Tələbə: Yaqut Seyidova Müəllim: Tarix elmlər doktoru, professor


Elmi əsərləri və fəaliyyətləri



Yüklə 223,34 Kb.
səhifə2/5
tarix30.05.2023
ölçüsü223,34 Kb.
#114199
1   2   3   4   5
yaqut tarix

Elmi əsərləri və fəaliyyətləri.
Alimin elmi yaradıcılığı iki istiqamətdə inkişaf edib: Yaxın və Orta Şərq ölkələrinin feodalizm dövrü tarixinin tədqiqi, Yaxın və Orta Şərq xalqlarının tarixinə, elm və mədəniyyətinə dair orta əsr müəlliflərin əsərlərinin araşdırılması, izahlı tərcüməsi və nəşri.



  1. Qırmızı terror.

Ziya müəllimin elmi axtarışları təkcə orta əsrlər dövrü ilə məhdudlaşmayıb. Alimi Vətənin yaxın keçmişi də maraqlandırıb. O, əsrin əvvəlində Azərbaycanda baş verən hadisələrə, Bakı kommunasına və digər mövzulara bir sıra məqalələr həsr edib. 30-cu illərin repressiyaları isə alimin “Qırmızı terror” kitabında (Bakı, 1993) işıqlandırılıb. Kitab bilavasitə çoxsaylı arxiv sənədləri əsasında yazılıb.

  1. Xarəzmşahlar-Anuştəkinilər dövləti.

  2. Dinlər, təriqətlər, məzhəblər (ensiklopedik soraq kitabı).

 “Dinlər, təriqətlər, məzhəblər” adlı irihəcmli soraq kitabı hazırlayıb. Kitab alimin vəfatından sonra 1997-ci ildə ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində işıq üzü görüb.

  1. Azərbaycan Atabəylər dövləti (1136–1225-ci illər).

1978-ci ildə “Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər)” monoqrafiyasını nəşr etdirib. Alimin çoxillik əməyinin məhsulu olan bu sanballı tədqiqat işində səlcuqlar dövründə Azərbaycanın iqtisadi, sosial və mədəni inkişafı araşdırılıb. Kitabda Azərbaycanın o dövrdəki siyasi tarixi məsələləri ilə yanaşı, XII əsrin ikinci yarısı – XIII əsrin birinci rübündə Orta Şərqin feodal sülalələrinə mənsub hökmdarların qurduğu dövlətlərin, o cümlədən Azərbaycan Eldəniz Atabəyləri dövlətinin dövrün siyasi və mədəni həyatında mühüm rol oynadığı göstərilib. Əsərdə, həmçinin o dövrdə Qafqazda siyasi şəraiti xarakterizə edən bir çox qiymətli və ilk dəfə elmi dövriyyəyə daxil edilmiş materiallar yerləşdirilib. Z.Bünyadov monoqrafiyasında Azərbaycanın və qonşu ölkələrin orta əsr tarixinə dair bir sıra problemlərin gələcək həlli, kifayət qədər öyrənilməmiş məsələlərin tədqiqi üçün böyük əhəmiyyət daşıyan əsaslı elmi nəticələr əldə edib, bununla da feodalizm dövrü tarixinin başlıca problemlərinin, Şərqdə feodalizmin inkişafının ümumi qanunauyğunluqları və fərdi xüsusiyyətləri kimi mühüm nəzəri məsələlərin həllinə böyük töhfə verib.
Görkəmli alimin “Azərbaycan Atabəylər dövləti” əsəri ölkəmizin və qonşu ölkələrin tarixinin çox az öyrənilən dövrünün araşdırılmasında mühüm mərhələ olduğuna görə elmi ictimaiyyət tərəfindən layiqincə qiymətləndirilib. Əsər 1980-ci ildə elm və texnika sahəsində Azərbaycan Dövlət mükafatına layiq görülüb.


  1. Yüklə 223,34 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə