Artur Konan Doyl



Yüklə 7,93 Kb.
Pdf görüntüsü
səhifə8/29
tarix26.09.2017
ölçüsü7,93 Kb.
#2180
1   ...   4   5   6   7   8   9   10   11   ...   29

 
 
Lord  St.  Simonum  evlənməyi  və  arxasınca  qəribə  şə-
kildə  boşanması,  talehsiz  kürəkənin  içində  olduğu  yüksək 
çevrədə  artıq  danışılmırdı.  Boşanmadan  sonra  çıxan  yeni 
skandallar ilə çirkin detalları, bu dörd illik dramla əlaqədar 
dedi-qoduları  kölgədə  buraxmışdı.  Cəmiyyətə  bütün  ger-
çəklər əks olunmadığı və dostum Şerlok Holmsun bu məsə-
lənin həllində böyük bir payı olduğunu bildiyim üçün, hər 
şeyi ən başından danışmağım lazım olduğunu düşünürəm.  
Mən evlənmədən bir neçə həftə əvvəl, Holms ilə Bey-
ker  küçəsindəki  evi  hələ  paylaşdığımız  günlər  idi;  dostum, 
bir  gün  günortadan  sonra  gəzintisindən  dönəndə  masanın 
üzərində onu gözləyən bir məktub tapdı. O gün, birdən çı-
xan payız küləklərindən sonra yağış başlayınca mən də bü-
tün gün çölə çıxmamışdım. Əfqanıstandan yadigar, qıçımda-
kı Jezail gülləsi də bütün gün sızlamışdı. Rahat bir kresloya 
oturmuş, qıçlarımı da bir başqasına qoymuş, sonunda sıxılıb 
bir kənara atana qədər zamanımı qəzet oxumaqla keçirmiş-
dim. Bir tərəfdən də masada dayanan, böyük bir tacla bəzən-
miş zərfə baxıb dostumun bu zadəgan müştərisinin kim ol-
duğunu düşünmüşdüm.  
–  Sənə  əhəmiyyətli  bir  məktub  var,  –  dedim  dostum 
içəri  girən  kimi.  Xatırladığım  qədər  ümumiyyətlə  səhərlər 
balıqçılardan və köməkçilərdən başqa kimsədən məktub al-
mazdın. 
– Bəli, müxtəlif əlaqələrim olduğu düzdür, – deyə ca-
vab verdi gülümsəyərək. 
–  Sıravi  hadisələr  ümumiyyətlə  daha  maraqlı  olurlar. 
Bu masada dayanan isə, getdiyin yerdə insanın canını sıxan 
32 
 


 
və ya bol-bol yalan danışılmasını tələb edən bir dəvətnamə-
yə bənzəyir. 
Möhürü qopardaraq içindəkilərə baxdı. 
– Maraqlı bir şey ola bilər. 
– Bir dəvətnamə deyil hər halda. 
– Xeyr, tamamilə iş məsələsidir. 
– Əsilzadə müştəridənmi? 
– İngiltərənin ən böyüklərindən biri. 
– Sevimli dostum, təbrik edirəm səni. 
– Əmin ol ki Uatson, müştərimin statusu, əhvalatı qə-
dər  maraqlandırmır  məni.  Son  zamanlarda  qəzetləri  oxu-
yursan, deyilmi? 
–  Əvvəlki  qaydada,  –  dedim  küncdəki  qəzet  yığınını 
göstərərək.  Görəcək başqa bir iş yox idi. 
– Bax bu yaxşıdır; bəlkə də bu mövzuda köməkçi ola 
bilərsən  mənə.  Mən  cinayət xəbərləri  və  itkin  elanları  xari-
cində başqa bir şey oxumuram. Hələ bu ikincisi verdiyi yaxşı 
məlumatlar üzündən çox əhəmiyyətlidir mənim üçün. Am-
ma  sən  əgər  son  xəbərləri  təqib  etdinsə,  Lord  St.  Simon  və 
evliliyi haqqında da bir şeylər oxumusan hər halda. 
– Təbii ki, həm də böyük bir maraqla. 
– Çox gözəl. Əlimdəki məktub Lord St. Simondan gə-
lir.  İndi  sənə bu  məktubu  oxuyacağam,  sən də qarşılığında 
qəzetdən öyrəndiklərini ötürəcəksən mənə. 
Oxuyuram: 
" HÖRMƏTLİ CƏNAB ŞERLOK HOLMS! 
 Lord Bakvater, sirr saxlamaqla bağlı sonuna qədər gü-
vənə biləcəyimi söylədi. Buna görə, evliliyimlə əlaqədar xo-
şagəlməz  bir hadisə haqqında sizinlə məsləhətləşməyə qərar 
verdim.  Skotland  Yarddan  cənab  Lestrade  də bu  məsələylə 
33 
 


 
maraqlanır və özü sizin əməkdaşlığınıza qarşı çıxmayacağı-
nı, hətta faydalı olacağınıza inandığını bildirdi. Günortadan 
sonra saat dörddə gələcəyəm. Əgər o vaxtda başqa bir görü-
şünüz varsa ümid edirəm təxirə salarsınız çünki bu məsələ 
çox ciddidir.  
Görüşənədək! 
ROBERT ST.SİMON” 
–  Grosvenor  malikanələrindən  göndərilib,  lələklə  ya-
zılıb və zadəganın katibinin sağ kiçik barmağına mürəkkəb 
sıçrayıb, – deyə sözə başladı Holms, məktubu qatlayaraq. 
– Saat dörddə deyib. İndi saat üçdür. Bir saata burada 
olar. 
–  O  zaman  sənin  də  köməyinlə  məsələni  aydınlaşdır-
maq  üçün vaxtımız var. Sən qəzetlərdəki xəbərləri zaman sı-
ralamasına  görə  düzərkən  mən də  müştərimizin  kim  oldu-
ğuna bir baxım. Buxarının üstündəki rəfdən qırmızı cildli bir 
kitab götürdü. 
–  Bax,buradadır,  –  dedi,  kitabı  qucağına  götürərək. 
Lord Robert Valsingham de Vere  St. Simon, Balmoral  Qara-
fının ikinci oğulu. 1846-cı ildə  doğulub. Hazırda qırx bir ya-
şındadır və yaş olaraq evliliyə uyğundur. Bir müddət, kolo-
niya katibliyi edib. Atası Qaraf, bir zamanlar Xarici İşlər söz-
çüsü imiş. Bir yandan Plantaqenetlərlə yaxın qan bağları, bir 
tərəfdən də Tudorlarla qohumluqları var. Burada çox aydın 
məlumatlar  yoxdur.  Düşünürəm  yenidən  sənə  müraciət et-
mək məcburiyyətindəyəm Uatson, ciddi məlumatlar səndə-
dir.  
– Axtardığımı tapmaqda çətinlik çəkmədim, – dedim, 
çünki  məlumatlar  həm  yeni,  həm  də  çox  təəccüblüdür.  Bir 
araşdırma üzərindəykən başqa məsələlərlə narahat edilmək-
34 
 


 
dən xoşlanmadığını bildiyim üçün sənə danışmaqdan çəkin-
mişdim. 
– Grosvenordakı yük arabası məsələsindən bəhs edir-
sən? Onsuz da bu məsələ həll olundu, - ilk andan məlum idi. 
Lütfən qəzetlərdən yığdıqlarını oxu indi. 
–  Tapa  bildiyim  ilk  xəbər,  bir  neçə  həftə  əvvəl  “Mor-
ninq Post”un dedi-qodu küncündə nəşr olunub. Belə yazır: 
“Söz-söhbətlər  doğrudursa  Balmoral  qrafının  ikinci  oğlu 
Lord Robert St. Simon ilə San Francisko, Kaliforniyalı torpaq 
sahibi Aloysius Doranın yeganə qızı Evan Hatty Doran ara-
sında evlilik baş tutacaq. 
– Qısa və konkret, – deyə sözümü kəsdi Holms, uzun, 
zəif qıçlarını acağa doğru uzadaraq. 
– Eyni həftənin kübar cəmiyyət qəzetlərindən, birində 
mövzunu daha geniş əhatə edən yazı var. Belə yazır: “Evli-
lik  bazarında  da  hər  şey  öz  iç  bazarımızın  əleyhinə  inkişaf 
edir. Böyük Britanyanın soylu xanədanlarını tək-tək Atlanti-
kin qarşı sahilindəki qohumlarımıza qapdırırıq. Bu gözəl iş-
ğalçılara, keçən həftə bir yenisi daha əlavə olundu. Eşq tan-
rısının oxlarına iyirmi ildir dözən Lord St. Simon, sonunda 
geri  çəkildi  və  Kaliforniyalı  bir  milyonerin  qızı  olan  xanım 
Hatty  Doranla  yaxında  evlənəcəklərini  açıqladı.  “Vestburi 
Hous”un yazdığı kimi zərifliyi və gözəlliyi ilə diqqət çəkən 
xanım Doran evin tək uşağı olduğu üçün, cehizinin altı xa-
nalı rəqəmlərə çatacağı deyilir. Balmoral qrafının son bir ne-
çə ildir çeklərini satmaq məcburiyyətində qaldığı və Lord St. 
Simonun Birçmurda kiçik bir ərazi xaricində özünə aid heç 
bir şeyinin qalmadığı bilindiyi üçün, bu evlilikdən qazanclı 
çıxacaq adam yalnız Kaliforniyalı qadın deyildir. 
35 
 


Yüklə 7,93 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə