Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   2   3   4   5   6   7   8   9   ...   86


 
sığmır.  İfadəyə  gəlmir  bu məsələ.  Amma  onu  yaşayırsan.  Görürsən 
adi bir şey deyil. Ocaqda bizim həm işimiz, həm varlığımız, həm də 
addımımız 
imkansızlıqdan 
yaranan 
imkan 
demək 
oldu. 
Ocaq  miladın  79-cu  ilindən  başlayıb.  O  vaxtdan  hər  bir  Ocaq  ili 
quruculuqla,  yaradıcılıqla  özündən  əvvəlki  ilin  davamı  olub.  Çünki 
Ocaqçılıq hünər səviyyəsindədir. 
Göylüyə  iş  deyirsən,  sanki  iş  öz-özünə  əmələ  gəlir.  Elə  bir  hal 
var. Sanki bu adam heç zəhmət çəkməyib. Görün Asif Atanın yarat-
dığı hal nədir. Adam qəlbini verəndə iç işığa çevrilir, işıqlanır. Yeni 
ilimizə  qədərki  çağların  hamısını  arayarıq,  təhlil  edərik,  görərik  ki, 
ürək qoyulur. Ata deyir Ocağı ancaq aşiqlər yaşadacaq. O deyirdi ki, 
biz  artacağıq,  amma  yenə  az  olacağıq.  Aşiq  az  olur.  Ruhani  tarixi 
yazan  da  aşiqdir,  böyük  dəyişiklikləri  eləyən  də  aşiqdir.  Xalqın 
yönünü dəyişən də aşiqdir. Bəşərə yeni nizam halı gətirən də aşiqdir. 
Ocağımızın  aşiqlik  hünəri,  aqibəti  qutlu  olsun,  uğurlu  olsun. 
İndi 35-ci ilin əməl hesabatını dinləyək”. 
Nurtəkin  Atalı Ataya  səcdə  ilə  sözünə  başladı:  “35-ci  ilimiz 
“Səfər İli” adlanır. Elə səfərlərdən də başlamaq istəyirəm. 
Çiçək Ayında mənim (Nurtəkin Atalının) Türkiyəyə səfərim oldu. 
İstanbulda Güney Azərbaycan dərnəyinin üzvləri ilə görüşdüm. Ata 
ideyalarını  izhar  etdim,  suallarına  cavab  verdim.  Asif  Atanın 
“Uluyurd  Aqibəti  –  Bütöv  Azərbaycan”  kitabını,  Türkel  Araşdırma 
Qurumunun  Ata  ölçüsünə  yönəlik  söhbətlərinin  (Güney  Azərbay-
canla bağlı) görüntü disklərini, Atanın və Soylu Atalının türkçülüklə 
bağlı yazılarını hədiyyə etdim. “İstanbul-Azərbaycan Kültür Evi”ndə 
oldum, ordakı insanlarla Amal söhbəti etdim, Türk Dünyası ilə bağlı 
qayğılarımızı  bölüşdüm,  Ocaq  ədəbiyyatları  hədiyyə  etdim.  Ümu-
miyyətlə, bir sıra insanlarla görüşüb, Ocaq sorağı verdim. 



 
 
Od-Qürub  Aylarında  Üstün  Atalının  güney  bölgəsinə  və  başqa 
bölgələrə səfəri oldu. Masallı, Lənkəran, Yardımlı, Qəbələ, İsmayıllı, 
Salyan,  Neftçala,  Ağsu,  Şamaxı,  Gəncə,  Goranboy  rayonlarına 
səfərində  Üstün  oğlu  Elqala  ilə  birlikdə  bir  sıra  ünvanlara  getmiş, 
Ocaq sorağı vermiş, Ocaq ədəbiyyatları hədiyyə etmişdir. Ata deyirdi 
ki,  Ocaq  əməli  hamını  fərəhləndirir.  Ancaq  onu  yerinə  yetirənin 
fərəhi  hamınınkından  çoxdur.  Eyni  zamanda  Ocaq  əməli  məsuliy-
yətdir.  Əməlin  davamlı  olması  əməlin  yiyəsi  olduğumuzun 
göstəricisidir. Ardıcıllıq tələbidir. 
Soylu  Atalının  İnam  Evində  ayrı-ayrı  fərdlərlə  və  gənclərlə 
çoxsaylı  görüşləri  keçirilib.  Soylu  Atalının  ünsiyyət  qurması, 
münasibətin  davamlı  olması  üçün  diqqəti  və  çabaları,  doğmalığının 
insanlara  təsiri  öyrəniləsidir.  Daim  Amal  harayı  çəkmək,  adamların 
ağlını işıqlandırmaq və yönəltmək yönündə qurulan söhbətlər Ocaq-
çıları  da  öyrədir  və  məsuliyyətə  çağırır.  Bunun  nəticəsidir  ki,  bu 
ilimizdə Ocaq yörəsi dostlarımız çoxaldı. Daim tədbirdə iştirak edən 
Ocaq dostlarının Ocağa meyli Soylu Atalının ruhani öyrətməniliyinə 
və Ocaq mühitinin doğmalığına görədir. 


10 
 
Xəzan  Ayında  Soylu,  Günev  və  Göylü  Atalıların  Ağcabədi 
rayonuna  səfəri  olmuşdur.  Orta  məktəbdə  gənclər  və  müəllimlərlə 
görüşdə ciddi söhbətlər aparılmış, çoxsaylı Ocaq ədəbiyyatı hədiyyə 
edilmişdir. 
Yağış  Ayında  Nutəkinin  həyat  yoldaşı  İlqar  bəyin  xalasına  Ocaq 
Quralları  ilə  Yas  Mərasimi  keçirildi.  Bu  Mərasimdə  Ocaqçılar, 
Ocaqsevərlər, ölənin yaxınları və qonşuları iştirak edirdi. Soylu Atalı 
“İnsan  kimdir,  Ölüm  nə  deməkdir,  Kədərdən  dərs  götürmək” 
qonusunda  fikirlər  söylədi.  Günev  Atalı,  Ocağımıza  ciddi  ümid 
bəsləyən  aydın,  İsa  Mehdioğlu  insanın  mahiyyəti,  milli  yas  ənənəsi 
və Ata Yolunun gərəkliyi haqqında danışdılar. Nurtəkin Atalı ölənin 
ömrü,  münasibəti  haqqında  bəhs  etdi.  İlqar  bəy  xalasına  keçirilən 
Yas Mərasimindən məmnun qaldığını bildirdi və belə bir Mərasimə 
görə  razılıq  ifadə  etdi.  Sonra  Ocaq  Qurallarını  əks  etdirən  qaydalar 
həyata  keçirildi.  Yas  Mərasimi  bitəndən  sonra  ölən  sonevliyə 
(qəbirstanlığa)  götürüldü.  Torpağa  gömüldükdən  sonra  “Gömmə 
Mərasiminə”  uyğun  söz  deyildi.  Beləliklə,  əvvəldən  axıra  qədər 
Ocağın  “Ölügötürmə  Quralı”  ilə  həyata  keçirilən  yas-gömmə 
mərasimi  başa  çatdı.  Ocağın  “Ölügötürmə  Quralı”  vaxtaşırı  həyata 
keçirilir, təbii ki, köhnə ənənə ilə paralellik təşkil edir. İlk dəfədir ki, 
öncədən qatqısız tətbiq olunur. 
Qar  Ayında  Soylu  və  Göylü  Atalıların  Gəncə  bölgəsinə  səfəri 
olmuşdur.  Onlar  Gəncədə  ayrı-ayrı  ünvanlarda  kütləvi  və  fərdi 
görüşlər  keçirmişlər.  Soylu  Atalının  orta  məktəbdə  50  nəfərə  qədər 
öyrənci və öyrətmənlərlə görüşü keçirilmiş, Ocaq ideyaları, quralları, 
“Azərbaycanımız-Azərbaycanlığımız”  dəyərləri  izhar  olunmuş, 
Günsıra,  Ocaq  ədəbiyyatları  hədiyyə  edilmişdir.  Sonra  Soylu  Atalı 
“Kamil Vətəndaş” mədəni maarif birliyində görüş keçirmiş, gəncləri 
doğru  yönəltməyin  gərəkliyinə  bağlı  fikir  mübadiləsi  aparmışdır. 


11 
 
Ayrı-ayrı  şəxslərlə  Ocaq  söhbətləri  edilmiş,  Ocaq  ədəbiyyatları 
hədiyyə verilmişdir. 
“Kəpəz”  televiziyasındakı  verilişdə  Soylu  Atalı  Atanın  ömrü, 
ideyaları, Azərbaycanın dəyərləri yönündə söhbət aparmışdır. 
6  Köçəri  Ayında,  səhər  tezdən  (bilgi  üçün  deyək  ki,  həmin  gün 
saat  14-də  Ocağın  “Ailə  Günü”  mərasimi  keçirildi)  Göylünün 
təşkilatçılığı  ilə  Bakıda  orta  məktəbdə,  İnamlının  təşkilatçılığı  ilə 
Yasamal  rayonunda  məktəblərdə  Soylu  Atalının  öyrəncilər  və 
öyrətmənlərlə görüşləri keçirilmişdir. 
17  Köçəri  Ayında  İnamlının  təşkilatçılığı  ilə  Nizami  rayonunda 
orta məktəbdə Soylu Atalının görüşü keçirilmişdir. Görüşlərdə Asif 
Ata  ideyaları,  Azərbaycanın  dəyərləri  izhar  olunmuş,  öyrəncilərin 
sualları  cavablandırılmış,  sonda  Ocaq  ədəbiyyatları  hədiyyə 
edilmişdir. 
Ocaqda  Ailələrin  “Ailə  Günləri”  ardıcıl  keçirilmişdir.  Belə  ki, 
“Uluyol-Hünər”  və  “Ulufərəh”  Ailələrinin  14  “Ailə  Günü”,  “Ata-
gün”  Ailəsinin  9  “Ailə  Günü”,  Mərasim  və  Bayramlar  (14  tədbir) 
keçirilmişdir.  Toplam  olaraq  Ocaq  “Qutsal  Öyrənim  Günləri”  ilə 
birlikdə il ərzində 43 tədbir həyata keçirmişdir. 
Mərasimlərin  ciddiliyi  və  məsuliyyəti,  hal  ucalığı  və  müqəddəs-
liyi daim artan durumdadır. Mərasimdə Ata hüzurunda olduğumuzu 
daim  hiss  edirik  və  bu  hal  ömrümüzə,  duyğularımıza,  düşüncə-
lərimizə hopur. 
Bayramların  da  davamlı  keçirilməsi  və  yeni-yeni  insanların cəlb 
olunması ardıcıllaşır. 
“Qutsal  Öyrənim  Günləri”nin  ardıcıl  keçirilməsi  də  xüsusidir. 
Atanın  öyrənilməsi,  şərh  edilməsi,  Ocaqçıların  Atanın  ideyalarını 
dərk  eləməsi  baxımından  bu  tədbir  öz  adını  təsdiqləyir.  Eyni 
zamanda  yeni-yeni  adamların  cəlb  olunmasında  da  bu  tədbirlər  rol 
oynayır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə