– Başqa bir şey yoxdur? – deyə soruşdu Holms əsnə-
yərək.
– Əslində var. Hanover meydanındakı St. Corc Kilsə-
sində sadə bir mərasim keçiriləcəyi, bir neçə səmimi dostun
çağırılacağı və mərasimin cənab Aloysius Doranın yeni satın
aldığı Lancasterdəki evində təşkil ediləcəyi də əlavə olunub.
İki gün sonra isə - bu keçən Çərşənbəylə üst-üstə düşür –
qısa bir elanla toyun edilmiş olduğu və mərasimin Lord Bak-
vaterin Petersfielddəki evində keçiriləcəyi bildirilir. Gəlin it-
mədən əvvəlki xəbərlər belədir.
– Nədən əvvəlki? – deyə soruşdu Holms diksinərək.
– Qadın itməmişdən əvvəl.
– Yaxşı nə vaxt itib?
– Toyun səhərisi gün.
– Doğrudanmı? Bax indi maraqlı olmağa başladı;
bir az
da dramatik təbii.
– Bəli, mənim də diqqətimi buna görə çəkmişdi.
– Ümumiyyətlə ya mərasimdən əvvəl ya da bal ayı əs-
nasında itirlər. İndiyə qədər beləsinə rast gəldiyimi xatırla-
ya bilmirəm. Lütfən, detalları izah edərsənmi?
– Amma çox yarıtmaz olduqları mövzusunda xəbər-
dar etməliyəm səni.
– Bəlkə gerisini biz tamamlayarıq.
– Dünən səhər qəzetlərindən birində çıxan bir məqalə,
hadisəni çox yaxşı yekunlaşdırır.
Başlıq belədir:
“Məşhur toyda qəribə hadisə”
"Lord St. Simonun ailəsi, evliliklə əlaqəli olaraq mey-
dana gələn qəribə və kədərli hadisələr üzündən çətin günlər
yaşayır. Dünən, qəzetlərdə də elan olunan mərasim, səhər
36
həqiqətən
də baş tutdu; amma bir müddətdir ortalıqda gə-
zən dedi-qoduların iç üzü daha yeni-yeni başa düşülür. Ya-
xınların hadisəni gizli saxlamaq istəklərinə baxmayaraq icti-
maiyyətə o qədər əks-səda verdi ki, artıq olanları ört-basdır
etməyin mənası qalmadı.
– Hanover Meydanındakı St. Corc kilsəsindəki sadə
mərasimə, gəlinin atası cənab Aloysius Doran, Balmoral qra-
fı, Lord Bakvater, Lord Eustace və Ledi Clara St. Simon (kü-
rəkənin qardaşı və bacıları) və Ledi Vhittington başqa heç
kəs qatılmadı. Mərasimdən sonra, hər kəs cənab Aloysius
Doranım Lankasterdəki evində hazırlanan nahara getdi. Adı
bilinməyən bir qadının, Lord St. Simonla əlaqədar bəzi iddi-
aları olduğunu söyləyərək tədbirə müdaxilə etmək istəməsi
üstündə kiçik bir narahatçılıq yarandığı deyilir. Qadın uzun
müzakirələrdən sonra xidmətçilər tərəfindən uzaqlaşdırılıb.
Gəlin isə bəxitindən evə bu xoşagəlməz hadisədən əvvəl gi-
rərək digərləriylə nahara oturmuş amma birdən xəstələndi-
yini söyləyərək otağına çıxmışdır. Uzun müddət gəlmədiyi
üçün, atası ona baxmağa getmiş amma xidmətçilərdən, qızı-
nın otağa qısa bir müddətlik getdiyini, bir pencək götürərək
aşağı endiyini öyrənib. Qapıçılardan biri, bir qadının evdən
ayrıldığını gördüyünü amma digərləriylə birlikdə olduğunu
düşündüyü üçün gedənin gəlin olmasına fikir vermədiyini
deyib. Cənab Aloysius Doran, qızının itdiyinə əmin olunca
kürəkənlə birlikdə polisə müraciət etmiş və bundan sonra
dərhal istintaqlar başlanıb. Amma keçən gecəyə qədər itkin
qadının harada olduğuna dair heç bir məlumat alına bilmə-
mişdir. Hadisədə çirkin bir oyun olduğu və polisin, evin gi-
rişində qarışıqlıq yaradan qadını həbs etdiyi deyilir. Bu qa-
37