Atu-nun yəmənli tələbəsi yarışmanın qalibi olub Təsisçi: Azərbaycan Tibb Universiteti



Yüklə 339,39 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix17.10.2017
ölçüsü339,39 Kb.
#5179
1   2   3   4   5   6   7

30 aprel 2017-ci il

7

http://w w w.amu.edu.az



ATU-nun mətbuat xidməti

Tədbiri  fakültə  üzrə  TEC-in 

sədri,  dosent  Nərgiz  Məm-

mədova  açaraq  konfransda 

8  tələbənin  çıxışının  nəzərdə 

tutulduğunu, 3 tələbənin müka-

fatlandırılacağını bildirib.

Fakültənin dekanı, professor 

Tahir Süleymanov konfrans iş-

tirakçılarına  universitetin  əsas 

məqsədinin  yüksək  ixtisaslı 

kadrlar  hazırlamaq  olduğunu 

deyib:  “Bizim  bu  məqsədlə  bi-

rinci  işimiz  yüksək  səviyyədə 

tədrisi  həyata  keçirməkdir. 

Lakin  tədrisin  keyfiyyətini 

yüksəltmək  üçün  elmi  işlər 

müstəsna  əhəmiyyət  kəsb 

edir.  Bu,  istər  professor-

müəllim  heyəti  üçün,  istərsə 

də bizim tələbə kollektivi üçün-

dür.  Yəni  elmi  işlə  məşğul 

olmaq  tələbələr  üçün  öz 

üzərlərində  daha  da  çox  ça-

lışmaq deməkdir. TEC-in işinə 

həmişə çox ciddi önəm vermi-

şik. Burada əsas məqsəd yax-

şı  oxuyan,  elmi  biliklərə  malik 

olan  tələbələri  gələcəkdə  göz 

önünə çıxarmaqdır”.

T.Süleymanov  həmçinin  bü-

tün iştirakçıları qalib adlandırdı: 

“Bu  gün  məğlub  olan  olmaya-

caq.  İştirak  edənlərin  hamısı 

qalib  hesab  edilir.  Hamınıza 

uğurlar diləyirəm”.

Sonra  konfrans  tələbələrin 

müxtəlif  mövzularda  etdikləri 

elmi  işlərin  mühazirəsi  ilə  da-

vam edib.

 Konfransın sonunda qaliblər 

elan olunub. 5 nəfərdən ibarət 

münsiflər  heyətinin  seçiminə 

görə,  İctimai  fənnlər  ka fed-

rası üzrə I kurs tələbəsi Gülçin 

Tanrıverdiyeva I yerə (“Ümum-

milli  liderimiz  Heydər  Əliyev 

Azərbaycan  Respublikasının 

milli  iqtisadiyyatının  qurucu-

sudur”),  Farmakoqnoziya  və 

botanika kafedrası üzrə III kurs 

tələbəsi  Firuzə  Məmmədova 

II  yerə  (“Göyçək  köpükotu  bit-

kisinin  bəzi  farmokoqnostik 

tədbiqi”),  Latın  dili  kafedrası 

üzrə  I  kurs  tələbəsi  Tamilla 

Qəhrəmanzadə  isə  III  yerə 

(“Latın  dilinin  hind-avropa 

dilləri nin  tibbi  terminologiya-

sına  təsiri”)  layiq  görülüblər. 

Qaliblərin  hər  biri  diplom  və 

hədiyyələrlə təltif olunub. 



Aprelin 28-də Əczaçılıq fakültəsinin Tələbə Elmi 

Cəmiyyətinin konfransı keçirilib.

Elxan Kərimov 1938-ci il noyabrın 23-

də  respublikamızın  dilbər  guşələrindən 

biri  olan  Göyçay  şəhərində  dünyaya 

gəlmişdir. O, 1956-cı ildə 3 say lı Göyçay 

şəhər  orta  məktəbini  bitir dikdən  sonra 

N.Nərimanov adına Azər baycan Tibb İns-

titutunun stomatologiya fakültəsinə daxil 

olmuş,  bu  ali  tədris  ocağını  fərqlənmə 

diplomu ilə bitirmişdir. 1967-ci ildə Kiyev 

Tibb  İnstitutunun  aspiranturasını  başa 

vurmuşdur.  1968-ci  ildə  namizədlik, 

1990-cı ildə isə doktorluq dissertasiyası-

nı uğurla müdafiə etmişdir. 1991-ci ildən 

professor elmi adını daşıyan E.Kərimov 

apardığı  tədqiqatları  ilə  tibb  elminə 

yeniliklər  gətirmişdir.  O,  tera pevtik  və 

ortopedik  stomatologiya  sahəsində 

yeni  müalicə  üsulları,  Ukrayna  alimləri 

ilə  birlikdə  kariyes  və  parodont  xəs-

təliklərinin  yodlu-  flüorlu  xörək  duzu  ilə 

kütləvi profilaktika növü, qalxanabənzər 

vəzin müxtəlif xəstəliklərindən parodont 

xəstəliklərinin  əmələ  gəlmə  mexaniz-

minin  öyrənilməsi,    müxtəlif  protezlər 

və  pro tez  materiallarının  ağız  boşluğu-

na və orqanizmə təsiri kimi əhəmiyyətli 

və səmərəli sayılan tədqiqatları ilə elmi 

nəticələrə nail olmuşdur. 

Professor E.Kərimov Azərbaycan tibb 

elminin nailiyyətlərini beynəlxalq aləmdə 

də  layiqincə  tanıtdırmışdır.  Görkəmli 

alim 250-dən artıq elmi məqalənin, ixtira 

və səmərələşdirici təkliflərin müəllifi ol-

muşdur. O, 25 elmlər və fəlsəfə doktoru-

nun elmi rəhbəri olmuşdur. Fədakar alim 

stomatologiya  ixtisası  üzrə  çap  edilmiş 

bir çox monoqrafiya və dərsliklərin elmi 

redaktoru olmuşdur. 

E.Kərimov  müxtəlif  illərdə  stomato-

logiya  fakültəsinin  dekanı,  universitetin 

elmi  katibi,    Ali  Attestasiya  Komissiya-

sının Sto ma tologiya  üzrə ixtisaslaşdırıl-

mış şurasının sədri olmuş, 1990-cı ildən 

ömrünün  son  illərinə  qədər  ortopedik 

stomatologiya  kafedrasına  rəhbərlik  et-

mişdir.  2016-cı  ilin  noyabrında  univer-

sitetin  Böyük  Elmi  Şurasının  qərarı  ilə 

ortopedik  stomatologiya  kafedrasının 

mələhətçi-professoru seçilmişdir.

Professor  E.Kərimovun  Azərbaycan 

tibb elminin və səhiyyəsinin inkişafındakı 

mühüm xidmətləri dövlətimiz tərəfindən 

layiqincə  qiymətləndirilmişdir.  O,  2000-

ci  ildə  “Əməkdar  həkim”,  2010-cu  ildə 

isə “Əməkdar elm xadimi” fəxri adlarına 

layiq gorülmüşdür.

Ömrünü  elmə,  insanların  sağlamlığı-

na həsr edən  müdrik şəxsiyyət, fədakar 

alim,  gözəl  ailə  başçısı,  qəlbi  humanist 

duyğularla  dolu  olan  professor  Elxan 

müəllimin işıqlı xatirəsi doğmalarının və 

onu  yaxından  tanıyanların  yaddaşında 

əbədi yaşayacaqdır. 

 

Allah rəhmət eləsin, qəbri nurla 



dolsun!!

Ortopedik stomatologiya kafedrasının 

kollektivi

Elxan Emin oğlu Kərimov

Azərbaycan tibb elminə ağır itki üz 

vermişdir. Görkəmli alim, əməkdar həkim, 

əməkdar elm xadimi, Azərbaycan Tibb 

Universitetinin ortopedik stomatologiya 

kafedrasının mələhətçi-professoru Elxan 

Emin oğlu Kərimov ömrünün 79- cu ilində 

dünyasını dəyişmişdir. 

Bu  günlərdə  tibbi-profi lak tika  fakül təsi-

nin 41-ci tələbə-elmi konf ran sı keçirilib. 

Konfrans 3 böl mə üzrə fəaliyyət göstərib. 

Bunlar  mik ro biologi ya  və  immunologiya, 

epi de  mi ologiya,  yoluxucu  xəstəliklər 

və ftizi 

atriya,  gigiyena və biokimya 

bölməsidir.

Toplantının əvvəlində tibb 

elmləri doktoru, Azərbaycan Tibb 

Universitetinin Tibbi-Profilaktika 

fakültəsinin dekanı Anar Ağayev çıxış 

edərək konfransın işinə uğurlar arzulayıb. 

O, konfransın tələbələr üçün böyük fayda 

gətirəcəyindən əminliyini bildirib.

Mikrobiologiya və immunologiya, epi-

demiologiya, yoluxucu xəstəliklər və ftiz-

iatriya bölməsində - 7, biokimya bölməsində 

- 7, gigiyena bölməsində - 10 məruzə təqdim 

edilib. Konfransın sonunda tədqiqat işini 

müvəffəqiyyətlə məruzə edib yer tutan 

tələbələrə diplomlar, digər tələbələrə isə serti-

fikatlar təqdim edilib.

Bununla yanaşı, bu il Tələbə Elmi Cəmiy-

yətinin işində yaxından iştirak edən və tələbə 

işinə rəhbərlik edən müəllimlər də diplomlarla 

təltif olunublar.



Aprelin 14-də I müalicə-profilaktika fakül-

təsi nin nəzəri təbabət bölməsi üzrə Tələbə Elmi 

Cəmiyyətinin  konfransı  keçi rilib.  Təd  bi  ri  fakül tənin 

dekanı, do sent Qorxmaz Əh mə dov açıq elan edərək  

mün siflər heyətini tədbir iştirak çılarına təqdim edib 

və tələbələrə uğurlar arzulayıb.

Söz fakültə üzrə Tələbə Elmi Cəmiyyətinin sədri

II kurs tələbəsi Lamiyə Adışirinliyə verilib. Sədr 

iştirakçıların elmi işlərini təqdim edərək tələbələri 

çıxışa dəvət edib.

Konfransda müxtəlif elmi mövzulara aid 14 məruzə dinlənilib. Münsiflər heyətinin rəyinə əsasən 

203

b

 qrupun tələbəsi Ləman Şıxverdizadə, 168



b

 qrupun tələbəsi Xəzanə Əzimzadə, 115

b

 qrupun 


tələbəsi Hüseynxan Hüseynov, 1

a

 qrupun tələbələri Nərmin Abuşova və Ulduz Ədilova dipolomlar ver-



ilib , digər tələbələrə isə sertifikatlar təqdim olunub.

Leyla SÜLEYMANOVA

Tibbi biologiya və genetika kafedrası üzrə TEC-in sədri

Fakültələrdə Tələbə elmi konfransları



Aprelin 28-də Hərbi Tibb Fakültə sinin 

tələ bə elmi cəmiyyəti nin elmi konfransı ke-

çi rilib. Toplan tı da HTF rəisi Ç.Əlləzov, HTF 

rəisinin elmi işlər üzrə müavini P.Məmmədov 

və kafedra rəisləri iştirak edib.

 

Toplantının əvvəlində HTF rəisinin 

elmi işlər üzrə müavini P.Məmmədov 

çıxış edərək bildirib ki, fakültədə 2 ildir 

fəaliyyət gostərən tələbə elmi cəmiyyəti 

hərbi həkimlərimizin gələ 

cək elmi 

inkişafına böyük töhvə verir. Müraciət edən 

tələbələrimizin sayı ildən-ilə artmaqdadır. Bu 

gün atılan addımlar gələcəyin təminatıdır.

Elmi konfransada ümumilikdə 11 nəfər ol-

maqla 4 nəfər V kurs kursantı, 4 nəfər IV kurs və 

3 nəfər III kurs tələbəsi iştirak edib. Konfransın 

sonunda tələbələrə diplomlar təqdim olunub. 

Tədbirin sonunda kafedra rəisləri kursantlara 

və tələbələrə öz tövsiyələrini verərək gələcək 

elmi fəaliyyətlərində onlara uğurlar arzu 

ediblər.


Türkiyəli kardioloq-aritmoloq 

Enes Elvin Gül Azərbaycan Tibb Uni-

ver si teti nin  Tədris  Terapevtik  Kli ni-

ka sının qonağı olub.

Kardiologiya şöbəsinin müdiri 

Fərid Əliyevlə görüşən Enes Elvin Gül 

ürək-damar mərkəzinin iş fəaliyyəti 

ilə tanış olub, yaradılan şəraitin müa-

sir standartlara cavab verdiyini və 

gələcəkdə Azərbaycanda çalışmaq 

niyyətində olduğunu bildirib.

Qeyd edək ki, Enes Elvin Gül 

1983-cü ildə Azərbaycanda anadan 

olub. 2008-ci ildən Türkiyə vətəndaşlığını 

qəbul edib və orada kardioloq-aritmoloq 

kimi fəaliyyət göstərir. Azərbaycan, rus, 

ingilis və alman dillərində səlis danışır, 

milli nəşrlərdə yayımlanan məqalələrin 

müəllifidir.

Türkiyə vətəndaşı olan azərbaycanlı kardioloq-

aritmoloq ölkəmizdə çalışmaq niyyətindədir



Harvard Universitetinin mütəxəssisləri 

irsi faktora baxmayaraq, gəncliyi qoruyub 

saxlamaq vasitələrindən danışıblar.

AZƏRTAC “Peterburqskiy dnevnik” saytına 

istinadla xəbər verir ki, alimlərin fikrincə, xarici 

görünüşün yaşla əlaqədar dəyişməsində aparıcı 

rol heç də həmişə genlər oynamır. Eksperimentdə 

genetik məlumatlarının əlverişsiz olmasına bax-

mayaraq, xarici görünüşünü gənc saxlamağa 

müvəffəq olan xanımlar iştirak edib. Onlar bir 

qayda olaraq sağlam həyat tərzi keçirib, yaxşı qidalanıb və doyunca yatıblar.

Eksperimentin nəticəsində alimlər gəncliyi qoruyub saxlamağın formulunu müəyyən 

ediblər: gündə azı 7 saat dincəlmək, idmanla məşğul olmaq, müntəzəm olaraq dərini 

nəmləndirmək və günəşli havada eynək taxmaq. Belə ki, sabit fiziki fəallıq uzun müddət gənc 

qalmaq şansını 14 faiz, vitaminlər 18 faiz, yaxşı yuxu isə 10 faiz artırır.

Alimlər gəncliyi qoruyub saxlamağın 

yolunu tapıblar



Yüklə 339,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə