20 Яхлаг сайясиндя саьлам щяйат
tibbi
gigiyena dedikdə, xəstəliklərin yaranmasının
qarşısını almaq və zərərli amillərin aradan qaldırılması
nəzərdə tutulur. Xəstəliyin qarşısını almaq onun
müalicəsindən daha asan olduğu üçün gigiyena
insanların həyat və taleyində böyük əhəmiyyət daşıyır
və bu işə böyük büdcələr ayrılır.
Bunu biz eynilə əxlaqi məsələlər və ruhi-psixoloji
xəstəliklərə də aid edə bilərik. Buna əsasən, imkan
daxilində əxlaqi pozuntuların qarşısının alınmasında
ciddi addımlar atılmalı, lazımı tədbirlər görülməli,
özümüzün və başqalarının əxlaqi gigiyenasına
diqqət
yetirməliyik. Bu məqsədin nisbətən gerçəkləşməsi
naminə aşağıdakılara riayət etmək məsləhət görülür:
1. Zərərli və şübhəli əlaqələri kəsmək: Şübhəsiz,
pis adətlərin çoxu keçici xəstəliklər kimi, müəyyən
əlaqə və rabitələr vasitəsilə yaranır. Xüsusilə, azyaşlılıq,
məlumatsızlıq və yaxud imanın zəifliyi və bu kimi
halların nəticəsində başqalarının bir sıra əxlaq və
xüsusiyyətlərinin keçməsinə zəmin yaranır ki, belə
hallarda mütləq onlarla əlaqəni qırmaq lazımdır. Bəzən
insanın taleyi belə əlaqə və gediş-gəlişlər
nəticəsində
alt-üst olur və həyatı tamamilə dəyişilir.
İnsan şəxsiyyətinin formalaşmasında ünsiyyət və
əlaqələrinin təsiri o qədər böyükdür ki, hətta bəziləri
belə demişlər: “İnsanı tanımaq üçün onun dostuna və
kimlərlə oturub-durduğu şəxslərə baxmaq lazımdır.”
İmam Əli (ə) buyurmuşdur:
ِﻪِﺋﺎﻄَﻠُﺧ ﱃِا اوُﺮُﻈْْﻧﺎَﻓ ُﻪَﻨﻳِد اﻮُﻓِﺮْﻌَﺗ ْﻢَﻟ َو ُهُﺮْﻣَا ْﻢُﻜْﻴَﻠَﻋ َﻪَﺒَﺘْﺷا ِﻦَﻣ
“Vəziyyətinin naməlum və dini-imanını tanımadığınız
Айятуллащ ял-цзма Мякарим Ширази 21
kəsin dostlarına baxın (və bununla da onu tanıyın).”
1
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
ِﻪِﻨﻳِﺮَﻗَو ِﻪِﻠﻴِﻠَﺧ ِﻦﻳِد ﲆَﻋ ُءْﺮَﻤْﻟَا
“İnsanın dost və yoldaşı ilə dini tanınır.”
2
Pis adamlarla yoldaşlıq ruhi zülmət yaradır, müsbət
hiss və duyğuları öldürür,
pis əxlaq və çirkin əməlləri
qəbahətsiz göstərir. Rəvayətlərdə bu hal “ölü qəlb”
adlandırılır. Peyğəmbəri-Əkrəm (s) buyurur:
ﺎَﻣ َو !ِﻪﻠﻟا َلﻮُﺳَر ﺎﻳ :ُﻪَﻟ َﻞﻴِﻘَﻓ ؛تىْﻮَﻤْﻟا ُﺔ َﺴَﻟﺎﺠُﻣ َو ... َبﻮُﻠُﻘْﻟا َ ْتنِ ُيم ٌﻊَﺑْرَا
ٍفَْﱰُﻣ ﱟﻲِﻨَﻏ ﱡﻞُﻛ : َلﺎﻗ ؟تىْﻮَﻤْﻟا
“Dörd şey qəlbi öldürür: “...(Onlardan biri də) ölülərlə
oturub-durmaqdır.” Soruşdular ki, ey Allahın Rəsulu!
Ölülər kimlərdir? Həzrət buyurdu: “İsrafçı sərvətlilər.”
3
Pis adamlarla rabitə insanda bədbinlik hissini
oyadaraq, onu ətrafdakılara qarşı bədbin edir. İmam
Əli (ə) buyurur:
ِرﺎﻴْﺧَ ْﻻﺎِﺑ ﱢﻦﱠﻈﻟا َءﻮُﺳ ُثِرﻮُﺗ ِرا ْﴍَ ْﻻا ُﺔ َﺴَﻟﺎﺠُﻣ
“Pis adamlarla oturub-durmaq yaxşı insanlara qarşı
bədbinlik yaradır.”
4
Bir sözlə, yoldaşlıq məsələsi o qədər əhəmiyyətlidir
ki, hətta Allah-Taala Qurani-Kərimdə peyğəmbərləri
belə, pis və şər
adamlarla oturub-durmaq və
yoldaşlıqdan çəkindirmişdir. Amma buna əks olaraq
1 . “Kafi”, Şeyx Kuleyni, 2-ci cild, səh.375.
2 . “Biharul-ənvar”, 2-ci cild, səh.128.
3 . Yenə orada.
4 . Yenə orada, 74-cü cild, səh.191.
22 Яхлаг сайясиндя саьлам щяйат
yaxşı adamlarla yoldaşlıq isə tərbiyənin, nəfsin
saflaşmasının, əxlaqi fəzilətlərin çoxalmasının,
qəlbin
dirilməsi və şəxsiyyətin təkamülünün mühüm
amillərindən sayılır. İslam dini bu məsələyə böyük
əhəmiyyət verir və Qurani-Kərimdə buyurulur:
ُﻪَﻬْﺟَو َنوُﺪﻳِﺮُﻳ ﱢ ِﴚَﻌْﻟاَو ِةاَﺪَﻐْﻟﺎِﺑ ﻢُﻬﱠﺑَر َنﻮُﻋْﺪَﻳ َﻦﻳِﺬﱠﻟا َﻊَﻣ َﻚ َﺴْﻔَﻧ ْ ِﱪ ْﺻاَو}
ﻦَﻋ ُﻪَﺒْﻠَﻗ ﺎَﻨْﻠَﻔْﻏَأ ْﻦَﻣ ْﻊِﻄُﺗ َﻻَو ﺎَﻴْﻧﱡﺪﻟا ِةﺎَﻴَﺤْﻟا َﺔَﻨﻳِز ُﺪﻳِﺮُﺗ ْﻢُﻬْﻨَﻋ َكﺎَﻨْﻴَﻋ ُﺪْﻌَﺗ َﻻَو
{ﺎًﻃُﺮُﻓ ُﻩُﺮْﻣَأ َنﺎَﻛَو ُهاَﻮَﻫ َﻊَﺒﱠﺗاَو ﺎَﻧِﺮْﻛِذ
“Səhər-axşam Rəbbinin razılığını diləyərək Onu
çağıranlarla birlikdə ol! Heç vaxt gözlərini onlardan
(möminlər) çevirmə ki, dünyanın zinətlərinə meyil
edərsən. Qəlbini Bizi yad etməkdən qafil etdiyimiz,
nəfsinin istəklərinə uyan və işlərində ifrata varan
kəslərə itaət etmə!”
1
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
ِسﺎّﻨﻟا َماﺮِﻛ َﻂَﻟﺎﺧ ْﻦَﻣ ِسﺎّﻨﻟا ُﺪَﻌْﺳَا
“İnsanların ən səadətlisi onların yaxşı və xeyirxahları ilə
oturub-duranıdır.”
2
2. Ətraf mühiti islah etmək: Mühit, xüsusilə aşkar
günah və fitnə-fəsada şərait yaradan cəmiyyətdə
əxlaqi pozğunluqlara düşmə təhlükəsi çoxdur və
bu da inkaredilməz bir həqiqətdir. Deməli, əxlaqın
gigiyenası üçün ən əhəmiyyətli
məsələ ətraf mühiti
pozan amillərlə mübarizə aparmaq, günah və fəsadın
qarşısını almaqdır.
1 . “Kəhf” surəsi, ayə 28.
2 . “Biharul-ənvar”, 74-cü cild, səh.185.
Айятуллащ ял-цзма Мякарим Ширази 23
Ümumiyyətlə, günah, pis adət və rəftarların qarşısını
alan ən mühüm amillərdən biri insan nəzərində günah
və fəsadın böyüklüyü, qəbahəti, eləcə də ona qarşı
nifrət hissidir. Belə ki,
onun nəzərində aşkar günah
və pis işlərin qəbahəti kiçildiyi zaman ona qarşı nifrət
hissi də azalır və hər bir əyri yol üçün zəmin yaranır.
Buna görə də İslamda bir sıra günahkarların cəzası,
məhz cəmiyyət qarşısında təşkil olunur ki, vaxtaşırı,
günahın qəbahəti vicdanlarda canlansın. Necə ki,
Qurani-Kərimdə buyurulur:
{َينِﻨِﻣْﺆُﻤْﻟا َﻦﱢﻣ ٌﺔَﻔِﺋﺎَﻃ َماُﻬَﺑاَﺬَﻋ ْﺪَﻬ ْﺸَﻴْﻟَو}
“Möminlərdən bir dəstə də o iki nəfərin (zinakar
kişi və qadın) əzabına şahid olsun.”
1
Belə tədbirlər onlarda günaha qarşı nifrət hissini
daim yüksəldir, əyri fikir və rəftarların təsiri yenidən
bərpa edilir.
İslam dini aşkar günah və fəsadı qadağan edərkən,
ictimai pərdələri yırtan
bu amilin günahkar şəxsin
ehtiramının aradan getdiyinə bais olduğunu da
açıqlayır. İmam Sadiq (ə) buyurur:
ُﻪَﻟ َﺔَﻣْﺮُﺣ ﻼَﻓ ِﻪِﻘ ْﺴِﻔِﺑ ُﻖِﺳﺎﻔْﻟا َﺮَﻫﺎﺟ اذِا
“Aşkar günah edən kəsə ehtiram yoxdur.”
2
İmam Mühəmməd Baqir (ə) buyurur:
ُﻦِﻠْﻌُﻣ ُﻖِﺳﺎﻔْﻟا َو ُﺮِﺋﺎﺠْﻟا ُمﺎﻣِ ْﻻاَو ٌعَﺪَﺘْﺒُﻣ ًىﻮَﻫ ُﺐِﺣﺎﺻ :ٌﺔَﻣْﺮُﺣ ْﻢُﻬَﻟ َﺲْﻴَﻟ ُﺔَﺛﻼَﺛ
ِﻖ ْﺴِﻔْﻟﺎِﺑ
1 . “Nur” surəsi, ayə 2.
2 . “Vəsailüş-şiə”, 8-ci cild, səh.604.