Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   2   3   4   5   6   7   8   9   ...   86

20 
 
ki,  Asif  Ata  haqqında  nəsə  eşitmisiniz,  o  saat  təsdiqləyəcəklər… 
Asif Ata “Məcnunum” demişdi mənə. O vaxt özümdə o Məcnunluğu 
hiss  eləməmişəm,  görməmişəm  də.  Bəlkə  həvəs,  bəlkə  şöhrətpə-
rəstlik gətirmişdi məni Ocağa. Amma Asif Ata dedi ki, “O, Məcnun 
kimi  gəldi  Ocağa”.  Bəli, Atanın  məcnunuyam  –  Onun  ideyalarının, 
peyğəmbər  harayının  vurğunuyam…  Yeni  ilimiz  uğurlu  olsun! 
Atamız Var olsun!”. 
Üstün Atalı Ataya səcdə ilə sözünə  başladı: “Bu günün fərəhini 
əvvəlki illərdən daha artıq hiss edirəm. Çünki əvvəlki illərdən fərqli 
olaraq, bu ilə qatqım daha çox oldu. Bu, məni fərəhləndirir. Yeni il 
halıma  yeni  əməllərin  tələbi  ilə  gəlir.  Güntay  qardaşımızın  gəlişi 
Ocaqda  özümə  arxa, dayaq  hissi  gətirir.  Bu  hiss  məni  daha  da  irəli 
getməyə  həvəsləndirir.  Hamınızı  təbrik  edirəm.  Yeni  ilimiz  qutlu 
olsun.”. 
Ulusəs Atalı Güntayı qutladı və Yeni ilə təbrik sözünü söylədi. 
Ocaq  Yükümlüsü  Mərasim  hədiyyələrini  Ocaqçılara təqdim  etdi. 
34-35-ci  illərin  tədbirlər  kitablarının  elektron  variantı,  35-ci  ilin 
Mərasimlər  və  Bayramlar  kitabları,  Göylünün  Güntaya  hazırladığı 
foto albom hədiyyə verildi. 
Evladlıq Nişanələri Ocaq Yükümlüsü Soylu Atalı tərəfindən Yol 
sözü ilə təqdim olundu. 
Bununla da Mərasim başa çatdı. 
 
 
Günəş Ayı, 36- il. Atakənd. 
(mart, 2014. Bakı.) 
 
 
 
 
 
 


21 
 
Asif Atanın – İnam Atanın 
Mütləqə İnam Ocağı 
 
Ata-Ocaq ilsırasının 36-cı ili 
Qutsal “İnsanilik” Bayramının 
GEDİŞATI 
 
Gün: 14 Günəş Ayı (mart); 
Yer: İnam Evi; 
Başlanır: saat 15.00 
 
İnam  Evi  Ocaq  Ruhunda  hazırlanır.  Təşkilati  işlərə  Göylü  Atalı 
və İnam Evinin Odqoruyanı Ulusəs Atalı sorumludur. 
İnam  Bayrağı  gətirilir.  6  ideyanı  əks  etdirən  6  məşəl  yandırılır, 
Bayram üstə söz deyilir. 
Hamı: “Ata Ruhuna Pənah gətirmişik!” 
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Göylü, 
“Ataya Günorta Ricası”nı – İnamlı deyir. 
 
Ocaq Yükümlüsü Soylu Atalının Bayram Sözü dinlənilir. 
 
Bayram Qonuları: 
1.  Ataya  qədər  olan  ideya  sahibləri  İnsanlığı  hansı  səviyyədə 
təsdiq ediblər? – Günev, Nurtəkin
2.  Özüylədöyüş  əslində  dünyadakı  eybəcərliklə  döyüşdür,  yəni 
daxili şəri döymək ictimai şəri islah edir – Göylü, Üstün; 
3.  İnsaniliyin  Mütləqə  İnam  ideyasına  bağlı  olaraq  Bayramlaş-
ması özündə hansı məziyyətləri daşıyır? – İnamlı, Güntay. 
(Mövzulara hər kəs münasibət bildirə bilər) 
İzharlar arası saz və ya muğam səslənir. 


22 
 
Bayram üstə ruhani hədiyyələr Ocağa təqdim olunur. 
“İnsanilik Şərqisi”ni – Üstün, 
“İnsanilik Bayramı üstə Mütləqlə Təmas”ı – Göylü söyləyir. 
Ocaq  Yükümlüsü  Ata  Hökmünü  çatdırır:  “İnsanlaşın, 
İnsanlaşdırın!” 
Hamı: “İnsana and olsun, İnsaniliyə xidmət edəcəyəm!” – deyir. 
Bayramın mərasim hissəsi başa çatır. 
“Ata  Ruhunu  Ürəyimizdə  aparırıq!”,  “Atamız  var  olsun!” 
Bundan  sonra  çay  süfrəsi  ətrafında  Bayramlaşma  –  doğmalaşma 
davam edir. 
 
CARLAR: 
Ata Amalı – İnsaniliyin təsdiqi – Bəşərin nicatı! 
İnsanilik  Bayramı  –  Ruhaniyyatın  maddiyyat  üzərində 
qələbəsinin izharı! 
İnsanilik Bayramı – Ruhun bədən üzərində qələbəsinin fərəhi! 
 
Gedişatı yazdı: İnamlı Atalı 
4 Günəş Ayı, 36- il. Atakənd. 
 
 
Qəbul olunur. 
 
Ocaq Yükümlüsü Soylu Atalı 
 
  
 
5 Günəş Ayı, 36-il. Atakənd. 
 
 


23 
 
Qutsal “İnsanilik” Bayramında deyilmiş fikirlər 
 
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 14 Günəş Ayı, 36-
ildə (mart, 2014) “İnsanilik” Bayramını həyata keçirdi. 
Öncə Bayram quralları icra olundu... 
Ocaq  Yükümlüsü  Soylu  Atalı Ataya  səcdə  ilə  sözünə  baş-
ladı: “Yurdumuzun  əsarət  altında  olduğu  bir  zamanda,  Sovetlər 
çağında Asif Ata adında bir ər qopdu soyumuzdan (Dədə Qorqudda 
deyildiyi  kimi).  Azərbaycanın  özündən  ayrılmasının  dərdini  öz 
ürəyinə  yüklədi.  Heç  kimi  eşitmədi  hələ  gənc  yaşlarında.  Atasını, 
anasını sevə-sevə eşitmədi. Deyirdilər Azərbaycanın dərdiylə məşğul 
olma,  özünlə  məşğul  ol  və  şöhrət  yarat.  Özünə  mülk  yarat,  yüksək 
vəzifələrə  yet.  Amma  həqiqətlə  ünsiyyətdə  idi  Asif  Ata.Həqiqətlə 
doğmalaşmışdı və o deyirdi ki, həqiqətini tapan insan heç vaxt ondan 
üz  döndərə  bilməz.  Ona  görə  atasını  eşitmədi,  anasını  eşitmədi, 
özünü eşitdi, qəlbini eşitdi və öz dünyabaxışını yaratdı, öz fəlsəfəsini 
yaratdı.  Azərbaycanın  ruhani  mahiyyətini  ifadə  eləyən,  mənəviy-
yatını göylərə qaldıran “Azərbaycanımız – Azərbaycanlığımız” dəyər 
sistemini yaratdı. Onun harayını çəkdi. Təqiblərə uğradı. Çünki Milli 
idi. Çünki İnsani idi. Çünki Bəşəri idi. Amma onu təqib edən Dövlət 
Təhlükəsizlik  Komitəsi  SSRİ  idi.  Yəni  imperiya  idi.  Ona  görə  də 
təqiblərə  uğradı.  Ağzından  vurdular.  Millət  haqqında  danışma 
dedilər. Millətçilik eləyərsən, onda yüz damğa vurarıq sənə... Vurdu-
lar  da.  Antisosialist,  antikommunist,  antimarksist,  pantürkist, 
klerikalist, nə qədər damğalar vurdular. Özü deyirdi ki, bu damğadan 
biri  bəsdir  ki,  bir  adamı  nəinki  həbs  eləsinlər, hətta edam  eləsinlər. 
Amma  nə  yaxşı  ki,  açılmışdı,  aşkarlanmışdı.  İmperiya  ona  heç  nə 
eləyə bilmədi, eləmədi, daha doğrusu. Dünyaya səs salmaq istəmədi 
imperiya.  Dünyaya  səsi  çıxmışdı  Asif  Atanın.  Türkiyədən  tanımış-
dılar,  Avropadan  tanımışdılar.  Ona  görə  də  qaldı  və  öz  Yurdunun 
harayını  çəkdi.  90-cı  illərə  qədər  Azərbaycan  mətbuatı  qapılarını 
onun  üzünə  bağlamışdı.  Çap  eləmirdilər.  Auditoriyalara  buraxmır-
dılar.  Çünki  1979-cu  ildə  onun  auditoriyalarını  tanımışdılar  və 
bağlamışdılar.  1975-ci  ildə  “Etik-estetik  tərbiyə  klubu”  yaratmışdı. 
Orada  inadla  Azərbaycanın  mahiyyətini  ifadə  eləyən  dəyərlərin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə