– Və mən
də şimal deyirəm, – dedim. – Çünki orada tə-
pələr yoxdur və dostumuz, arabanın təpəyə çıxdığını xatır-
lamadığını söyləyir.
– Elə isə baxaq, – deyə müfəttiş gülərək dilləndi; çox
əla, dörd fərqli fikir. Kompası aramızda bölüşdük. Siz səsi-
nizi kimə verirsiniz bu vəziyyətdə?
– Hamınız yanılırsınız.
– Amma hamımızın yanılması mümkün deyil.
– Amma elədir, – dedi Holms. Məncə buradır. Bar-
mağını çevrənin mərkəzinə qoydu. Bax, onları burada tapa-
cağıq.
– Yaxşı on millik səfər nə oldu? – deyə soruşdu Haser-
ley tərəddüd içində.
– Beş irəli, beş geri. İşdə bu qədər sadədir. Arabaya
mindiyiniz zaman atın yorğun olmadığını özünüz söylədi-
niz. On mil o pis yollarda qaçmış olsaydı necə yorğun olma-
ya bilərdi?
– Həqiqətən də çox mümkün görünən bir hiylədir, –
deyə fikirini ifadə etdi Bradstrit fikirli şəkildə. Və bu günah-
karların işi mövzusunda da heç bir şübhə yoxdur.
– Əlbəttə. Şübhəsiz ki, bu adamlar böyük fırıldaqçı-
lardır. Maşını, gümüş yerinə başqa xəlitələr meydana gətir-
mək üçün istifadə edirlər.
– Bir müddətdir fırıldaqçı bir şəbəkənin iş başında ol-
duğunu bilirdik, – dedi müfəttiş.
– Ölkə içinə heç olmasa min ədəd saxta pul paylayıb-
lar. Ridinqə qədər izlərinə düşə bilmişdik amma izlərini bö-
yük bir ustalıqla silmiş olduqları üçün təəssüf ki, daha irəli
gedə bilməmişdik. Bu da işlərinin əhli olduqlarını göstərir.
27
– Baxın, buradır! – deyə Haserley həyəcanl qışqırdı.
Bura çınqıllı yoldur və bunlar da arasına yıxıldığım gül kol-
ları. İkinci mərtəbədəki bu pəncərədən tullanmışdım.
– Heç olmasa onlardan intiqamınızı almısınız. Şübhə-
siz ki, qaz lampanız presdə əzilərkən taxta divarları alovlan-
dırıb. O vaxt bunu fərq edə bilməyəcək qədər həyəcanla sizi
qovmaqla məşğul idilər. Hər halda çoxdan qaçıb gediblər
amma siz yenə də köhnə dostlarınıza bir baxsanız yaxşı olar.
Və Holmsın təxmini doğru çıxdı. Getmişdilər. O gün-
dən bəri nə o gözəl qadından, nə uğursuz Almandan, nə də
sırtıq İngilisdən bir xəbər çıxmadı. O
səhər bir əkinçi, içində
bir neçə insan və bir neçə böyük sandıq olan və sürətlə Ri-
dinqə doğru yol alan bir araba görmüş, amma bu, qaçaqlarla
əlaqədar öyrənə biləcəyimiz son şey oldu. Holmsun müdhiş
zəkası belə onların harada olduqlarına dair bir ipucu tapıl-
masını təmin edə bilmədi. Yanğınsöndürənlər, içəridə tap-
dıqları qəribə şeylərə bir xeyli çaşmışdılar və ikinci mərtəbə-
dəki pəncərənin kənarında qopmuş insan "baş barmağı”
tapmaları təəccüblərini daha da artırmışdı. Axşama doğru,
səyləri nəhayət nəticə verdi və alovları məğlub etdilər. Am-
ma dam çökmüşdü və bütün ev elə bir xarabaya dönmüşdü
ki, yeni tanışımız dostumuza o qədər baha başa gələn maşın-
dan, əzilmiş bir neçə silindr və dəmir boruların xaricində heç
bir şey qalmamışdı. Çoxlu nikel və qalay tapılsa da pul-
lardan əsər yox idi. Haqqında danışılan bu böyük qutuların
izahı aydındır ki, burada yatırdı. Hidravlik mühəndisimizin
şüurunu itirdiyi nöqtədən özünə gəldiyi nöqtəyə necə gəldi-
yi sualı, bağçadakı yumşaq torpaqda olan izlər olmasa, son-
suza qədər cavabsız qalardı. Biri çox kiçik, digəri də çox bö-
yük ayaqlı iki adam tərəfindən aparılmışdı. Böyük ehtimalla,
29