Artur Konan Doyl



Yüklə 7,93 Kb.
Pdf görüntüsü
səhifə18/29
tarix26.09.2017
ölçüsü7,93 Kb.
#2180
1   ...   14   15   16   17   18   19   20   21   ...   29

 
irəli  çəkərək  Skot  Eklsin  erkəndən  yatmasını  təmin  etdilər. 
Qarsiyaya  ona  zəngi  çaldığını  soruşduğu  vaxt  Ekls,  saatın 
gecə  yarısı,  bir  olduğunu  sanırdı  amma  əslində  hələ  on  iki 
belə olmamışdı. Qarsiya planını icra etmək üçün bu saatı se-
çibsə  və  bir  saat  sonra  təkrar  köşkə  dönübsə,  irəlidə  bütün 
şübhələri üzərindən ata bilmək üçün Eklsin şahidliyinə ehti-
yac duyduğu zaman əlində güclü dəlil olardı. Bizim namus-
lu  ingilis  məhkəməyə  çıxanda,  mühakimə  olunan  adamın 
deyilən saatda evdə olduğuna heç düşünmədən and içməyə 
hazır idi. Yəni işlər yolunda getdiyi zaman bu Qarsiya üçün 
bir cür zəmanət idi. 
– Tamam, tamam. Bunu anlayıram. Amma o birilərinin 
ortadan itmələri nə mənanı verir? 
–  Hələ  bütün dəlillər  əlimdə  deyil  amma  bu  işi  həll 
etmək çətin olmayacaq. Lakin hazırki ipuclarına söykənərək 
bir nəticə çıxarmaq səhv olar! Nağd hökmlər vermək insanı 
gerçəklərdən sapdıra bilər. 
– Gələn məktuba nə deyirsən? 
– Bir dəqiqə! Nə yazırdı? “Rənglərimiz yaşıl və ağ”. İn-
sana at yarışlarını xatırladır. “Yaşıl açıq, ağ bağlı”. Aydındır  
ki, bu bir xəbərdarlıqdır. “Əsas pilləkən, ilk dəhliz, yeddinci 
qapı, yaşıl fiqur.” Bu, bir görüşdür. Bəlkə də bunun ardında 
qısqanc  ər  var.  Qəti  olan  budur  ki,  təhlükəli  bir  macəradır. 
Yoxsa sonunda “Özünü qoru” deyə yazmazdı. “D” hərfi də 
bizə yol göstərəcək. 
– Adam ispan idi. “D” bəlkə də Doloresin baş hərfidir; 
İspaniyada məşhur bir qız adıdır. 
–  Möcüzəsən  Uatson,  afərin;  amma  yanılırsan.  Bir  is-
pan qadını, aşiqinə yazmaq istədiyi zaman ispanca yazar. Bu 
yazını olsa olsa bir ingilis yazmışdır. İndi bu qabiliyyətli mü-
74 
 


 
fəttiş bura gələnə qədər bir az səbr edək. Bir neçə saat əvvə-
linə qədər can sıxıntısından partlayırdıq; bizi bundan qurta-
ran talehə şükr edə bilərik indi. 
Müfəttiş  Surreydən  dönmədən  əvvəl  Holmsa  bir  te-
leqram gəldi. Dostum teleqramı oxudu və qeyd dəftərinə nə 
isə qaralayarkən gözünün ucuyla mənə baxdı. Sonra gülərək 
kağızı mənə uzatdı.  
–  İşimiz  yüksək təbəqəylədir,  Uatson!  –  dedi.  Tele-
qramda bir çox ünvan və ad var: Lord Herrinqbi, Vadi; Ser 
Corc Ffolliott, Oksşott Tovers; cənab Heyns Heyns, J. P. Pur-
dey Plas; cənab Ceyms Beyker Uilliams, Forton Old Holl; Cə-
nab Henderson, Böyük Geybl; Keşiş Coşua Ston, Neser Ual-
slinq. Hərəkət sahəmizi məhdudlaşdıran mükəmməl bir sis-
tem. Baynes daha əvvəl buna bənzər planlar tətbiq etmiş ola 
bilər. 
– Çox da anlamıram. 
– Əziz dostum, artıq bunu bilirik ki, Qarsiyanın axşam 
yeməyi əsnasında aldığı xəbər, bir görüş idi. Bunun da ha-
rada olacağı yazılı idi; əsas piləkəndən çıxılacaq, dəhlizin sol 
tərəfində yeddinci qapıya gediləcəkdi. Aydın olduğuna görə 
görüşün  reallaşacağı  ev  çox  böyük  olmalıdır  və  Oksşotdan 
ən çox bir mil uzaqda olmalıdır. Əlimdəki məlumatlara ba-
xaraq bunu söyləyə bilərəm ki, Qarsiya bu istiqamətdə yola 
çıxmışdı və niyyəti, zamanında, yəni saat birə qədər Visteria 
qəsrinə dönərək özünə bir ədəbli şahid göstərmək idi. Oks-
şot  ətrafında  çox  ev  olmadığından  ən  çox  istifadə  edilən 
üsullardan  birinə  müraciət edərək,  Skot  Eklsin  bəhs  etdiyi 
əmlakçıya teleqram göndərərək ətrafda oturanların siyahısı-
nı istədim. Hamısının adı bu teleqramda yazılıb. İşin sirri də 
bu siyahıda gizlənib. 
75 
 


 
Eşerin  yanındakı  kiçik  kəndə  çatdığımız  zaman  hava 
qaralmaq üzrə idi, saat altıya qalırdı. Müfəttiş Baynes də bi-
zə qoşulmuşdu. Holms ilə mən gecəni keçirmək üçün lazımlı 
hazırlıqları görmüşdük. Bir pansiona yerləşdik. Visteria qəs-
rinə gedərkən yolda müfəttişlə vəziyyəti müzakirə etdik. So-
yuq və qaranlıq bir mart axşamı idi. Sərt külək əsir və çisələ-
yən  yağış  üzümüzü  qamçılayırdı!  Bizi  məchul  bir  hədəfə 
aparan yola, bu tənha yerə uyğun gələn bir havaydı. 
Buz kimi havada bir neçə mil sürən çətin səfərdən son-
ra  şabalıd  ağaclarının  əhatəsindəki  bağçalı  yoldan  keçərək 
böyük taxta qapının qarşısında dayandıq. Dolambaclı yolun 
sonunda qaranlıq, kəsvətli, alçaq damlı bir ev çıxmışdı qar-
şımıza; tünd boz səmanın altında qapqara görünürdü. Giriş 
qapısının solundakı pəncərədən yüngül işıq sızırdı. 
– Bir polis saxlamışdıq burada, – dedi Baynes. – Pəncə-
rəni döyüm. 
Çəmənlərin  üstünə  basaraq  keçdi  və  əlinin  tərsiylə 
pəncərə çərçivəsini döydü. Tutqun şüşədən, içəridə kiminsə 
kreslosundan  atıldığını  gördüm;  eyni  anda  qışqırıq  yüksəl-
di. Birdən qapı açıldı və içəridən bir polis çıxdı, qapının kan-
darına gəlib dayandı; bəti-bənzi ağarmışdı, şamı tutan əlləri 
titrəyirdi. 
– Nə oldu Valters? – Barnes narahatlıqla dilləndi. 
Polis  məmuru  alnının  tərini  silib  dərin  bir  nəfəs  aldı, 
rahatladı. 
– Yaxşı ki gəldiniz, əfəndim. Axşam elə uzandı ki, yə-
qin sinirlərim də bir az pozuldu. 
–  Sinirlərinmi  Valters?  Səndə  sinir  olduğunu  heç  bil-
mirdim. 
76 
 


 
– Cənab, bu evdəki ölüm səssizliyi, bir də mətbəxdəki 
qəribə  şey…  Qəfildən  pəncərə  döyülüncə…  Mənə elə  gəldi 
ki, yenə o axmaq gəldi
– Hansı axmaq? 
– Bu yekəpər! Hər halda o idi; pəncərəyə gəlmişdi. 
– Nə gördün pəncərədə? Nə vaxt oldu bu? 
– İki saat əvvəl. Hava tam qaralmamışdı, işıqlı da sa-
yılmazdı. Burada stuluma oturub kitab oxuyurdum. Nədən-
sə bir ara başımı qaldırdım. Pəncərənin çölündə bir üz sanki 
şüşəyə yapışmış, davamlı mənə baxırdı. Aman Tanrım! Necə 
bir üz idi! Kabus kimi! 
– Yaxşı görək, Valters! Burax bu uydurmaları! Bir poli-
sin danışacağı şey deyil bu axmaqlıqlar. 
– Bilirəm əfəndim. Haqlısınız. Amma baxışları birtəhər 
etdi. Niyə yalan danışım. Adamın üzü nə qara idi, nə də ağ; 
heç  tanımadığım  bir  rəng  idi  bu.  Dəhşətli  qarabasma  kimi 
idi;  sifəti  sanki  palçıqla  suvanmışdı;  ortasında  ağ  bir  ləkə 
vardı;  vəhşi  bir  heyvan  kimi  cırıldayan  dişləri.  Bu  canavar 
heç  olmasa  sizin  ikiniz  böyüklüyündə  idi.  Hələ  o  partlaq 
gözləri! İnanın mənə, elə süstləşdim ki, barmağımı da tərpə-
dəcək halım yox idi; nəfəsim kəsilmişdi. Birdən canavar qaç-
dı.  Mən də  arxasınca  qaçıb,  gözülüyə  yaxınlaşdım.  Lakin 
Tanrıya şükr, yox olmuşdu. 
–  Sizin  qabiliyyətli    polis  olduğunuzu  bilməsəm  Val-
ters,  danışdıqlarına  görə  gözümdən  düşərdiniz.  Nə  olursa 
olsun bir növbətçi polis, qarşısına çıxan şeytan belə olsa, on-
un  itməsi  üçün  dua  etməz.  Siz  ya  kabus  gördünüz  ya  da 
sinirləriniz çox pozulub. 
– Bunu anlamaq asandır, – deyən Holms kiçik cib lam-
pasını  yandırdı.  Çəmənliyi  araşdırdıqdan  sonra:  –  Tamam, 
77 
 


Yüklə 7,93 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə