Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə9/150
tarix26.10.2017
ölçüsü3,35 Mb.
#6732
1   ...   5   6   7   8   9   10   11   12   ...   150

 

27 


Oynayır  onunla,  ona  görə  də  qutsaldır.  Anaya  münasibət  necə 

olmalıdır?  Mən  deyirəm  ki,  ana  mühakimə  olunmazdır,  ata  da 

mühakimə  olunmazdır.  Çünkü  onlar  sənə  əzab  çəkib,  əmək  çəkib, 

sənə gələcək verib. Sənin atan, anan sənə zəhmət çəkib, səni o hala 

çatdırıb, sənə görə qutsaldır. Sən də xalqın bir nümayəndəsisən. Bir 

də  var  ömrünü  bütünlüklə  xalqa  verəsən.  Xalqın  əzabını  çəkəsən, 

nazınla oynayasan. Peyğəmbər odur. Xalqı mütiləşdirən deyil, sənin 

xalqının  başında  duranlar  kimi.  Başında  duranlar  insanları  simasız-

laşdırır,  istedadları  da  bəzəyib  ortaya  çıxarırlar.  Ortaya  çıxartdığı 

istedadlar araçılığıyla (vasitəsilə) sənə, mənə ağalıq edir.  

 

 

 



O gözəl mahnı oxuyur, muğam oxuyur, gözəl idman göstərir, mən 

də ona pərəstiş edirəm. Nə gözəl oxuyur, nə gözəl idmançıdır bu.  

Onun  əliylə mənə basqı göstərir, deyir, görürsənmi sənin pərəstiş 

elədiyini mən göylərə qaldırıram. Halbuki həqiqi istedadların çoxunu 

heç  ortaya  da  çıxartmırlar.  Xalqı  simasızlaşdıranla  xalqın  simasını 

yaradanı fərqləndirə bilmirsənsə, sən nə xalqsan?! Sənin başına ayaq 

qoyanla, çiyninə dayaq verənin fərqini bilmirsən. Deyirlər şəxsiyətə 

pərəstişdir. Asan deyirlər. Heç bilmirlər şəxsiyyət nə deməkdir. Şəx-

siyyəti sevməyən adamın içində mənəviyyat yoxdur, mənəmlik var, 

eqoizm var. 

Ocağın öyrətdikləri var. Ocaqda insan bütün arılığı, duruluğuyla 

tanınır, dərk olunur. Ocaqda xalq bütün varlığıyla, keçmişiylə, gələ-

cəyiylə  arılır,  durulur,  ortaya  çıxır,  var  olur.  Ocaqda  bəşər  bütün 

arılığı, duruluğu ilə tanınır, var olur. Xalqlar var orda. Ona görə de-




 

28 


yrik  ki,  İnsanlaşma-Millətləşmə-Bəşərləşmə  yoludur  Ocaq.  Belə  bir 

dünyabaxış  ortaya  çıxaran  xalq  qürur  duymalıdır.  Asif  Ata  göydən 

zənbillə  sallanmayıb,  yerin  deşiyindən  çıxmayıb.  Xalqın  doğduğu-

dur, Babəkin davamıdır, Nəsiminin davamıdır, Nəiminin, Qorqudun, 

Zərdüştün  davamıdır.  Şəxsiyyətlərinin  davamıdır.  Xalq  odur.  Bağ 

odur. O bağla gəlib bu günə çıxıb, özünü yenidən ortaya çıxarıb. 

Dostumuz  Xaliq  Bahadır  deyir,  çox  maraqlıdır  ki,  bizim  xalqı-

mızda yüksəliş var və qəfil enmə var. Bunun səbəbi nədir görəsən? 

Xalqımız  çox  passionar  xalqdır.  İçində  gözəllik,  böyüklük  daşıyan 

xalqdır.  Ancaq  xalqın  yüksəliş  mərhələsi  ki,  başlayır,  məsələn, 

Babəki verir. Babəkin dalınca yeni Babək verə bilmir, üstündən yüz 

il  keçəndən  sonra  kimisə  verir.  Davamlı  olaraq  verə  və  qoruya 

bilmir. Niyə qoruya bilmir? Xalqın şüuru sındırılıb. Xalqın özünüqo-

ruma  sistemi  dağıdılıb.  Şəxsiyyət  yaranır.  O  şəxsiyyət  gedəndən 

sonra toplum deyir, Allah özü bilər. Yenidən mütiliyə qayıdır. İçimiz 

enir,  ruhumuz  enir.  Mədəniyyətimizdə,  dövlətimizdə  enişlər  bizim 

içimizlə bağlıdır. 

İndi biz, bir qom adam, çaba göstəririk, yalvarırıq, adamları çağı-

rırıq,  gəlin,  olun,  eləyin.  Asif  Atadan  həqiqət  öyrənin.  Azadlığın 

yolunu öyrənin. Çağırırıq ki, gəl millət ol, xalq ol. Asif Atanın ünva-

nında sənin xalq olmaq olanağın (imkanın) yaşayır. Gəl sahib ol, gəl 

aşkarla onu. Gələ bilmirsən, həqiqəti görə bilmirsən, orada sən gələ-

cəyi görə bilmirsən. Bəs harda görürsən, küçədə. Biznesdə görürsən, 

mitinqdə  görürsən,  daha  nələrdə  görürsən.  Ola  bilmirsən,  sonra  da 

başlayırsan  danışıb  xalqı  qınamağa.  Hər  kəs  danışır,  hər  kəs  xalqı 

qınayır.  Söyür  elədən-elə,  belədən-belə.  Ancaq  heç  kəs  xalq  olmaq 

istəmir. Xalq  olmaq  istəməyən,  xalq  olmağa  çalışmayan,  xalqı xalq 

eləməyən adam, sənin  nə haqqın var, xalq haqqında danışırsan, xalqı 

tənqid  edirsən.  Sən  ola  bilmirsən,  olmaq  istəmirsən.  Haqq  görür-

sənmi  özündə?  Sən  mənimlə  mübahisə  edə  bilərsən,  söz  güləşdirə 

bilərsən. Ancaq sən öz vicdanın qarşısında hesabat ver, gör sən buna 

haqq edirsənmi, layiqsənmi? 

Xalq  məsələsi,  şəxsiyyət  məsələsi  ciddi  məsələdir.  Söz  ciddi 

məsələdir. Mən sözlə bağlı düşünəndə qorxuram, sorumluluq daşıyı-

ram.  Söz,  bax  o  körpə  uşaqları  yönəldəndir (Arazı,  Erolu  göstərir  – 

N.A.) Mən onun sorumluluğunu daşımalıyam, onu hara yönəldirəm. 

Dediyim  söz  onun  beynində  nə  yaradacaq?  Hara  yönəldəcək  onun 

içini? Nə verəcək? Verimlilik məsələsi var. Xalqın adını tutursansa, 

verimli olmalısan. Verimli olmaq üçün götürümlü olmalısan. Götürə 



 

29 


bilməyən verə bilmir. Olmayanı verə bilməzsən. Xalqa verə bildikcə 

onda  görəcəksən  ki,  xalq  sənin  üçün  nə  dərəcədə  sevimli  və  qutsal 

bir hadisəymiş. 

Ulusəs  bacımızın  evinə  mənim  bir  yerlim  xanım  gəlib-gedir. 

Aşağıda söhbət elədiyimiz yerdə qayıtdı ki, bu millət nə bilim nədir. 

Mənə çox pis təsir elədi. Səsimi qaldırdım. Dedim sən nə danışırsan? 

Mən bütün şüurlu ömrümü bu xalqa vermişəm. Həyatımı verdiyimə 

sən  söyürsən.  Nə  haqq  edirsən?  Nə  vaxt  bu  xalqla  bağlı  10  dəqiqə 

oturub  düşünmüsən  ki,  sən  onu  söyürsən?!  Nə  vaxt  bu  xalqa  bircə 

yarpaq  uzadıb  vermisən?  Göstər  onu  mənə.  Bu  olmasın,  başqası 

olsun.  Ömründən  bircə  yarpaq  vermisənmi  bu  xalqa?  Beşcə  dəqiqə 

zəhmət  çəkmisənmi,  başını  ağrıtmısanmı?  Ayağını  yormusanmı? 

Qıraqdan  durub  nə  haqqın  var  ki,  söyürsən.  Sən  çoxmu  ağıllısan, 

çoxmu  mənəviyyatlısan?  Sən  xalqın  bir  ünsürü  deyilsənmi?  Hamı 

xalqı söyür, onda sən kimsən, nəsən? Xalq sənsən də elə. Adam özü-

özünü söyməz. Adam özü özünü yaradar, özünün qarşısında sorumlu 

olar, şəxsiyyətə çevrilər. Onda görəcəksiniz. 

Mən  öz  toplumumuzu,  xalqımızı  çox  sevirəm.  Xalqın  hər  bir 

fərdinə  münasibətim  ayrıdır.  Demirəm  ki,  xalqın  hər  bir  fərdini 

sevirəm. Hər bir fərd sevgiyə layiq olmalıdır. Mən bütövlükdə xalqı 

sevirəm, anlamına, mənasına görə sevirəm. Ən azı mənim kimi oğlu 

olduğuna  görə  sevirəm.  Məni  mən  elədiyi  üçün  sevirəm.  Bu  xalqın 

mahiyyətindən  gəlmişəm,  doğmuşam  mən.  Onun  qədrini  bilirəm 

mən. 


Ona  görə  də  xalq  məsələsiylə  bağlı,  şəxsiyyət  məsləsiylə  bağlı, 

dəyər  məsələsiylə  bağlı,  bəşər  məsələsiylə  bağlı  asan  danışmaq 

olmaz. Çətin danışmaq gərəkdir, məsuliyyətlə danışmaq gərəkdir. 

Bir  məqamı  da  qeyd  edim.  Ocaqda  kimsə  gələr,  görər  ki,  burda 

ayrı-ayrı  insanlar  özüylə  bağlı  narazılıq  ifadə  edir.  Özünü  qınayır, 

danlayır  və  b.k.  Bu,  “Ailə  Günü”nün  tələbidir.  Cavan  dostumuz 

Ocaqdan  aşırı  hesabatlar  istəyir.  Mən  də  istəyərdim  Amallaşma, 

Xalqlaşma,  Kamilləşmə  yönündə  dolğun  hesabatlar  olsun.  Ancaq 

Ailə Gününün öz tələbi var. Ailə Günündə Ocağı 1 saatın içində öy-

rənə bilmərik.  1-2 saat keçirilən tədbirdə Ocağı öyrənmək  mümkün 

deyil.  Ailə  Günündə  olanlar  kitablarda  olanların  hamısını  qapsaya 

bilməz. Burada özüylədöyüş, özünüqınama deyir Asif Ata. Bu boyda 

hünərlər  göstərirlər,  yenə  də  özlərini  döyürlər.  Özünü  döyməkdən 

böyük ləyaqət yoxdur. Ocaqdan qıraqda başqasını döyürlər, başqası 

da qayıdıb onu döyür. Bu onu söyür, o da qayıdır bunu söyür. Ancaq 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə