30 aprel 2017-ci il
7
http://w w w.amu.edu.az
ATU-nun mətbuat xidməti
Tədbiri fakültə üzrə TEC-in
sədri, dosent Nərgiz Məm-
mədova açaraq konfransda
8 tələbənin çıxışının nəzərdə
tutulduğunu, 3 tələbənin müka-
fatlandırılacağını bildirib.
Fakültənin dekanı, professor
Tahir Süleymanov konfrans iş-
tirakçılarına universitetin əsas
məqsədinin yüksək ixtisaslı
kadrlar hazırlamaq olduğunu
deyib: “Bizim bu məqsədlə bi-
rinci işimiz yüksək səviyyədə
tədrisi həyata keçirməkdir.
Lakin tədrisin keyfiyyətini
yüksəltmək üçün elmi işlər
müstəsna əhəmiyyət kəsb
edir. Bu, istər professor-
müəllim heyəti üçün, istərsə
də bizim tələbə kollektivi üçün-
dür. Yəni elmi işlə məşğul
olmaq tələbələr üçün öz
üzərlərində daha da çox ça-
lışmaq deməkdir. TEC-in işinə
həmişə çox ciddi önəm vermi-
şik. Burada əsas məqsəd yax-
şı oxuyan, elmi biliklərə malik
olan tələbələri gələcəkdə göz
önünə çıxarmaqdır”.
T.Süleymanov həmçinin bü-
tün iştirakçıları qalib adlandırdı:
“Bu gün məğlub olan olmaya-
caq. İştirak edənlərin hamısı
qalib hesab edilir. Hamınıza
uğurlar diləyirəm”.
Sonra konfrans tələbələrin
müxtəlif mövzularda etdikləri
elmi işlərin mühazirəsi ilə da-
vam edib.
Konfransın sonunda qaliblər
elan olunub. 5 nəfərdən ibarət
münsiflər heyətinin seçiminə
görə, İctimai fənnlər ka fed-
rası üzrə I kurs tələbəsi Gülçin
Tanrıverdiyeva I yerə (“Ümum-
milli liderimiz Heydər Əliyev
Azərbaycan Respublikasının
milli iqtisadiyyatının qurucu-
sudur”), Farmakoqnoziya və
botanika kafedrası üzrə III kurs
tələbəsi Firuzə Məmmədova
II yerə (“Göyçək köpükotu bit-
kisinin bəzi farmokoqnostik
tədbiqi”), Latın dili kafedrası
üzrə I kurs tələbəsi Tamilla
Qəhrəmanzadə isə III yerə
(“Latın dilinin hind-avropa
dilləri nin tibbi terminologiya-
sına təsiri”) layiq görülüblər.
Qaliblərin hər biri diplom və
hədiyyələrlə təltif olunub.
Aprelin 28-də Əczaçılıq fakültəsinin Tələbə Elmi
Cəmiyyətinin konfransı keçirilib.
Elxan Kərimov 1938-ci il noyabrın 23-
də respublikamızın dilbər guşələrindən
biri olan Göyçay şəhərində dünyaya
gəlmişdir. O, 1956-cı ildə 3 say lı Göyçay
şəhər orta məktəbini bitir dikdən sonra
N.Nərimanov adına Azər baycan Tibb İns-
titutunun stomatologiya fakültəsinə daxil
olmuş, bu ali tədris ocağını fərqlənmə
diplomu ilə bitirmişdir. 1967-ci ildə Kiyev
Tibb İnstitutunun aspiranturasını başa
vurmuşdur. 1968-ci ildə namizədlik,
1990-cı ildə isə doktorluq dissertasiyası-
nı uğurla müdafiə etmişdir. 1991-ci ildən
professor elmi adını daşıyan E.Kərimov
apardığı tədqiqatları ilə tibb elminə
yeniliklər gətirmişdir. O, tera pevtik və
ortopedik stomatologiya sahəsində
yeni müalicə üsulları, Ukrayna alimləri
ilə birlikdə kariyes və parodont xəs-
təliklərinin yodlu- flüorlu xörək duzu ilə
kütləvi profilaktika növü, qalxanabənzər
vəzin müxtəlif xəstəliklərindən parodont
xəstəliklərinin əmələ gəlmə mexaniz-
minin öyrənilməsi, müxtəlif protezlər
və pro tez materiallarının ağız boşluğu-
na və orqanizmə təsiri kimi əhəmiyyətli
və səmərəli sayılan tədqiqatları ilə elmi
nəticələrə nail olmuşdur.
Professor E.Kərimov Azərbaycan tibb
elminin nailiyyətlərini beynəlxalq aləmdə
də layiqincə tanıtdırmışdır. Görkəmli
alim 250-dən artıq elmi məqalənin, ixtira
və səmərələşdirici təkliflərin müəllifi ol-
muşdur. O, 25 elmlər və fəlsəfə doktoru-
nun elmi rəhbəri olmuşdur. Fədakar alim
stomatologiya ixtisası üzrə çap edilmiş
bir çox monoqrafiya və dərsliklərin elmi
redaktoru olmuşdur.
E.Kərimov müxtəlif illərdə stomato-
logiya fakültəsinin dekanı, universitetin
elmi katibi, Ali Attestasiya Komissiya-
sının Sto ma tologiya üzrə ixtisaslaşdırıl-
mış şurasının sədri olmuş, 1990-cı ildən
ömrünün son illərinə qədər ortopedik
stomatologiya kafedrasına rəhbərlik et-
mişdir. 2016-cı ilin noyabrında univer-
sitetin Böyük Elmi Şurasının qərarı ilə
ortopedik stomatologiya kafedrasının
mələhətçi-professoru seçilmişdir.
Professor E.Kərimovun Azərbaycan
tibb elminin və səhiyyəsinin inkişafındakı
mühüm xidmətləri dövlətimiz tərəfindən
layiqincə qiymətləndirilmişdir. O, 2000-
ci ildə “Əməkdar həkim”, 2010-cu ildə
isə “Əməkdar elm xadimi” fəxri adlarına
layiq gorülmüşdür.
Ömrünü elmə, insanların sağlamlığı-
na həsr edən müdrik şəxsiyyət, fədakar
alim, gözəl ailə başçısı, qəlbi humanist
duyğularla dolu olan professor Elxan
müəllimin işıqlı xatirəsi doğmalarının və
onu yaxından tanıyanların yaddaşında
əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin, qəbri nurla
dolsun!!
Ortopedik stomatologiya kafedrasının
kollektivi
Elxan Emin oğlu Kərimov
Azərbaycan tibb elminə ağır itki üz
vermişdir. Görkəmli alim, əməkdar həkim,
əməkdar elm xadimi, Azərbaycan Tibb
Universitetinin ortopedik stomatologiya
kafedrasının mələhətçi-professoru Elxan
Emin oğlu Kərimov ömrünün 79- cu ilində
dünyasını dəyişmişdir.
Bu günlərdə tibbi-profi lak tika fakül təsi-
nin 41-ci tələbə-elmi konf ran sı keçirilib.
Konfrans 3 böl mə üzrə fəaliyyət göstərib.
Bunlar mik ro biologi ya və immunologiya,
epi de mi ologiya, yoluxucu xəstəliklər
və ftizi
atriya, gigiyena və biokimya
bölməsidir.
Toplantının əvvəlində tibb
elmləri doktoru, Azərbaycan Tibb
Universitetinin Tibbi-Profilaktika
fakültəsinin dekanı Anar Ağayev çıxış
edərək konfransın işinə uğurlar arzulayıb.
O, konfransın tələbələr üçün böyük fayda
gətirəcəyindən əminliyini bildirib.
Mikrobiologiya və immunologiya, epi-
demiologiya, yoluxucu xəstəliklər və ftiz-
iatriya bölməsində - 7, biokimya bölməsində
- 7, gigiyena bölməsində - 10 məruzə təqdim
edilib. Konfransın sonunda tədqiqat işini
müvəffəqiyyətlə məruzə edib yer tutan
tələbələrə diplomlar, digər tələbələrə isə serti-
fikatlar təqdim edilib.
Bununla yanaşı, bu il Tələbə Elmi Cəmiy-
yətinin işində yaxından iştirak edən və tələbə
işinə rəhbərlik edən müəllimlər də diplomlarla
təltif olunublar.
Aprelin 14-də I müalicə-profilaktika fakül-
təsi nin nəzəri təbabət bölməsi üzrə Tələbə Elmi
Cəmiyyətinin konfransı keçi rilib. Təd bi ri fakül tənin
dekanı, do sent Qorxmaz Əh mə dov açıq elan edərək
mün siflər heyətini tədbir iştirak çılarına təqdim edib
və tələbələrə uğurlar arzulayıb.
Söz fakültə üzrə Tələbə Elmi Cəmiyyətinin sədri,
II kurs tələbəsi Lamiyə Adışirinliyə verilib. Sədr
iştirakçıların elmi işlərini təqdim edərək tələbələri
çıxışa dəvət edib.
Konfransda müxtəlif elmi mövzulara aid 14 məruzə dinlənilib. Münsiflər heyətinin rəyinə əsasən
203
b
qrupun tələbəsi Ləman Şıxverdizadə, 168
b
qrupun tələbəsi Xəzanə Əzimzadə, 115
b
qrupun
tələbəsi Hüseynxan Hüseynov, 1
a
qrupun tələbələri Nərmin Abuşova və Ulduz Ədilova dipolomlar ver-
ilib , digər tələbələrə isə sertifikatlar təqdim olunub.
Leyla SÜLEYMANOVA
Tibbi biologiya və genetika kafedrası üzrə TEC-in sədri
Fakültələrdə Tələbə elmi konfransları
Aprelin 28-də Hərbi Tibb Fakültə sinin
tələ bə elmi cəmiyyəti nin elmi konfransı ke-
çi rilib. Toplan tı da HTF rəisi Ç.Əlləzov, HTF
rəisinin elmi işlər üzrə müavini P.Məmmədov
və kafedra rəisləri iştirak edib.
Toplantının əvvəlində HTF rəisinin
elmi işlər üzrə müavini P.Məmmədov
çıxış edərək bildirib ki, fakültədə 2 ildir
fəaliyyət gostərən tələbə elmi cəmiyyəti
hərbi həkimlərimizin gələ
cək elmi
inkişafına böyük töhvə verir. Müraciət edən
tələbələrimizin sayı ildən-ilə artmaqdadır. Bu
gün atılan addımlar gələcəyin təminatıdır.
Elmi konfransada ümumilikdə 11 nəfər ol-
maqla 4 nəfər V kurs kursantı, 4 nəfər IV kurs və
3 nəfər III kurs tələbəsi iştirak edib. Konfransın
sonunda tələbələrə diplomlar təqdim olunub.
Tədbirin sonunda kafedra rəisləri kursantlara
və tələbələrə öz tövsiyələrini verərək gələcək
elmi fəaliyyətlərində onlara uğurlar arzu
ediblər.
Türkiyəli kardioloq-aritmoloq
Enes Elvin Gül Azərbaycan Tibb Uni-
ver si teti nin Tədris Terapevtik Kli ni-
ka sının qonağı olub.
Kardiologiya şöbəsinin müdiri
Fərid Əliyevlə görüşən Enes Elvin Gül
ürək-damar mərkəzinin iş fəaliyyəti
ilə tanış olub, yaradılan şəraitin müa-
sir standartlara cavab verdiyini və
gələcəkdə Azərbaycanda çalışmaq
niyyətində olduğunu bildirib.
Qeyd edək ki, Enes Elvin Gül
1983-cü ildə Azərbaycanda anadan
olub. 2008-ci ildən Türkiyə vətəndaşlığını
qəbul edib və orada kardioloq-aritmoloq
kimi fəaliyyət göstərir. Azərbaycan, rus,
ingilis və alman dillərində səlis danışır,
milli nəşrlərdə yayımlanan məqalələrin
müəllifidir.
Türkiyə vətəndaşı olan azərbaycanlı kardioloq-
aritmoloq ölkəmizdə çalışmaq niyyətindədir
Harvard Universitetinin mütəxəssisləri
irsi faktora baxmayaraq, gəncliyi qoruyub
saxlamaq vasitələrindən danışıblar.
AZƏRTAC “Peterburqskiy dnevnik” saytına
istinadla xəbər verir ki, alimlərin fikrincə, xarici
görünüşün yaşla əlaqədar dəyişməsində aparıcı
rol heç də həmişə genlər oynamır. Eksperimentdə
genetik məlumatlarının əlverişsiz olmasına bax-
mayaraq, xarici görünüşünü gənc saxlamağa
müvəffəq olan xanımlar iştirak edib. Onlar bir
qayda olaraq sağlam həyat tərzi keçirib, yaxşı qidalanıb və doyunca yatıblar.
Eksperimentin nəticəsində alimlər gəncliyi qoruyub saxlamağın formulunu müəyyən
ediblər: gündə azı 7 saat dincəlmək, idmanla məşğul olmaq, müntəzəm olaraq dərini
nəmləndirmək və günəşli havada eynək taxmaq. Belə ki, sabit fiziki fəallıq uzun müddət gənc
qalmaq şansını 14 faiz, vitaminlər 18 faiz, yaxşı yuxu isə 10 faiz artırır.
Alimlər gəncliyi qoruyub saxlamağın
yolunu tapıblar