Artur Konan Doyl



Yüklə 7,93 Kb.
Pdf görüntüsü
səhifə16/29
tarix26.09.2017
ölçüsü7,93 Kb.
#2180
1   ...   12   13   14   15   16   17   18   19   ...   29

 
kirdim.  Davamlı  barmaqlarını  masaya  trampet  kimi  vurur, 
gah  dırnaqlarını  yeyir,  gah  səbirsizliyini  göstərən  əsəbi  hə-
rəkətlər edirdi. Yeməyə gəlincə nə doğru-düzgün bişirilmiş-
di, nə də gözəl xidmət edilmişdi. Ağızını bıçaq açmayan xid-
mətçinin  kədərli  sifəti  də  süfrənin  dadını  qaçırırdı.  İnanın 
mənə,  o  axşam  ən  qısa  zamanda  Leeyə  dönmək  üçün  necə 
bəhanə tapa bilərəm deyə, düşünürdüm. 
–  Madam  ki,  bu  işin  üzərinə  düşürsünüz  bəylər,  əv-
vəlcə əhəmiyyət vermədiyim bəzi şeylər deyim, bunların si-
zə  faydası  toxuna  bilər.  Yeməyin  sonuna  doğru  xidmətçi, 
ağası Qarsiyaya bir məktub gətirdi. Qarsiya onu oxuduqdan 
sonra əvvəlkindən  daha dalğın və qəribə bir hala düşdü. Ar-
tıq boşboğazlığı buraxmış, düşüncələrə dalmış bir halda ye-
rində oturmuşdu; siqaret çəkir və tüstüsünü mənə üfləyirdi. 
Məktubda yazılanlardan mənə heç danışmadı. Saat on birdə 
yorğunluğumu bəhanə edərək süfrədən qalxanda çox sevin-
mişdim. Yatmağa getdim. Aradan bir az zaman keçdi; işığı 
söndürmüşdüm.  Birdən  Qarsiya  qapıma  gəldi  və  xidmətçi-
nin zəngini çalıb, çalmadığımı soruşdu. Çalmadığımı dedim; 
narahat etdiyi üçün üzr istədi və saatın az qala bir olduğunu 
dedi.  Ondan  sonra  yuxu  belə  görmədən dərin  bir  yuxuya 
getdim. 
– Gələk hekayənin ən maraqlı tərəfinə. Oyandığım za-
man ətraf işıqlaşmışdı, saatıma baxdım, doqquzu göstərirdi. 
Halbuki  saat  səkkizdə  qaldırılmağımı  tapşırmışdım.  Bu 
unutqanlığa çox əsəbləşdim. Yataqdan qalxdım, xidmətçinin 
zəngini çaldım, amma cavab verən olmadı. Zəngi üç dəfə da-
ha çaldım, səs-səda yox idi. Dərhal geyindim və sifətimi tur-
şudub, isti su istəmək üçün aşağı endim. Heç kəsi görmədi-
yim  anda  necə  çaşdığımı  artıq  siz  də  düşünün. Evin  dəhli-
66 
 


 
zində  yüksək səslə  qışqırdımsa  da  cavab  verən  olmadı.  Bir 
otaqdan digərinə qaçdım. Hər yerə ölüm səssizliyi çökmüş-
dü. Ev sahibim mənə bir gecə əvvəl, yatdığı otağı göstərmiş-
di.  Qapısını  döydüm,  kimsə  cavab  vermədi.  Bundan  sonra  
qapısının  dəstəyini  çevirib  içəri  girdim.  Otaq  bom-boş  idi, 
yataqda  yatan  olmamışdı.  Deyəsən  Qarsiya  xidmətçisiylə 
birlikdə gecə aradan çıxmışdı. Visteria qəsrinə ziyarətim be-
ləcə sona çatdı. 
Şerlok Holms bu qəribə hekayəni dinlədikdən sonra əl-
lərini ovuşturdu və xırıltıyla güldü. 
– Belə başa düşdüm ki, qeyri-adi şeylər yaşamısınız, – 
dedi. – Yaxşı, sonra nə etdiniz? 
–  Hirsənmişdim.  Ağlıma  gələn  şey  axmaq  bir  zarafa-
tın  qurbanı  olmağım  idi.  Əşyalarımı  yığdım,  küçə  qapısını 
çırpıb,  əlimdəki  çamadanla  Eşerə  yola  düşdüm.  Oranın  ən 
məşhur  əmlakçısı  Allan  qardaşları  ilə  danışdım.  O  qəsr  bu 
firma  tərəfindən  kirayəyə  verilmişdi.  Visteria  qəsrində  qa-
lanların  mənimlə  lağ  etmək  niyyətində  olmadıqlarını,  əsl 
məqsədlərinin kirayəni təxirə salmaq olduğu nəticəsinə gəl-
dim. Martın sonu idi və evin kirayəsi yaxınlaşırdı. Bunu əm-
lakçıya deyəndə diqqətimə görə təşəkkür etdi; amma çatdı-
ğım nəticədə yanılmışdım, bütün kirayə əvvəldən ödənmiş-
di. Bundan sonra şəhərə döndüm və İspaniya səfirliyinə get-
dim.  Orada heç  kim  Qarsiyanı  tanımırdı.  Bu  səfər  Mervillə 
getdim,  Qarsiya  ilə  onların  evində  tanış  olmuşdum.  Lakin 
orada da Qarsiya haqqında mənim bildiklərimdən artıq heç 
nə  bilmirdilər.  Sonunda  teleqramıma  verdiyiniz  cavabdan 
sonra, qalxıb bura gəldim. Necə də olsa çətin məsələləri həll 
etmək qabiliyyətinizi eşitmişdim. İndi söylədiklərinizdən an-
ladığım qədəriylə hörmətli müfəttiş, otağa girdiyinizdə faci-
67 
 


 
əylə qarşılaşmısınız.  Sizi  inandırım  ki,  cənablar, izah etdik-
lərim hamısı həqiqətdir  və ondan sonra gənc adamın başına 
gələnlər mövzusunda heç bir məlumatım yoxdur. Yeganə is-
təyim, əlimdən gəldiyi qədər qanuna yardımçı olmaqdır. 
–  Buna  əminəm,  cənab  Skot  Ekls,  -  çox  nəzakətli  bir 
tonla Qreqson dilləndi. – Bunu bilməyinizi istəyərəm ki, izah 
etdiklərinizin  hamısı  mənim  indiyə  qədər  apardığı  araşdır-
malara uyğundur. Ancaq bir şey soruşmaq istəyirəm: Axşam 
yeməyində Qarsiyaya çatdırılan məktubda nə yazıldığını gö-
rə bildinizmi?" 
–  Bəli,  gördüm.  Qarsiya  kağızı  büzüşdürüb  buxarıya 
atdı. 
– Buna nə deyirsiniz, cənab Baynes? 
Əyalət polisi qırmızısifətli, yekə, kök bir adam idi; bu 
kobudluğunu qapqara qaşlarıyla, qabarıq almacıq sümükləri 
arasına  saxlanmış  gömgöy  gözləri  bir  az  yüngülləşdirirdi. 
Yüngülcə gülümsəyərək cibindən rəngi solmuş və büzülmüş 
bir kağız parçası çıxardı. 
–  Bunu  buxarının  qapağının  altından  tapdım.  Cənab 
Qarsiya atmış ola bilər. 
Holmsun üzündə təqdir dolu bir gülümsəmə meydana 
gəldi. 
– Belə kiçicik bir kağız parçasını tapa bildiyinizə görə 
evi çox diqqətli araşdırmısınız, – dedi Holms. 
– Həm də necə, cənab Holms. Bu mənim vərdişimdir. 
İçində nə yazdığını oxuyummu cənab Qreqson? 
Qreqson razılıqla başını yellədi. 
Sadə, sarımtıl ağ bir kağız, möhürsüz. Bir sənəd kağı-
zının  dörddə  biri  ölçüsündə;  qayçıla  kəsilmişdi.  Hər  kim 
yazmışdısa  kağızı  üç  dəfə  qatlamış  və  incə  oval  bir cisimlə 
68 
 


 
bənövşəyi mum ilə möhürləmişdi. Üzərindəki ünvan cənab 
Qarsiyaya, Visteria qəsrinə göndərildiyinə işarə edirdi. İçin-
də də bunlar yazılmışdı: 
“Rənglərimiz yaşıl və ağ, yaşıl açıq, ağ bağlı. Əsas pil-
ləkan, ilk dəhliz, yeddinci qapı, sağda, yaşıl fiqur. Özünü qo-
ru! D.” 
Bu bir qadının yazısı idi, tük qələmlə yazılmışdı. Lakin 
ünvan ya başqa bir qələmlə ya da başqa biri tərəfindən ya-
zılmışdı. Çünki bu daha tələsik yazı və gördüyünüz kimi bu-
rada hərflərin üzərinə çox basılıb. 
Holms yazıya nəzər saldı. 
– Çox maraqlı bir kağızdı, cənab Baynes. Hər şeyə əm-
əlli-başlı  diqqət  yetirmisiniz;  təbrik  edirəm.  Nisbətən  əhə-
miyyətsiz  bir  iki  nöqtəni  də  mən  əlavə  edim.  Oval  möhür, 
düz  bir  qol  düyməsiylə  vurulub.  Kağız  isə  əyri  bir  qayçıla 
kəsilib. Kəsilən yerlər hər nə qədər qısa olsa da kiçik yum-
rular müəyyən olur. 
– Hımm, mənsə bu işi çox qurdaladığımı düşünürdüm, 
– dedi qəsəbə polisi dişini ağardaraq. – Amma görürəm ki,  
hələ bir az suyu qalıb. Bu şeirə mən də qafiyə tapa bilmədim. 
Ağılıma Fransızların bir sözü gəldi: “Cherchez la femme
1
”. 
Bütün bu söhbətlər  əsnasında cənab Skotdan səs çıx-
mamışdı. 
– Yaxşı ki bu kağızı tapdınız, – deyə sözə qarışdı. Bu 
da mənim danışdıqlarımı sübut edir. Lakin hələ cənab Qar-
siya ilə xidmətçisinə nə olduğunu öyrənə bilmədim. 
1
 
“Qadını axtarın”-fransızca. “ İşlər düz getmirsə, gözlənilməz hadisələr baş verirsə, 
kiminsə başına iş gəlirsə işin içində şübhəsiz bir qadın var”. mənasında işlənən 
məhşur ifadə.  
 
69 
 
                                                           


Yüklə 7,93 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə