59
BiĢkin (Bu ləqəb PiĢkin Ģəklində yazılsa,daha düzgün olar)
ləqəbi çox maraqlı etimologiyaya malik olub, Azərbaycanın
qədim ad sistemi ilə əlaqədardır.
Z.Bünyadov Nüsrətəddin Əbubəkrin “Nüsrətəddin PiĢ-Tə-
kin” adlanmasını da qeyd edir (11-226). ”Təkin” (müxtəlif mən-
bələrdə teqin, tekin, tegin kimi də yazılır. Bizcə, bu titul “təkin”
– sənin təkin, sənin bircən mənasında olub (Ġfadə etdiyi mənaya
uyğun gəldiyi üçün, elə bu formada da yazılsa, daha düzgün
olar) qədim türk ad sistemində titul olmuĢdur. Lakin bu tituldan
orta əsrlərdə nəinki təkcə türk, o cümlədən bir çox ġərq hökm-
darları da istfadə etmiĢlər. ġahzadə, bəyzadə titullarının ifadə
etdiyi mənaya malik olan “təkin” türklərdə hökmdardan sonra
taxt-taca sahib olacaq varisə verilərdi. Hökmdarın on oğlu ol-
saydı da, təkcə biri “təkin” olardı. O biri oğlanları isə “Ģad” titu-
lu daĢıyardılar. ġadların varisliyə hüquqları olmazdı. Onlar
gənclikdə Ģad, yaĢa dolduqca, vəzifələri dəyiĢdikcə xan, vəzir,
vəkil və baĢqa titullar alar, əyalət hakimləri, ordu baĢçıları və ya
sarayda vəzir və digər ən yüksək vəzifələrdə iĢləyərdilər. Azər-
baycan dilində mövcud olan “ġadlığına Ģitlik etmə” atalar sözü
də məhz bununla əlaqədar olaraq yaranmıĢdır.
“PiĢ-Təkin” adındakı “piĢ” isə fars sözü olub, ən irəli, qabaq
mənalarında iĢlənir və “ilk təkin”, “baĢ təkin” deməkdir. Yəqin
ki, bu da “təkin” titulunun fars variantıdır. Görünür, Nüsrətəddin
Əbubəkr gəncliyndə bu titula malik olmuĢdur. Bizə elə gəlir ki,
“BiĢkin” ləqəbi Əbubəkrin “PiĢ – Təkin” titulunun komponent-
lərinin sadə söz kimi birləĢməsindən və səs düĢümü hadisəsi nə-
ticəsində əmələ gəlmiĢdir. Yəqin ki, bu da Əbubəkrin kinli ol-
ması ilə əlaqədar olmuĢdur. Bu, Miran Ģahın cəllad və qaniçən-
liyinə, ədalətsizliyinə görə xalq arasında “ MaranĢah” (ilan Ģah)
adlanması ilə müqayisə oluna bilər.
BiĢr (an.) – “BiĢrin hekayəsi və onun aĢiq olması” hekayə-
sində obraz adı.
Xalq bilir ismini, düĢməzdi dildən,
AlmıĢdı pəhrizkar BiĢr adı eldən(YG-178).
60
Budüləf (an.) – XI əsrdə Naxçıvan hakimi Əbu Düləf adının
sadə söz halında birləĢməsi və səs düĢümü hadisəsi nəticəsində
yaranmıĢdır. Əsədi (bax) əsərlərinin coxunu ona həsr etmiĢdir.
Nizami Əbu Düləfin Əsədiyə göstərdiyi qayğıya iĢarə edir.
Əsədi, Budüləf bəxtiyar oldu,
Çünki taleləri güldü, yar oldu (YG- 32).
Buğra (top.) – Düzənlik adı. ”Buğra” buğur, buğra sözündən
olub, ”erkək dəvə” deməkdir. Bəlkə də, Azərbaycanda hər hansı
bir çölün (mikrotoponimin) yerli dildə adıdır.
Cörrum dağlarından Buğra çölünə
Hər tərəf batmıĢdı bahar gülünə (Xġ-68).
Buxara (top.) – Asiyanın ən mühüm və böyük Ģəhərlərindən
olmuĢdur. Qədim Türküstan vilayətlərinin mərkəzi idi. XII-XIII
əsrlərdə islam Ģərqinin məĢhur elmi mərkəzlərindən birinə çev-
rilmiĢdir. Hazırda Özbəkistanda Buxara vilayətinin mərkəzidir.
DaĢqın sel gəlirkən ağıllı kəslər
Reydən Buxaraya eyləməz səfər (Ġ-39).
Buxara atı (zo.) – Buxarada bəslənən xüsusi at cinsi.
Buxara atında qızmıĢ fil kimi,
Atıldı irəli daĢqın Nil kimi (Ġ-330).
Buxara, Gəncə (qoĢa məc. top.) – Nizami “Ġskəndərnamə”
əsərində özünü sərrafa, onun əsərlərini oğurlayanları isə yoxsula
bənzədir. Lakin Ģair əmindir ki, onun Ģeirlərini kim oğurlasa,
hamı onun Nizaminin olmasını təsdiqləyəcəkdir. Bu münasibətlə
də Ģair Buxara və Gəncə astionimlərinin adını çəkir. Eyni za-
manda bu Ģəhər adları da məcazi mənalara malikdir. Buxara –
Ģeir oğrularını, Gəncə isə Ģairin özünü təmsil edir.
Fikrimi qapırlar, könlüm əmindir,
Buxaraya getsə, o, Gəncənindir. (Ġ-32).
Buxaralı (et.) – Buxara Ģəhərində yaĢayanların ümumi adı.
Buxaralı, gilək, kürd və xəzərli
Bir parça çörəyi tutmuĢ dörd əlli (Ġ-44).
Buxari (an.) – Əbu Əbdullah Məhəmməd ibn Ġsmayıl ibn
Ġbrahim Səmərqəndi (810-870) məĢhur alim, hədis toplayan,
“Səhih əl-Buxari” və “ət-Tarix” əsərlərinin müəllifidir. Görünür,
61
alim əsl adı ilə yox, nisbəsi (doğulduğu və ya yaĢadığı Ģəhər,
kənd və qəsəbənin adı) ilə tanınmıĢdır. Alim ya Səmərqənddə
doğulub, Buxarada yaĢayıb-yaratmıĢ, ya da əksinə. Nizami də
bu alimin adını Buxari kimi göstərmiĢ və “Yeddi Gözəl” əsərini
yazarkən onun da kitablarından bəhrələnmiĢdir.
Dünyada nə qədər kitab var belə,
ÇalıĢıb, əlləĢib gətirdim ələ.
Ərəbcə, dəricə, yeri düĢərkən,
Buxari, Təbəri əsərlərindən... (YG-31).
Buqubeys (məc. top.) – Məkkə Ģəhərinin yaxınlığında
yerləĢən bir dağın adıdır. ġair Buqubeys dağını Ruyindiz (bax)
qalasının kəmər papağına bənzədir.
Bağlar Buqubeysdən kəmər papağı (YG-310).
Bulqar (top.) – Volqa-Kama Bulqarıstanın paytaxtı. Xaraba-
lığı Tatarıstanın KuybıĢev rayonunda, Bolqar kəndinin yaxınlı-
ğındadır. Bulqarın adı ġərq məxəzlərində X əsrdən çəkilir. X-
XII əsrdə Bulqar tərəqqi etmiĢ, XIII əsrin II yarısında Qızıl Or-
danın sənətkarlıq və ticarət mərkəzinə çevrilmiĢdir. 1361-ci ildə
Qızıl Orda xanı Bulak Timur Bulqar Ģəhərini dağıtmıĢ, XV əsrin
əvvəllərində isə tamamilə tənəzzül etmiĢdir (ACE.II).
Bir həbəĢ mirzəsi getmiĢ Bulqara,
Qırmızı qələmlə yazırdı qara (Xġ-102).
Ġskəndər Zülmətə (bax) gedəndə əsbab-əsləhəsini və qoĢunu-
nu bir mağarada qoyub getmiĢ, sonra o mağaranın yerində bir
Ģəhər tikdirmiĢ, adını Büni-qar qoymuĢ və bu ad tədricən Bulqar
Ģəklinə düĢmüĢdür. Büni-qar isə “mağaranın dibi” deməkdir.
Bulqar Ģəhrini o, etdi bərqərar,
O Ģəhrin adıdıdr əslində Bün-qar (Ġ-56).
Bulqarların xələfləri olan balkarlar indi əsasən Kabardin
Balkar Respublikasında yaĢayırlar.
S.A.Pletnevanın “Xazarı” adlı kitabında VI-VII əsrlərin xəri-
təsində Bulqar dövləti Azov dənizindən Ģərqdə Don çayı ilə Ku-
ban çayının aĢağı sahili arasında yerləĢirdi. 370-ci ildə Hunlar
qərbə yürüĢ etdikdən və qüdrətli Xəzər dövləti yarandiqdan son-
ra Bulqar dövlətinin də sərhədi dəyiĢilmiĢdir. VIII-IX əsrlərin
Dostları ilə paylaş: |