– Aha, – deyə qışqırdım. – Həll edilməsini istədiyiniz
bir problem varsa, polisə getmədən əvvəl dostum Şerlok
Holmsa müraciət etməyinizi təklif edərəm.
– Onun adını daha əvvəldən eşitmişdim, – dedi qona-
ğım. Hadisəyə diqqət ayırsa çox sevinərdim. Təbii ki, polisə
də getməyim lazım olacaq amma əvvəl dostunuza müraciət
etsəm yaxşı olar; oraya necə gedəcəyimi izah edərsinizmi?"
– Daha yaxşısını da edərəm; sizi onun yanına özüm
apararam.
– Sizə həqiqətən minnətdar olaram.
– Bir araba çağırıb birlikdə gedərik. Vaxtında getsək
birlikdə nahar da edə bilərik. Nə deyirsiniz?
– Onsuz da hekayəmi danışana qədər özümü rahat
hiss edə bilmərəm.
– Elə isə xidmətçimə söyləyim bir araba çağırsın. Mən
dərhal qayıdıram.
Yuxarı qaçıb arvadıma vəziyyəti qısaca izah etdim; beş
dəqiqə sonra Beyker küçəsinə doğru yola düşmüşdük. Şer-
lok Holmsu, tam təxmin etdiyim kimi, yüngül paltarda qo-
naq otağında oturmuş, “Times”dakı şəxsi elanlar sütununu
oxuyarkən gördük. Bir gün əvvəldən qalama, buxarısının
üzərində diqqətlicə qurutmuş olduğu tütün qırıntılarından
ibarət səhər yeməyi öncəsi tənbəkisini tüstülətdirirdi. Bizi
hər zamankı sakit ovqatı ilə qarşıladı, üçümüzə nahar söylə-
di və birlikdə mükəmməl səhər yeməyi yedik. Yeməyimiz
bitəndən sonra qonağımızı kresloya dəvət etdi, başının ar-
xasına yumşaq bir yastıq yerləşdirdi və dərhal yanına
bir stə-
kan brendi və su qoydu.
– Başınıza gələn hadisə hər nədirsə, cənab Haserley,
adi bir şey olmadığını görə bilirəm, – deyə sözə başladı. Xa-
8