Tələbə: Yaqut Seyidova Müəllim: Tarix elmlər doktoru, professor


Azərbaycan VII–IX əsrlərdə



Yüklə 223,34 Kb.
səhifə3/5
tarix30.05.2023
ölçüsü223,34 Kb.
#114199
1   2   3   4   5
yaqut tarix

Azərbaycan VII–IX əsrlərdə.



Z.Bünyadov 1964-cü ildə tarix elmləri doktoru alimlik dərəcəsi almaq üçün “Azərbaycan VII-IX əsrlərdə” mövzusunda dissertasiya müdafiə edib və 1965-ci ildə Ali Attestasiya Komissiyası ona professor adı verib.1965-ci ildə çap olunan “Azərbaycan VII-IX əsrlərdə” kitabı Z.Bünyadova Azərbaycanın orta əsrlər tarixi üzrə ciddi tədqiqatçı və mütəxəssis şöhrəti qazandırıb. Bu, Azərbaycan tarixinin ərəb xilafəti dövrünə dair sovet tarixşünaslığında yazılmış ilk tədqiqat əsəri idi. Burada geniş şəkildə tədqiqata cəlb olunan ərəb, fars, türk, erməni, gürcü mənbələrinin, o vaxtadək məlum olmayan və çətin əldə edilən yazılı abidələrin dərin tədqiqi və təhlili sayəsində ərəb işğalı ərəfəsində və xilafət dövründə Azərbaycanın sosial-iqtisadi və siyasi həyatı hərtərəfli təhlil olunub, Azərbaycanın orta əsrlər tarixinə dair bir sıra mühüm problemlər ətraflı şəkildə araşdırılaraq öz həllini tapıb. Əsərdə xilafətə qarşı xalq kütlələrinin mübarizəsinə xüsusi yer verilib, Babəkin başçılıq etdiyi xürrəmilər hərəkatı geniş şəkildə işıqlandırılıb.

  1. Həmçinin, Ötən əsrin 90-cı illərin əvvəllərindən başlayaraq Ziya müəllimin elmi fəaliyyətinin bir istiqaməti də xalq tərəfindən İslam dininin doğru-dürüst öyrənilməsinə yönəldilib. Vasif Məmmədəliyevlə birlikdə “Quran”ı Azərbaycan dilinə tərcümə edir. Alim 1990-cı ildə “Qurani-Kərim”in tərcüməsinə görə H.Z.Tağıyev adına mükafata, 1993-cü ildə A.A.Bakıxanovun ”Gülüstani-İrəm” əsərinin şərhli nəşrinə görə A.A.Bakıxanov adına mükafata layiq görülüb.


Məqalələri.

  • Babək və Bizans.

  • Şəki qalasının yeri haqqında təzə məlumatlar.

  • Bəzz qala-şəhərinin lokalizasiyası barədə.

  • "Mingəçevir" adı haqqında.

  • "Xürrəm" sözü barədə.

  • Əbu Həccah haqqında bir neçə söz

  • Quranın 36-cı yasin surəsi haqqında bir neçə söz

  • Mxitar Qoşun Alban Xronikası

  • Kaqan titulu haqqında

  • Qarapapaqlar

  • Miflər Və Mifuyduranlar

  • Tüfeyillik edən qeyri formalar

  • Niyə Sumqayıt olaylarının analizi

  • Gevorq Eminin məcburi mükaliməsi haqqında



Yüklə 223,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə