bl” malikanəsi, cinayətin işləndiyi yerə yarım mil məsafədə
idi; Okşottun da bir mil yaxınlığındaydı. Digər evlərdə otur-
an insanlar öz qapanmış namuslu və hörmətli insanlardır.
“Böyük Geybl”da cənab Henderson marağımı çəkdi; işin
içində barmağı ola bilərdi. Beləcə diqqətimi onun və malika-
nə sakinlərinin üzərinə yönəltdim.
Elə qəribə insanlar bir yerə yığılıb ki, Uatson! Adam
hər kəsdən daha əcaibdir. Hər nə qədər inandırıcı bir bəha-
nəylə, onunla tanış olmağı bacardımsa da çatılmış qaşlarının
çevrələdiyi; çuxur, quru gözlərindən niyyətimin nə olduğu-
nu anladığını oxudum. Möhkəm bədənli, əlli yaşlarında,
enerjili bir adamdır; saçları ağarıb, qaşları qapqara, gurdur;
bir imperator əzəmətiylə gəzir. Tək sözlə vəhşi, hökm etməyi
sevən bir tipdir; çox ağıllı olduğu qətidir. Ya cənub ölkələ-
rindən birində doğulub ya da tropik ölkələrdə yaşayıb; sarı
və qupquru bir dərisi var. Yoldaşı və eyni zamanda katibi
olan cənab Lukas dəqiq cənubludur: şokolad rəngində, hiy-
ləgər, pişik kimi hiyləgərdir, amma dili acıdır. Gördüyüm ki-
mi Uatson, iki ayrı şəbəkəylə qarşı-qarşıyayıq; biri Visteria
qəsrində, digəri də “Böyük Geybl”dədir. Zənciri yavaş yavaş
tamamlayırıq.
Əvvəldə iki adam, aralarından su keçməyən yaxın
dostdur. Evdəki xidmətçilər də onlara əlaqəlidir. Lakin ora-
da bir adam da yaşayır, bəlkə də bizim üçün çox əhəmiy-
yətli olacaq. Hendersonun iki uşağı var; on bir və on üç yaş-
larında iki qızdır. Bu uşaqların yetişdirilməsini qırx yaşla-
rında bir ingilis qadın boynuna götürüb. Adı xanım Burnet-
dir. Bir də bu veteran xidmətçidir. Bu kiçik qrup aralarında
ailə ortamı yaradıb. Henderson səyahəti sevdiyi üçün bu ailə
davamlı səyahət etməkdədir. Henderson bir yerdə oturmur.
86
Bir neçə həftə əvvəl yenə “Böyük Geybl”ə dönür. Bir
ildir çöllərdə idi. Eyni zamanda adam çox zəngindir, hər şey-
in ən bahalısını ala biləcək qədər! Evində xidmətçilərdən,
qulluqçulardan tərpənmək olmur. Personalın çoxu tənbəl-
tənbəl oturur; belə başa düşdüm ki, İngiltərədə böyük tor-
paq sahibləri bunları edə bilmir.
Öyrəndiklərimin çoxunu ya kənddəki dedi-qodular-
dan öyrəndim ya da öz gözlərimlə gördüm. Ən ciddi məl-
umatı, işdən çıxarıldığı üçün ağasına qərəzi olan bir xidmət-
çidən öyrəndim. Belə biri mənə rast gəldi, şanslı adamam.
Gözümü açmamış olsaydım bəlkə də beləsinə rast gələ bil-
məyəcəkdim. Baynesin dediyi kimi, hər kəsin özünə görə bir
sistemi vardır. Mən də öz sistemimi tətbiq edərək “Böyük
Geybl”də, əvvəllər bağban olaraq işləmiş Con Varner adın-
da birini axtarıb tapdım. Əmr etməyi sevən ağası əsəbi ol-
duğu vaxtda onu işdən çıxarıb. Adamın, yəni Varnerin, ma-
likanədə çalışanlarla yoldaşlığı davam etməkdədir; onlar da
ağalarından qorxur və nifrət edirlərmiş. Beləcə yavaş-yavaş
“Böyük Geybl”in sirlərini öyrənmiş oldum.
Çox qəribə insanlardır, Uatson! Tək-tək hamısını nə-
zərdən keçirdim deyə bilməyəcəyəm amma çoxu doğrudan
qəribədir. Ev iki hissəlidir. Bir qanadında ev sahibləri, digə-
rində personal yaşayır. İki tərəf arasında heç bir əlaqə yox-
dur. Yalnız Hendersonun otaq xidmətçisi, yemək servisi ed-
ərkən, hər iki tərəfə gedib gəlir. İki hissəni birləşdirən yega-
nə vasitə bir qapıdır. Hər şey bu qapıya gətirilir. Uşaqlardan
və dayədən başqa heç kim bağçaya çıxmır. Henderson heç
bir zaman hər hansı bir yerə tək başına getmir. Əsmər üzlü
katibi, bir kölgə kimi yanından ayrılmır. Xidmətçilərin dedi-
qodularına qulaq asılsa ağaları, bir şeydən pis qorxurmuş.
87
Varner deyir ki, “Pul üçün ruhunu şeytana satıb, borc verən
cəhənnəmdən çıxıb varını əlindən alacaq deyə qorxur”. Hər
iki adam kimdir, haradan gəlib? Bilən yoxdur. Henderson
əzrailin biridir. İki dəfə adamlarını qamçılayıb. Məhkəməyə
çıxmaqdan, böyük təzminat verərək xilas olub.
İndi, Uatson, hadisələrə bu yeni məlumatlar işığında
baxaq! Qarsiyaya göndərilən məktubun bu qəribə evdən
göndərildiyini düşünə bilərik. Qarsiyaya çox əvvəldən ha-
zırlanmış planı tətbiq etmək üçün hərəkətə keçdi. Amma bu
məktubu kim yazıb? Ev sahibləriylə birlikdə qalan biri yaz-
mış ola bilər. Qadın ola bilər. Xanım Burnetdən, yəni mü-
rəbbiyədən başqa kim ola bilərdi ki? Ağlımdan keçən hər şey
bu istiqamətdədir. Bunu bir fərziyyə olaraq qəbul edib nəti-
cələrinə baxaq. Məncə xanım Burnet həm yaşı, həm xarakteri
etibarilə mənim düşüncələrimi təsdiqləyir. İşin içində bir eşq
hekayəsi var.
Məktubu o yazıbsa, Qarsiyanın sevgilisi və cinayət or-
tağı olması lazımdır. Qarsiyanın ölümünü öyrəndikdən son-
ra nə edib görəsən? Qarsiya pis bir işə qoşulduğuna görə
ölübsə, qadın ağızını açmayacaq. Buna baxmayaraq onun öl-
ümünə səbəb olan adama qarşı inciklik və nifrət duymağa
davam edəcək. Və əlindən gəldiyi qədər qatillərdən intiqam
almağa çalışacaq. İndi görəsən bu qadını görüb özüylə danı-
şa bilərikmi, deyə düşünürəm. Ağılıma ilk gələn şey budur.
Bu vaxta qədər tor qurur. Cinayət axşamından sonra xanım
Burneti görən yoxdur; qadın yoxa çıxıb. Görəsən yaşayırmı?
Yoxsa o da görüşmək istədiyi sevgilisinin aqibətinəmi uğra-
dı? Yoxsa onu əsir olaraq saxlayırlar?
Çox çətin vəziyyətdə olduğumuzu görürsən, Uatson.
Evdə axtarış icazəm də yoxdur. Deyəcəklərimiz polisə nağıl
88
Dostları ilə paylaş: |