Atu-nun yəmənli tələbəsi yarışmanın qalibi olub Təsisçi: Azərbaycan Tibb Universiteti



Yüklə 339,39 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix17.10.2017
ölçüsü339,39 Kb.
#5179
1   2   3   4   5   6   7

30 aprel 2017-ci il

3

http://w w w.amu.edu.az



Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə 

Klinikasında ağır hamiləlik uğurla başa çatıb. 

Takayasu damar xəstəliyindən əziyyət çəkən Ağdaş 

rayon sakini, 1990-cı il təvəllüdlü Vüsalə Cəbrayılova 

analıq sevincini yaşayıb.

Klinikanın II mama-ginekologiya şöbəsinin müdiri, uz-

man Dr. Turab Canbaxışovun sözlərinə görə, xəstə uzun illər 

ana olmaq həsrətində idi. Lakin xəstəliyi ilə əlaqədar buna nail 

ola bilmirdi. Azərbaycanda və Moskvada bir çox mütəxəssislərə 

müraciət etməsinə və bir sıra müalicələr almasına baxmayaraq

həkimlər bunun çox riskli hamiləlik olacağından ehtiyat ediblər.

Tədris Cərrahiyyə Klinikasına müraciət edən qadın bu 

arzusunu reallaşdırıb. T.Canbaxışovun bildirdiyinə görə, bu 

xəstəlik dünyada bir milyon insandan bir-ikisində rast gəlinsə 

də, Asiya ölkələrində yüz min insandan iki-üçündə olur: “Qan 

təzyiqini artıran bu xəstəlik, aorta deyilən ana damar və bütün 

daxili orqanlarına gedən damarların daxili divarını zədələyərək, 

daralmasına və hətta tutulmasına səbəb ola bilər. Həmin xanımın 

bu problemlə əlaqəli olaraq bir böyrəyini qidalandıran damarın 

bağlanma təhlükəsinın olduğu üçün bir neçə il əvvəl stend də 

yerləşdirilib. Uzun müddət müalicələrdən sonra xanım hamilə 

qalıb. Takayasu endoarteriit xəstəliyi ilə hamilə qalan xanımların 

53%-də fəsadlar görünür. Bunlardan biri təzyiqin daha da 

artması, preeklampsiya xəstəliyin inkişafı, erkən aylarda 

düşüklərin olması, ana bətnində dölün inkişaf ləngiməsi və hətta 

tələf olması kimi riskləri daşımaqdır”.

Həkimin sözlərinə görə, xəstə üzərində aparılan müalicələrə 

baxmayaraq, preeklampsiya (müalicəyə tabe olmayan yüksək 

təzyiq) inkişaf edib və 34-cü həftəsini doldurub: “Bu səbəbdən 

də hamiləliyi kesar üsulu ilə sonlandırmaq məcburiyyətində 

qaldıq. Sağlam doğulan və 2160 qram çəkiyə malik olan körpə 

yenidoğulmuşların reanimasiyasına yatırılmışdı”.

Neonatologiya şöbəsinin müdiri Səadət Yaqubovanın 

sözlərinə görə, körpə 6 gün reanimasiyada qalıb və vaxtından 

əvvəl dünyaya göz açdığı üçün müəyyən problemləri olub. 

Buna baxmayaraq, müasir tibbi müdaxilələrlə bütün problemlər 

aradan qaldırılıb və ailəsinə sağlam  şəkildə təhvil verilib.

ATU-nun mətbuat xidməti

 

Azərbaycan Tibb Univer-



sitetinin Tədris Terapev-

tik Klinikasında “Sağlam 

təhsil – sağlam millət: 

görülmüş işlər, nailiyyətlər 

və perspektivlər” mövzu-

sunda elmi-praktiki konf-

rans keçirilib. Konfransda 

böyüməkdə olan nəslin 

sağlamlığının qorunması 

məsələləri, bu istiqamətdə 

görülən maarifçilik 

tədbirləri müzakirə olunub.

 

ATU-nun rektoru, profes-



sor  Gəray  Gəraybəyli  qonaq-

ları  salamlayaraq  bildirib  ki, 

“Sağlam  təhsil-sağlam  millət” 

layihəsi  məktəb yaş lı  uşaqla-

rın  inkişafı,  maarif əndirilməsi, 

təhsili və sağlamlığının qorun-

ması  kimi  mühüm  vəzifələrin 

həllinə yönəldilib.

Rektor  həmçinin  bu  cür 

layihələrin önəmindən də bəhs 

edib: “Bu günkü konfransımızda 

çox ciddi və vacib məsələlərdən 

danışılacaq.  XXI  əsrdə  təhsil 

alanların  səviyyəsinə  diqqət 

bütün  dünyda  artmaqdadır. 

ABŞ, Avropa, MDB, Azərbaycan 

alimlərinin  tədqiqatları  göstə-

rir ki, bir çox faktorların mənfi 

təsirləri  nəticəsində  uşaq  və 

yeniyetmələrin  fiziki,  psixi  in-

kişafında  müəyyən  qüsurlar 

yaranır və bu da ilk öncə uşağın 

məktəbli dövrünə təsadüf edir. 

Buna  görə  də  məhz  məktəb 

şəraitində  uşaqların  düz-

gün  inkişafına,  düzgün  həyat 

tərzinin  formalaşmasına,  düz-

gün  qidalanmasına  və  s.  fak-

torlara  diqqət  yetirilməlidir. 

Azərbaycan 

Respublikasının 

Təhsil İnkişafı üzrə Dövlət Stra-

tegiyasının  qarşıya  qoyduğu 

vəzifələri nəzərə alaraq, 2013-

cü ildə Təhsil Nazirliyinin “Sağ-

lam təhsil” layihəsinə başlanıl-

dı.  Bu  layihənin  əsas  məqsədi 

fiziki və mənəvi sağlam, yüksək 

savada  malik  olan  Azərbaycan 

vətəndaşları yetişdirmək idi”.

Azərbaycan  Dövlət  Peda-

qoji Universitetin rektoru, pro-

fessor Cəfər Cəfərov bildirib ki, 

Təhsil  Nazirliyi  tərəfindən  son 

illər  həyata  keçirilən  layihələr 

məktəbəqədər, orta, ali və digər 

gənc  nəslin  təhsillə  yanaşı, 

tərbiyəsində  də  böyük  rol  oy-

nayır: “2014-cü ildən başlayan 

bu  layihə  bugünədək  Bakı  və 

Sumqayıtın 35 məktəbinin 116 

sinfində  tətbiq  olunub.  Bu  cür 

layihələrin  uğuru  ilk  növbədə 

ibtidai  sinif  müəllimlərindən 

asılıdır.  Gələcək  ibtidai  si-

nif  müəllimlərini  “Sağlam  si-

nif”  layihəsində  iştirak  edən 

sinifərlə tanış etmək üçün ibti-

dai təhsil fakültəsinin nəzdində 

Sağlam  Təhsil  Pedaqogikası 

Mərkəzi  və  sağlam  təhsil  au-

ditoriyası  yaradılıb.  İbtidai  si-

nif müəllimliyi ixtisasında uşaq 

anatomiyası, 

fiziologiyası, 

həyat  bilgisi  və  onun  metodi-

kası, ibtidai təhsilin pedaqogi-

kasının  tədrisində  məktəblərin 

sağlamlığı və sağlam təhsıl tex-

nologiyaları ilə bağlı daha geniş 

məlumatların verilməsi nəzərdə 

tutulub. “Sağlam təhsil-sağlam 

millət”  layihəsinə  uyğun  ola-

raq,  pedaqogika  kursunun 

tədrisində  pedaqoji  valeologi-

ya və didaktologiyanın əsasları 

öyrədilir”.

Təhsil  Nazirinin  müşa-

vi ri  Həsən  Həsənli  bldi-

rib  ki,  2014-cü  ilin  mayında 

2500  məktəblinin  diaqnostik 

qiymətləndirmə  aparmaq  üçün 

tibbi  monitorinq  keçirilib. 

Ənənəvi  sinifərdə  məktəbi 

bitirən  yeniyetmə  məzunlar 

arasında  görmə  problemi  45 

faiz, qamət pozuntusu isə orta 

hesabla  50  faiz  təşkil  edib. 

Birinci  sinifdə  təhsil  alan  oğ-

lanlar  arasında  fiziki  inkişaf 

çatışmazlığı  19  faiz,  beşinci 

sinifdə 33 faiz, sonuncu sinifdə 

isə  artıq  40  faiz  təşkil  edib: 

“Mütəxəssislərimiz  tərəfindən 

aparılmış  monitorinqlərin  sta-

tistik  təhlilləri  də  göstərir  ki, 

ənənəvi  sinifərlə  müqayisədə 

sağlam  təhsil  sinifərində 

şagirdlərin  hər  bir  istiqamət 

üzrə  nəticələri  əhəmiyyətli 

dərəcədə yüksəkdir”.

Milli  Məclisin  Elm  və 

təhsil komitəsinin sədr müavi-

ni,  millət  vəkili  Bəxtiyar  Əliyev 

qeyd  edib  ki,  sağlam  həyat  və 

mühit  şagirdlər  üçün  olduqca 

vacib  məsələdir:  “Cəmiyyətin 

sağlamlaşdırılması hər bir döv-

lətin  qarşısında  duran  əsas 

məsələlərdəndir.  Görülən  işin 

uğuru  onun  müxtəlif  peşə 

sahiblərini  bir  arada  toplama-

sından irəli gəlir. Sağlam mühiti 

yaratmadan  sağlam  insanı  da 

yetişdirə bilmərik. Bu məqsədlə 

layihənin  birinci  mərhələsində 

kiçikyaşlı  məktəblilər  sağlam 

təhsilə  cəlb  edilib.  Gələcəkdə 

bu sistemin bütün məktəb yaş-

lı  uşaqları  əhatə  etməsi  daha 

məqsədəuyğun olardı”.

İcbari  Tibbi  Sığorta  üzrə 

Dövlət  Agentliyinin  monito-

rinq, təhlil və İT şöbəsinin mü-

diri İsa Əliyev bildirib ki, icbari 

tibbi  sığorta  sistemində  uşaq-

lar  sığorta  haqqı  ödəməkdən 

azad  olacaqlar  uşaqlara  tibb 

müəssisələrində göstərilən bü-

tün  tibbi  xidmətlərin  xərcləri 

agentliyə  dövlət  tərəfindən 

ödəniləcək.

Konfransda  çıxış  edənlər 

uşaq  və  yeniyetmələrin  sağ-

lamlığının  mühafizəsi  və  gigi-

ye nasından,  onların  sağ-

lam    lı ğının 

qorunması 

və 

mək  təb lərdə sağlamlığın təşviq 



olun masının  əhəmiyyətindən 

bəhs  edib,  bu  pilot  layihənin 

məktəblilərin 

sağlamlığının 

qo runmasına  xidmət  etdiyi-

ni  bildirib  və  onun  gələcəkdə 

daha  da  genişlənməsinə  ümid 

etdiklərini vurğulayıblar.

Qeyd edək ki, konfransda 

Uşaq  və  yeniyetmələrin  sağ-

lamlığının  mühafizəsi  və  gigi -

yenası  Elmi-Tədqiqat  İnsti-

tu tunun  direktoru,  Rusiya 

Fede rasiyası  Elmlər  Akademi-

yasının müxbir üzvü, professor 

V.Kuçma da iştirak edirdi.

Konfransda 

ATU-nun 


qida  lan ma  və  kommunal  gi-

giyena  kafedrası nın  müdi-

ri,  dosent  İbrahim  Əhmədov, 

Təhsil  Nazirliyinin  aparıcı 

məsləhətçisi,  p.ü.f.d.  Afət  Sü-

leymanova,  AMEA-nın  Fəl-

səfə  İnstitutu,  Sosiologiya 

şöbəsinin  müdiri,  ə.e.x.,  pro-

fessor  Rəfiqə  Əzimova,  Uşaq 

və yeniyetmələrin sağlamlığının 

mühafizəsi  və  gigiyenası  ETİ-

nun  direktoru,  REA-nın  müx-

bir üzvü, professor V.R.Kuçma, 

Respublikanın  Baş  epidemio-

loqu, ATU-nun epidemiologiya 

kafedrasının  müdiri,  professor 

İbadulla  Ağayev,  Azərbaycan 

Tibb  Universitetinin  dosen-

ti Nigar Süleymanzadə, MTTM, 

AMEA-nın  dissertantı,  sosio-

loq,  Nigar  Şahhüseynbəyova, 

Bakı  Dövlət  Universitinin  Psi-

xologiya  kafedrasının  p.ü.f.d. 

А.Bunyatova,  ATU-nun  ictamai 

sağlamlıq  və  səhiyyənin  təşkili 

kafedrasının  müdiri,  profes-

sor Rafiq Çobanov, Azərbaycan 

Dillər  Universitetinin  Psixolo-

giya kafedrasının müəllimi Se-

vinc  Əmirova,  Rasional  Inkişaf 

uğrunda Qadınlar Cəmiyyətinin 

sədri,  Qadınlar  üçün  Qlo-

bal  Fondun  Azərbaycan  üzrə 

nümayəndəsi  gender  üzrə 

mütəxəssis  Şəhla  İsmayıl,  18 

nömrəli  məktəbin  direktoru, 

əməkdar  müəllim  Rəna  Süley-

manova,  26  nömrəli  məktəb, 

ibtidai sinif müəllimi, Qabaqcıl 

təhsil  işçisi  Qönçə  Qasımova, 

ATU-nun uşaq və yeniyetmələr 

gigiyenası kafedrasının dosenti 

Sədaqət Həsənova , ADPU-nun 

müəllimi  Xuraman  Nağızadə, 

ADPU-nun  SABAH  qrupları-

nın  koordinator  rəhbəri  Lalə 

Mursəlbəyova, 

Azərbaycan 

Tibb  Universitetinin  dosen-

ti Zöhrə İsmayılovanın çıxışları 

dinlənildi.

Ümumilikdə,  elmi-prak -

tik  konfransında  təx mi  nən 

200  nümayəndə,  o  cüm-

lə  dən  alimlər,  müəllimlər, 

müx təlif  dövlət  qurumların 

nümayəndələri  və  məktəb  di-

rektorları iştirak ediblər.

“Sağlam təhsil – sağlam millət: görülmüş işlər, nailiyyətlər və perspektivlər” 

mövzusunda elmi-praktiki konfrans keçirilib



Laparoskopik  miomek to-

mi yanın hansı fəsadları olur? 

Bu barədə Tədris-Cərrahiyyə 

Klinikasının ginekologiya 

üzrə cərrah-endoskopisti, ali 

dərəcəli həkim Fərhad Sul-

tanov məlumat verib.

Həkimin sözlərinə görə, 

laparoskopik üsul haqqında tam 

təsəvvürə malik olmayanlarda 

belə bir yanlış fikir yaranır ki, 

guya laparoskopik miomektomi-

yadan sonra hamilə qadınlarda 

uşaqlığın yırtılması kimi fəsadlaşma 

baş verə bilər. Əslində isə bu fəsadın 

səbəbi enikulyasiya olunmuş, yəni 

soyularaq çıxarılmış şişin yatağının 

düzgün bərpa edilməməsidir. Əgər 

yataq düzgün tikilmirsə, bu fəsad 

açıq üsulla keçirilmiş əməliyyatdan 

sonra da baş verə bilər.

Belə ki, istər laparoskopik, istərsə 

də laporotomik üsulla miomanın xar-

ic edilməsindən sonra yataq bir neçə 

qatla tikilərək bərpa edilməlidir. Bu 

cür tikiş həm hemostaz baxımından, 

həm də sonrakı bitişmələr, uşaqlığın 

yırtılması, çapığın çatışmazlığı və bu 

kimi digər fəsadlaşmaların qarşısının 

alınması baxımından əhəmiyyətlidir.

Miomanın xaric edilməsindən 

sonra yaranan fəsadlar

Tədris Cərrahiyyə Klinikasında takayasu damar 

xəstəliyindən əziyyət çəkən qadın ana olub




Yüklə 339,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə