Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   4   5   6   7   8   9   10   11   ...   86

30 
 
şey.  Mən  demirəm  M.Ə.Rəsulzadənin  yolu  yeganə  ideal  yoldur. 
Amma indikilərdən qat-qat yüksəkdir... Baxın, biz Asif Atanın Ocağı 
olaraq, 4 bayram keçiririk. Bir balaca Novruz bayramı bizə yaxındır. 
Ona görə balaca deyirəm ki, Novruz bayramında məzmun qalmayıb. 
Kimdir  bayramı  keçirən.  Baxın,  mənəviyyatımızı  uçuranlar,  çılpaq 
atdanıb  düşənlər,  üzr  istəyirəm,  onlar  Novruz  bayramını  rəsmi 
şəkildə  keçirirlər.  Təkcə  şəkərburayla  Novruz  bayramı  olmaz. 
Məzmun  olmalıdır,  məna  olmalıdır...  Bir  az  o  bizə  yaxındır,  qalan 
bayramların  heç  biri  bizə  doğma  deyil,  yaxın  deyil.  Bilmirsən  nəyi 
bayram  edirlər.  12  ayın  az  qala  yarısı  bayramdır.  İçində  də  heç  nə 
yoxdur.  Asif  Ata  4  bayram  yaratdı.  Hamısı  da  mənayla,  məzmunla 
bağlı.  Biri  bu  gün  “İnsanilik”  Bayramı.  İnsani  məzmunu,  İnsanilik 
həqiqətini  bayram  edirik.  Özümüz  mərasimləşdiririk,  doğmalaşırıq. 
Sonda çay süfrəsində də doğmalaşırıq. Musiqi də milli musiqi. İkinci 
bayramımız “Xəlqilik” Bayramı yayın birinci ayı, Şölə Ayının 13-də 
keçiririk.  Xəlqiliyi  bayram  edirik,  milliliyi  bayram  edirik.  Milli 
ruhun varlığnı bayram edirik. Üçüncü bayramımız “Şərqilik” Bayra-
mıdır. Ata Ayının 12-si, sentyabr ayında. Niyə Şərqilik?! Asif Atanın 
yolu  –  İnsanilik,  Millilik  –  Türkçülük,  Şərqilik  və  Bəşərilikdir. 
Bəşəriyyətin  əleyhinə  deyilik,  başqa  xalqların  əleyhinə  deyilik. 
Başqa  xalqların  dəyərlərinin  əleyhinə  deyilik.  Biz  başqa  xalqların 
dəyərsizliyinin  əleyhinəyik.  Bizim  içərimizə  zir-zibil  doldurma-
larının əleyhinəyik. Biz nə rusun düşməni deyilik, nə ingilisin, farsın 
düşməni  deyilik.  Bu  xalqlara  da  düşmən  gözüylə  baxmırıq.  Xalqlar 
ayrı  şeydir,  dövlətlərinin  yürütdüyü  ideologiya  ayrı  şeydir. 
Antiinsani ideologiyaların əleyhinəyik. Baxmayaraq ki, Şərqin özün-
də  o  qədər  eybəcərliklər  olub  ki.  Hərəmxana  eybəcərliyi  də  olub, 
şahların  sarayında  min  cür  əzazillik  olub.  Amma  bəşəriyyət  təkcə 
bundan  ibarət  olmayıb.  Sivilizasiya  Şərqdə  olub.  Böyük  fəlsəfə 
Şərqdə  yaranıb.  Muğama  bərabər  nə  var  ki.  Şərq  xalqları  birgə 
yaradıb onu. Peyğəmbərlik hadisəsi Şərqdə yarandı. Böyük poeziya 
Şərqdə  yarandı.  Budur əslində  Şərqilik.  Nə qədər  ki, bunun  qədrini 
bilmirik,  nə  qədər  ki,  Avropadakı  elmi  inkişaf  Şərqi  dəyərlərlə 
vəhdətdə  olmur,  birləşmir,  onda  bəşərilikdən  danışmağın  yeri 
yoxdur.  Birtərəfli  tərəqqi  olmur.  Şərqi  inkar  eləmək,  onu  təkcə 


31 
 
cəhalətə bərabər götürmək olmaz. Şərqi təkcə hərəmxanalara bərabər 
götürmək  olmaz.  Necə  ki,  biz  Avropanı  təkcə  dağıdıcılığa  bərabər 
götürmürük.  Onda  gərək  dünyadan  əl  çəkəsən,  ona  bərabər 
götürəsən. Ona görə də Şərqiliyi bayram edirik. Və sonuncu dekabrin 
12-si,  Sərt  Ayı  Bəşəriliyi  bayram  edirik.  Biz  adamları  dəvət  edəndə 
qorxurlar bəzən, çünki Heydər Əliyevin vəfat elədiyi gündür. Biz bu 
bayramı  ondan  çox  əvvəl  qeyd  eləməyə  başlamışıq.  Ona  qalsa, 
bugünkü gün də Babəkin edam olunduğu gündür. Mən qəti əminəm 
ki, Asif Ata bu günü – Babəkin edam olunduğu günü bilmirdi, şərti 
seçmişdi  bu  tarixi.  Düzdür,  bayram  əyləncə  deyil  onsuz  da.  Babək 
azadlıq  meyarı  idi.  Mən  İnsanlığın  qələbəsi  sayıram  Babəkin 
varlığını.  Biz  bu  bayramları  keçiririk.  Əvvəl  məzmunca,  yəni 
mərasim kimi keçiririk. Sonda çay süfrəsində də doğmalaşırıq. Fikir 
mübadiləsi gedir. Mən hesab edirəm ki, xalqın keçirdiyi bayramlarda 
mərasim hissəsi olmaldır, söz deyilməlidir. Niyə bayram edirik, nədir 
bayramın  səbəbi...  Yubiley  keçirirlər.  Niyə  keçirirsən.  Gərək  elə 
mənalı  ömür  yaşayasan  ki,  o  ömrü  bayram  eləməyə  haqqın  ola. 
“Mənalı  ömür  yaşamışam,  insan  kimi  yaşamışam,  vətənimə  xidmət 
eləmişəm, millətimə xidmət eləmişəm”... Əsil mənada özünü təsdiq 
edən insanlara keçirmək olar tədbiri, yubileyi. Gərək özü keçirməyə 
onu,  təvazökar  ola.  Bayram  onun  kimi.  Niyə  keçirirk  bayramı. 
Xalqın  ömründə  bir  məna  tapırıq,  məzmun  tapırıq  və  onu  xalqın 
özünə deyirik”... 
 
Muğam ifaçıları Mirələm bəy, tələbəsi və Elbrus bəy dinlənildi. 
 
Nurtəkin Atalı Bayramı qutlayaraq sözünə başladı: “Ataya qədər 
olan  ideya  sahibləri  İnsanlığı  hansı  səviyyədə  təsdiq  ediblər?” 
İnsanlığın  təsdiqi  –  Dünyanın  insanlaşması  deməkdir;  Həyatın 
ədalətlə, həqiqətlə idarə olunması deməkdir. İnsanın insana münasi-
bətinin təmannasız,  fədakar,  doğma,  sədaqət duyğuları ilə təməlləş-
məsi  deməkdir;  İnsanın  təbiətə  münasibətinin insani olması  demək-
dir.  Bu  varmı  dünyamızda?  Yoxdursa,  demək  ki,  yaradılan  yollar 
yanlışdır.  Ya  da  doğru  yolların  davamı  olmamış,  doğru  yolla 
gedənlər  çətinliyə  dözməmişlər,  ya  da  məhv  edilmişlər.  Kimi 


32 
 
günahlandırmalı? Yenə də insanı. Öz yaratdığı özünə qənim kəsilən, 
öz  yaratdığı  ilə  dünyanı  başına  uçuran,  dünyanı  qana  qərq  edən, 
insanı, təbiəti məhv edən, ahəngini pozan, özünə qarşı çıxan insanı. 
Nədə  tapmalıdır  insan  özünü?  Nədə  fərəhini  yaratmalı,  nədə  öz 
dünyasını qorumalı, qurmalı, yaratmalıdır? 
 
 
Ataya  qədər  bəşər  ruhani anlamda  çox uzun  yol  keçib.  Bu  uzun 
yolun keşməkeşli tarixində insana qiyməti tapmaq çətindir. Çünki o 
qədər  ziddiyyətli  mərhələləri,  qarşıdurmaları  olub  ki,  bəşərin. 
Fəlsəfəsi,  dinləri,  elmi  uğurları,  texniki  inkişafı  –  bəzən  bir-birini 
inkar edib, qarşı-qarşıya durub, bir-birinə qənim kəsilib. 
İnsanın özünə inamını harda axtaraq? Hansı fəlsəfədə insan özünə 
inanıb?  Hansı  ideologiya  insanı,  insanlığı  təsdiq  edib?  Müstəqil 
olmayıb insan. Zərdüştün insanı da müstəqil deyildi. Hürmüzd onun 
üçün vuruşurdu, şərə qalib gəlsəydi dünya gözəlləşəcəkdi. İnsan özü 
niyə vuruşmurdu bəs? 
Buddanın  insanı  bütün  duyğularından  imtina  edirdi.  Bəs 
müqəddəslik duyğusu, vətən duyğusu, sevgi, sədaqət duyğuları necə 
olsun?  Onlarsız  insanı  insan  saymaq  olarmı?  Yenə  də  yarımçıq 
qalırdı insan. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə