Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə22/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   18   19   20   21   22   23   24   25   ...   138

65 

NuĢirəvan bəzmi bəzədi yeri

Çünki vəziriydi Büzürgimehri (YG-40). 

Büzürgümid  (an.)  –  “Xosrov  və  ġirin”  poemasında  obraz 

adı. Hürmüz və Xosrovun müasiri kimi təsvir olunan Büzürgü-

midin  tarixi  Ģəxsiyyət  olması  hələ  qeyri-məlumdur.  Bizə  elə 

gəlir  ki,  Büzürgümid  NuĢirəvanın  vəziri  Büzürgmehr  deyildir. 

Çünki  o, Xosrov taxta çıxandan on il qabaq  (580-ci  ildə) vəfat 

etmiĢdir. Demək, Ģair bu obrazı yaradarkən, tarixi Ģəxsiyyət olan 

Büzürgmehrdən geniĢ istifadə etmiĢdir. 

Müxtəlif  dövrlərdə,  müxtəlif  ölkələrdə  yaĢayan  tarixi  Ģəx-

siyyətləri bir yerə toplayıb müasirləĢdirmək Nizami yaradıcılığı-

na xas olan xüsusiyyətdir. ġair həmin obrazın adında müəyyən 

dəyiĢiklik  etmiĢdir.  Adın  ikinci  komponentini  (“mehr”  sözünü) 

Azərbaycan sözü olan “ümid” sözü ilə əvəz etmiĢdir. 



Büzürgümid adlı bir alim vardı, 

Ağlı, istedadı güntək parlardı (Xġ-56). 

ġair Büzürgümidi görkəmli alim, ulduzlar aləminə yaxından 

bələd olan bir Ģəxsiyyət kimi təsvir etmiĢdir. 



Büzürgümid durub filin yanından 

Əlində üstürlab baxırdı hər an. 

ÇalıĢırdı təyin eləsin nə vaxt 

DüĢməndən üzünü döndərəcək baxt (Xġ-148). 

 

 

- C - 



Cahan  Pəhləvan  (an.)  –  Azərbaycanda  hakimiyyət  sürmüĢ 

Səlcuq atabəylərinin ikincisi, ġəmsəddin Eldəgizin oğlu Atabəy 

Əbu  Cəfər  Məhəmməd  Eldəgizin  ləqəbi.  Qızıl  Arslanın  böyük 

qardaĢı.  O,  1172-ci  ildə  hakimiyyətə  gəlmiĢ,  1185-ci  ilə  qədər 

hakim olmuĢdur. 

QardaĢım cahana olmuĢ hökmran, 

Onunçun deyilmiĢ: Cahan pəhləvan (Xġ-370). 

Cahan Pəhləvan ( məc. an.) – ġair Nüsrətəddin Əbubəkr ibn 

Məhəmmədi Cahan Pəhləvana bənzədir: 



Cahan pəhləvandır, Nüsrətəddindir, 


66 

Hökmü düĢmənlərə qılınc təkindir (Ġ-48). 

ġair yenə də Atabəy Nüsrətəddini Cahan Pəhləvana bənzıdir. 

Damağın çağ olsun, bəxtin də Cavan, 

Cahanda olasan Cahan pəhləvan (Ġ-429). 

ġair Məlik Ġzzəddini Cahan Pəhləvana bənzədir. 

Kimdə var bu məclis padiĢahlardan, 

O həm Ģahdır, həm də Cahanpəhləvan (Ġ-609). 



Cahanbanu (an.) – Ġskəndərə ərə getdikdən sonra RövĢənə-

yə (bax) verilən yeni ad. 



“Cahanbanu” deyə, yeni ad taxtı, 

Bütün ixtiyarı ona buraxdi (Ġ-185). 

“Cahanbanu”  farsca  iki  sözdən  –  cahan  və  “xanım”  məna-

sında  olan  banu  sözlərindən  ibarətdir.  Bu  ad  keçmiĢdə  padĢah 

arvadlarına  verilərdi.  Bütün  ġərq  ölkələrində  mövcud  olan  bu 

advermə ənənəsi qədim türk xalqlarına məxsusdur.                                                   



“Cahanmədxəl” (id.) – Ərəstunun (bax) əsərinin adıdır. 

Yazdım bildiyimi “Cahanmədxəl”ə 

Bəzədim, süslədim onu elm ilə (Ġ-601). 

Calinus (xat. an.) – Yunanlılara məxsus bu alimin adı, II əs-

rin əvvəllərində  yaĢayan görkəmli yunan alimi, həkimi, riyaziy-

yatĢünas və ulduzĢünası Bətlimusun müəllimi. 

Səndə Calinusun elmi də olsa, 

Ölürkən dönərsən bir Calinusa (Xġ-361). 

Calinus  adı  2  mənada  iĢlənmiĢdir.  Birinci  misrada  söhbət 

elmli, canlı, ikinci misrada isə öləndən sonra torpağa dönən Ca-

linusdan  gedir.  Yəni  Calinus  kimi  elmli  olsan  da,  Calinus  kimi 

torpağa dönəcəksən.                        

Cami-Cəm (məc.ktem.) – Bax: CəmĢid camı. 

QaĢını çatmıĢdı onun qüssə, qəm, 

Gözündə deyildi əsla cami – Cəm (Ġ-439 ) . 

Beytdə  deyilir:  Ġskəndər  qəm  içində  qaĢqabaqlı  oturmuĢdu; 

üzündə Ģadlıq, sevinc əlaməti yox idi. 

Can  Yusifi  (məc.on.)  –  Ġtin  canının  çıxması  Yusifin  dolça 

üstündə quyudan çıxmasına bənzədilir. 

 



67 

Qurda bənzər köpəyi düĢən gördü yol üstə



Can Yusifi çıxmıĢdı dar quyudan dol üstə (CX-111) 

Can,  Ciyərparə  (məc.ap.)  –  ġair  “Ġqbalnamə”ni  (bax)  öz 

canına, oğlu Məhəmmədi (bax) isə ciyərinin parasına bənzədir. 



Canımı yollayıb bir peĢkəĢ kimi, 

QoĢmuĢam mən ona ciyərparəmi (Ġ-610) . 



Cavan  (ap.an.)  –  “Kərpickəsən  qocanın  bir  cavanla  heka-

yəti“ndə obraz adı. 

Birdən – birə göründü gözə bir cavan oğlan 

BaĢladı məzəmmətlə sözə bir cavan oğlan (SX-90). 



Ceyhun  ( top.) – Asiya qitəsinin ən böyük çaylarından biri-

dir.  Vaxtilə  kənarında  mövcud  olmuĢ  Ceyhan  Ģəhərinin  adı  ilə 

əlaqədar Ceyhun adı almıĢdı. Hindistanın Ģimalındakı Pamir da-

ğından  axan  bir  sıra  çayların  qovuĢmasından  əmələ  gələn  və 

Aral gölünə tökülən bu çay Buxara və Mərv Ģəhərləri arasından 

öz  məcrasını  aldığı  hissədə  yerləĢən  Amu  səhrasının  adı  ilə 

əlaqədar  olaraq  hazırda  Amu-Dərya  adlanır.  KaĢqar  tərəfdən 

axan  Ağsu,  Fərqanədən  gələn  Qızılsu,  ZərəfĢan  dağından  enən 

Sürxab, Səmərqənd və Buxaranın yanından keçən ZərəfĢan çayı 

güclü  yağıĢlar zamanı Ceyhuna qarıĢır. Bu çayın böyüklüyünü, 

gəmiçilik və suvarma əhəmiyyətini nəzərə alaraq onu bəzən Asi-

yanın  Reyn  çayı  adlandırırlar.  Ərəblər  bu  çayın  Ģimalında  olan 

yerləri Mavəraünnəhr adlandırmıĢlar. 

Onun böyüklüyü göylərə çatsın, 

Atını Ceyhundan özü sıçratsın (Xġ-34) . 

Burada söhbət Arslan Ģahdan (bax) gedir. 

YetiĢib Ceyhuna düĢərgə qurdu (YG-275 ) . 

Söhbət Ġrana hücum edən Çin xaqanından gedir. 

O dünya dolaĢan atını sürdü, 

QoĢunla Ceyhuna doğru yüyürdü (Ġ-310) . 

Burada isə söhbət Ġskəndərdən gedir. 

“Ceyrangöz” (məc. növ.) – Bir növ ipək parça adıdır; üstün-

də ceyran gözü kimi naxıĢlar olduğu üçün belə adlanır. 

Atlar dırnağından ipək çöl, çəmən 

“Ceyrangöz” olmuĢdu ceyran gözündən (Ġ-273) . 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə