Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə20/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   16   17   18   19   20   21   22   23   ...   138

59 

BiĢkin  (Bu  ləqəb  PiĢkin  Ģəklində  yazılsa,daha  düzgün  olar) 

ləqəbi  çox  maraqlı  etimologiyaya  malik  olub,  Azərbaycanın 

qədim ad sistemi ilə əlaqədardır. 

Z.Bünyadov  Nüsrətəddin  Əbubəkrin  “Nüsrətəddin  PiĢ-Tə-

kin” adlanmasını da qeyd edir (11-226). ”Təkin” (müxtəlif mən-

bələrdə teqin, tekin, tegin kimi də yazılır. Bizcə, bu titul “təkin” 

– sənin təkin, sənin bircən mənasında olub (Ġfadə etdiyi mənaya 

uyğun  gəldiyi  üçün,  elə  bu  formada  da  yazılsa,  daha  düzgün 

olar) qədim türk ad sistemində titul olmuĢdur. Lakin bu tituldan 

orta əsrlərdə  nəinki təkcə türk, o cümlədən bir  çox ġərq hökm-

darları  da  istfadə  etmiĢlər.  ġahzadə,  bəyzadə  titullarının  ifadə 

etdiyi  mənaya  malik  olan  “təkin”  türklərdə  hökmdardan  sonra 

taxt-taca  sahib  olacaq  varisə  verilərdi.  Hökmdarın  on  oğlu  ol-

saydı da, təkcə biri “təkin” olardı. O biri oğlanları isə “Ģad” titu-

lu  daĢıyardılar.  ġadların  varisliyə  hüquqları  olmazdı.  Onlar 

gənclikdə  Ģad,  yaĢa  dolduqca,  vəzifələri  dəyiĢdikcə  xan,  vəzir, 

vəkil və baĢqa titullar alar, əyalət hakimləri, ordu baĢçıları və ya 

sarayda vəzir və  digər ən  yüksək vəzifələrdə iĢləyərdilər. Azər-

baycan  dilində  mövcud  olan  “ġadlığına  Ģitlik  etmə”  atalar  sözü 

də məhz bununla əlaqədar olaraq yaranmıĢdır. 

“PiĢ-Təkin” adındakı “piĢ” isə fars sözü olub, ən irəli, qabaq 

mənalarında iĢlənir və “ilk  təkin”, “baĢ  təkin” deməkdir. Yəqin 

ki, bu da “təkin” titulunun fars variantıdır. Görünür, Nüsrətəddin 

Əbubəkr gəncliyndə bu titula malik olmuĢdur. Bizə elə gəlir ki, 

“BiĢkin” ləqəbi Əbubəkrin “PiĢ – Təkin” titulunun komponent-

lərinin sadə söz kimi birləĢməsindən və səs düĢümü hadisəsi nə-

ticəsində  əmələ  gəlmiĢdir.  Yəqin  ki,  bu  da  Əbubəkrin  kinli  ol-

ması ilə əlaqədar olmuĢdur. Bu, Miran Ģahın cəllad və qaniçən-

liyinə, ədalətsizliyinə görə xalq arasında “ MaranĢah” (ilan Ģah) 

adlanması ilə müqayisə oluna bilər. 

BiĢr  (an.) –  “BiĢrin hekayəsi və onun aĢiq olması” hekayə-

sində obraz adı. 

Xalq bilir ismini, düĢməzdi dildən, 

AlmıĢdı pəhrizkar BiĢr adı eldən(YG-178). 




60 

Budüləf (an.) – XI əsrdə Naxçıvan hakimi Əbu Düləf adının 

sadə  söz  halında  birləĢməsi  və  səs  düĢümü  hadisəsi  nəticəsində 

yaranmıĢdır.  Əsədi  (bax)  əsərlərinin  coxunu  ona  həsr  etmiĢdir. 

Nizami Əbu Düləfin Əsədiyə göstərdiyi qayğıya iĢarə edir. 

Əsədi, Budüləf bəxtiyar oldu, 

Çünki taleləri güldü, yar oldu (YG- 32). 



Buğra (top.) – Düzənlik adı. ”Buğra” buğur, buğra sözündən 

olub, ”erkək dəvə” deməkdir. Bəlkə də, Azərbaycanda hər hansı 

bir çölün (mikrotoponimin) yerli dildə adıdır. 

Cörrum dağlarından Buğra çölünə 

Hər tərəf batmıĢdı bahar gülünə (Xġ-68). 

Buxara (top.) – Asiyanın ən mühüm və böyük Ģəhərlərindən 

olmuĢdur. Qədim Türküstan vilayətlərinin mərkəzi idi. XII-XIII 

əsrlərdə islam Ģərqinin məĢhur elmi mərkəzlərindən birinə çev-

rilmiĢdir. Hazırda Özbəkistanda Buxara vilayətinin mərkəzidir. 

DaĢqın sel gəlirkən ağıllı kəslər 

Reydən Buxaraya eyləməz səfər (Ġ-39). 



Buxara atı (zo.) – Buxarada bəslənən xüsusi at cinsi. 

Buxara atında qızmıĢ fil kimi

Atıldı irəli daĢqın Nil kimi (Ġ-330). 



Buxara,  Gəncə  (qoĢa  məc.  top.)  –  Nizami  “Ġskəndərnamə” 

əsərində özünü sərrafa, onun əsərlərini oğurlayanları isə yoxsula 

bənzədir.  Lakin  Ģair  əmindir  ki,  onun  Ģeirlərini  kim  oğurlasa, 

hamı onun Nizaminin olmasını təsdiqləyəcəkdir. Bu münasibətlə 

də  Ģair  Buxara  və  Gəncə  astionimlərinin  adını  çəkir.  Eyni  za-

manda  bu  Ģəhər  adları  da  məcazi  mənalara  malikdir.  Buxara  – 

Ģeir oğrularını, Gəncə isə Ģairin özünü təmsil edir. 

Fikrimi qapırlar, könlüm əmindir



Buxaraya getsə, o, Gəncənindir. (Ġ-32). 

Buxaralı (et.) – Buxara Ģəhərində yaĢayanların ümumi adı. 

Buxaralı, gilək, kürd və xəzərli 

Bir parça çörəyi tutmuĢ dörd əlli (Ġ-44). 



Buxari  (an.)  –  Əbu  Əbdullah  Məhəmməd  ibn  Ġsmayıl  ibn 

Ġbrahim  Səmərqəndi  (810-870)  məĢhur  alim,  hədis  toplayan, 

“Səhih əl-Buxari” və “ət-Tarix” əsərlərinin müəllifidir. Görünür, 



61 

alim  əsl  adı  ilə  yox,  nisbəsi  (doğulduğu  və  ya  yaĢadığı  Ģəhər, 

kənd  və  qəsəbənin  adı)  ilə  tanınmıĢdır.  Alim  ya  Səmərqənddə 

doğulub,  Buxarada  yaĢayıb-yaratmıĢ,  ya  da  əksinə.  Nizami  də 

bu alimin adını Buxari kimi göstərmiĢ və “Yeddi Gözəl” əsərini 

yazarkən onun da kitablarından bəhrələnmiĢdir. 

Dünyada nə qədər kitab var belə

ÇalıĢıb, əlləĢib gətirdim ələ. 

Ərəbcə, dəricə, yeri düĢərkən, 

Buxari, Təbəri əsərlərindən... (YG-31). 

Buqubeys  (məc.  top.)  –  Məkkə  Ģəhərinin  yaxınlığında 

yerləĢən  bir  dağın  adıdır.  ġair  Buqubeys  dağını  Ruyindiz  (bax) 

qalasının kəmər papağına bənzədir. 

Bağlar Buqubeysdən kəmər papağı (YG-310). 



Bulqar (top.) – Volqa-Kama Bulqarıstanın paytaxtı. Xaraba-

lığı  Tatarıstanın  KuybıĢev  rayonunda,  Bolqar  kəndinin  yaxınlı-

ğındadır.  Bulqarın  adı  ġərq  məxəzlərində  X  əsrdən  çəkilir.  X-

XII əsrdə Bulqar tərəqqi etmiĢ, XIII əsrin II yarısında Qızıl Or-

danın sənətkarlıq və ticarət mərkəzinə çevrilmiĢdir. 1361-ci ildə 

Qızıl Orda xanı Bulak Timur Bulqar Ģəhərini dağıtmıĢ, XV əsrin 

əvvəllərində isə tamamilə tənəzzül etmiĢdir (ACE.II). 

Bir həbəĢ mirzəsi getmiĢ Bulqara, 

Qırmızı qələmlə yazırdı qara (Xġ-102). 

Ġskəndər Zülmətə (bax) gedəndə əsbab-əsləhəsini və qoĢunu-

nu  bir  mağarada  qoyub  getmiĢ,  sonra  o  mağaranın  yerində  bir 

Ģəhər tikdirmiĢ, adını Büni-qar qoymuĢ və bu ad tədricən Bulqar 

Ģəklinə düĢmüĢdür. Büni-qar isə “mağaranın dibi” deməkdir. 

Bulqar Ģəhrini o, etdi bərqərar, 

O Ģəhrin adıdıdr əslində Bün-qar (Ġ-56). 

Bulqarların xələfləri olan balkarlar indi əsasən Kabardin 

Balkar Respublikasında yaĢayırlar. 

S.A.Pletnevanın “Xazarı” adlı kitabında VI-VII əsrlərin xəri-

təsində Bulqar dövləti Azov dənizindən Ģərqdə Don çayı ilə Ku-

ban  çayının  aĢağı  sahili  arasında  yerləĢirdi.  370-ci  ildə  Hunlar 

qərbə yürüĢ etdikdən və qüdrətli Xəzər dövləti yarandiqdan son-

ra  Bulqar  dövlətinin  də  sərhədi  dəyiĢilmiĢdir.  VIII-IX  əsrlərin 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə