11
Çıldır mahalına daxil olan Ağbaba və Qızılqoç bölgələrində aşıq sənəti yüksək
d
ərəcədə təşəkkül tapmışdır. M.Qasımlı adı çəkilən monoqrafiyada “Çıldır-Ağbaba
aşıq mühiti” ifadəsini də işlədir [106, 174]. Geniş bir mədəni-coğrafi arealı əhatə
ed
ən bu bölgənin Çıldır, Qars və Axıska mahalları ilə sıx sosial-siyasi, tarixi-mədəni
əlaqələri əsrlər boyu davam etmişdir. Göstərilən lokal coğrafi arealın hüdudlarında
saz havaları və musiqi repertuarı, ifaçılıq və bəstəçilik ənənələri və s. eyni bir
istiqam
ətdə inkişaf etməklə yanaşı, Azərbaycan aşıq sənətinin başlıca repertuarını da
özünd
ə mühafizə etmişdir. Deməli, bu mühiti Ağbaba-Çıldır aşıq mühiti kimi
s
əciyyələndirmək daha düzgündür. Prof. A.Nəbiyevin də bu barədə mülahizələri
ziddiyy
ətli və mübahisəli görünür: “Tarixən saz-söz ənənəsi olan ərazilərdə aşıq
mühitl
əri yaranıb formalaşırdı. Bu baxımdan İrəvan, Dərələyəz, Ağbaba-Çıldır,
Borçalı, Gəncəbasar regionlarında saz-söz ənənələrinin kifayət qədər tarixi əsası
mövcud idi” [125, 206]. Göründüyü kimi, A.N
əbiyev Ağbaba-Çıldır bölgəsində aşıq
mühitinin köklü
ənənələrə əsaslandığını və yaranıb formalaşdığını göstərsə də,
n
ədənsə bu mühiti Çıldır aşıq mühiti adlandırmağı daha məqsədəuyğun sayır. İrəlidə
bu haqda daha
ətraflı bəhs etdiyimizə görə, deyilənlərlə kifayətlənir və mədəni-
coğrafi arealını, tarixi genetik xüsusiyyətləri, regional özəllikləri nəzərə alaraq bu
mühiti Ağbaba-Çıldır aşıq mühiti adlandırmağı filoloji fikirdə daha doğru hesab
edirik.
Ağbaba-Çıldır aşıq mühiti keşməkeşli tarixə malik olmaqla bərabər, uzun
müdd
ət Azərbaycan folklorşünaslığının tədqiq obyektindən kənarda qaldığına görə
regionun tarixi-m
ədəni coğrafiyası da öyrənilməmişdir. Ağbaba-Çıldır bölgəsi əsrlər
boyu Osmanlı Türkiyəsinin, daha dəqiq desək, Şərqi Anadolunun inzibati coğrafi-
yasının hüdudları daxilində yerləşmişdir. Prof. F.Kırzıoğlu “Üç Uğuz dağı” adlı
m
əqaləsində Ağbaba-Çıldır bölgəsinin tarixi coğrafiyasından bəhs edərkən yığcam
şəkildə bu ərazilərin tarixinə toxunaraq yazır: “Çıldır gölünün doğu və güneyindəki
k
əndlərin yaylağı olan Ağbaba dağı (3110 m) üzərindən 1920-ci ildən bəri dövlət
s
ərhədimiz keçir. Yaylaqları ilə tanınan bu dağın çevrəsindəki otuz iki kəndi “Ağbaba
nahiy
əsi”, 1639-cu ildə Qəsri-Şirin müqaviləsindən bəri Qars bölgəsinə bağlı ikən, 2-
3 dekabr 1920-
ci il Gümrü andlaşması ilə sərhəd xaricində qalmış və “Ermənistana”
12
verilmişdir; hamısı türk olan əhalinin çoxu Qars ətrafındakı kəndlərə köçüb yerləş-
mişlər” [202, 52]. Təsadüfi deyildir ki, Türkiyə Şərqinin “açarı-kilidi” adlandırılan
bölg
ənin ən böyük mahallarından biri olan Axıska isə xalq arasında “İstanbulun
kilidi” kimi tanınmışdır. Hələ miladdan öncə VII-VI əsrlərdə bu torpaqlarda
m
əskunlaşan Saka [İskit] tayfaları, daha sonrakı əsrlərdə Oğuz boyları köklü ənənələr
üz
ərində özlərinin qüdrətli dövlət qurumlarını yaratmış, müstəqilliyinin, millətinin
varlığını qoruyub saxlamaq üçün qanlı savaşlar, müharibələr aparmaq
m
əcburiyyətində qalmışdır [177, 15]. Bu isə özlüyündə etno-milli yaddaşın, milli-
m
ənəvi və maddi dəyərlərin, folklorun, onun önəmli bir sahəsi olan aşıq sənətinin
qorunması deməkdir. Bu cizgiləri qeyd etməyimiz heç də təsadüfi deyildir.
Az
ərbaycan aşıq mühitləri içərisində Ağbaba-Çıldır aşıq mühiti bölgədə baş verən
tarixi-
coğrafi, sosial-mədəni, iqtisadi-siyasi dəyişiklikləri xüsusi mühafizəkarlıqla
özünd
ə
qoruyub saxlayan mühitl
ərdən
biridir.
Axıskanın,
Qarsın,
Ərdahanın,Ağbabanın, Şörəyelin rus orduları tərəfindən işğalı və yaxud da Çıldırın
S
əfəvilərdən alınıb Osmanlı Türkiyəsinin təkibinə qatılması bölgə aşıqlarının
yaradıcılığında bütün poetik detalları ilə təsvir olunur. XVI əsrdə yaşayıb-yaratmış
Aşıq Xəyali Osmanlı dövlətinin tarixində Çıldır zəfəri ilə tanınan tarixi döyüşü
q
ələmə almış, o dövrdə baş vermiş hadisələri, müəyyən faktları etno-milli yaddaşda
poetikl
əşdirmişdir. “Deyərsən” rədifli qoşma bir çox aşıq şeirlərində olduğu kimi
durnaya müraci
ətlə başlanır:
Durnam, ged
ər olsan bizim ellərə,
V
əzir Ərdahandan köçdü deyərsən.
Qarşı gəldi Qızılbaşın xanları,
Çıldırda bir döyüş oldu, deyərsən. [197, 54]
Tarixi qaynaqlardan m
əlum olduğu kimi, 1578-ci il avqustun 9-da baş verən
bu Çıldır müharibəsi hava yağışlı keçdiyi üçün çox gərgin keçmiş və axşamadək
davam
etmişdi [177, 22]. Bu müharibənin iştirakçısı olmuş Aşıq Xəyali şahidi olduğu
qanlı səhnələrdən dəhşətə gələrək real gerçəklikləri ürəkyanğısı ilə qələmə alırdı:
Çamır dizə çıxdı qan ilə yaşdan,
Atlar dalmaz oldu s
ərilən leşdən,
13
Qalalar quruldu k
əsilən başdan,
Ağ gövdələr qana batdı deyərsən. [197, 55]
Aşıq Xəyalinin qoşmasında türklərin qələbəsi qələmə alınırdısa, Aşıq
Üzeyirin şeirində Axıskanın məğlubiyyəti acı kədər və qəzəb hissi ilə təsvir olunur:
M
əgər təzmiş bağda bülbüllər ötməz?
Hicr
ət edər yada, ayağı getməz,
Xanimanlar sönmüş, bir ocaq tutmaz,
Durna kimi qatar, köçü düzülmüş. [202, 45]
Qeyd ed
ək ki, Ağbaba-Çıldır aşıq mühitinin tanınmış nümayəndələrindən
olan Aşıq Üzeyirin Rus-Türk müharibələri, xüsusilə rus qoşunlarının Axıskada törət-
dikl
əri qanlı cinayətlər haqqında bir sıra şeirləri vardır. Gətirilən örnəklər göstərir ki,
bütün dövrl
ərdə Ağbaba-Çıldır aşıqları bölgədə baş verən hərbi çarpışmalara,
inzibati-siyasi d
əyişikliklərə xüsusi həssaslıqla yanaşmış və bu yanaşma tərzi bir
s
ənət ənənəsi şəklini almışdır. Bu qoşmaların yazılma tarixləri arasında 250 illik bir
zaman k
əsimi olsa da, hər iki şeirin poetik məzmununun eyni türkçülük
m
əfkurəsindən, etno-milli təfəkkür tərzindən qaynaqlandığı buna əyani sübutdur. Bu
c
əhət Ağbaba-Çıldır aşıq mühitinin tarixi-mədəni səciyyəsinin göstəricilərindən biri
kimi xarakteriz
ə olunmalıdır.
Ağbaba-Çıldır aşıq mühitinin Azərbaycan aşıq sənətindəki mövqeyindən
danışarkən bir sıra aşıq mühitlərində olduğu kimi, bu mühitdə də “sənət xəritəsi” ilə
coğrafi xəritənin bir çox hallarda üst-üstə düşmədiyini” [92, 10] mütləq nəzərə almaq
lazımdır. 1828-ci ildə rus işğalçıları tərəfindən Axıskanın zəbt olunması ilə Ağbaba-
Çıldır aşıq mühitinin tarixi taleyində faciələrin əsası qoyulur. Çıldırın şimal
s
ərhədlərində yerləşən Axıska mahalına beş böyük rayon –Axıska //Axalsix, Adıgün,
Əsmincə, Axırkələk, Qocabəy rayonları daxil idi. Ümumi sahəsi 6160 km
2
, 220 para
k
ənddən ibarət olan bu qədim türk torpaqları Çıldır düzənliyindən, Kürün yuxarı
axarından və Çoruh çayının hövzəsindən başlayaraq Mesxet-Cavaxet dağları silsiləsi
boyunca Borçalı çökəkliyinədək uzanır [177, 108]. Hazırda Gürcüstanın tərkibində
qalan tarixi Axıska mahalında (indiki Mesxet-Cavaxetiya-A.M) 1944-cü ilədək
türkl
ər yaşamışdır. 1944-cü ilin noyabrında “Türkiyə ilə əlaqə saxladığına görə”
Dostları ilə paylaş: |