Artur Konan Doyl



Yüklə 7,93 Kb.
Pdf görüntüsü
səhifə10/29
tarix26.09.2017
ölçüsü7,93 Kb.
#2180
1   ...   6   7   8   9   10   11   12   13   ...   29

 
– Bəli. 
– O zamanmı nişanlandınız? 
– Xeyr. 
– O halda əlaqəniz dostluq səviyyəsində idi? 
– Onunla birlikdə olarkən çox əylənirdim və o da bu-
nun fərqində idi. 
– Atası çox zəngindir? 
– Sakit oken çevrəsinin ən zəngin adamı olduğu deyi-
lir. 
– Sərvətini necə qazanıb? 
– Mədənçilikdən. Bir neçə il əvvələ qədər heç bir şeyi 
yox idi. Sonra qızıl tapınca, çuvallar dolusu pul qazanıb. 
–  Yaxşı,  gənc qadının,  yəni  xanımınzın  xarakteri  haq-
qında nələr söyləyə bilərsiniz? 
Eynəklərini  daha  sürətli  yelləməyə  başlamışdı  indi. 
Sonra gözlərini ocağa dikdi.  
– Baxın cənab Holms, – dedi, atası zəngin olmadan əv-
vəl arvadım iyirmi yaşlarında imiş. O müddət boyunca mə-
dən düşərgələrində, meşələrdə, dağlarda gəzərək böyümüş; 
yəni təhsilini məktəbdən deyil, təbiətdən alıb. Möhkəm qu-
ruluşlu, vəhşi və azad, ənənələrə fikir verməyən biridir. Çox 
coşğulu və səbirsizdir. Tez qərar verər və qorxusuzcasına ic-
ra edər.  Digər  yandan, əsilzadə  qadın  olduğunu  bilməsəm, 
yüngülcə  öskürdü  -  ona  şərəfli  adımı  verməzdim.  Özünü 
qəhrəmanlıqla fəda edəcəyiniz şərəfli bir qadındır. 
– Yanınızda bir fotoşəkili varmı? 
– Bəli, bir dənə gətirmişəm. – Cibindən gözəl bir qadın 
portreti çıxardı. Bir fotoşəkil deyil, fil dişindən bir miniatur 
idi. Sənət əsəri idi, parlaq qara saçları, böyük qara gözləri və 
40 
 


 
ağızı… Holms miniatürü uzun uzun və diqqətlicə araşdırdı, 
sonra Lord St. Simona geri uzatdı. 
–  O  zaman,  gənc  xanım  Londona  gəldiyində  münasi-
bətləri yenilədiniz, elə deyilmi?  
–  Bəli,  atası  Londona  gələrkən  onu  da  gətirmişdi.  Bir 
neçə dəfə görüşdük, nişanlandıq və sonra da evləndik. 
– Önəmli bir cehiz də gətirdi düşünürəm. 
– Elə, amma ailəm üçün gözlənilməz ölçüdə deyil. 
– Və təbii ki, evlilik reallaşdığı üçün bu sizə qalır. 
– Bunu həqiqətən heç araşdırmamışam. 
– Şübhəsiz. Xanım Doranı mərasimdən əvvəl görmüş-
dünüzmü? 
– Bəli. 
– Şən idimi? 
– Həm də necə. Gələcəyimiz haqqında durmadan da-
nışırdı. 
– Doğrudanmı? Baxın bu çox maraqlıdır. Yaxşı bəs toy 
səhəri? 
– Yenə çox şən idi - ən azı mərasimin sonuna qədər. 
– Onda bir dəyişiklik fərq etdiniz? 
– Doğrusunu demək lazımdırsa, onu ilk dəfə bu qədər 
pis  ovqatda  görürdüm.  Amma  bunun  mövzumuzla  əlaqəsi 
yoxdur. 
– Lütfən davam edin, hər şeyi danışın. 
–  Ah,  uşaq  hərəkətləri  edirdi.  Koridordan  keçərkən 
əlindəki buketini saldı - tam ön sıradaykən. Bir an gecikmə 
oldu, amma sırada oturan bir cənab buketi alaraq dərhal ar-
vadıma  verdi.  Yəni  əhəmiyyətsiz  bir  hadisə  idi  amma  ona 
bunu xatırladanda məni acıladı və yol boyunca naməlum bir  
şəkildə üzünü turşudub susdu. 
41 
 


 
– Doğrudan? Sırada cənab olduğunu söyləmişdiniz. O 
zaman başqa adamlar da vardı orada. 
–  Bəli.  Kilsə  açıq  olanda  onları  çölə  çıxarmaq  qeyri-
mümkün olur. 
– Bu cənab xanımının tanışlarından biri idimi? 
– Xeyr, xeyr; nəzakətli bir cənab idi amma olduqca sa-
də  görünüşlü  idi.  Orada  olduğunu  fərq  etməmişdim  belə. 
Amma mövzudan bir az uzaqlaşmırıqmı? 
– Ledi St. Simon mərasimdən çıxdığı zaman  köhnə se-
vincini itirmişdi demək. Atasının evinə getdiyinizdə nə etdi? 
– Xidmətçiylə söhbət etdiyini gördüm. 
– Xidmətçisi kimdir? 
– Adı Alisdir. O da Amerikalıdır. Kaliforniyadan gələr-
kən onu da gətiriblər. 
– Xüsusi xidmətçidir?  
– Bir az elədir. Mənə elə gəldi ki, arvadım ona çox sər-
bəstlik  verib.  Amma  Amerikada  bu  tip  şeylərə  daha  fərqli 
baxırlar onsuz da. 
– Alis ilə nə qədər danışdı? 
–  Ah,  yalnız  bir  neçə  dəqiqə  hər  halda.  Mən  o  anda 
başqa şeylərlə maraqlanırdım. 
– Danışdıqlarından heç nə eşitmədiniz ki?  
– Ledi St. Simon “damar tutmaq” və ya bənzər sözlər 
söyləyirdi. Arqo danışmağa vərdiş edib. Nə demək istədiyini 
anlamamışdım. 
– Amerikan arqosu bəzən çox şey izah edə bilər. Yaxşı, 
xanımınız xidmətçisi ilə söhbəti bitdikdən sonra nə etdi? 
– Nahar verilən otağa getdi. 
– Qolunuza girmişdimi? 
42 
 


 
– Xeyr, tək idi. Belə kiçik məsələlərdə çox müstəqil idi. 
Sonra, masaya oturduğu heç on dəqiqə belə olmamışdı ki, tə-
ləsiklə ayağa qalxdı, bir neçə üzr istəmədən qalxdı və otaq-
dan çıxdı. Bir də geri dönmədi. 
– Amma bu xidmətçi, Alis, xanımın otağına çıxdığını, 
gəlin paltarını dəyişdirdiyini və bir pencək götürüb çıxdığını 
söyləyir, deyilmi? 
– Bəli. Sonrada arvadım, o səhər cənab Doranın evində 
hadisə  çıxarmış  olan,  indi  də  nəzarətdə  olan  xanım  Flora 
Millerlə birlikdə Hayd Parkda gedərkən görülüb. 
– Aha, bəli. Mən də sizə bu gənc qadın və onunla əla-
qəniz haqqında bir neçə sual verəcəkdim. Lord St. Simon çi-
yinlərim silkələdi və qaşlarını qaldırdı.  
– Bir neçə ildir dostcasına əlaqəmiz vardı onunla - həm 
də çox dostcasına. Alleqroda çalışardı. Mən ona kobud dav-
ranmış, o da məndən heç şikayətçi olmamışdı, amma qadın-
ları  bilirsiniz  cənab  Holms.  Flora  şirin,  kiçik  bir  xanım  idi 
amma  həddindən  artıq  tərs  idi  və  mənə  də  dərindən  bağlı 
idi.  Evlənməyə  hazırlaşdığımı  iyrənincə  mənə  qorxunc 
məktublar yazmağa başladı və doğrusunu söyləmək lazım-
dırsa, mərasimi o qədər sadə etməyimizi bir səbəbi də kilsə-
də  bir  skandal çıxmasını  önləmək  istəməyim  idi.  Biz  məra-
simdən  geri  döndükdən  sonra,  qapımıza  gəldi  və  içəri  gir-
məyə çalışdı. Kobud bir dillə danışmağa və arvadımı təhdid 
etməyə  başladı;  amma  mən belə  şeylər  olacağını  təxmin 
etdiyim üçün hazırlıqlıydım. Əvvəldən çağırdığım mülki ge-
yimli iki polis onu çölə çıxardılar. Problem yaratmağının bir 
işə yaramayacağını görüncə səsini kəsdi. 
– Xanımınız bunları eşitdimi?  
– Xeyr yaxşı ki, eşitmədi. 
43 
 


Yüklə 7,93 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə