Artur Konan Doyl



Yüklə 7,93 Kb.
Pdf görüntüsü
səhifə11/29
tarix26.09.2017
ölçüsü7,93 Kb.
#2180
1   ...   7   8   9   10   11   12   13   14   ...   29

 
– Və sonra da həmin qadınla gedərkən görüblər?  
–  Bəli.  Skotland  Yarddan  cənab  Lestradenin  üzərində 
dayandığı nöqtə budur. Floranın arvadmı aldadaraq çölə çı-
xartdığını və ona qorxunc bir tələ qurduğunu düşünürlər. 
– Mümkün görünür. 
– Siz də elə düşünürsünüz? 
–  Mən elə  bir  şey  söyləmədim.  Amma  sizcə  də  bu 
mümkün deyilmi? 
– Flora bir qarışqanı belə incidə bilməz. 
– Amma işin içinə qısqanclıq qarışanda çox şey dəyişə 
bilər. Lütfən söyləyin, sizin fikriniz nədir?" 
– Baxın, mən bura cavab almağa gəlmişəm, düşündük-
lərimi  izah  etməyə  deyil.  Sizə  bütün  gerçəkləri  danışdım. 
Amma yenə də fikirimi soruşursunuzsa, toy həyəcanı və seç-
mə bir təbəqəyə daxil olduğunu fərq etməsi, arvadımda əsə-
bi narahatlıq yaratmış ola bilər. 
– Yəni deyirsiniz ki, başı xarab olub? 
–  Arxa  çevirdiyi  şeyləri  göz  önünə  alın,  bunun  daha 
fərqli bir şərhi ola bilməyəcəyini düşünürəm. 
– Təbii, bu da məqbul bir fərziyyədir, – Holms gülüm-
səyərək dedi. Çox yaxşı Lord St. Simon, az qala bütün öyrə-
nəcəklərimi  öyrəndim  məncə.  Son  olaraq,  nahar  masasında 
oturduğunuz  yerdən,  pəncərədən çölü  görüb  görə bilmədi-
yinizi soruşa bilərəmmi?  
– Yolun o biri ucunu və Parkı görə bilirdik. 
–  Demək elə.  O  halda  sizi  daha  çox  saxlamağımın 
mənası yoxdur. Sizinlə daha sonra yenə xəbərləşərik. 
– Ümid edirəm bu problemi həll edərkən bəxtiniz gə-
tirəcək, – dedi müştərimiz ayağa qalxaraq. 
– Həll etdim demək olar ki… 
44 
 


 
– Nə? Nə dediniz? 
– Həll etdiyimi söylədim. 
– Yaxşı o zaman arvadım haradadır? 
– Bu, çox keçmədən öyrənəcəyim bir detaldır. 
Lord St. Simon başını yellədi.  
– Təəssüf ki, bu o qədər də asan olmayacaq, – dedi və 
önümüzdə dəbdəbəli bir şəkildə əyilərək otaqdan çıxdı. 
–  Bütün  araşdırmadan  sonra  viski,  soda  və  bir  siqarı 
haqqımdır  hər  halda.  Müştərimiz  bura  gəlməmişdən  əvvəl 
onsuz da məsələni beynimdə həll etmişdim. 
– Aman Tanrım, Holms! 
– Daha əvvəl də bənzər hadisələr gördüm, amma heç 
biri bunun qədər ani inkişaf etməmişdi. Bütün araşdırmala-
rım sonunda təxminim təsdiqlənmiş oldu. 
– Amma sənin eşitdiklərini mən də eşitdim. 
– Lakin əvvəldən yaşanmış hadisələrin informasiyasın-
dan məhrum olaraq. Bir neçə il əvvəl Aberdində və Fransa-
Prusya  döyüşündən  sonra  da  Münihdə  buna  bənzər  şeylər 
olmuşdu.  Bu  da  o  tip  hadisələrdən  biridir.  Amma  bax  kim 
gəlib. Gün aydın Lestrade! Masanın üzərində boş bir stəkan 
və siqar səni gözləyir. 
Rəsmi dedektif, əlində qara kətan bir torbayla gəlmiş-
di. Qısa bir salamlaşmadan sonra oturdu və ona təqdim edi-
lən siqarı yandırdı. 
– Nə var, nə yox? - deyə soruşdu Holms, gözləri parla-
yaraq. – Kefsiz görünürsən. 
– Eləyəm. Bu lənətə gəlmiş St. Simon hadisəsi. Heç cür 
işin içindən çıxa bilmirəm. 
– Doğrudanmı? Məni çaşdırırsan. 
45 
 


 
– Belə kompleks bir məsələ harada görülüb? Sanki bü-
tün ipucları barmaqlarımın arasından sürüşüb gedir. Bütün 
gün üzərində işləmişəm. 
– Və bu da islanmağına gətirib çıxarıb, – dedi Holms, 
əlini müfəttişin çiyininə qoyaraq. 
– Bəli, parkı araşdırırdıq. 
– Tanrı eşqinə, nə üçün? 
– Ledi St. Simonun cəsədini axtardıq. 
Şerlok Holms, kürsüsünə söykənərək qəhqəhə çəkərək 
güldü. 
–  Heç  olmasa  Trafalgar  meydanındakı  bulağın  altını 
qazsaydınız, – dedi. 
– Niyə? Nə demək istəyirsən? 
– İkisində də bu xanımı tapma ehtimalınız eynidir, ona 
görə. 
Lestrade dostuma əsəbi-əsəbi baxdı.  
– Yəqin hər şeyi bilirsiniz, – dedi. 
– Ah, yalnız lazımlı məlumatları eşitdim amma son qə-
rarımı verməyimə bəs elədi. 
– Doğrudan? Yaxşı parkı araşdırmaq boş şey idi? 
– Məncə. 
–  Yaxşı  o  zaman  necə  oldu  ki,  bunu  orada  tapdıq?  – 
Çantasını açdı və ağ ipəkdən bir gəlin paltarı, bir cüt ayaq-
qabı, bir buket və bir duvaq çıxardı. Hamısı da suda qalmaq-
dan islanmış və rəngi solmuşdu. 
 –  Bir  də  bu,  –  dedi,  hamısının  üstünə  bir  toy  üzüyü 
qoyaraq. – Alın, sizə çözməli olduğunuz  bir tapmaca, cənab 
Holms. 
– Düzdür, haqlısan! – dedi dostum. – Bunları kanaliza-
siyadamı tapdınız? 
46 
 


 
– Xeyr. Parkın bir küncündə tapılıb. Onun paltarları ol-
duğunu  anlayınca  da  cəsədin  yaxınlarda  olacağını  düşün-
düm. 
– Bənzər ehtimal irəli sürsək, hər insanın cəsədi qarde-
robunun yaxınlarında tapılar deyə bilərik. Bununla hansı nə-
ticəyə çatmaq istədiyini söylə, lütfən. 
– Flora Millerin, bu itkin hekayəsiylə olan əlaqəsini or-
taya çıxarmaq istəyirəm. 
– Təəssüf ki, bu çox çətindir. 
– Həqiqətən də belə düşünürsən? – deyə Lestrade öz-
ündən çıxdı, bir az da istehzalı bir şəkildə. Holms, qorxuram 
ki, bu ehtimal işində praktik deyilsən sən. Bu qısa müddət iç-
ində belə iki səhvin oldu. Bu paltarın Flora Millerlə əlaqəsi 
var. 
– Yaxşı necə? 
– Paltarın cibində bir kart qutusu var. Kart qutusunda 
da bir qeyd. – Qeydi önündəki masaya qoydu. – Buna qulaq 
as: “Hər şey hazır olanda məni görəcəksən. Dərhal gəl. F. H. 
M.”  İndi,  mənim  nəzəriyyəmə  görə  Flora  Miller,  Lydi  St. 
Simonu  aldadaraq  çölə  çıxarıb  və  əlbir  olduğu  adamlarla   
birləşib onu qaçırıblar. Adının baş hərfləriylə imzaladığı bu 
qeydi qapıda cibinə soxub və çölə çıxmasına şərait yaradıb. 
– Çox gözəl, Lestrade, – dedi Holms gülərək. – Həqiqə-
tən də çox yaxşısan. Buna bir də mən baxım. 
 Qeydi  əhəmiyyətsiz  bir  rəftarla  aldı  amma  götürər-
götürməz  diqqətlə  araşdırmağa  başladı.  Sonunda  sevinclə 
qışqırdı. Bu həqiqətən çox əhəmiyyətlidir, dedi. 
– Yaxşı görək! Həqiqətən elə düşünürsən? 
– Əlbəttə. Təbrik edirəm səni. 
47 
 


Yüklə 7,93 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə