərəfdən  özünü  haqlı  çı-
xardacaq bir səbəbi də yox idi və atası çox sərt bir adam ol-
duğundan,  gerçəyi  öyrənər-öyrənməz  başına  oyun  açardı. 
Bristolda üç gün boyunca qarson arvadıyla birlikdə imiş və 
atası  harada  olduğunu  bilmirmiş;  buna  diqqət  yetir,  çünki 
əhəmiyyətlidir. Nə isə, yenə də pislikdən yaxşılıq çıxıb, çün-
ki qarson qız qəzetlərdən hadisəni öyrənib və Bermud Dok-
yardda onsuz da olduğunu, yəni aralarında heç bir bağ ol-
madığını  yazaraq  onu  tamamilə  tərk  edib.  Düşünürəm  heç 
olmasa bu xəbər, bütün bu çəkdiklərindən sonra gənc Mak-
kartini bir az da olsa ovutmuşdur. 
-Amma əgər o günahsızdırsa, cinayəti kim edib? 
-Kim?  Diqqətini  xüsusilə  bəzi  nöqtələrə  çəkmək  istəyi-
rəm. Mərhumun göl kənarında kiminləsə görüşü vardı və nə 
vaxt gələcəyini bilmədiyi üçün bu  oğlu ola bilməzdi. Bir də 
ata  Makkarti,  oğlunun  qayıtdığını  bilmədən  “Kuuii”  deyə 
qışqırmışdı. Bunlar hadisənin taleyini təyin edən həyati nöq-
tələrdir. İstəsən indi Corc Meredisdən danışaq və digər bü-
tün kiçik məsələləri sabaha saxlayaq. 
Holmsun əvvəldən təxmin etdiyi kimi, sabahısı gün ya-
ğış yağmadı. Səhər hava günəşli və buludsuz idi. Saat doq-
quzda Lestrade bizi araba ilə Haserley fermasına, oradan da 
Boskomb gölünə apardı. 
-Bu səhər əhəmiyyətli xəbərlər var, - Lestrade yolda mə-
lumat verdi. - Cənab Turnerin, xəstəliyinin ümidsiz olduğu-
nu deyirlər. 
51
 
 


-Yaşlı adamdır, yəqin ki... 
-Altmış yaşında, amma sağlamlığı xaricdə ikən pozulub 
və bir müddətdir pisləşib. Bu məsələ ona çox pis təsir edib. 
Makkarti  ilə  köhnə  yoldaş  olublar  və  əlavə  etmək  lazımdır 
ki, ona böyük yaxşılığı toxunub. Öyrəndiyimə görə, Haser-
ley fermasını dostuna pulsuz veribmiş. Holms dilləndi: 
-Doğrudanmı? Bax bu maraqlıdır. 
-Bəli! Bir neçə dəfə ona kömək edib. Burada hər kəs cə-
nab Turnerin cənab Makkartiyə etdiyi yaxşılıqlardan danışır. 
-Doğrudanmı?  Şəxsən  çox  şeyə  sahib  olmayan  və  Tur-
nerə vəfa borcu olan Makkartinin, hələ yeganə varis olan xa-
nım  Turneri  oğluyla  evləndirməkdən bəhs  etməsi  sizin  də 
diqqətinizi çəkmədimi? Sanki hər şey bir evlənmə təklifiylə 
həll olunacaqmış kimi davranırdı. Turnerin özünün bu evli-
liyə  qarşı  olduğunu  bilməyimiz  işi  daha  da  qəribələşdirir. 
Qız bizə bunu izah etmişdi. 
-Bundan bir şeylər başa düşə bilmirsinizmi?  
-Təxminlərə və fikir irəli sürməyə başladıq yenə, - dedi 
Lestrade mənə göz vuraraq. - Nəzəriyyələr və xəyalların ar-
xasınca düşmədən həqiqətlərə çatmağa məcbur deyiləm. 
-Haqlısan, - dedi Holms ciddiyyətlə, - həqiqətlərin arxa-
sınca düşməyə məcbur deyilsən. 
-Bu arada, sənin çətin tapa biləcəyin bir həqiqəti öyrən-
dim, - dedi Lestrade. 
-Nədir o? 
-Böyük  Makkartinin  ölümü  kiçik  Makkartinin  işidir. 
Bundan başqa bütün teoriyaların boş şeydir. 
-Bütün bunları bir kənara qoyaq, - dedi Holms. - Bu sol-
dakı, Haserley ferması deyilmi?  
-Bəli,  özüdür. 
52
 
 


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə