Tələbə: Yaqut Seyidova Müəllim: Tarix elmlər doktoru, professor



Yüklə 223,34 Kb.
səhifə1/5
tarix30.05.2023
ölçüsü223,34 Kb.
#114199
  1   2   3   4   5
yaqut tarix





Tələbə: Yaqut Seyidova
Müəllim: Tarix elmlər doktoru, professor Nəsiman Yaqublu
İxtisas: Tarix müəllimliyi, II Kurs
Fənn: Azərbaycan tarixi 2
Mövzu: Ziya Bünyadov

Plan
1.Giriş.
2.Həyatı.
3.Elmi əsərləri və fəaliyyətləri.
4. Məqalələri.
5. İrsi.
6. Təltif və mükafatları.
7. Ölümü.
8. Nəticə.

Giriş.
İnsanların düşüncəyə deyil, sözə önəm verdiklərini göstərən ən böyük subutlardan biri olaraq tariximizə daxil olmuş Ziya Bünyadov həm qələmi ilə, həm də şəxsiyyəti ilə tarix yazmışdır. Ziya Bünyadovun həyat və yaradıcılığı parlaq bir ömrün güzgüsü olaraq zəngin yaradıcılıq və qəhrəmanlıq yolunu əks etdirir. Azərbaycan dövlətinin ən nüfuzlu, savadlı, görkəmli şəxsiyyətlərindən biri olan Ziya Bünyadovun yazdığı tarixi əsərlər dünya miqyasında olan böyük əsərlər ilə müqayisə ediləcək dərəcədədir.
Ziya Bünyadovu gəncliyi ən ağır dövrə, İkinci Dünya müharibəsi dövrünə düşmüş, döyüşlərdə iştirak etmiş, dəfələrlə ağır yaralar almışdı. Lakin kim bilə bilərdi ki, müharibənin cəngindən sağ çıxmış dahi mütəfəkkir evinin qarşısında xaincəsinə güllənin qurbanı olacaqdı. Ziya Bünyadov yaşamalı idi, insanların elmlənməsi, təhsilli olması və gənclərin tariximizin mükəmməl şəkildə bilməsi üçün yaşamalı idi. Çünki Z.Bünyadovun düşüncə tərsi, danışığı, nitqi çox fərqli idi.


Həyatı.
Ziya Musa oğlu Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində, Oktyabr inqilabından xeyli əvvəl ataman Lyaxovun kazak diviziyasının alaylarından birində xidmət etmiş hərbi tərcüməçi ailəsində anadan olub. Atası Bibi-Heybət alim-şeyxləri nəslindən olub. O, atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənib və Quranı oxumağa başlayıb. Anası Lənkəranda doğulmuş Azərbaycandakı köhnə rus köçmənlərindən olan Raisa Mixaylovna Qusakova idi və Azərbaycan dilində sərbəst danışırdı. Ona görə də ailədəki 6 uşaq həm Azərbaycan, həm də rus dillərini eyni səviyyədə mükəmməl bilirdi. Uşaqlıqda ciddi tərbiyə alan Bünyadov ailəsində altı uşaqdan ən böyüyü idi. Xidməti işi ilə əlaqədar olaraq atası Göyçaya göndərildiyinə görə, Bünyadov orta məktəb illərini Göyçayda keçirmişdi. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra, o, təyyarəçilik məktəbinə daxil olmaq məqsədilə Bakıya gəlir. Amma tibbi komissiyadan keçmədiyi üçün sənədlərdə yaşını 2 dəfə artırıb Orconikidze adına Hərbi Piyadalar Məktəbinə daxil olur. 1941-ci ilin mayında həmin məktəbi leytenant rütbəsində əla qiymətlərlə bitirir. Bundan sonra onu Bessarabiyaya hərbi xidmətə göndərirlər. Ukrayna, Moldova, Qafqaz, Belarus, Polşa və Berlin uğrunda döyüşlərdə fəal iştirak edib. O, iki dəfə yaralanıb və kontuziya alıb. Hərbi tapşırığı yerinə yetirərkən göstərdiyi şücaətə, qəhrəmanlıq və igidliyə görə 1945-ci il fevralın 27-də Z.Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilib. Sonra bir il Berlin şəhərinin Pankov rayonunun komendant köməkçisi olan gənc zabit Z.Bünyadov şəhərin təsərrüfat və mədəni həyatının bərpasında fəal iştirak edib. Bünyadov Şimali Qafqazda gedən döyüşlərin iştirakçısı olmuş, Saratovdan olan yarısına qədər volqa matroslarından təşkil olunmuş 120 nəfərlik bölüyə başçılıq edir. Komandirlə mübahisəsi zamanı haqlı olduğunu sübut etməyə çalışarkən onunla söyüşdüyünə görə, Ziya Bünyadov “cərimə rotası”na göndərilir və bir il orada qalır. Z.Bünyadov 1946-cı ildə sovet ordusu sıralarından tərxis olunduqdan sonra N.Nərimanov adına Moskva Şərqşünaslıq İnstitutuna, 1950-ci ildə isə həmin institutun aspiranturasına daxil olur. Tahirə adlı xanımla ailə qurur. Onların Heydər və Cəmil adlı iki oğlu dünyaya gəlir.
Tələbəlik illərində görkəmli sovet ərəbşünası, professor Y.Belyayev onun müəllimi olub. Böyük şərqşünasla yaxınlıq Z.Bünyadovun sonrakı fəaliyyətində, onun ərəbşünas və mediyevist kimi formalaşmasında həlledici rol oynayıb. Z.Bünyadov 1954-cü ildə Y.Belyayevin rəhbərlik etdiyi kafedrada ilk tədqiqat işi olan “Afrikada İtaliya imperializmi” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə başa çatdıraraq uğurla müdafiə edib.
Z.Bünyadov 1954-cü ildə Bakıya qayıdıb və Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda böyük elmi işçi vəzifəsinə qəbul edilib. O, 1958-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsinin müəllimi olub. Alim 1964-1981-ci illərdə Yaxın və Orta Şərq Xalqları İnstitutunun (Şərqşünaslıq İnstitutu o vaxt belə adlanıb – G.B) Şərqin orta əsrlər tarixi şöbəsinə rəhbərlik edib, 1981-1986-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində işləyib.

Yüklə 223,34 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə