Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə15/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   11   12   13   14   15   16   17   18   ...   138

44 

AĢağıdakı beytdə isə Ģair bir beytdə Bəhram adını üç mənada 

iĢlətmiĢdir:  SeĢənbə  günü,  Mərrix  ulduzu  və  Ģəxs  adı  (Bəhram 

Gur) mənasında. 



Bəhram günü, Bəhram rənginə yoldaĢ, 

Bəhram Ģah da oldu onlarla adaĢ (YG-191). 

Nizamı “Bəhram” adından da məcazi ad kimi geniĢ istifadə 

etmiĢdir. O, bütün insanları ölmüĢ Bəhram Çubinə bənzətmiĢdir. 

Xosrov dedi: “Dünya fanidir, fani, 



Bəhram edəcəkdir hər bir insanı “(Xġ-163). 

ġair ġirvanĢah Axsitanı (bax) Bəhram Gura bənzədir. 

Bu Bəhram nəsəbli ülkər üzlü sən 

Məlik Mənuçöhrin sədəf dürrüsən (LM-51). 

Burada “Bəhram” antroponimi həm həqiqi, həm də məcazi – 

Mərrix ulduzu mənalarında iĢlədilmiĢdir. 

ġair ġahzadə Bəhramı gura, aslana bənzədir. 

Dolandı dörd bahar, ötdü dörd xəzan



Bəhram dönüb oldu bir gur, bir aslan (YG-57). 

Çin xaqanı  ilə vuruĢan Bəhram  Gur müharibə ilahəsi  hesab 

edilən Bəhram (Mərrix) planetinə bənzədilir.  

Xaqanla Bəhramtək vuruĢdu Bəhram (YG-116). 

Ġskəndər Bəhram Gura bənzədilir. 

Qürurla atını sürdü qabağa

Sanki Bəhram getdi gur ovlamağa (Ġ-543). 

Bəhram, Bəhram Gur (qoĢa məc. on.) – Bu müxtəlif məna-

lı  adların  fonetik  cəhətcə  eyni  olmasına  görə,  Ģair  Fəxrəddin 

Bəhram Ģahın adını və özünü onlarla müqayisə edir. 

Qüdrətini göylərin öz Bəhraminda ara, 



Bəhram Gurla vürüĢsa gömər onu məzara (SX-41). 

ġair  bütün  insanların  Bəhram  Çubin  və  Bəhram  Gur  kimi 

ölümə məhkum olmalarına iĢarə edir. 

Bir bu Bəhram deyil, olsa Bəhram Gur, 

Dünyada nəsibi olacaqdır gor. 

Bəhram Gur əgər tərk etdi toru

Yüz Bəhramın vardır dünyada goru (Xġ-163). 

Birinci müsradakı Bəhram – Bəhram Çubindir. 



45 

Bəhram Çubin (an.) – “Xosrov və ġirin” poemasında obraz 

adı. Əsərdə mənfi obraz kimi təsvir edilməsinə baxmayaraq, Ģair 

onun ağıl və bacarığını  yüksək qiymətləndirmiĢdir. O, Hürmüz 

və Xosrov arasında yaranan münaqiĢədən bacarıqla istifadə edə-

rək üsyana qalxmıĢ və Hürmüzü taxtdan salaraq özünü Ģah elan 

etmiĢdi. 

“Bəhram” onun əsl adı, “Çubin” isə farsca “qarğa” mənasın-

da olan ləqəbidir. Bu ləqəbi ona qarğa kimi taxta asanlıqla qon-

duğu üçün Hürmüzün tərəfdarları vermiĢdi. 

Bəhrami-Çubinlə düz gəlmədi baxt, 

Xosrov Pərviz Ģaha qaldı qılınc-taxt (Xġ-150). 



Bəhram Gur (an.) – Ov zamanı çoxlu gur ovladığı üçün Sa-

sani hökmdarı Bəhram Ģaha “Gur” ləqəbi verilmiĢ və o , tarixdə 

“Bəhram Gur” adı ilə  ĢöhrətlənmiĢdir. 

Dedilər: Canında aslan gücü var, 

Odur ki, Bəhram Gur adlandırdılar  (YG-69). 

Nizami  bu  addan  xatırlama  ad  kimi  də  istifadə  etmiĢdir. 

“Sirlər  xəzinəsi”  əsərinin  “Dünyanın  axırı”  adlanan  10-cu  söh-

bətdə ölümün labüdlüyü haqqında söhbət açmıĢ və Bəhram Gu-

run mağarada yoxa çıxması hadisəsini xatırlamıĢdır. 

Göylərə ucalsa da zərlə zora Bəhram Gur

Gur dalınca gedəndə, girdi gora Bəhram Gur (SX-109). 

ġair Bəhram Gur adından məcazi ad kimi də istifadə etmiĢdir. 

O, Ərzincan hakimi Fəxrəddin Bəhram Ģahı Bəhram Gurla mü-

qayisə etmiĢdir. 



Bəhram Gurla vuruĢsa, gömər onu məzara (SX-41). 

 AĢağıda isə Bəhram Çubin Bəhram Gura bənzədilmiĢdir.  



Bəhrami Gur kimi Bəhramı zaman 

ġirlikdən çıxartdı saldı zorundan  (Xġ-149). 

Yəni  zəmanə  Bəhram  Çubini  Bəhram  Gur  kimi  zorundan 

saldı, o məğlub oldu. 

ġair Atabəy Nüsrətəddin Əbubəkrin ovçuluq məharətini gös-

tərmək üçün onu gur ovlamaqda məĢhur olan Bəhram Gurla mü-

qayisə  edir.  Bəhram  Gur  gur  ovlamaqda  nə  qədər  mahirdirsə, 

Nüsrətəddin ondan da mahirdir. 




46 

ġir, gur ovlayanda sən olsan orda

Nə ki Ģir, ovlarsan Bəhram Guru da (Ġ-50). 

Burada  Bəhram  Gur  metaforik  Ģəkildə  Ģir  və  gura  bənzə-

dilməklə  yanaĢı,  Nüsrətəddinin  Bəhram  Guru  da  ovlaya  bilən 

mahir bir ovçu olması göstərilir. 



Bəhram  Gur,  Bəhram  Gur  (təkrar  an.)  –  ġair  “Bəhram 

Gur”  adını  müxtəlif  məqamlarla  əlaqədar  olaraq  bir  beytdə 

təkrar etmiĢdir.  

Göylərə ucalsa da zərlə zora Bəhram Gur

Gur dalınca gedəndə, girdi gora Bəhram Gur (SX-109). 

Birinci öz zoru və hökmü ilə göylərə yüksələn hökmdar Bəh-

ram Gur, ikinci ov zamanı mağarada yoxa çıxan Bəhram Gurdan 

söhbət gedir. 



Bəhram  mağarası  (top.)  –  Bəhram  Gurun  yoxa  çıxdığı 

mağaraya sonradan verilən ad. 

Ellər zaman-zaman gəlib edir yad, 

Bəhram mağarası ona vermiĢ ad (YG-301). 

Bəhram Ģah (an.) – Ərzincan hakimi Məlik Fəxrəddinin əsl 

adı və titulundan ibarət antroponimik birləĢmə.  

Dönübdür bu aləmin dostuna, sirdaĢına, 

Doqquz fələk dolanar Bəhram Ģahın baĢına (SX-41). 



Bəhram ĢahənĢah (an.) – Bəhram Gura iĢarədir. Birinci növ 

təyini söz birləĢməsi formasında olan bu antroponimik birləĢmə-

də birinci komponent əsl ad, ikincisi isə tituldur. Bax: ġahənĢah. 

Belə bir zamanda Bəhram ĢahənĢah 

Öz keyf məclisini düzəltdi gümrah (YG-275). 

Bəhri-Qülzüm (top.) – Qırmızı Dəniz. Bax: Qülzüm. 

Zəhərli qılıncla tufan edib mən 

Tozlar qaldırmıĢam Bəhri-Qülzümdən (Ġ-583). 

Burada söhbət Ġskəndərdən gedir. 



Bəxti (zo.) – At cinsinin adı. 

Atlardan “ərəbi”, “bəxti”, “təkavər”... (lM-151). 



BəxtiyĢu (məc. an.) – VIII əsrdə Abbasilər xilafətinin məĢ-

hur saray həkimi  olmuĢdur. ġair Körpə Arslan Ģahı  BəxtiyĢuya 

bənzətmiĢdir. 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə