Naşir və redaktor: Müşfiq XAN
Tərcümə: Cəlil Cavanşir
Mətn tərtibatı:
Bəxtiyar Ələkbərov
Dizayn və qrafika: Teymur Fərzi
ISBN:
9 7 8 - 9 9 5 2 - 4 0 5 - 0 6 – 4
Hədəf Nəşrlərinin rəsmi razılığı olmadan kitabın yaxud
onun hər hansı bir hissəsinin təkrar çapı
qadağandır.
www.hedefnesrleri.az
© Hədəf Nəşrləri/2014
2
Yoldaşlığımız boyunca həll etməsi üçün dostum Şer-
lok Holmsa yönəldilən o qədər problemin arasında, mənim
tərəfindən ona təqdim edilən yalnız iki hadisə oldu - birincisi
cənab Haserleyin baş barmağı ilə bağlı olan, o biri də Pol-
kovnik Varburtonun dəliliyilə bağlı olan. İkinci hadisə diq-
qətli və xüsusi qabiliyyətlərə sahib bir araşdırmaçı üçün da-
ha maraqlı ola bilər, amma digəri, əvvəldən qəribə, detalla-
rıyla elə dramatik idi ki xüsusilə bu hadisənin qələmə alın-
masının daha mənalı olacağını düşünürəm. Hərçənd bu ha-
disədə, dostum o inanılmaz nəticəyə çatmasını təmin edən
özünə xas üsullarını istifadə etməsinə çox gərək duymadı.
Hekayə, bildiyim qədəriylə, qəzetlərdə də yayılmışdı amma
eynilə şərhlərdə olduğu kimi, yarım sütunda verilən bir xə-
bərin təsiri çox az olur; hələ hadisələrin tək-tək gözünüzün
qarşısında inkişafını, sirrin pillə-pillə həllini görməklə mü-
qayisə edəcək olsaq, hər şey aydın olar. Yaşandığı zaman,
içində olduğumuz vəziyyət mənə çox təsir etmişdi və aradan
iki il keçməsinə baxmayaraq bu təsirin azaldığını deyə bil-
mərəm.
İndi danışacağım hadisə, 89-cu ilin yazında, evlən-
dikdən dərhal sonra baş verdi. Həkimliyə geri dönüb, Bey-
ker küçəsindəki mənzildən ayrılmışdım. Amma tez-tez ge-
dib gəlir və bohem vərdişlərindən imtina
edib heç olmasa bi-
zi ziyarətə gəlməsi üçün arada bir Holmsı təşviq etməyə ça-
lışırdım. İşim durmadan artırdı. Paddinqton stansiyasına çox
yaxın olduğum üçün, fəhlələr arasından da xəstələr gəlməyə
başlamışdı. İztirab dolu, xronik bir xəstəliyin pəncəsindən
qurtardığım xəstələrimdən biri, hər fürsətdə qabiliyyətlərimi
tərifləyir və təsir edə bildiyi hər xəstəni mənə göndərirdi. Bir
səhər, saat yeddi olmamış, Paddinqtondan iki adamın gəldi-
4
yini və gözləmə otağında məni gözlədiklərini söyləyən xid-
mətçimiz tərəfindən oyandırıldım. Dəmir yolunda baş verən
qəzalarının vacibliyini bildiyim üçün tez geyindim və aşağı-
ya qaçdım. Aşağıya enərkən, köhnə tanışım olan gözətçi,
otaqdan çıxıb qapını arxasından möhkəmcə bağladı. Çiynin
üzərindən qapını işarə edərək pıçıldadı:
– Onu gətirmişəm. Amma narahat olma, vəziyyəti yax-
şıdır.
– Yaxşı, nə olub? – deyə soruşdum, çünki otağıma qə-
ribə bir varlığı sıxışdırmış kimi davranırdı.
– Yeni xəstədir, – deyə pıçıldadı. Ən yaxşısı onu özüm
gətirim dedim, beləcə qaçmağa fürsəti olmazdı. Artıq sağsa-
lamat buradadır. Nəysə, indi getməliyəm həkim, bilirsən
mənim də sənin kimi bəzi vəzifələrim var, – dedi göz vura-
raq.
Sonra dərhal getdi... Təşəkkür belə edə bilməmişdim.
Qəbul otağıma daxil oldum. Masada, sadə geyimli bir
cənab əyləşmişdi. Əlinə hər tərəfi qan ləkələri ilə dolu bir
dəsmal sarımışdı. Gənc idi – yaşı iyirmi beşdən çox ola bil-
məzdi - və güclü, kişiyə xas üz xəttləri vardı; amma inanıl-
maz solğun görünürdü və çətinliklə idarə etdiyi bir qorxu
içindəymiş kimi davranırdı.
– Sizi bu qədər erkən narahat
etdiyim üçün təəssüf edi-
rəm həkim, – dedi. Amma gecə çox ciddi qəzaya düşmü-
şəm. Səhər qatarıyla gəldim və Paddinqton stansiyasında,
bir həkimi necə tapa biləcəyimi soruşar-soruşmaz xeyirxah
biri məni bura gətirərək, nəzakət göstərdi. Xidmətçinizə bir
kart vermişdim amma görürəm ki, onu masanın üzərində
unudub.
5