Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə18/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   14   15   16   17   18   19   20   21   ...   138

53 

Həməl bürcü etdi günəĢimi Ģad, 



Bərdi-əcuzi de, necə edim yad (YG-176). 

GünəĢ Həməl bürcündə bahar fəslində qərar tutur. Yəni, indi 

mənim GünəĢim sənin vüsalinin Həməl bürcündə-bahar fəslində 

Ģadlanan bir zamanda qıĢın Ģaxtasından nə qorxum ola bilər? 



BəriĢad (an.) – Ġskəndərin pəhləvanlarından birinin adı.  

BəriĢad Ərməndən, bu ittifaqdan... (Ġ-324). 

Bərtas  (top.)  –  Volqaboyunda  yaĢayan  qədim  türk  xalqla-

rının vətəni.  



Bərtasdan bir samur kükrəmiĢ yenə... (Ġ-224). 

Bərtas (və ya Burtas, Bürtas) toponiminin etimologiyası haq-

qında yüz ildən çoxdur ki, alimlər arasında mübahisələr gedir və 

bu mübahisələr indi də davam etməkdədir. Onu gah rus, gah da 

fars və ya türk mənĢəli toponim kimi izah edirlər.  

Bizə elə gəlir ki, bu adın “Burtas” forması daha düzgün he-

sab olunmalıdır. Uzun müqayisələr nəticəsində belə qərara gəl-

mək olar ki, bu toponim “buri” totemi ilə əlaqədardır. “Buri” isə 

qurd deməkdir. “Qurd türk xalqlarının totemi hesab olunur. To-

tem olduğu üçündür ki, onun adı tabu sayılmıĢdır. Odur ki, tabu 

sözünün əvəzinə, türk dillərinin bəzilərində bori(buri,böri) sözü 

iĢlənir... Bir çox türk dillərində bu sözlə əlaqədar Ģəxs adları ya-

ranmıĢdır.  Buri,  Buriboy,  (“Dədə  Qorqud”  dastanlarında  Bay-

bura),  Burixan,  Burikül,  BuridaĢ,  Burnisə  və  s.”  (M.Adilov. 

“Niyə belə deyirik”. Bakı. 1982. səh. 119). 

ġ.Z.Baxtıyev “Burtası i çuvaĢi” adlı tədqiqatında bu etnonim 

haqqında  müxtəlif  fikirlər  söyləyən  alimlərin  mülahizələrini 

ümumiləĢdirmiĢ və sübut etmiĢdir ki, “burtas” qədim türk tayfa-

larından biridir və müasir çuvaĢlar qədim burtasların varisləridir. 

O müəyyənləĢdirir ki, “burtas” sözündəki “as” (müxtəlif mənbə-

lərdə  bu  ad  az,  yas,  xas,  xaz  və  s.  Ģəklində  də  iĢlənir).  ÇuvaĢ 

sözündəki “aĢ” sözü eyni kökdür. Müəllif çuvaĢ və Azərbaycan 

dillərinə məxsus bir sıra sözləri də müqayisə etmiĢdir. (“Sovet-

skaya tyurkologiya”. № 2. 1990. səh. 61-74 ). 

Hal-hazırda  çuvaĢlarda  (Volqaboyunda)  Burtas  adı  ilə  əla-

qədar kənd, dağ, çay və s. adlarına təsadüf olunmaqdadır. “Xəm-




54 

sə”nin  “Ġzahlar”ında  “Bərtas”ın  qədim  rus  vilayəti  kimi  izah 

olunmasının heç bir elmi əsası yoxdur. Bax: Rus. 

Söz yox ki, X əsrdən baĢlayaraq peçeneq, poleves və digər türk 

xalqları  tədricən  Kiyev-Rus  dövlətinin  tərkibinə  birləĢdirilirdi. 

Lakin  X-XII  əsrə  qədər  Bərtas,  Alan  və  digər  türk  əyalətlərinin 

qədim rus əyalətləri kimi qiymətləndirilməsi heç məntiqi cəhətdən 

də  düzgün  deyildir.  Həmin  xalqların  yaĢadıqları  ərazilərin  rus 

əyalətləri olması isə XII əsrdən sonrakı dövrün məhsuludur. 

Bərtas  (an.)  –  Qıntalın  (bax)  pəhləvanlarından  birinin  adı. 

Bu pəhləvan Bərtas vilayətindən olduğu üçün Ģair onu vətəninin 

adı ilə Bərtas adlandırmıĢdır.  

Acıqlı Bərtasın son qılıncından 

Torpağa sərildi rumlu pəhləvan (Ġ-329). 

Bərtas, Alan (qoĢa məc. top.) – ġair bu toponimləri Ģəxs kimi 

təsvir etmiĢdir. Onlar eyni zamanda harın atlara bənzədilmiĢdir.  

O yanda rus ilə Bərtas və Alan 

Harın atlar kimi coĢurdu hər an (Ġ-345). 



Bəsrə (top.)  –  Ġraqi-Ərəbdə indi də  Bəsrə  adlanan vilayətin 

mərkəzi  Ģəhəridir.  Bir  tərəfdən  Hindistan,  Ġran  və  Ərəbistanı, 

ikinci tərəfində Bağdad, Mosul və baĢqa yerləri gəmilər və kar-

vanlarla bağlayan ticarət mərkəzi olmuĢdur. 

Dəryaya dürr saçsın qətrə buradan

Qoy xurma daĢısın Bəsrə buradan (Ġ-419). 

Məlumdur ki, qətrə dəryada sədəfin ağzına düĢüb dürr olar. 

Nizami deyir ki, qətrələr məndən dəryalara dürr saça bilər, yəni 

mən o sözlərdən dürr yaradan bir Ģairəm. 

Ġkinci misra Bəsrənin bol və əla xurma yeri olduğuna iĢarə-

dir. ġair sözünü Bəsrə xurmasından da Ģirin və bol sözlər yarat-

dığını söyləyir. 



Bəsti  ənciri  (məc.  fit.)  –  ġair  sağlam  qarğa  üçün  olan  dəni 

Bəsti əncirinə bənzədir.  

Saz olsa qarğanın əgər bədəni

O, Bəsti ənciri bilər hər dəni (Ġ-612). 

Bəsti  –  Xorasan  vilayətində  bir  Ģəhərdir  ki,  gözəl  ənciri  ilə 

məĢhurdur. Bu fitonim (əncir növünün adı) yetiĢdiyi Ģəhərin adı 




55 

ilə adlanmıĢ (Quba alması, Göyçay narı, Zirə qarpızı və s. kimi) 

və topofitonim hesab edilməlidir. Qarğa isə çox əncir yeyən olur. 

Beytin  mənası:  Qarğanın  canı  sağlam  olsa,  hər  əlinə  düĢən 

dən  ona  Bəsti  ənciri  kimi  dadlı  gələr.  Səhhətin  möhkəmliyi 

insanı bir çox qayğıdan azad edər. 



Bətnülhəməl  (kos.)  –  Qədim  ġərq  astronomiyasında  üçbü-

caq təsvir olunan bir ulduzdur. Həməl bürcünün altında  yerləĢ-

diyinə görə ona “Bətnül-həməl” (Həməlin qarnı) adı verilmiĢdir.  

Bax Bətnülhəməlin dörd ayağına, 

BağlanmıĢ havanın üçbücağına (LM-185). 

BihuĢlar Ģəhəri (top.) – Birinci iqlim padĢahı qızının söylə-

diyi nağılda qara geyənlərin yaĢadığı Ģəhərin adı.  



“BihuĢlar Ģəhəri”dir adı o yerin, 

Yas evidir qara geyinənlərin(YG-138). 

BihuĢlar Ģəhəri eyni zamanda yas evinə bənzədilir.         

Bilqeys (an.) – “Kəniz satan padĢahın hekayəsi”ndə obraz adı. 

Bilqeys sual etdi: - Ey rəsul, ey Ģah, 

Bizim hər ikimiz gümrahıq, gümrah (YG-69). 

Yəmən  ölkəsinin  qədim  Səba  Ģəhərində  vaxtilə  hökmdar 

olmuĢ bu qadın Süleyman peyğəmbərin (bax) Ģan-Ģöhrətini eĢi-

dərək  onu  ziyarət  etmək  məqsədilə  Fələstinə  gəlmiĢ,  Süleyma-

nın müdrikliyini, cəlalını görərək ona aĢiq olmuĢ, nəhayət, məs-

ləkini  öz  eĢqinə  qurban  verərək  peyğəmbərə  iman  gətirmiĢdi. 

Bilqeysin  Səba  Ģəhərində  möhtəĢəm  qəsrlər,  Süleymana  olan 

atəĢin  sevgisi  haqqında  maraqlı  rəvayətlər  vardır.  Onun  Süley-

manla seviĢməsi  və izdivacı  maraqlı hekayət  kimi “Tövrat”  əf-

sanələri  vasitəsilə  ġərq  xalqlarının  Ģifahi  və  yazılı  ədəbiyyat-

larına  daxil  olmuĢdur.  Bilqeys  adı  odlu  ürəklə  sevən  aĢiq  və 

sədaqətli qadın rəmzi kimi poetik obraza çevrilmiĢdir. Elə buna 

görə də Ģair onun adından məcazi ad kimi də istifadə etmiĢdir. 

Gülsün qoy Süleyman mülkündə bəxti

Nurlansın Bilqeysin uğurlu təxti (YG-38). 

Burada  Körpə  Aslan  Ģah  (bax)  Süleymana  (bax),  onun  hə-

rəmi  isə  metaforik  Ģəkildə  Bilqeysə  bənzədilmiĢdir.  Bilqeys  və 

Süleyman (ər-arvad) adlarının qoĢa iĢlənməsi məhəbbət və xoĢ-



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə