Atu-nun yəmənli tələbəsi yarışmanın qalibi olub Təsisçi: Azərbaycan Tibb Universiteti



Yüklə 339,39 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix17.10.2017
ölçüsü339,39 Kb.
#5179
1   2   3   4   5   6   7

30 aprel 2017-ci il

6

http://w w w.amu.edu.az



• 

Aprelin 19-da Azər-

bay can  Tibb  Uni ver-

sitetində “Qadınlar 

döv  lə  timizin,  döv lət-

çi liyimizin,  müstəqil-

liyimizin, bugünümü-

zün və gələcəyimizin 

dayağıdır” mövzusun-

da tədbir keçirilib. 

Bu  tədbir  YAP  Qadınlar 

Şura sı,  Ailə,  Qadın  və  Uşaq 

Problemləri  üzrə  Dövlət 

Komitəsinin  tələbələrlə  gö-

rüşü çərçivəsində baş tutub. 

Bunu  silsilə  görüşlərdən  biri 

hesab etmək olar. 

Tədbirin açılışında ATU-nun 

tədris  və  müalicə  işləri  üzrə 

prorektoru,  professor  Sabir 

Əliyev  Azərbaycanda  ictimai 

həyatda, ailədə qadına verilən 

yüksək qiymət barəsində söz 

açıb:  “Azərbaycan  qadın-

ları  dövlətin  idarə  edilməsi 

də  daxil  olmaqla,  bütün 

sahələrdə  aktiv  fəaliyyət 

göstərirlər.  Hər  bir  ailənin 

intizamlı-nizamlı  həyatında, 

ümumilikdə cəmiyyətin inki-

şafında  qadınların  müstəsna 

yeri  var.  Bizim  ölkəmizdə 

fəaliyyət  göstərən  oftalmo-

loq  alimlər  arasında  xüsusi 

yeri  olan  görkəmli  elm  xa-

dimi  Zərifə  Əliyeva  bu  sahə 

üzrə ilk qadın akademik olub. 

Tanınmış 

oftalmoloq-alim 

Zərifə  xanım  Əliyeva  yüksək 

elmi nailiyyətlərinə görə SSRİ 

Tibb Elmləri Akademiyasının 

akademik  M.İ.Averbax  adı-

na mükafatına layiq görülüb. 

Olduqca  gözəl  mədəniyyətə 

malik olan görkəmli alim tibb 

sahəsində  böyük  xidmətlər 

göstərib,  monumental  əsər-

lər sahibi olub”.

S.Əliyev 

xatırladıb 

ki, 

məhz  ümummilli  lider  Hey-



dər  Əlyevin  təşəbbüsü  və 

gös tərişi  ilə  Azərbaycnda 

ilk  dəfə  Ailə,  Qadın  və  Uşaq 

Problemləri  üzrə  Döv lət 

Komitəsi  yaradılıb.  Ölkə-

mizdə  bütün  dövrlərdə  çox 

savadlı, fədəkar qadınlar ça-

lışıb  və  indi  də  çalışmaqda-

dır.

YAP  Nəsimi  rayon  təşkila-



tının sədri, Milli Məclisin de-

putatı  Məlahət  İbrahimqızı 

çıxışında qadınları nəslimizin 

bugünü, keçmişi və gələcəyi 

adlandırıb:  “Qadınlar  haq-

qında nə qədər danışsaq da, 

yetməz.  Qadın  üçün  anadan 

uca  bir  ad  yoxdur.  Bu  gün 

Azərbaycan  gəncliyi  də  qa-

dınlara  verilən  dəyəri  anla-

malıdır. Digər tərəfdən, sizin 

əsas  vəzifəniz  tibbi  biliklərə 

yetırincə  yaxşı  yiyələnmək, 

gələcəkdə  peşəkar  həkim, 

savadlı  bir  insan  olmaq-

dır”.  Millət  vəkili  qeyd  edib 

ki,  tələbələr  Azərbaycanı  və 

millətimizi  bütün  dünya-

da layiqincə təmsil və təbliğ 

etməlidirlər.

Millət vəkili Qənirə Paşayeva 

öz çıxışında  Tibb Universite-

tinin məzunu kimi tələbələrə 

özünün təhsil illəri haqqında 

xatirələrindən  danışıb:  “Mən 

də  bu  universitetin  tələbəsi 

olmuşam. Oxuduğum illərdə 

ATU  bu  vəziyyətdə  deyildi, 

heç  mənim  ailəm  də  sizin 

ailələriniz  kimi  deyildi.  İn-

diki  nəsil  isə  bu  baxımdan 

çox  şanslıdır”.  Q.Paşayeva 

vurğulayıb  ki,  indiki  nəsil 

müstəqil 

Azərbaycanın, 

onun  bütövlüyü  üçün  var 

gücüylə  çalışmalıdır:  “Yox-

sa,  nə  tarix,  nə  də  gələcək 

nəsil  sizi  bağışlamayacaq. 

Digər  tərəfdən,  ən  güclü 

vətənpərvər  özünü  təhsilə 

verən şəxsdir. Bu gün vətən 

üçün edə biləcəyiniz ən va-

cib əməl-yaxşı oxumaqdır”.

Ailə, Qadın və Uşaq Prob-

lem  ləri üzrə Dövlət Komi tə-

si nin  gender  şöbəsi nin  baş 

məsləhətçisi  Sevinc  Əlizadə 

isə  öz  çıxışında  ölkəmiz 

müstəqillik  qazandığı  ilk 

illərdə  ictimai  həyatda  qa-

dınlara  qarşı  münasibətin 

birmənalı olmadığını bildirib. 

Bu  gün  Azərbaycan  qadını-

nın  daha  güclü  və  mübariz 

olduğunu söyləyən S.Əlizadə 

gənclər  üçün  təhsilin  əsas 

amil  olduğunu  qeyd  edib: 

“Qadın üçün təhsil daha va-

cibdir.  Çünki  qadın,  heç 

kimə  inanmadan  öz  ayaqla-

rı  üstündə  dayanmağı,  sa-

bah  həyatda  tək  qalarsa,  o, 

özünü  və  övladlarını  ayaqda 

saxlamağı bacarmalıdır”. 

Aprel  döyüşlərində  şəhid 

olmuş polkovnik Raquf Oru-

covun  həyat  yoldaşı  Sevinc 

Əlizadə  hər  kəsə  daha  mü-

bariz olmağı tövsiyə edib.

Tədbir  zamanı  ATU-nun 

əczaçılığın  texnologiyası  və 

idarəçəliyi  kafedrasının  baş 

müəllimi  Aidə  Bəndəliyeva 

iştirakçılarla  mövzu  haq-

qında  fikirlərini  bölüşüb.                                                                                                   

Toplantıda  Azərbaycan  qa-

dınlarının  idarəetmədə,  si-

yasi  və  ictimai  həyatındakı 

rolundan, 

onların 

aktiv 


fəlaiyyətindən,  bu  sahələrdə 

mövcud  olan  problemlərdən 

söz açılıb.

Qadınların təhsilli olması daha vacibdir

ATU-nun mətbuat xidməti

Konfransı giriş sözü ilə açan direkto-

run müalicə işləri üzrə müavini Adil Nu-

riyev  bildirib  ki,  revmatoloji  xəstəliklər 

təkcə tibbi deyil, həm də sosioloji prob-

lemdir:  “Bu  xəstəlikdə  insanlar  əsasən 

əmək  qabiliyyətini  itirirlər.  Ona  görə 

bu  xəstəliklərin  vaxtında  diaqnostika-

sı  və  müalicəsi  xəstəliyin  proqnozunu 

və  həmin  xəstələrin  əmək  qabiliyyətini 

müəyyənləşdirir.  Ümumiyyətlə,  rev-

matoloji  xəstəliklərin  200-dən  çox 

nozoloji  vahidi  var,  buna  görə  də  ən 

aktual  problemlərdən  sayılır.  Təkcə 

ABŞ-da  revmatik  xəstəliklərə  çəkilən 

xərclər  hipertoniya  və  şəkərli  diabet 

xəstəliyinə çəkilən xərclərdən 5-6 dəfə 

çoxdur.  Dünyanın  bütün  coğrafi  zona-

larında  demək  olar  ki,  revmatoid  arti-

rit  xəstəliyinə  rast  gəlinir.  Hazırda  bu 

xəstəliyin  müasir  müalicə  metodları 

var  və  insanlar  bunun  sayəsində  onda 

olan xəstəliyi tez bir zamanda aşkarlaya 

bilirlər”.

Tədbirdə  klinikanın  Revmatologiya  və 

qastroenterologiya  şöbəsinin  müdiri, 

professor  Sahib  Musayev  “Revmatolo-

ji  xəstəliklərdə  xroniki  ağrı  sindromun 

müalicəsi” mövzusu ilə çıxış edib.

S.Musayev  qeyd  edib  ki,  revma-

tik  xəstəliklər  bəşər  tarixinin  ən  cid-

di  xəstəliklərindən  biridir:  “Dünya 

əhalisinin təqribən 1,2%-i bu xəstəlikdən 

əziyyət çəkir. Azərbaycanda isə təqribən 

100 mindən artıq insan revmatoid arti-

ritlidir. Bu xəstəlik hər bir insanın həm 

ailəsi, həm də özü üçün sosioloji prob-

lemdir.  Revmatik  xəstəliklərdə  ağrı  ilə 

müşayiət  olunan  çoxlu  nozoloji  forma 

vardır.


Cəmiyyətdə  elə  bir  insan  yoxdur  ki, 

onda 40 yaşından sonra ağrı sindromu 

olmasın.  Bu  da  faiz  göstəricisi  ilə  85% 

təşkil  edir.  Ağrı  kəskin  və  xroniki  ağrı 

ilə  xarakterizə  olunur.  Kəskin  ağrını 

dərman  vasitələri  ilə  aradan  qaldırmaq 

olur, amma ağrı xroniki olduqda isə ar-

tıq bu, simptom deyil, xəstəlikdir.

Revmatik xəstəliklərdə ağrıların nozo-

loji  vahidlərinə  gəlincə,  burada  birinci 

yeri bel ağrıları tutur.

“İkinci yerdə isə belin aşağı hissəsinin 

və diz ağrıları qərarlaşır. Bu da çox geniş 

yayılmış  xəstəlikdir.  Qadınlar  arasında 

ən çox yayılmış xəstəlik isə ostreartoz, 

yəni  diz  ağrılarıdır.  Kişilərdə  isə  bud-

çanaq  oynağının  zədələnməsi  üstünlük 

təşkil edir. 

İdmançılar  arasında  da  ostreoartoz 

xəstəliyi geniş yayılıb.

Azərbaycanda  padaqra  çox  geniş  ya-

yılmış  xəstəliklər  sırasına  daxildir.  Bu 

xəstəlik ən çox hündürdaban ayaqqabı 

geyinən  xanımlar  arasında,  əsasən  də 

menapauzadan sonrakı dövrdə baş ve-

rir. Qadınlarda klassik padaqra ilk ola-

raq dizdən başlayır.

Maraqlı  bir  fakt  ondan  ibarətdir  ki, 

dün ya nın  ən  dahi  insanlar-Napoleon, 

Motsart, Puşkin və başqa məşhurlar bu 

xəstəliyə tutulub”.

Daha  sonra  fizioterapiya  və  idman 

kafedrasının  dosenti  Paşa  Mehdiyevin 

“Revmatoloji  xəstəliklərin  müalicəsində 

fiziki üsulların tətbiqi” mövzusunda çı-

xışı dinlənilib.

O  bildirib  ki,  bu,  təbabətin  ən  aktual 

problemlərindən  biridir  və  hətta,  gənc 

yaşda  insanların  əlil  olmasına  qədər 

gətirib  çıxarır:  “Revmatoloji  xəstəlik 

insanların  həyat  keyfiyyətinin  aşağı 

düşməsinə səbəb olur. Ona görə də xü-

susi diqqət, qayğı, müayinə və müalicə 

tələb edir. Burada istənilən müalicə üsulu 

həmin insanın həyat keyfiyyətinin yax-

şılaşmasına səbəb olursa, bunu nailiyyət 

kimi qiymətləndirmək olar. Revmatoloji 

xəstəliklərdə  fiziki  amillərdən  istifadə 

etdilmədikdə  o  müalicənin  keyfiyyəti 

çox aşağı olur”.

P.Mehdiyev  fizioterapiyada  ən  çox 

istifadə  olunan  müalicə  üsulları 

barəsində danışaraq, qeyd edib ki, bur-

da  xəstəliyin  aktivlik  dərəcəsinə  önəm 

verilir.

“Naftalan  nefti  ilə  terapiya  dünyada 

analoqu  olmayan  müayinə  üsuludur. 

Masaj, mineral sularla müalicə də effek-

tiv  müalicə  üsullarından  biri  sayılır  və 

geniş istifadə olunur”.

Tədbirin  davamında  həkim-laborant 

Nurlanə 


Mamyayeva 

“Revmatolo-

ji  xəstəliklərin  laborator  diaqnostikası” 

mövzusunda çıxış edib.

O, bildirib ki, müasir standartlara ca-

vab  verən  Tədris  Terapevtik  Klinikanın 

laboratoriyası  ən  yeni  cihazlarla  təmin 

olunub  və  geniş  xidmət  sahəsinə  ma-

likdir.

“Revmatoloji xəstəliklərin müasir diaqnostika və müalicə metodları” mövzusunda konfrans keçirilib

Aprelin 18-də Azərbaycan Tibb Univer-

sitetinin Tədris Terapevtik Klinikasında 

“Revmatoloji xəstəliklərin müasir 

diaqnostika və müalicə metodları” 

mövzusun da konfrans keçirilib.



Yüklə 339,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə