Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə91/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   87   88   89   90   91   92   93   94   ...   100

 
276 
“Keşişoğlu”  havasının  əsil  adı  “Süründürmə”dir.  Havanın  yaradıcısı  Aşıq 
Summanidir. 
 Deyil
ənləri  yekunlaşdırıb  güman  etmək olar ki, Azərbaycan  aşıqlarının 
havacat  repertuarında  iki  “Keşişoğlu”    havası  olmuşdur.  Ağbaba-Çıldır  aşıq 
havalarının  Urmiya  saz  havalarına  daha  çox  yaxınlığını  nəzərə  alsaq, Urmiya 
aşıqlarının  ifa  repertuarındakı    “Müsəlman  Keşişoğlu”  saz  havasının  əsil  adının 
“Süründürm
ə”, müəllifinin isə Aşıq Summani olduğunu söyləyə bilərik. 
Qeyd etdiyimiz kimi
ənənəvi prinsipləri dərindən mənimsəyən və  fərdi 
yaradıcılıq imkanlarına əsaslanan Ağbaba-Çıldır aşıqlarında bəstəçiliyə güclü meyil 
olmuşdur.  Aşıq  Qərib  Hasanın  “Ağbaba  zarıncısı”,  “Qəribi”, Dədə  Dərbədərinin 
“D
ərbədəri”,  “Qaralı”,  Aşıroğlunun  “Aşıroğlu”,  Aşıq  Nəsibin “Tərcümani”, 
“Şörəyeli”, Aşıq İsgəndər Ağbabalının “Güləndamı” (“İsgəndəri”) və sair orijinal saz 
havaları fikrimizi bir daha təsdiqləyir. 
Əlbəttə, bu yazdıqlarımız Ağbaba-Çıldır aşıq mühitinini musiqi bəstəçiliyinin 
s
əciyyəvi cəhətlərini tam əhatə  etmir. Fikrimizcə,  bu,  ayrıca  bir  tədqiqat  işinin 
mövzusudur v
ə  gələcək  araşdırmalarda,  şübhə  yoxdur ki, daha ətraflı  şərhini 
tapacaqdır. 
 


 
277 
N
ƏTİCƏ 
 
Az
ərbaycan  aşıq  sənətinin regional özünəməxsusluğunun  öyrənilməsi bu 
s
ənətin təşəkkül və  inkişaf  dinamikasını,  tarixi-mədəni özəlliklərini,  coğrafi 
areallarını daha dərindən  və ətraflı araşdırmağa imkan verir, eyni zamanda bütöv  bir 
s
ənət sistemini müxtəlif istiqamətlərdən tədqiq etmək  üçün  geniş  imkanlar  açır. 
Ağbaba-Çıldır  aşıq mühitinin  Azərbaycan  aşıq sənəti daxilində tutduğu  yerin,  milli 
regional xüsusiyy
ətlərinin,  ədəbi-estetik özəlliklərin elmi-filoloji təhlilə  cəlb 
olunması göstərdi ki, bu mühit tarixi-genetik kökləri ilə türk etnik mədəni sisteminin 
ən qədim laylarına bağlıdır. 
Aparılan  tədqiqatlardan  aydın  oldu  ki,  Ağbaba-Çıldır  aşıq  mühitinin  lokal 
coğrafi  arealı  tarixin  müxtəlif dönəmlərində  Axıska-Çıldır  bəylərbəyliyi,  Çıldır 
əyaləti, Qars vilayəti, Qars qəzası  və  s. kimi müxtəlif  adlarla  adlanan  iri  miqyaslı 
inzibati 
ərazilərin sərhədlərini  əhatə  etmişdir.  Hələ  miladdan öncə  VII  əsrdə  saka 
[iskit] türkl
ərinin, sonrakı dövrlərdə göyərli-çavaklı, qarapapaq, oğuz, pasin və başqa 
q
ədim  türk  boylarının  məskunlaşdıqları  bu  torpaqlar  Anadolunun  “açar-kilidi”, 
Qafqazın  qapısı  hesab  olunmuş,  çox  önəmli hərbi-strateji mövqeyinə  görə  bir  sıra 
dövl
ətlərin daima siyasi maraqlarının mərkəzində saxlanılmışdır. Zaman-zaman İran 
v
ə Rusiyanın basqınlarına məruz qalan, kürəyinə erməni bıçağı saplanan bu ərazilər 
d
əhşətli müharibələr  meydanına  çevrilmiş,  hər  qarışı  şəhid  qanı  ilə  suvarılmışdır. 
M
əhz bu səbəblərdən türkiyəli alimlərin ümumi qənaətinə görə, Türkiyənin heç bir 
yerind
ə Şərqi Anadoluda olduğu qədər aşıq və el şairi yetişməmişdir. 
Üç yüz ild
ən  çox  Osmanlı  dövlətinin tərkibində  öz mədəni  -coğrafi 
bütövlüyünü saxlayan Şərqi Anadolu 1805-ci ildən etibarən Çar Rusiyası tərəfindən 
hiss
ə-hissə  işğal  olunmağa  başladı.  Tarixi  ədalətsizlik üzündən  Ağbaba-Çıldır  aşıq 
mühiti üç hiss
əyə  parçalanmış,  Gürcüstana  qatılan  hissəsində  1944-cü ilə  qədər, 
Erm
ənistanın  tərkibinə  daxil edilən  ərazidə  1988-ci ilədək  öz  varlığını  qoruyub 
saxlamışdır. Hazırda Ağbaba-Çıldır aşıq mühiti Şərqi Anadoluda-Çıldır mahalında öz 
f
əaliyyətini davam etdirməkdədir. Belə bir tarixi sənət taleyi yaşayan Ağbaba-Çıldır 
aşıq  mühiti  folklor  örnəklərinin zənginliyi, milli-etnoqrafik koloritin əlvanlığı,  aşıq 


 
278 
s
ənəti ənənələrinin qədimliyi ilə diqqəti çəkir. 
Araşdırma  göstərdi  ki,  Ağbaba-Çıldır  aşıq  mühiti  Azərbaycan və  Anadolu 
aşıq sənəti arasında bir keçid-körpü rolu oynamışdır. Bütövlükdə Azərbaycan folklor 
arealının təsiri altında olan Şərqi Anadolu aşıqlığı Azərbaycan aşıq sənətinə məxsus 
xüsusiyy
ətləri özündə  cəmləşdirmişdir.  Azərbaycan və  Anadolu  aşıq  mühitləri 
arasında sənət əlaqələrinin güclənib genişlənməsində Aşıq Şenliyin xüsusi xidmətləri 
olmuşdur.  Təcnis və  onun  bir  sıra  şəkilləri, sicilləmə  janrı  (Şəki sicilləməsi)  Aşıq 
Şenlik  tərəfindən  Anadolu  aşıq  yaradıcılığına  daxil  edilmişdir.  Eləcə  də  ustad 
s
ənətkarın yaratdığı dastanlar, bəstələdiyi saz havaları çağdaş Azərbaycan aşıqlarının 
repertuarında  özünə  möhkəm  yer  tutur.  Lokal  coğrafi  ərazisi ilə  Şərqi Anadolunun 
geniş  ərazilərini  əhatə  edən  Ağbaba-Çıldır  aşıq  mühiti  Göyçə,  Borçalı,  Urmiya, 
İrəvan və  digər  aşıq  mühitləri ilə  qarşılıqlı  sənət  əlaqələri  saxlamış  və  qonşu 
mühitl
ərdən təsirlənib özünün milli-regional  repertuarını  zənginləşdirdiyi    kimi, 
əlaqədə  olduğu  mühitlərə  də  bu cür təsir göstərmişdir.  Bu  təsir erməni və  gürcü 
aşıqlarının  üzərində  də  böyük  olmuş,  Axıska,  Gümrü,  Qars  və  digər  ərazilərdə 
f
əaliyyət göstərən erməni və  gürcü sənətkarları  azəri türkcəsində  çalıb  oxumuş, 
Ağbaba-Çıldır aşıq mühitinə məxsus sənət keyfiyyətlərini daşımışlar. Gürcü sənətkarı 
Aşıq  Şivğaya,  erməni  Aşıq  Civaniyə  Aşıq  Şenliyin güclü təsiri bu fikri bir daha 
t
əsdiqləyir.  
Özün
əməxsus sənət keyfiyyətlərinə  görə  aşıqlaşmış  ozanlar  qrupuna  daxil 
olan  Ağbaba-Çıldır  aşıq  mühitində  təkkə  kökənli,  "haqq  aşığı"  statusu  daşıyan 
s
ənətkarların, (Aşıq Şenlik, Aşıq Summani, Aşıq Zülali, Ərzurumlu Aşıq Əmrah və 
b.)  olduğu  da  aydın  görünür.  Ozanın  aşığa  çevrildiyi  tarixi-mədəni məkan 
Anadolunun, o cüml
ədən Ağbaba-Çıldır aşıq mühitinin əhatə etdiyi coğrafi ərazilərin 
olduğu da diqqəti çəkir. Bu faktor Ağbaba-Çıldır aşıq mühitinin tarixi-mədəni genetik 
yaddaşının,  təşəkkül  formasının,  sənət göstəricilərinin özünəməxsusluğunu  sübut 
edir. 
Aparılan  təqdiqatlardan  o  da  aydın  oldu  ki,  Ağbaba-Çıldır  aşıq  mühiti  həm 
Az
ərbaycan, həm də  Türkiyə  folklorşünaslığında  bu  və  ya digər dərəcədə 
araşdırmalara cəlb  olunmuşdur.  Azərbaycan  folklorşünaslığında  Ağbaba-Çıldır  aşıq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə