12 Яхлаг сайясиндя саьлам щяйат
çatmaq olur. Başqa sözlə, xarici düşmənlə mübarizədə
həqiqi məğlubiyyət əsla olmadığı halda, nəfslə
mübarizədə məğlubiyyət ehtimalı çoxdur.
3. Bu cihad çətin və ağır olsa da, təkamülün
rəmzidir. Təkamül isə ziddiyyətlərin, “xeyir” və “şər”
qüvvələrin çəkişməsi nəticəsində əmələ gəlir. Bir də ki,
insan hadisələr, çətinliklər və ağrı-acılarla üzləşməyincə
möhkəmlənməz. İmam Əli (ə) buyurmuşdur: “(Həmişə
müxtəlif hadisələrlə üzləşən) meşə ağacları möhkəm və közü
davamlıdır.”
Bunlar göstərir ki, zidd qüvvə və istəklər təkamül
üçün mühüm rola malikdirlər.
4. Mümkündür, zahiri düşmənlə mübarizədə maddi
məqsədlər (qənimət yığmaq, şöhrət qazanmaq və s.)
güdülsün, lakin nəfslə mübarizədə məqsəd təkamülə
çatmaq, fəzilət qazanmaqdır. Ona qalib gəlməklə insan
böyük iradə, güclü iman, yüksək himmət və şəxsiyyət
qazanır.
Səadət və xoşbəxtlik
Əxlaq alimlərinin nəzərinə görə, bu elm insanlara
əsil səadət və xoşbəxtliyi aşılayır və ona çatmaq
üçün daim çalışmağa, onun arzusu ilə hər çətinliyə
qatlaşmağa dəyər.
Səadəti qısa ibarə ilə belə tərif etmək olar: “İnsana
layiq hər mümkün kamala çatmaq səadət adlanır.”
Başqa sözlə, insan ixtiyarındakı maddi və mənəvi
qüvvələrdən düzgün bəhrələndiyi halda səadəti əldə
edir.
Kamal və bəhrələnməyin qısa-ümumi məfhumu
aydın olduğu halda, xarici həyatındakı nümunələri
Айятуллащ ял-цзма Мякарим Ширази 13
baxımından ayırd edilməsi çox çətin və adətən,
insanların səadət yolunu özləri seçməsi müyəssər
deyildir. Misal üçün, uzun müddət ömrünü rifah içrə
keçirən, ruhi aramlığı mal-dövlətdə görən xudbin
şəxs, mümkündür, özünü xoşbəxt bilsin. Hətta onun
ölümündən sonra mal-dövlətini cinsi ehtirasların
təmini və s. yollarda dağıdan naxələf övladı belə
özünü səadətli və xoşbəxt hesab etsin. Şübhəsiz,
onların hər ikisi səhv yoldadır. Əsl səadətə çatmaq
istəyən insan hökmən həqiqi təkamülün, maddi və
mənəvi nemətlərdən düzgün istifadənin yollarını
öyrənməlidir.
Səadət yalnız ruhi yönəmi malikdir?
Kalabon kimi bəzi qədim yunan filosoflarının
əqidəsinə əsasən, səadət yalnız ruhi yönə malikdir
və maddi amillərin insanın səadət və xoşbəxtliyində
heç bir təsiri yoxdur. Onlar deyirdilər ki, səadət yolu
yalnız insani keyfiyyətlər, əxlaqi fəzilət və kamallarla
qazanılır. Bu dünyada insanın kamil səadətə çatması
qeyri-mümkündür və ruhun maddi bədənlə əlaqəsi
və cismə bağlılığı davam etdiyi vaxta qədər həqiqi
səadət və xoşbəxtlikdən məhrumdur. Ruh bədəndən
ayrılarkən mütləq səadət mümkündür. Bununla da,
onlar əsl səadətə nail olmaq üçün tərki-dünyalığa
üz çevirir, ona etinasız yanaşırdılar. Hətta filosof
Kalabonun bir çalada yaşaması, yaşayış vəsaitindən
yalnız bir su qabı ilə kifayətlənməsi məşhur hadisədir.
Deyilənlərə görə, o, bir gün bir kəsin arxdan əli ilə su
içdiyini gördükdə, həmin su qabını da tullamışdır.
Bu əqidəyə tam əks olan “ekzistensialist”lər isə
14 Яхлаг сайясиндя саьлам щяйат
səadət və xoşbəxtliyi maddi ləzzətlərdən qeyd-şərtsiz
istifadədə görür, bunun qarşısını almağı mənasız
bilirlər! Onlar mütləq xoşbəxtliyi yalnız maddi
ləzzətlərdə görür, bu yolla dəlilik həddini belə aşır,
hətta praktiki olaraq ictimai-əxlaqi qayda-qanun və
şərtləri ayaq altına qoyurlar!
Şübhəsiz, (müasir dövrdə qərbdə və qərbyönlülər
arasında yayılan) bu təfəkkür tərzini “məktəb”
adlandırmaq olmaz. Əksinə, bu, bir növ ruhi-psixoloji
xəstəlik və səadət yolunu cismi yönlərdən tam təcrid
edən Kalabon məktəbi kimi ifrat fikirlərə əks cərəyandır.
Mötədil və orta mövqeli məktəb
İnsan təkcə cismin, yaxud ruhun deyil, hər ikisinin
məhsuludur. Buna əsasən, xoşbəxtliyi yalnız iki
qisimdən birində arayıb-axtarmaq olmaz. Şübhəsiz,
insan varlığının yalnız bir cəhətini araşdıran hər
hansı məktəb və proqram onun mahiyyətini tam
əhatə etmədiyindən səadət və xoşbəxtliyi də təmin
edə bilməz. Burada ruhun cisim və maddəyə nisbət
ilkinliyini də unutmamalıyıq.
Şərqdə “ilk müəllim” kimi tanınan məşhur yunan
filosofu Aristotel və onun ardıcılları bu məktəbin
tərəfdarlarıdır. Demək olar, İslam özü yüksək təlimləri
ilə bu məktəbin önündə durur və onu yeni üsullarla
bəyan edir. Bunu biz Qurani-Kərimin bir çox ayələri və
böyük İslam rəhbərlərinin kəlamlarında müşahidə edə
bilərik. Burada İslamın şüarı aşağıdakı ayədə xülasə
edilir:
َﻦِﻤَﻓ اًﺮْﻛِذ ﱠﺪَﺷَأ ْوَأ ْﻢُﻛءﺎَﺑآ ْﻢُﻛِﺮْﻛِﺬَﻛ َﻪّﻠﻟا ْاوُﺮُﻛْذﺎَﻓ ْﻢُﻜَﻜِﺳﺎَﻨﱠﻣ ﻢُﺘْﻴ َﻀَﻗ اَذِﺈَﻓ}
Айятуллащ ял-цзма Мякарим Ширази 15
ﻦﱠﻣ ﻢُﻬْﻨِﻣِو ٍقَﻼَﺧ ْﻦِﻣ ِةَﺮِﺧﻵا ِﰲ ُﻪَﻟ ﺎَﻣَو ﺎَﻴْﻧﱡﺪﻟا ِﰲ ﺎَﻨِﺗآ ﺎَﻨﱠﺑَر ُلﻮُﻘَﻳ ﻦَﻣ ِسﺎﱠﻨﻟا
َﻚِﺌـَﻟوُأ ِرﺎﱠﻨﻟا َباَﺬَﻋ ﺎَﻨِﻗَو ًﺔَﻨ َﺴَﺣ ِةَﺮِﺧﻵا ِﰲَو ًﺔَﻨ َﺴَﺣ ﺎَﻴْﻧﱡﺪﻟا ِﰲ ﺎَﻨِﺗآ ﺎَﻨﱠﺑَر ُلﻮُﻘَﻳ
{ ِبﺎ َﺴِﺤْﻟا ُﻊﻳِ َﴎ ُﻪّﻠﻟاَو ْاﻮُﺒ َﺴَﻛ ﱠماﱢﻣ ٌﺐﻴ ِﺼَﻧ ْﻢُﻬَﻟ
“İnsanların bəzisi “Ey Rəbbimiz, bizə bu dünyada
(xeyir) əta et!” – deyirlər. Belələrinin axirətdə heç bir
payı yoxdur. Bəziləri isə “Ey Rəbbimiz, bizə dünyada
da, axirətdə də xeyir ver, bizi cəhənnəm əzabından
qoru!” – deyirlər! Belə şəxsləri gördükləri işə (və
duaya) görə mükafat gözləyir. Allah tezliklə haqq-
hesab çəkəndir!”
1
Belə təfəkkürə əsasən, cisimlə ruh bir-birinə elə sıx
bağlıdır ki, onların biri nasaz olduqda, digərinə də təsir
edir. Müasir psixologiya isbat edir ki, bir çox əxlaqi-
fikri azğınlıqların mənşəyi cismi və maddi ehtiyacların
lazımınca təmin olunmamasıdır. Əksərən, əzilmiş
meyil və qərizələr özünü ruhi kin-küdurət və psixoloji
düyünlər kimi göstərir. Bunlar psixoloq və əxlaq alimləri
üçün böyük çətinliklər yaradır, onları ümumi tərbiyə
üsulları ilə aça bilmirlər. Onların müalicəsini yarandığı
və vücuda gəldiyi yolda axtarır, yəni ehtiyacları bərpa
etməklə münasib üsulu məqsədəuyğun görürlər.
Məsələn, çoxlarındakı bədbinlik, qorxu, həsəd,
təkəbbür və kin-küdurət kimi rəzil sifətlər deyilən
problemdən irəli gəlir. Buna görə də bu gün əxlaqi
xəstəliklərin, cisim və ruhun dərmanı və müalicəsində
onların hər ikisi nəzərə alınmalıdır. İslam bu dərin
məsələni nəzərə alaraq müəyyən yollar təklif edir:
1 . “Bəqərə” surəsi, ayə 200-202.
Dostları ilə paylaş: |