Atu-nun yəmənli tələbəsi yarışmanın qalibi olub Təsisçi: Azərbaycan Tibb Universiteti



Yüklə 339,39 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix17.10.2017
ölçüsü339,39 Kb.
#5179
1   2   3   4   5   6   7

30 aprel 2017-ci il

4

http://w w w.amu.edu.az



u  Azərbaycanın ən parlaq və tanın-

mış simalarından olan görkəmli oftalmo-

loq-alim, tibb elmləri doktoru, professor

əməkdar elm xadimi, akademik Zərifə xa-

nım Əliyevanın anadan olmasının 94-cü 

ildönümü münasibəti ilə Suraxanı rayo-

nunda silsilə tədbirlər keçirilir. 

Suraxanı  rayonu  Heydər  Əliyev  Mərkə-

zinin,  Azərbaycan  Tibb  Universitetinin, 

Rayon İcra Hakimiyyətinin və YAP Suraxa-

nı rayon Təşkilatının birgə təşkilatçılığı ilə 

Mərkəzdə “Zərifə Əliyeva – böyük filosof, 

gözəl  pedaqoq,  qayğıkeş  insan”  mövzu-

sunda  konfrans keçirilib.

Konfrans iştirakçıları Ulu Öndərin Heydər 

Əliyev  parkında  ucalan  abidəsini  ziyarət 

etdikdən  sonra  Suraxanı  rayonunda-

kı  Heydər  Əliyev  Mərkəzi  ilə  tanış  oldu-

lar,  Mərkəzdə    görkəmli  oftalmoloq-alim 

Zərifə xanım Əliyevanın anadan olmasının 

94-cü ildönümü münasibəti ilə yaradılmış 

guşədə  qoyulmuş büstü önünə tər güllər 

düzdülər, kitab sərgisinə baxdılar.

Tədbir  Mərkəzin  elektron  lektoriya  za-

lında davam etdirildi. Konfrans iştirakçıları 

Zərifə xanım Əliyeva haqqında filmə bax-

dıqdan  sonra  rayon  İcra  Hakimiyyətinin 

başçısı  İlqar  Abbasov  konfransı  açaraq 

qeyd etdi ki, tariximizdə silinməz iz qoy-

muş, Azərbaycanın ən parlaq və tanınmış 

simalarından  olan  əməkdar  elm  xadimi, 

tibb elmləri doktoru,  akademikgörkəmli 

oftalmoloq-alim,  ictimai  xadim  Zərifə 

xanım  Əliyevaya  əbədiyaşarlıq  qazandı-

ran onun nəcib niyyəti, xeyirxah əməlləri, 

vətən  naminə  gördükləri  böyük  işlərdir. 

Bugünkü konfrans da Zərifə xanımın əziz 

xatirəsinə  sonsuz  ehtiramın  ifadəsidir. 

Dünya  şöhrətli  alim,  bacarıqlı  həkim, 

gözəl  insan  Zərifə  xanım  Əliyevanın  adı 

əbədiyyət  ünvanında  həmişəlik  qərar  tu-

tub.


Konfransda  çıxış  edən  Azərbaycan  Tibb 

Universitetinin  rektoru,  tibb  elmləri  dok-

toru, professor Gəray Gəraybəyli qeyd etdi 

ki,  akademik  Zərifə  xanım  Əliyeva  intel-

lektual  keyfiyyətləri  özündə  birləşdirən 

ziyalı,  dünya  tibb  elminə  əvəzolunmaz 

töhfələr vermiş böyük oftalmoloq alimdir. 

Zərifə xanım Əliyevanın alim kimi qazan-

dığı  böyük  uğurlar  Azərbaycan  tibb  el-

minin  tarixində  ayrıca  bir  mərhələ  təşkil 

edir.  Onun  elmi  fəaliyyəti  çox  zəngin  və 

əhatəli  olmuşdur.  İstedadlı  alim  kimi  of-

talmologiyanın  aktual  mövzularına  həsr 

edilmiş  çoxprofilli  tədqiqatlar  aparıb  və 

dəyərli elmi-tədqiqat işləri yazıb. Müxtəlif 

göz  xəstəliklərinin  müalicə  və  profilak-

tika  tədbirlərinin  işlənib  hazırlanma-

sı  ilə  məşğul  olan  Zərifə  xanım  özünün 

tədqiqat  işlərini  traxomanın  müalicəsi  ilə 

bağlı  məsələlərə,  habelə  traxomanın  və 

onun  ağır  nəticələrinin  müalicəsi  zama-

nı  o  dövrdə  yeni  olan  antibiotiklərin  im-

kanlarından  səmərəli  istifadə  etməyin 

öyrənilməsinə həsr edib. 

Konfransda  məruzə  ilə  çıxış  edən 

Azərbaycan  Tibb  Universitetinin  Oftal-

mologiya  kafedrasının  müdiri,    profes-

sor  Paşa  Musayev  Qəlbinur  qeyd  etdi  ki, 

Aprelin 25-də 

Azərbaycan Tibb 

Universitetində gör-

kəmli oftalmoloq-alim, 

akademik Zərifə xanım 

Əliyevanın xatirəsinə 

həsr edilmiş “İnsanlara 

nur bəxş edən alim” adlı 

tədbir keçirilib.

Nəsimi  rayon  İcra  hakimiyyəti 

və  Azərbaycan  Tibb  Universite-

tinin  birgə  təşkilatçılığı  ilə  baş 

tutan  tədbiri  ATU-nun  rektoru, 

professor Gəray Gəraybəyli aça-

raq  görkəmli  oftalmoloq  Zərifə 

xanım  Əliyevanın  Azərbaycan 

səhiyyəsində,  ölkəmizin  tibb  el-

minin  inkişafında,  həmçinin  ic-

timai həyatında dərin iz qoymuş 

bir şəxsiyyət olduğunu bildirib. 

Azərbaycan  Tibb  Universi-

tetinin  bir  çox  dünya  şöhrətli 

məzunları  sırasında  akademik 

Zərifə  xanım  Əliyevanın  xüsusi 

yer tutduğunu vurğulayan rektor 

qeyd  edib  ki,  oftolmoloq-alim 

Zərifə  xanım  Əliyeva  tibb  elmi-

nin  inkişafına  mühüm  töhfələr 

verərək  oftalmologiyanın  aktu-

al  problemlərinə  dair  sanballı 

tədqiqatları,  elmi-pedaqoji  və 

ictimai  fəaliyyəti  ilə  həkimlərin 

yeni 

nəslinin 



yetişməsinə, 

Azərbaycanda 

oftalmologiya 

elminin  inkişafına  güclü  təsir 

göstərib.

Görkəmli oftalmoloqun elmi və 

pedaqoji fəaliyyətindən söz açan 

rektor  Zərifə  xanım  Əliyevanın 

bir  çox  nüfuzlu  elmi  mükafat-

lara,  o  cümlədən  oftalmologiya 

aləmində  ən  yüksək  mükafata  – 

SSRİ  Tibb  Elmləri  Akademiyası-

nın akademik M.İ.Averbax adına 

mükafatına  layiq  görüldüyünü 

diqqətə çatdırıb. 

O, böyük tarixi şəxsiyyət Əziz 

Əliyevin ailəsində böyüyən Zərifə 

xanımın elmi fəaliyyəti ilə yanaşı 

səmimi  bir  insan,  qayğıkeş  ana 

kimi də daim yaddaşlarda yaşa-

yacağını deyib.

Rektorun giriş nitqindən sonra 

akademik Zərifə xanım Əliyevanın 

həyat  və  fəaliyyətinin  ən  yadda 

qalan  məqamlarını  özündə  əks 

etdirən foto-slayd nümayiş etdi-

rilib.

ATU-nun oftalmologiya kafed-



rasının  müdiri,  professor  Paşa 

Musayev  (Qəlbinur)  akademik 

Zərifə  xanım  Əliyevanın  tələbəsi 

olmaqdan  qürur  duyduğunu 

söyləyərək onun elmi fəaliyyətinin 

əsas  istiqamətlərindən  birinin 

peşə  oftalmologiyası  olduğunu 

söyləyib: “Görkəmli alim dünya-

da ilk dəfə görmə orqanının peşə 

patologiyasını  araşdıran  elmi- 

tədqiqat  laboratoriyası  yaradıb 

və  praktik  olaraq  elm  aləmində 

yeni 

bir 


istiqamətin–“peşə 

oftalmologiyası”nın  əsasını  qo-

yub”. 

Unudulmaz  müəlliminin  yük-



sək  insanı  keyfiyyətlərini  də 

məmnunluqla xatırladan profes-

sor çıxışını Zərifə xanımın vəfa-

tı nın  10-cu  ildönümündə  Ulu 

Öndərin  söylədiyi  fikirlərlə  ta-

mamlayıb: “Zərifə xanım çox bö-

yük alim olub. Mən hələ onunla 

həyat  quranda  o,  artıq  elm  yo-

lunda idi, elmlə məşğul idi. Onun 

elmi fəaliyyəti məlumdur. O, çox 

istedadlı,  çox  xeyirxah,  çox 

sadə  insan  idi.  Mən  bu  barədə 

çox  danışa  bilərəm,  ailəmin 

yaşaması,  bu  günlərə  çatması, 

övladlarımın  tərbiyəsi  üçün  və 

həyatımda  onun  əvəzsiz  rolu 

üçün mən bu gün Zərifə xanımın 

məzarı  qarşısında  baş  əyirəm. 

On il keçsə də, onu bir dəqiqə 

belə unutmuram və unutmaya-

cağam. Mənim övladlarım da bu 

əhval-ruhiyyədədirlər. Onlar bu 

əhval-ruhiyyə ilə tərbiyələniblər, 

formalaşıblar.  Ona  görə  də  bu 

gün bizim üçün müqəddəs gün-

dür...”


“Elə  insanlar  var  ki,  dünyasını 

dəyişəndən sonra da ömrə məna 

verən  nur  kimi  qalır”  deyən  of-

talmologiya kafedrasının dosenti 

Solmaz  Əliyeva  haqqında  böyük 

ehtiramla  danışdığı  Zərifə  xa-

nımla bağlı xatirələrini bölüşüb.

Nəsimi  rayon  İcra  Hakimiy-

yə tinin  başçısı  Asif  Əsgərov 

görkəmli  oftalmoloq,  respub-

likamızda  tibb  elminin  inki-

şafına  mühüm  töh fələr  ver-

miş  akademik  Zərifə  xanım 

Əliyevanın  anadan  olmasının  94 

illiyi  münasibətilə  Nəsimi  rayo-

nunda  silsilə  tədbirlərin  təşkil 

olunduğunu  bildirib:  “Əlamətdar 

günlə bağlı idarə və təşkilatlarda 

görkəmli 

alimin 


xatirəsinə 

həsr  olunmuş  bir  sıra  tədbirlər 

təşkil  olunmuşdur.  Keçiriləcək 

tədbirlər  çərçivəsində  rayonun 

orta  məktəblərində  görkəmli 

oftalmoloq,  tibb  elmləri  dokto-

ru  Zərifə  xanım  Əliyevaya  həsr 

olunmuş  «Azərbaycan  qadını» 

və  «Ana-müqəddəslik  zirvəsi-

dir»  mövzularında  inşa  yazı, 

divar  qəzetləri,  bədii  qiraət 

müsabiqələri,  şagirdlərin  rəsm 

əsərlərinin sərgiləri, məktəblərin 

foyelərində  Azərbaycan  tibb  el-

minin  görkəmli  şəxsiyyəti  olan, 

akademik Zərifə xanım Əliyevaya 

həsr  olunmuş  guşələr  yaradıl-

mışdır”.


Anım  tədbirinin  Azərbaycan 

Tibb  Universitetində  keçirilmə-

si nin xüsusi önəmindən danışan 

icra  başçısı  bütün  gəncləri  bu 

böyük  şəxsiyyətin  həyatını  daha 

dərindən  öyrənərək  özlərinə 

nümunə  seçməyə  çağırıb.  Əziz 

Əliyev  kimi  tarixi  şəxsiyyətin 

ailəsində  dünyaya  göz  açan, 

eyni  zamanda  dünya  səviyyəli 

bir  şəxsiyyətin  ömür-gün  yol-

daşı  olan,  xalqımıza  çox  dəyərli 

övladlar  bəxş  edən  Zərifə  xa-

nımın  işıqlı  obrazının  yüksək 

vətənpərvərlik  və  humanizm 

rəmzi  kimi  həmişə  bizimlə  qa-

lacağını, onun parlaq xatirəsinin 

daim  anılacağını  və  qədirbilən 

xalqımızın qəlbində əbədi yaşa-

yacağını vurğulayıb.

Çıxışlar  zamanı  bildirilib  ki, 

Zərifə  xanım  Əliyeva  təkcə  çox-

şa xəli  elmi-tədqiqat  işləri  apar-

maqla  kifayətlənməyib,  yük-

sək  ixtisaslı  gənc  alim  kadrların 

yetişdirilməsinə  və  oftalmoloq-

həkimlərin  ixtisaslarının  artırıl-

ması işinə də xüsusi diqqət ye-

tirib.  Taleyini  tibb  elminə  həsr 

edən  akademik  Zərifə  xanım 

Əliyeva  oftalmologiyanın  aktu-

al problemlərinə dair tədqiqatlar 

aparıb,  fədakar  həkim  kimi  bir 

sıra  göz  xəstəliklərinin  mü-

ali cəsində,  o  cümlədən  Azər-

bay canda  traxomanın  kökü-

nün  kəsilməsində  böyük  əmək 

sərf edib, bu xəstəliyin müxtəlif 

mərhələlərinin  öyrənilməsi  və 

mü alicə  metodlarının  tapılması 

istiqamətində  böyük  xidmətlər 

göstərib.

Tədbir çərçivəsində Nəsimi Ra-

yon  İcra  Hakimiyyəti  tərəfindən 

fiziki  qüsurlu  şagirdlərin  təhsil 

aldığı  11  və  268  saylı  xüsusi 

məktəblərin  şagirdlərinin  pul-

suz  tibbi  müayinəsi  təşkil  edi-

lib,  ATU-da  keçirilən  tədbirdə 

müayinədən  keçmiş  uşaqlara 

eynəklər təqdim olunub.

A.KAMRANOĞLU

Fotolar Cənnətalı Çingizindir

İNSANLARA NUR BƏXŞ EDƏN ALİM



ATU rəhbərliyi Suraxanıda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr edilmiş tədbirdə 

iştirak edib


Yüklə 339,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə