Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   2   3   4   5   6   7   8   9   ...   86

16 
 
Ocaqçılığı  anlamağım  baxımından  yazı  yazmışam,  onu  oxumaq 
istəyirəm: 
Ocaqçılıq  –  İmtinaçılıqdan  başlayır.  Özündəki  eybəcərliklərlə 
döyüşdən.  Dünyada,  həyatda,  insanda  gördüyü  eybəcərliklərə  qarşı 
döyüşdən. Bu döyüş insanda imtina tələbi yaradır. 
Ocaqçılıq  –  özünü  öyrənmək  –  özündəki  şər  duyğuları  tanımaq, 
onlara qarşı döyüşmək və özünü yendən yaratmaqdır. 
İnsanı görmək – tanımaq bacarığı. 
Göz  gördüyündən  artığı  görür.  Dünyaya,  həyata,  insana  ağlın 
deyil,  ruhun  gözüylə  baxır.  Dil  fərqli  danışır,  ürək  fərqli  düşünür  – 
hərcayilikdən təmizlənən ömrə müqəddəslik gəlir. 
İnsanlıq  adlı  mahiyyətinə  bərabər  ömür  yaşamaqdır  Ocaqçılıq. 
Təhqirlərə, təqiblərə, dışlanmağa uğradıqca Ocaqçının ömür sevdası 
baş tutur. Deməli, hamının dediyini yox, Mütləqin dediyini deyirsən. 
Hamının  gördüyünü  yox,  Mütləqin  gördüyünü  görürsən.  Hamının 
səcdə  etdiyinə  yox,  Mütləqə  səcdə  edirsən.  Axına  qarşı  üzmək 
hünəri. 
Ocaqlaşmaq  –  Mütləqləşmək  istəyidir  –  zamandan,  mühitdən, 
şəraitdən üstün yaşamaq tələbidir. 
Hamının biri yox, hamıdan fərqlənmək ucalığı. Bu tələb insanda 
əsarətdən azad olmaq imkanı yaradır. 
Zaman  insanı  özünə  bağlayır  –  özünə  uyğun  yaşadır,  əslində 
məhv  edir  –  sonsuzu  sonlu  edir.  Ocaqlaşmaq  zamanüstü  ömürdür. 
Mühit – insanı özünə tabe edir – insanı istədiyi şəklə salır. Alçaldır, 
süründürür,  əşyalaşdırır  –  sonda  məhv  edir.  Ocaq  “insanı  mühit 
formalaşdırır”  deyimini  rədd  edir,  “mühiti  insan  formalaşdırır” 
fikrini  irəli  sürür.  Ocaqlaşmaq  –  mühiti  formalaşdıran  insan  ömrü 
yaşamaqdır. Şərait insanı dar, məhdud çərçivəyə salır  – onu özüylə 
məşğul  olmağa  imkan  vermir,  insanı  maddiyyat  əsarətinə  salır  – 
simasızlaşdırır, kölələşdirir. 


17 
 
Ocaqlaşmaq  –  şəraiti  saymır,  üzünü,  sözünü  sabaha  tutur  – 
əbədilik qazanır. Həyat zamana, mühitə, şəraitə uyğun insan yetirir. 
Həyata  gətirir  –  yaşatmadan  öldürür.  Əzəli,  əbədi,  sonsuz,  kamil 
mahiyyətə malik olan insan öz daxili qüdrətini aşkarlamadan torpağa 
gömülür.  Bu  səbəbdən  də  dünyanın,  həyatın,  insanın  gözəlləşməsi, 
aliləşməsi – kamilləşməsi baş tutmur. Dünyanı da, həyatı da, insanı 
da  gözəlləşdirən,  mənalandıran,  onları  özlərindən  yüksəyə  qaldıran 
insan  olmalıdır.  İnsanı isə Ocaq  yaradır.  Ocaq bu  qüdrətə  malikdir. 
Ocaq ucalıqdır. İmtinaya yetmək ucalığı. 
Hərcayilikdən imtina – Müqəddəsliyə – əbədiliyə tapınma. 
Təmənnasızlığa yetmək ucalığı. 
Fədakarlığa yetmək ucalığı. 
Ruhani yaşamaq ucalığı. 
Mütləqə İnam ucalığı. 
İnsanın insandan böyük mənasına, qüdrətinə inanmaq ucalığı. 
Dünyanın dünyadan böyük mənasına inanmaq ucalığı. 
Dünyanın,  insanın  Əzəli,  Əbədi,  Sonsuz,  Kamil  mahiyyətinə 
inanmaq ucalığı. 
Mahiyyətin  gerçəkdən  üstünlüyünü  dərk  etmək  ucalığı. 
Həqiqəti görmək – göstərmək ucalığı. 
Dünyanın  beş  günlük  deyil,  Əzəli,  Əbədi,  Sonsuz  olmasına 
inanmaq ucalığı. 
“O dünya, bu dünya nağılını rədd etmək qorxmazlığı. 
Cənnət-cəhənnəm, hüri-pəri cahilliyinə qarşı iradə ortaya qoymaq 
cəsarəti. 
“Dini  İnamla  əvəz  eləmək”  ideyasına  qulluq  etmək  ləyaqəti. 
Özüylədöyüş  vasitəsilə  ruhani  qanunlar  əsasında  yaşamaq  fərəhi. 
Vətənə,  millətə,  qədimliyə,  milli  dəyərlərimizə  sevgili  münasibət. 
Özündən keçən vətənindən keçməz. 


18 
 
Ocaq  bu  kimi  möhtəşəm  səviyyəllər  tələb  edir  Ocaqçıdan. 
Ocaq – Asif Ata ömrüdür. Mütləq ruhani ömür! 
Ocaqçılıq Soylu Atalı ömrüdür – ruhani ömür, çağıran, cəzb edən, 
yetirən ömür, fərəhli ömür – İmtinaçı ömür. 
Günev  aşiqliyi  –  fədakarlığı,  təmənnasızlığı.  Göylü  ömrüdür  – 
Amal  fərəhçiliyi,  ruhani  inad,  ruhani  yeriş.  Nurtəkin  ömrüdür  – 
ruhani  fərəh,  ruhani  fədakarlıq,  ruhaniyyat  aşiqi.  Üstün  ömrüdür  – 
ruhani dirçəlmə… Atamız Var olsun!”. 
Soylu Atalı: “Yaxşı halnan oxudun, fərəhin artır. Arzumuz odur 
ki,  özünün  istədiyin  kimi,  daha  böyük  səviyyələrini  təsdiq  edəsən. 
Onda Atanın işinə yiyəlik gücümüz çox artacaq”. 
 
 
 
Günev Atalı: “Əvvəl Güntayın gəlişini qutlayıram. Böyük ümidlərlə 
yanaşıram  ona.  İlk  görüşdə  insanda  başqasına  qarşı  duyğu,  ya  söz 
adamın içindən boy verir. Mən Güntayı görəndə cəngavərim dedim. 
Təbii ki, ruhani cəngavərlikdən gedir söhbət. Ruhani cəngavərliyini 
doğrultsun, sevindirsin bizi qardaşımız. 


19 
 
Asif Atanın Ocağına gəliş elə-belə gəliş deyil. Atanın sağlığında 
hər  mərasimdə  7-8  nəfər  ardıcıl  gəlirdilər.  Yer  çatmırdı.  Ancaq  hər 
gəliş gəliş deil. Nəticə də göz qabağındadır. Əgər aşiqliyə çatmırsa, 
gəlişin asanca da gedişi olur… 
Bu  müddətdə  çox  müşahidələr  elədim.  Mən  özümün  əməllərim 
haqqında düşünəndə elə bilirdim ki, deməyə heç sözüm yoxdur. Elə 
bilirdim  ki,  heç  nə  eləməmişəm.  35-ci  ilin  gündəliyini  açdım, 
özümün fəal olmayan Evlad olduğumu düşünə-düşünə bu qədər işlər 
görmüşəmsə, gör Ocaqda nə qədər işlər görülüb. Mən indiyədək 35-
ci  ildəki  qədər  Ocaq  uğuru  görməmişəm.  Həyatın  içindən,  xalqın 
özündən  Ocağın  sədalarını  bu  ilki  qədər  eşitməmişəm.  Bu  qədər 
fərəhli  yaşamışam.  Gedişat  göstərir  ki,  əməlli-başlı  iş  gedir.  Bu 
ardıcıllıqla, gedərsək, daha ciddi uğurların şahidi olacağıq. Müəyyən 
dövrdən  sonra  da  xalq  öz  Ocağını,  Peyğəmbərini,  İnamını  tanıya-
caq… Bəzən mənə sual verirlər ki, nə tikirsən, deyirəm ev tikirəm. 
Nə  evi  –  İnam  Evi.  Bilirlər  İnam  Evi  nə  deməkdir.  Amal  Bağında 
Məbədin  tikintisi  ağıllara  yavaş-yavaş  çatır.  300  milyonluq  bir 
etnosun özünün Ruhaniyyat evi yoxdur. Ərəbçiliyə tapınıb, kimliyini 
itirib.  İndi  də  ideoloji  cəhətdən  Avropaçılığa  tapınır.  Hamısının  da 
acısını  çəkməkdədir.  Bilmir  hansından  yapışsın,  özünü  harda  ifadə 
eləsin. Çünki özülü yoxdur. İndi İnam Evində özünü tapmalıdır. Bu 
bir  ünvandır.  Müqəddəs  xalqyaratma  ünvanıdır.  Asif  Ata  Peyğəm-
bərliyini  xalqa  vermək  ünvanıdır.  Fərəhim  yerə-göyə  sığmır.  Ona 
görə  ki,  Ocağın  uğurlarını  eşidirəm.  Möhtəşəm  sədalar  eşidirəm. 
Yaranma görürəm. Həm də onun iştirakçısıyam. Yüzlərlə adama söz 
demişəm,  haray  çəkmişəm.  Onlarla  ünvana  getmişəm.  Ən  çox 
Ağcabədi,  Beyləqan  bölgəsində  olmuşam.  Bu  il  söz  verirəm  ki,  bu 
iki  bölgədən  də  qırağa  çıxacam.  Səfərlər  edib  söz  deyəcəm.  Ən  azı 
Beyləqandakı,  Ağcabədidəki  havanı  oralarda  da  yaradacam. 
Deməsinlər ki, Asif Atanı tanımırıq. Bu iki bölgədə kimdən soruşsan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə