Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   5   6   7   8   9   10   11   12   ...   86

33 
 
Krişnaizm çoxhəyatlılıqda itirdi insanı. Xristianlıq, İslam Allahın 
bəndəsi  saymaqla  insanı  yaradıcılıqdan,  öz  aqibətinə  yiyə  durmaq-
dan,  xalqlaşmaqdan,  vətənə,  dünyaya  doğmalaşmaqdan  məhrum 
etdilər.  Məhəmməd  peyğəmbər  çoxallahlılıqdan  Tək  olan  Allaha 
inam  yaratdı.  Amma  İnsan  üçün  yaratmadı,  Allahın  mövcudluğunu 
təsdiq etmək üçün yaratdı dinini. Bu yaratmadan insanın ömrünə işıq 
düşmədi.  Allaha  bəndə  olan,  qismətdən  çıxa  bilməyən,  bu  dünyada 
qonaq  olan  insan  necə  öz  ömrünə  yiyə  ola  bilər?  Öz  ömrünə  yiyə 
olmayan vətəninə necə yiyə olacaq? 
Dinlər insanlığı insan ömründə təsdiq edə bilmədilər. Dini təsdiq 
etmək  üçün  ölkələr  zəbt  etdilər,  qan  tökdülər,  insan  insana  qənim 
kəsildi.  Başqa  dindən  olanları  yad  saydılar,  düşmən  saydılar,  hansı 
ki,  Bir  olan  Allahın  yaratdığı  kimi  elan  etmişdilər  özlərini.  Din 
yaydılar,  insanlıq  deyil.  Vətənə,  dünyaya  yadlıq  yaydılar  cənnət 
şirnisiylə,  cəhənnəm  qorxusuyla.  Yaratdıqlarına  yiyə  durmayan, 
yaradacağının  sabaha  qalmayacağını  aşılayan  dünyanın  sonu 
ideyasıyla sabahı uçurtdular. İnsanın özünə inamı qalmadı, sabaha da 
inamı uçuldu. 
Nə Sosializmdə insan təsdiq olunub, nə Kapitalizmdə. Marksizm 
insanı  ictimai  münasibətlərin  məcmusu  sayıb.  Sosializmdə  insan 
vasitə  oldu.  İnsanın  özünü  ruhani  varlıq  kimi  təsdiq  etməsi 
gərəksizləşdirilib. Kapitalizm təbəqələr yadlığı yaradıb. Bir nəfər hər 
şeyə  yiyələnib,  yoxsullar  ordusu  yaranıb.  Rəqabətdə,  yadlıqda 
qurulub  münasibətlər.  İnsan  özünə  yer  tapmayıb.  İnsan  özünü 
görməyib, başqasını da görməyib. İnsan özünü tanımayıb, başqasını 
da tanımayıb.  İnsan özüylə doğmalaşmayıb, başqasıyla da yadlaşıb, 
dalaşıb, rəqabət aparıb. 
Fəlsəfədə  də  insan  axtardığında  özünü,  öz  mənasını  tapmayıb. 
Gerçəkçilikdən  qırağa  çıxa  bilməyib  fikir  sahibləri.  İnsanın  Ruhani 
Varlıq  olmasını  təsdiq  edə  bilməyiblər.  İnsanı  instinktlərində, 
cismaniliyində  axtarıblar,  əksildiblər.  Dahi  insan  sayılan  duyğusuz 
idraka,  ya  da  cismani  duyğuların  ifadəsinə  çağırıb  insanı. 
İnsandan  başlamalıydı  hər  şey.  İnsanlıq  əsasında  çıxılmalıydı  yola. 
Yaratdığına yiyə durmağı bacaran, özünü quran, dəyişdirən, vətəninə 
bağlanan  “İnsan  yaradıcılığı”na  başlanmalıydı.  Bunu  Asif  Ata 


34 
 
yaratdı.  İnsanın  özünə  inamının  yaranması  –  özünün  qüsurlarıyla, 
naqisliyiylə, qeyri-kamilliyiylə döyüşündən başlayır. Özüylədöyüş – 
özünü  qurmaqdır,  özünü  şəraitin,  mühitin  təsirindən  azad  etməkdir. 
Özünə  öz  gözü  ilə  baxmaq,  özünə  doğmalaşmaq,  öz  ömrünə  yiyə 
durmaqdır. İnsanlığı öz ömründə təsdiq etməkdir. 
İnsanlığa yetən insan başqalarından maddi üstünlüyə nail olmaqla 
xoşbəxtliyə  çatdığını  düşünməz.  Öz  ömrünün  vətənə,  millətə 
bağlılığını  əməlində,  döyüşündə  təsdiq  edər.  Vətənsiz  insan  nəyə 
gərəkdir?  Millətsiz  insanın  sabahı  yoxdur.  Çünki  fərd  özünü 
millətində,  millət  özünü  fərdində  təcəssüm  etdirir. Millətsiz  bəşərin 
sabahı  yoxdur.  Çünki  bəşər  millətlər  zənginliyi,  özünəməxsusluğu 
deməkdir. İnsan ömrünü yaradır, millətində yaşayır, bəşəri yaşadır”. 
Muğam ifası Bayram izharlarını müşayiət elədi. 
 
 
Üstün  Atalı: “Mütləqim,  Müqəddəsim,  Ulu  Peyğəmbərim,  Asif 
Ataya – İnam Ataya ali səcdəylə! 
Asif  Ata  deyir  ki,  bizdən  asılı  olmayan  iki  hadisə  var,  –  biri 
doğuluş,  biri  də  ölüm.  Deməli,  ömrümün  yiyəsi  mənəm.  Bəs 
dünyaya niyə  gəlmişəm?  Bu dünya  məni qane edirmi? Axı  mən bu 
dünyaya  təkcə  yeyib-içməyə,  nəsil  artırmağa,  ölməyə  gəlməmişəm. 


35 
 
Mənim  yerim  haradır?  Vəzifəm  nədir?  Bu  kimi  suallar  hər  kəsi 
düşündürməsə  də, son  məqamda  bu  məsələyə  hamı  toxunmalı  olur. 
Bu  sonlu  dünyada  heç  kəs  adi  ömür  yaşamaq  istəmir.  Atalıqda, 
analıqda,  sevgidə,  insan  özünü  ifadə  etməyə  çalışır,  Mütləqə  meyil 
edir,  ancaq  onun  yolunu,  Mütləqləşmə  aqibətini  hər  kəs  yaşamır. 
İnsanla  Mütləqin  birləşməsinin  ali  səviyyəsini  Asif  Ata  təsdiq  etdi. 
Asif  Ata  bəşər  tarixində,  ən  zəngin  bir  səviyyədə  İnsana  İnam 
fəlsəfəsini,  Özünüyaratma  yolunu  göstərdi.  Ata  öz  düşüncəsində, 
ideyalarında,  fəaliyyətində  Mütləqi  ifadə  elədi.  Ata  İnsanların 
münasibətinə yeni məna gətirdi, onu faydalılıq çərçivəsindən qırağa 
çıxartdı, insanı başqasına deyil, özünə tapşırdı. Ata haray çəkdi: 
İnsan sonlu dünyada sonsuzluğu ifadə etmək üçün gəlib. 
Keçici dünyada əbədiliyi ifadə etmək üçün gəlib. 
Qeyri-kamil dünyada kamilliyi ifadə etmək üçün gəlib. 
Həyatın mənası göründüyündən artıqdır, ülvidir, alidir. 
İnsan  insaniliyini  ifadə  etmək  üçün  gəlib.  Bunun  üçün  insan 
cismani sədləri aşmalıdır, həyat çərçivəsinə aldanmamalıdır, özüylə-
döyüş əsasında yenidən yaranmalıdır. 
Öz içindəki yalanla döyüşməlidir! 
Günahla döyüşməlidir! 
Köləliklə döyüşməlidir! 
Ədalətsizliklə döyüşməlidir! 
Daxilindəki  naqisliyi  öldürmək  üçün  öz  içindəki  balacalığa 
yadlaşırsan,  özünü  balacalığında  öldürürsən  ki,  kamil  tələblərlə 
qurula  biləsən.  Xeyiri  şərdən  ayıra  biləsən.  Mütləqi  nisbidən  ayıra 
biləsən. 
Cəmiyyətdəki  cılızlığı  öldürmək  üçün  içimdəki  cılızlığı  məhv 
etməliyəm və böyüklüyə çatmalıyam. 
Cəmiyyətdəki  yadlığı  öldürmək  üçün  içimdəki  yadlığı 
öldürməliyəm, doğmalığa yetməliyəm. 
Cəmiyyəti  xilas  etmək  üçün  özümü  xilas  etməlyiəm  –  Özümü 
yenidən yaratmalıyam”. 
Güntay  Atalı: “Öncəliklə  ləyaqət  göstərib  bura  gələn  insanlara 
təşəkkür  edirəm.  Hər  bir  dünyabaxış  yaradıcısı  öz  qurallarıyla,  öz 
adət-ənənələriylə  öz  dünyabaxışını  insanlara  təqdim  elədiyi  kimi, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə