Atu-nun yəmənli tələbəsi yarışmanın qalibi olub Təsisçi: Azərbaycan Tibb Universiteti



Yüklə 339,39 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix17.10.2017
ölçüsü339,39 Kb.
#5179
1   2   3   4   5   6   7

30 aprel 2017-ci il

5

http://w w w.amu.edu.az



Zərifə  xanım  Əliyeva  cismən 

aramızda  olmasa  da,  hər  bi-

rimiz  onu  sonsuz  hörmət  və 

məhəbbətlə  xatırlayırıq.  O, 

gənc  həkimlərin  tərbiyəsinə, 

onların peşə fəaliyyəti ilə bağlı 

problemlərinin  öyrənilməsinə 

və  həllinə  xeyli  zəhmət  sərf 

etmişdir.  Çoxsaylı  məqalələri, 

çıxışları  məhz  bu  məsələyə 

həsr olunmuş, “Yüksək etimad” 

kitabı  cəmiyyətdə  həkimin 

şəxsiyyət  kimi  formalaşma-

sı  prosesinə  dəyərli  töhfə  ol-

muşdur.  Fərəhlə  deyə  bilərik 

ki,  akademik  Zərifə  xanım 

Əliyevanın  ardıcılları  onun 

ideyalarını  daim  yaşadır    və 

uğurla  davam  etdirirlər.  Onun 

elmi əsərləri, tədqiqatları, çox-

saylı  kitabları  yaşadığı  62  illik 

ömrünə  sığmır.  İşıqlı  xatirəsi 

bu  gün  də  insanların  yadda-

şında  yaşayır.  Zərifə  xanımın 

əsərləri,  elmi  monoqrafiyaları 

bu gün də öz aktuallığını itir-

mir.

Məruzə ətrafında Azərbaycan 



Tibb  Universitetinin  Oftalmo-

lo giya  kafedrasının  dosen-

ti  Solmaz  Əliyeva,  Yeni  Azər-

baycan  Partiyası  Suraxanı  ra-

yon  təşkilatının  sədri  Vüqar 

Seyidov, Milli Məclisin deputatı 

Ağacan Abiyev çıxış etdi.

Konfransın  işini  yekunlaşdı-

ran  rayon  İcra  Hakimiyyətinin 

başçısı İlqar Abbasov qeyd etdi 

ki,  məruzədə  və  çıxışlarda  da 

qeyd olunduğu kimi, Zərifə xa-

nım Əliyeva Azərbaycan oftal-

mologiya məktəbinə öz dəyərli 

töhfəsini vermişdir, gənc kadr-

ların  hazırlanmasında  çox 

geniş  fəaliyyət  göstərmişdir. 

Eyni zamanda, insanların gör-

mə  qabiliyyətinə  mənfi  təsir 

göstərən  istehsalatlarda  onun 

laboratoriyaları  fəaliyyət  gös-

tər


 

mişdir. Bu laboratoriyalarda 

bir  tərəfdən  insanların  sağ-

lamlığına  zərərli  istehsalların 

təsiri öyrənilib, eyni zamanda, 

xəstələrin  müalicəsi  də  təşkil 

edilib.

Zərifə xanım yüksək davranış 



meyarlarına  malik  idi.  İnsan-

lara  münasibətdə  səmimiyyət, 

xeyirxahlıq,  eyni  zamanda, 

yüksək mədəniyyət, alicənablıq 

- bütün bu gözəl amillər onda 

birləşmişdi.

İlqar  Abbasov  xüsusi  vurğu-

lamışdır ki, Zərifə xanım Əliye-

vanın fəxri adları, elmi titulları, 

mükafatları olduqca çoxdur. Bu 

adların hər biri qürur və iftixar 

mənbəyidir.  Amma  bu  adların 

sırasında ən şərəflisi “Ana” adı-

dır.


Zərifə  xanım  Azərbaycana 

cənab İlham Əliyev kimi Prezi-

dent bəxş edən bir ana olaraq 

hər  zaman  tarixdə  qalacaq-

dır.  Ölkəmizin  sürətli  inkişafı, 

dünyadakı  nüfuzu,  möhtəşəm 

uğurları ilə fəxr edərkən, Azər-

baycan  Prezidentinin  bilik  və 

bacarığının,  qətiyyət  və  müd-

rikliyinin  təməlində  Ulu  Öndər 

Heydər  Əliyev  ilə  yanaşı,  söz-

süz ki, Zərifə xanımın da əməyi 

böyükdür.

Sonda  Azərbaycan  Tibb 

Universitetinin  rektoru,  tibb 

elmləri  doktoru,  professor 

Gəray  Gəraybəyliyə  Suraxa-

nı  rayonu  Heydər  Əliyev  Mər-

kəzinin  xatirə  hədiyyəsi  təq-

dim olundu.



ATU-nun mətbuat xidməti

ATU rəhbərliyi Suraxanıda akademik Zərifə xanım Əliyevanın anadan 

olmasının 94-cü ildönümünə həsr edilmiş tədbirdə iştirak edib

“2012-2016-cı 

illərdə 

ATU-nun  Həmkarlar  İttifaqı 

Komitəsinin  fəaliyyəti  haq-

qında”  komitənin  sədri,  do-

sent  Cahangir  Qasımovun 

hesabatı dinlənildi.

Son  5  il  ərzində  komitə 

tərəfindən  görülən  işlər 

haqqında  ətraflı  məlumat 

verən  C.Qasımov  Həmkarlar 

İttifaqı  Komitəsinin  XIII  he-

sabat-seçki 

konfransının 

çox  əlamətdar  bir  zaman-

da  keçirildiyini  bildirdi:  “Ulu 

Öndər  Heydər  Əliyevin  baş-

ladığı və onun layiqli davam-

çısı  möhtərəm  Prezidenti-

miz İlham Əliyev tərəfindən 

uğurla davam etdirilən sosi-

al-iqtisadi  kurs  Azərbaycan 

xalqının  maddi  rifahının 

durmadan 

yaxşılaşmasına 

yönəlib.  Bunun  nəticəsidir 

ki,  dünyanın  üzləşdiyi  qlo-

bal  maliyyə-iqtisadi  böhran 

şəraitində Azərbaycan nəinki 

özünün iqtisadi inkişaf tem-

pini  qoruyub  saxlaya  bil-

di,  hətta  sürətli  artıma  görə 

dünyada  birincilər  sırasında 

qalmaqda davam edir”.

Həmkarlar  İttifaqı  Ko-

mi təsinin  rektorluqla  öz 

münasibətini  müvafiq  qa-

nunlara və Əmək Mə cəl ləsinə 

əsasən  bağlanan  kollektiv 

müqavilə əsasında qurduğu-

nu  de yən    C.Qasımov  qeyd 

etdi ki, AHİK və Nazirlər Ka-

bineti  arasında  bağlanan 

“Baş  Saziş”,  Səhiyyə  İş çiləri 

Həmkarlar İttifaqı Respublika 

Komitəsi ilə Səhiyyə Nazirli-

yi arasında bağlanmış “Sahə 

sazişi”nin  şərtləri  əsasında 

bağ lanan  bu  müqavilədə 

əməkdaşlarımızın  sosial-iq-

tisadi  problemlərinin  həlli, 

məzuniyyətlər, 

qadınların 

əməyi  və  digər  sahələrdə 

əlavə imtiyazlar nəzərdə tu-

tulur. 

Komitə  sədri  onu  da  vur-



ğuladı  ki,  hesa bat  dövrü 

ərzində  Azər baycan  Tibb 

Universiteti  Həmkarlar  İtti-

faqı  Komitəsi  yeni  klinika-

ların  açılışı  ilə  əlaqədar  öz 

sıralarını  daha  da  artırmış-

dır:  “Bu  gün  təşkilatımız  öz 

sıralarında  3500  nəfərdən 

çox  həmkarlar  ittifaqı  üz-

vünü  birləşdirən  ən  iri  ali 

məktəb 

təşkilatlarından 



birinə 

çevrilmiş, 

klinika 

həmkarlar ittifaqı təşkilatları 

yaradılmışdır.  Hazırda  Uni-

versitet  Həmkarlar  İttifaqı 

Komitəsinin  rəhbərliyi  al-

tında  6  fakültə,  4  klinika,  1 

Elmi-Tədqiqat  Mərkəzi  və  1 

inzibati-təsərrüfat 

işçiləri 

həmkarlar  ittifaqı  təşkilatı, 

96  qrup  təşkilatı  fəaliyyət 

göstərir”.

Hesabatda  əməkdaşların 

iş  şəraitinin  yaxşılaşdırıl-

ması,  sağlamlığının  qorun-

ması,  əməyinin  müha fizəsi 

məsələləri də əhatəli şəkildə 

öz əksini tapdı. Aşkar edilmiş 

nöqsanların  aradan  qaldırıl-

ması  üçün  rektorluqla  birgə 

görülən  tədbirlər  üzərində 

xüsusi  dayanıldı.  Hörmətli 

rektorumuz, 

professor 

Gəray  Gəraybəylinin  tapşırı-

ğı ilə kafedra və bölmələrdə 

aparı lan  reydlərin  nəticə-

lərinə  toxunuldu.  Bunun-

la  yanaşı  tədris  binala rında 

və  yataqxanalar da  aparılan 

əsaslı  tə mir-tikinti  işlərinin 

də  həmişə  həmkarlar  ittifa-

qı  komitəsinin  diqqət  mər-

kəzində  saxlanıldığı  qeyd 

olundu.

Məruzəçi  indiki  dövr də 



əməkdaşların 

is ti  ra  hətinin 

təş ki  linin  əhə miy yətini  diq-

qətə 


çatdı raraq 

“Təbib” 


isti rahət  düşər gəsinin  im-

kanlarından  geniş  istifadə 

olunduğunu,  2017-ci  ildən 

isə  əməkdaşların  düşərgədə 

istirahətini 

daha 


yax-

şı  təşkil  etmək  məqsədilə 

müasir  standartlara  uyğun 

yeməkxananın 

tikintisinə 

başlanıldığını bildirdi.

Hesabat  dövrü  ərzində 

Universitet Həmkarlar İttifaqı 

Komitəsinin təş ki  lati baxım-

dan  da  tək mil ləşdirildiyini 

söyləyən  C.Qasımov  hələ 

qarşıda  daha  gərgin,  işgü-

zar  və  islahatlar  tələb  edən 

bir  dövrün,  ciddi  vəzifələrin 

durduğunu  xatırlatdı,  yeni 

seçiləcək heyətə uğurlar ar-

zuladı. 

Bundan  sonra  Universitet 

Həmkarlar  İttifaqı  Komitəsi 

Təftiş  Komissiyasının  sədri, 

dosent  Faiq  Qapaqov  Təftiş 

Komissiyasının 

hesabatı-

nı  konfrans  iştirakçılarının 

nəzərinə çatdırdı.

Daha  sonra  insan  anato-

miyası  kafedrasının  müdiri, 

professor  Vaqif  Şadlinski, 

Elmi-Tədqiqat 

Mərkəzinin 

direktoru,  professor  Qalib 

Qarayev, epidemiologiya ka-

fedrasının  müdiri,  professor 

İbadulla  Ağayev,  travma-

tologiya  və  ortopediya  ka-

fedrasının  müdiri,  professor 

Əhməd Əhmədzadə, tibbi bi-

ologiya və genetika kafedra-

sının müdiri, professor Can-

baxış  Nəcəfov  çıxış  edərək 

hesa batı  qənaətbəxş  qiy-

mətləndirdilər.    C.Qa sımo-

vun  təcrübəli  bir  təşkilatçı 

olduğunu,  həmçinin  qarşı-

da  duran  problemlərin,  ən 

əsası  əməkdaşların  sosi-

al  hüquqlarının  qorunma-

sı,  istirahətinin  təşkili,  iş 

şəraitinin  yaxşılaşdırılması 

kimi məsələlərin öhdəsindən 

bacarıqla 

gəldiyini 

önə 

çəkdilər  və  öz  təkliflərini 



səsləndirdilər. 

V.Şadlinski 

əmək  intizamının  yaxşılaş-

dırılması  məqsədilə  aparılan 

reyd lərin  nəticələri  barədə  

universitetin  qəzetində  mə-

lu mat verməyi təklif etdi. O, 

nəzəri  kafedralarda  çalışan 

professor-müəllim 

heyəti 


ilə  kliniki  kafedralarda  ça-

lışan 


professor-müəllim 

heyəti arasındakı əmək haq-

qı  uyğunsuzluğundan  da 

söhbət  açdı,  eyni  zamanda 

əməkdaşların universitet kli-

nikalarında güzəştli şərtlərlə 

müayinəyə  cəlb  edilməsini 

məqsədəuyğun saydı. 

Konfransda  çıxış  edən 

ATU-nun  rektoru,  profes-

sor  Gəray  Gəraybəyli  də 

Həmkarlar  İttifaqı  Komitə-

sinin 5 illik fə aliy  yətini müs-

bət qiy mət ləndirərək bir sıra 

məsələlərə 

münasibətini 

açıqladı:  “Hesabat  və  çıxış-

larda  mənim  tapşırığımla 

aparılan  yoxlamalara  toxu-

nuldu  və  deyim  ki,  məqsəd 

kimlərisə cəzalandırmaq de-

yil, ədalət prinsipinin qorun-

masıdır. Amma bəzi tədbirlər 

də 


görməyə 

məcburuq. 

Əmək  intizamını  pozduq-

larına  və  yol  verdikləri 

nöqsanlara  görə  12  nəfər 

universitetdən  xaric  edilib, 

bu ilin əvvəlindən isə 2 nəfər 

öz ərizəsi ilə işdən azad olu-

nub”. 

Yeni  klinikaların  yaradıl-



ması  ilə  universitetimizin 

dün ya  universitetləri  ilə  bir 

sırada  durduğunu  vurğula-

yan  rektor  diqqətə  çatdırdı 

ki,    həm  müasir  diaqnosti-

ka  metodları,  həm  maliyyə 

məsələlərinin  həlli,    həm  də 

tələbələr  üçün  tədrisin  yax-

şılaşdırılması 

baxımından 

klinikalar universitetə kömək 

etməlidir. 

Tələbələrin asudə vaxtları-

nın daha səmərəli keçirilməsi 

üçün bir neçə istiqamətin ol-

duğunu  bil dirən  universite-

tin  rəh bəri  idman  klubunun 

normal vəziyyətə gə tiril məsi, 

müxtəlif  kütləvi  təd birlərin, 

Qara bağ  qəh rə manları  ilə 

görüşlərin  təş kili  məsələləri 

ilə  bağ lı  tövsiyələrini  verdi. 

Rektor həmçinin gənc ailələr 

üçün  koope rativ  binaların 

inşa  edilməsi    tək li finə  də 

aydınlıq  gətirərək  qeyd  etdi 

ki,  hələlik  prioritet  məsələ 

universi te tin  yataqxanasın-

da  məs kunlaşan  məcburi 

köç künlər  üçün    daha  nor-

mal  həyat  şəraiti  yaratmaq-

dır.  Yalnız  müvafiq  qurum-

lar  qarşısında  qaldırılan  bu 

problem öz həllini tapdıqdan 

sonra  kooperativ  binanın 

tikilməsi barədə təklifə baxa 

bilərik.  

ATU-ya sadəcə iş yeri kimi 

yox, doğma universitet kimi 

baxan  hər  bir  müəllimin, 

həkimin  Həmkarlar  İttifa-

qı  Komi təsi  ilə  sıx  iş  birliyi 

qurma sının  vacibliyini  önə 

çəkən rektor  hər bir uğurlu 

fəaliy yətin  bütövlükdə  uni-

versitetin tərəqqisinə yönəl-

diyini vurğuladı. 

Səhiyyə  İşçiləri  Həmkar-

lar  İttifaqı  Respublika  Ko-

mi təsinin  sədri  Emin  Əfən-

diyev  ATU  Həmkarlar  İtti-

faqı  Komitəsinin  sədr  mü-

avini,  dosent    Qəh rə man 

Rüstəmovu  səmərəli  fəaliy-

yətinə  görə  “Fəxri  fərman”la 

mükafatlandırdı.

Sonda  konfrans  iştirak-

çıları 


Həmkarlar 

İttifa-


qı  Komitəsinin  25  nəfər  və 

Həmkarlar  İttifaqı  Komi tə-

sinin Təftiş Komissiyasının 7 

nəfərdən ibarət yeni tərkibini 

seçdilər. Açıq səsvermə yolu 

ilə yenidən Həmkarlar İttifa-

qı  Komitəsinin  sədri  seçilən 

dosent  Cahangir  Qasımov 

eyni zamanda Səhiyyə İşçiləri 

Həmkarlar  İttifaqı  Respub-

lika  Komitəsinə  birbaşa  üzv 

və Səhiyyə İşçiləri Həmkarlar 

İttifaqının  III  qurultayına 

nümayəndə seçildi.



Arif MƏMMƏDLİ



Aprelin 27-də 



Azərbaycan Tibb Univer-

siteti Həmkarlar İttifaqı 

Komitəsinin XIII hesabat-

seçki konfransı keçirildi.  

ATU Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirildi


Yüklə 339,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə