“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
18
Maliyyə lizinqi üzrə alınacaq vəsaitlər
Qrup mülkiyyət hüququ ilə əlaqədar əsasən bütün risk və faydaların köçürülməsi ilə əlaqədar olan
icarə əqdi üzrə icarədar qismində çıxış etdikdə, icarəyə verilən aktivlər debitor borcu kimi təqdim
olunur və gələcək icarə ödənişlərinin qalıq dəyəri ilə uçota götürülür. Maliyyə lizinqi üzrə debitor
borclar ilk əvvəl olaraq başlanğıcda uçota alınır (yəni icarə müddəti başlayarkən) və bu zaman
həmin məqamda müəyyən edilmiş diskont dərəcəsindən istifadə edilir (icarə müqaviləsinin tarixi və
ya daha tez olarsa, icarənin əsas şərtlərinin icrasına tərəflərin başladığı tarix əsas götürülməklə).
Ümumi debitor borcları ilə cari dəyər arasındakı fərq qazanılmamış maliyyə gəlirini təşkil edir. Bu
gəlir xalis investisiya metodundan (vergilər çıxılmazdan qabaq) istifadə etməklə icarənin bütün
müddəti üçün uçota alınır və mütəmadi gəlir səviyyəsini əks etdirir. İcarənin müzakirəsi və
hazırlanması ilə birbaşa əlaqədar olan müxtəlif xərclər maliyyə lizinqi üzrə debitor borcların əvvəlki
qiymətləndirilməsinə daxil edilir və icarə müddəti ərzində uçota alınan gəlir məbləğini azaldır, belə
şərtlə ki, Qrup istehsalçı və ya diler icarədar kimi çıxış etməsin və belə təqdirdə, həmin xərclər
standart satış əqdinə bənzər qaydada olmaqla satış mənfəətinin bir hissəsi kimi qeyd olunur.
İcarədən maliyyə gəliri konsolidasiya edilmiş gəlir haqqında hesabata salınır.
Maliyyə lizinqi üzrə kreditor borclarının aşınması maliyyə lizinqi üzrə kreditor borclarının ilkin
uçotundan sonra baş verən bir və ya bir neçə hadisənin (“zərərə gətirib çıxaran hadisələr”) nəticəsi
olaraq yaranan mənfəət və ya zərər tərkibində uçota alınır. Aşınma üzrə zərərlər kreditor borclarının
xalis qalıq dəyərini maliyyə lizinqi üzrə ehtimal olunan faiz dərəcələri üzrə diskontlaşdırılmış
nəzərdə tutulan pul vəsaitlərinin axınının cari səviyyəsinə gətirmək üçün ehtiyatlar hesabı üzrə uçota
alınır (və həmin pul vəsaitlərinin axını tərkibində baş verməmiş gələcək kredit itkiləri nəzərə
alınmır). Təxmin edilən gələcək pul vəsaitləri axını lizinqin predmeti olan əmlakın əldə olunması və
ya satışından yarana bilən pul vəsaitlərinin axınını da nəzərə alır.
Müştərilərə verilmiş borclar
Müştərilərə verilmiş borclar qeyri-derivativ aktivlərdir, və bu zaman maliyyə aktivlərinin digər
kateqoriyalarında aparılmış təsnifatlaşdırmalar istisna olmaqla, aktiv bazarda katirovkası olmayan
sabit və dəyişkən ödənişləri əks etdirirlər. Bank tərəfindən verilmiş borclar ilk əvvəl ədalətli dəyər
üstəgəl müvafiq əqd xərcləri əsasında uçota alınırlar. Müştəriyə borc şəklində təqdim
edilənvəsaitlərin ədalətli dəyəri borcun məbləğinin ədalətli dəyərinə bərabər deyilsə, misal üçün,
borc bazarda mövcud olan şərtlər ilə müqayisədə daha əlverişli şərtlərlə verilmişsə, təqdim edilən
vəsaitlərin ədalətli dəyəri ilə borcun ədalətli dəyəri arasındakı fərq borcun ilkin uçotu zamanı zərər
kimi qəbul olunur və həmin zərərlərin mahiyyətinə istinadən mənfəət və zərər hesabatına daxil
olunur. Sonradan, kreditlər effektiv faiz dərəcəsi metodundan istifadə edilməklə amortizasiya
edilmiş dəyər ilə uçota alınır. Müştərilərə verilmiş kreditlər uçota alınarkən hər hansı dəyər azalışı
üzrə ehtiyatlar çıxılır.
“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
19
Amortizasiya edilmiş qiymət ilə uçota alınan maliyyə aktivlərinin aşınması
Qrup, maliyyə aktivlərinin aşınması üzrə zərərləri belə halda uçota alır ki, maliyyə aktivi və ya
maliyyə aktivləri qrupunun aşınmasına dair ədalətli sübutlar mövcud olsun. Aşınma zərəri qalıq
dəyəri ilə amortizasiya edilmiş qiymət üzrə uçota alınan maliyyə aktivləri üçün, əvvəlki faktiki faiz
dərəcəsi üzrə maliyyə aktivlərinin diskontlaşdırılması nəzərə alınmaqla, nəzərdə tutulan pul
vəsaitlərinin hərəkətinin cari dəyəri arasındakı fərq kimi qəbul olunur. Sonrakı müddətdə aşınma
üzrə zərərin məbləği azalarsa və azalmanı ədalətli surətdə aşınma uçota alındıqdan sonra baş verən
hadisəyə aid etmək olarsa, əvvəlki məqamda uçota alınmış aşınma zərərinin uçotuna xitam verilir.
Faktiki qiyməti üzrə uçota alınan maliyyə aktivlərinə münasibətdə, aşınma zərəri maliyyə aktivinin
qalıq dəyəri ilə bu kimi maliyyə aktivləri üçün hazırda bazarda mövcud olan dərəcələr əsasında
diskontlaşdırma nəzərə alınmaqla təxmin edilən gələcək pul vəsaitləri hərəkətinin cari dəyəri
arasındakı fərq olur. Belə aşınma zərərlərinin mühasibat qeydləri geri qaytarılmır.
Aşınma zərərinin müəyyən olunması riskli aktivlərin təhlilinə əsaslanır və rəhbərliyin mülahizəsinə
əsasən çəkilmiş zərərləri bağlamaq üçün uyğun olan məbləğləri əks etdirir. Ehtiyatlar fərdi qaydada
əhəmiyyətli olan maliyyə aktivlərinə münasibətdə fərdi qiymətləndirmənin nəticəsi, fərdi qaydada
əhəmiyyətli olmayan maliyyə aktivlərinə münasibətdə isə fərdi və ya kollektiv qiymətləndirmənin
nəticəsi əsasında müəyyən olunur. Aşınma zərəri üzrə dəyişiklik mənfəətə aid edilir, aşınma
zərərinin cəmini isə balansda göstərilən aktivlərin dəyərindən çıxaraq təqdim edirlər. Aşınma
zərərinin yaranıb-yaranmamasını müəyyən etmək üçün Qrupun, ədalətli sübut kimi qəbul etdiyi
amillər sırasına borclunun və ya emitentlərin likvidliyi, ödəniş qabiliyyəti, biznes və maliyyə
risklərinin səviyyəsi, bu kimi maliyyə aktivləri üzrə çatışmazlıqların səviyyəsi və inkişaf
istiqamətləri, ölkə daxilində və yerli səviyyədə iqtisadi inkişaf istiqamətləri və şərait, zəmanət və
təminatları ədalətli dəyəri daxil olur. Bu və digər amillər fərdi qaydada və ya digərləri ilə bərabər
maliyyə aktivi və ya maliyyə aktivləri qrupuna münasibətdə aşınma zərərinin baş verməsinə dair
kifayət edən ədalətli sübut ola bilər.
Qrup maliyyə aktivləri üzrə aşınma zərərlərini ehtiyat hesabı üzrə amortizasiya edilmiş qiymət
əsasında uçota alır, maya dəyəri üzrə qiymətləndirilən maliyyə aktivləri üçün isə birbaşa silinmə
istifadə olunur. Qeyd edilməlidir ki, zərərlərin hesablanması mülahizənin istifadəsini zəruri edir.
Mümkündür ki, hansısa müddətlərdə Qrup aşınma zərəri üzrə ehtiyatlara əsasən uyğun gələn
zərərləri çəkmiş olsun. Lakin rəhbərlik belə hesab edir ki, aşınma zərərləri üzrə ehtiyat riskli aktivlər
üzrə çəkilmiş zərərləri bağlamaq üçün məqbul səviyyədədir.
Kreditlər üzrə öhdəliklər
Qrup kreditlər və bənzəri öhdəliklər qəbul edir, eləcə də akkreditivlər və maliyyə zəmanətlərini
təqdim edir. Maliyyə zəmanətləri müştəri üçüncü tərəflər qarşısında öhdəliklərini yerinə yetirmədiyi
halda ödənişləri aparmaq üçün geri alınması mümkün olmayan öhdəliyi təşkil edir və borclara
bərabər olan kredit risklərini daşıyır. Maliyyə zəmanətləri və borc təqdim etmək öhdəlikləri ilk
əvvəl ədalətli dəyər əsasında uçota alınır və bir qayda olaraq bu alınmış və komissiyaların haqq
əsasında sübuta yetirilir. Borc vəsaitləri təqdim etmək öhdəlikləri istisna olmaqla bu məbləğ
öhdəliyin müddəti üçün birbaşa xətt prinsipi əsasında amortizasiya olunur. Belə hallarda Qrupun
istənilən bir kredit sövdələşməsinə daxil olmasını ehtimal etmək mümkün olması və həmin borcu, o
verildikdən sonra qısa müddətdə, satmaq niyyətinin mövcud olmaması şərti irəli sürülür; belə borc
üzrə vəsaitlərin ayrılması haqqı ödənişləri təxirə salınır və ilkin uçot zamanı borcun qalıq məbləğinə
daxil olunur. Bütün balans tarixlərində, öhdəliklər (i) ilkin uçot məbləğinin amortizasiya edilməmiş
qalan məbləği və ya, daha yüksək olarsa, (ii) balans tarixində öhdəlikləri ödəmək üçün tələb olunan
xərclərin ən mükəmməl proqnozu əsasında qiymətləndirilir.