Artur Konan Doyl



Yüklə 7,93 Kb.
Pdf görüntüsü
səhifə13/29
tarix26.09.2017
ölçüsü7,93 Kb.
#2180
1   ...   9   10   11   12   13   14   15   16   ...   29

 
Geri dönənə qədər ər kimi heç nə istəməyəcəyimi də bilirsən. 
Beləcə danışıb razılaşdıq və bir rahibin hüzurunda evləndik; 
sonra da Frank qızıl axtarışına, mən də atamın yanına dön-
düm. 
Sonra Frankın Montanada olduğunu, oradan Arizona-
ya  keçdiyini  və  oradan  da  Nyu  Mexikoya  getdiyini  öyrən-
dim. Bir gün, qəzetdə bir mədənçi düşərgəsinin Apaçilər tə-
rəfindən hücuma məruz qaldığını və öldürülənlərin arasında 
Frankın da olduğunu oxudum. Bunu görər görməz huşumu 
itirmişəm.  Sonrakı  aylarda  da  xəstəlikdən  yatağa  düşdüm. 
Atam yaxşı olmadığımı düşünərək Friskonun bütün həkim-
lərinə apardı məni. Bir-iki il müddətində heç xəbər ala  bil-
məyincə  Frankın  həqiqətən  öldüyünə  inandım.  Sonra  Lord 
St.  Simon  Friskoya  gəldi,  biz  Londona  getdik,  sonunda  da 
bir evlilik təşkil olundu. Atam hər şeydən çox məmnun idi 
amma mən, həmişə, Frankın ürəyimdəki yerini dünya üzə-
rində  kimsənin  doldura  bilməyəcəyini  düşünürdüm.  Yenə 
də Lord St. Simonla evlənsəydim vəzifələrimi qətiliklə yerinə 
yetirərdim. 
Eşqimizə  zədə  vura  bilmirik  amma  heç  olmasa  hərə-
kətlərimizi idarə edə bilərik. Ona yaxşı bir yoldaş olmaq di-
ləyiylə  getdim  kilsəyə.  Kilsədə  Frankı  gördüyümdə  nələr 
hiss  etdiyimi  təxmin  edə  bilərsiniz.  Başlanğıcda  onu  qara-
basma olduğunu düşündüm, lakin təkrar baxanda yenə ora-
da  dayandığını  gördüm.  Gözlərində,  onu  gördüyümə  sevi-
nib-sevinmədiyimi soruşan maraqlı bir baxış vardı sanki. O 
anda niyə  özümdən  getməməyimə  heyrətlənirəm.  Ətrafım-
dakı hər şey fırlanmağa və rahibin sözləri qulağımda bir vı-
zıltı kimi zingildəməyə başladı. Nə edəcəyimi bilmirdim 
52 
 


 
Mərasimi  dayandırıb  bir  hadisə  çıxarmalıydım?  Ona 
yenidən baxdım; məni anlamış kimi idi, çünki barmağını do-
daqlarına aparmış susmamı işarə edirdi. Sonra onun bir ka-
ğız parçasına bir şeylər yazdığını gördüm və bunun bir qeyd 
olduğunu  anladım.  Onun  oturduğu  sıranın qarşısından  ke-
çərkən  əlimdəki  buketi  ona  doğru  saldım  və  o,  çiçəkləri 
mənə  uzadarkən  qeydi  də  əlimə  dürtüşdürdü.  İstədiyi  za-
man onunla gedib getməyəcəyimi soruşan qısa bir qeyd idi. 
Ona qarşı əhdimdən bir anlıqda tərəddüd duymadğım  üçün 
istədiyi  hər  şeyi  etməyə  hazır  idim.  Evə  qayıdanda,  Frankı 
Kaliforniyadan  tanıyan  xidmətçimə  hər  şeyi  izah  etdim  və 
kimsəyə heç nədən bəhs etməməsini, bir neçə əşya və paltar 
hazırlamasını söylədim. Lord St. Simonla danışmalı idim bi-
lirəm, amma anası və digər bütün o böyük insanların qarşı-
sında bunları danışmaq gözümü qorxutdu açığı. Əvvəl qaçıb 
hər şeyi daha sonra izah etməyə qərar verdim. Masaya otu-
randan on dəqiqə sonra yolun o biri yanında Frankı gördüm. 
Mənə işarə etdi və Parkın içinə doğru getməyə başladı. Ma-
sadan  qalxdım,  yuxarı  çıxıb  əşyalarımı  götürdüm  və  onun 
arxasınca getdim. Lord St. Simonla bağlı nə isə izah etməyə 
çalışan bir qadın çıxdı qarşıma - eşitdiklərimdən anladığım 
qədəriylə  evliliklə  əlaqədar  bir  sirrdən  bəhs  edirdi  -  amma 
ondan xilas olmağı bacardım və qısa bir müddət sonra Fran-
kla  görüşdüm.  Birlikdə  bir  faytona  minərək  Gordon  mey-
danındakı bir evə getdik. O qədər il gözlədikdən sonra ger-
çək  ərimə  qovuşmuşdum.  Frank  hər  şeyi  izah  etdi.  Apa-
çilərə  əsir  düşmüş,  sonra  qaçmışdı;  Friskoya  gəlmiş,  həya-
tından ümidimi kəsdiyimi öyrənmiş, İngiltərəyə gəlmiş  mə-
ni  davamlı  olaraq  izləmişdi.  Nəhayət  ikinci  toyumun  sə-
hərində tapmışdı məni. "Bir qəzetdə gördüm," deyə açıqladı 
53 
 


 
amerikalı. Kilsənin adı verilmişdi amma xanımın harada ya-
şadığı ifadə edilməmişdi. 
Sonra nə edəcəyimizi müzakirə etməyə başladıq. Frank 
tam açıqlamanın tərəfdarı idi amma mən o qədər utanırdım 
ki, onları görəcəyimə yerin dibinə girməyə hazır idim. Bəlkə 
də atama, həyatda olduğumu bildirən bir teleqraf bəs edərdi. 
Amma o nahar masasında oturub dönməyimi gözləyən Lor-
dları və Ledileri düşünmək qorxunc idi. Buna görə, izim bir 
daha tapılmasın deyə Frank, toy geyimlərimi bir yerə yığıb 
kimsənin tapa bilməyəcəyi bir yerə atdı. Bu cənab yəni cənab 
Holms,  axşamüstü  gəlməsəydi  -  bizi  tapmağı  necə  bacardı 
ağılım kəsmir - biz sabah Parisə getmiş olacaqdıq. Amma o 
bir səhv etməkdə olduğumu, Frankın açıqlama mövzusunda 
haqlı  olduğunu  və  əgər  hər  şeyi  gizli  saxlasaq  böyük  bir 
səhv  edəcəyimizi  izah  etdi.  Lord  St.  Simonla  baş-başa  bir 
görüş şansı verəcəyini söyləyincə biz də dərhal bura gəldik. 
Artıq  hər  şeyi  öyrəndin  Robert.  Sənə  acı  çəkdirdiyim  üçün 
çox təəssüf edirəm. Ümid edirəm mənim haqqımda çox pis 
şeylər düşünməzsən. 
Lord St. Simon bu uzun hekayəni sərt rəftarını dəyiş-
dirmədən,  qaşları  çatıq,  dodaqları  sıxılmış  bir  halda  dinlə-
mişdi. 
– Üzr istəyirəm, – dedi, – amma şəxsi münasibətlərimi 
cəmiyyət qarşısında müzakirə etmək heç xasiyyətimə uyğun 
deyil. 
– Yaxşı məni bağışlamayacaqsanmı? Ayrılmadan əvvəl 
mənimlə əl sıxmayacaqsanmı? 
– Təbii ki, əgər səni məmnun edəcəksə. – Əlini uzatdı 
və ona uzanan əli soyuqcasına sıxdı. 
54 
 


 
– Kaş ki, – dedi Holms, – birlikdə dostcasına bir axşam 
yeməyi yesək. 
–  Məndən  çox  şey  istəyirsiniz,  –  deyə cavabladı  Lord 
həzrətləri. – Bu son baş verənlərə boyun əymək məcburiyyə-
tində qalmış ola bilərəm amma olanlardan sonra oturub əy-
lənə bilmərəm. Düşünürəm ki, hamınıza “gecəniz xeyirə” di-
ləyib getməliyəm. 
 Önümüzdə kübarlıqla əyilərək otaqdan çıxdı. 
–  Heç  olmasa  siz  bizə  yoldaşlıq  edin,-  dedi  Şerlok 
Holms. Bir Amerikalıyla tanış olmaq mənim üçün hər vaxt 
bir zövq olmuşdur cənab Moulton. Zamanında bir monarxi-
yanın etdiyi dəlilikləri və bir neçə nazirin səhvlərinin, irəlidə 
uşaqlarımızın eyni dünya ölkəsinin vətəndaşları olaraq ortaq 
bir bayraq altında yaşamalarını maneə törədə bilməyəcəyinə 
inananlardan biriyəm. 
– Çox maraqlı bir hadisə oldu, - deyə davam etdi Hol-
ms, qonaqlarımız getdikdən sonra. 
– İlk baxışda qaranlıq görünən bir məsələnin nə qədər 
sadə  bir  şərhi  ola  biləcəyini  göstərən  nümunə  sayıla  bilər. 
Gənc qadının izah etdiyi hadisələr  zənciri nə qədər təbii olsa 
da, Skotland Yarddan cənab Lestradenin çatdığı nəticələr də 
o qədər qəribədir. 
– Yəni sən əvvəldən qətiyyən yanılmadın, eləmi? Əv-
vəl iki nöqtə açıq idi; biri, qadının evlənməyə həvəsli olması, 
digəri də evə döndükdən beş dəqiqə sonra buna peşman ol-
ması. Demək ki, fikirini dəyişdirməsinə səbəb olan nə isə ol-
muşdu o səhər. Yaxşı bu nə ola bilərdi? Çöldəykən kimsəylə 
danışmış ola bilməzdi, çünki kürəkənlə birlikdə idi. Amma 
bəzilərini görmüş ola bilərdi. Burada çox uzun olmadığı  üç-
ün, bir baxışla planlarını dəyişdirməsinə səbəb olacaq qədər 
55 
 


Yüklə 7,93 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə