Artur Konan Doyl



Yüklə 7,93 Kb.

səhifə1/29
tarix26.09.2017
ölçüsü7,93 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   29


 
Artur Konan Doyl 
 
 
 
 
 
 
 
 
 
SUBAY ZADƏGAN 
hekayələr 
 
 
 
 
 
 
 
 
 
 

 


 
 
 
 
 
 
 
 
 
Naşir və redaktor: Müşfiq XAN 
Tərcümə: Cəlil Cavanşir 
Mətn tərtibatı: Bəxtiyar Ələkbərov 
Dizayn və qrafika: Teymur Fərzi 
 
 
 
 
 
 
ISBN: 9 7 8 - 9 9 5 2 - 4 0 5 - 0 6 – 4 
 
 
Hədəf Nəşrlərinin rəsmi razılığı olmadan kitabın yaxud 
onun hər hansı bir hissəsinin təkrar çapı qadağandır. 
 
 
 
 
 
www.hedefnesrleri.az 
© Hədəf Nəşrləri/2014 

 


 
 
 
 
 
 
MÜHƏNDİSİN 
BAŞ BARMAĞI 
 
 
 
 
 

 


 
Yoldaşlığımız  boyunca  həll  etməsi  üçün  dostum  Şer-
lok Holmsa yönəldilən o qədər problemin arasında, mənim 
tərəfindən ona təqdim edilən yalnız iki hadisə oldu - birincisi 
cənab Haserleyin  baş  barmağı  ilə  bağlı  olan,  o  biri  də  Pol-
kovnik  Varburtonun  dəliliyilə bağlı  olan.  İkinci hadisə  diq-
qətli və xüsusi qabiliyyətlərə sahib bir araşdırmaçı üçün da-
ha maraqlı ola bilər, amma digəri, əvvəldən qəribə, detalla-
rıyla elə dramatik idi ki xüsusilə bu hadisənin qələmə alın-
masının daha mənalı olacağını düşünürəm. Hərçənd bu ha-
disədə,  dostum  o  inanılmaz  nəticəyə  çatmasını  təmin  edən 
özünə  xas  üsullarını  istifadə  etməsinə  çox  gərək  duymadı. 
Hekayə, bildiyim qədəriylə, qəzetlərdə də yayılmışdı amma 
eynilə şərhlərdə olduğu kimi, yarım sütunda verilən bir xə-
bərin təsiri çox az olur; hələ hadisələrin tək-tək gözünüzün 
qarşısında  inkişafını,  sirrin  pillə-pillə  həllini  görməklə  mü-
qayisə  edəcək  olsaq,  hər  şey  aydın  olar.  Yaşandığı  zaman, 
içində olduğumuz vəziyyət mənə çox təsir etmişdi və aradan 
iki  il  keçməsinə  baxmayaraq  bu  təsirin  azaldığını  deyə  bil-
mərəm. 
İndi  danışacağım  hadisə,  89-cu  ilin  yazında,  evlən-
dikdən dərhal sonra baş verdi. Həkimliyə geri dönüb, Bey-
ker  küçəsindəki  mənzildən  ayrılmışdım.  Amma  tez-tez  ge-
dib gəlir və bohem vərdişlərindən imtina edib heç olmasa bi-
zi ziyarətə gəlməsi üçün arada bir Holmsı təşviq etməyə ça-
lışırdım. İşim durmadan artırdı. Paddinqton stansiyasına çox 
yaxın olduğum üçün, fəhlələr arasından da xəstələr gəlməyə 
başlamışdı.  İztirab  dolu,  xronik  bir  xəstəliyin  pəncəsindən 
qurtardığım xəstələrimdən biri, hər fürsətdə qabiliyyətlərimi 
tərifləyir və təsir edə bildiyi hər xəstəni mənə göndərirdi. Bir 
səhər, saat yeddi olmamış, Paddinqtondan iki adamın gəldi-

 


 
yini və gözləmə otağında məni gözlədiklərini söyləyən xid-
mətçimiz tərəfindən oyandırıldım. Dəmir yolunda baş verən  
qəzalarının vacibliyini bildiyim üçün tez geyindim və aşağı-
ya  qaçdım.  Aşağıya  enərkən,  köhnə  tanışım  olan  gözətçi, 
otaqdan çıxıb qapını arxasından möhkəmcə bağladı. Çiynin 
üzərindən qapını işarə edərək pıçıldadı: 
– Onu gətirmişəm. Amma narahat olma, vəziyyəti yax-
şıdır. 
– Yaxşı, nə olub? – deyə soruşdum, çünki otağıma qə-
ribə bir varlığı sıxışdırmış kimi davranırdı. 
– Yeni xəstədir, – deyə pıçıldadı. Ən yaxşısı onu özüm 
gətirim dedim, beləcə qaçmağa fürsəti olmazdı. Artıq sağsa-
lamat  buradadır.  Nəysə,  indi  getməliyəm  həkim,  bilirsən 
mənim də sənin kimi bəzi vəzifələrim var, – dedi göz vura-
raq. 
Sonra dərhal getdi... Təşəkkür belə edə bilməmişdim. 
Qəbul otağıma daxil oldum. Masada, sadə geyimli bir 
cənab  əyləşmişdi.  Əlinə  hər  tərəfi  qan  ləkələri  ilə  dolu  bir 
dəsmal sarımışdı. Gənc idi – yaşı iyirmi beşdən çox ola bil-
məzdi - və güclü, kişiyə xas üz xəttləri vardı; amma inanıl-
maz  solğun  görünürdü  və  çətinliklə  idarə  etdiyi  bir  qorxu 
içindəymiş kimi davranırdı.  
– Sizi bu qədər erkən narahat etdiyim üçün təəssüf edi-
rəm  həkim,  –  dedi.  Amma  gecə  çox  ciddi  qəzaya  düşmü-
şəm.  Səhər  qatarıyla  gəldim  və  Paddinqton  stansiyasında, 
bir  həkimi  necə  tapa  biləcəyimi  soruşar-soruşmaz  xeyirxah 
biri məni bura gətirərək, nəzakət göstərdi. Xidmətçinizə bir 
kart  vermişdim  amma  görürəm  ki,  onu  masanın  üzərində 
unudub. 

 


 
Kartı  götürüb  baxdım.  “Cənab  Viktor  Haserley,  hid-
ravlika mühəndisi, 16 A, Viktoria küç. (3-cü  mərtəbə)  
 Səhər gəlmiş qonağımızın adı və ünvanı belə idi. 
–  Sizi  gözlətdiyim  üçün  təəssüf  edirəm,  yəqin  ki,  da-
rıxmısınız, – dedim kürsüyə oturaraq. 
–  Anladığım  qədəriylə  gecə  səfərindən  yeni  gəlmisi-
niz, bu özü belə kifayət qədər darıxdırıcıdır. 
– Xeyr, gecəm çox darıxdırıcı  sayılmaz, – dedi və gül-
məyə  başladı.  Arxasına  söykənmiş,  silkələnə-silkələnə  yük-
sək səslə  gülürdü.  Bütün  tibbi  təcrübələrim  mənə  bu  gülü-
şün pisə bir işarə olduğunu hiss etdirdi. 
– Sakit  ol! – deyə qışqırdım. – Özünə gəl! – Dərhal bir 
stəkan su  verdim.  Xeyri  yox  idi;  gülüş  krizinə  tutulmuşdu. 
Güclü təbiətli insanların böyük bir təhlükə sovuşdurduqdan 
sonra rastlaşdıqları bir kriz idi. Nəhayət, özünə gəldi. Bətbə-
nizi ağarmışdı və yorğun görünürdü. 
– Özümü axmaq vəziyyətinə qoydum, – dedi. 
– Xeyr, heç də deyil. Gəl bunu unudaq. 
İçinə  bir  az  brendi  də  qatdığım  suyu  içdikdən  sonra 
qansız yanaqlarına bir az rəng gəldi. 
– Oh, baxın bu əla oldu! – dedi. 
– İndi həkim, görəsən baş barmağımla, daha doğrusu 
baş  barmağımın  olması  lazım  olan  yerə  baxa  bilərsinizmi? 
Dəsmalı açıb əlini uzatdı. Sinirlərim möhkəm olmasına bax-
mayaraq mən belə gördüyüm mənzərə qarşısında ürpəşdim. 
Barmaq, kökündən kəsilmişdi. 
–  Aman  Tanrım!  –  deyə  qışqırdım.  Qorxunc bir  yara-
dır bu. Ciddi qanaxma olub deyəsən. 
– Bəli, həddindən artıq. Kəsiləndə huşumu itirdim və 
məncə  uzun  müddət də  huşsuz  qalmışam.  Özümə  gəldi-

 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə