Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə13/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   9   10   11   12   13   14   15   16   ...   138

38 

Baxt  (ap.  an.)  –  “Hekayə”də  Xacənin  bağında  kef  məclisi-

ndə iĢtirak edən gözəllərdən birinin adı, Xacəni əyləndırən qız. 

Dedi: - Adın nədir? Dedi ki: - Baxtdır (YG-262). 

Balıq,  Ay  (qoĢa  mif.,  kos.)  –  Dini  təsəvvürlərə  görə,  Yer 

planeti  nəhəng  bir  balıq  üzərində  dayanmıĢdır.  ġair  həmin 

balıqdan (Yerin altından) Aya qədər olan məsafəni nəzərdə tutur. 

Balıqdan Ayadək nə varsa əyan 

Allah xəznəsinə tilsimdir, inan (Xġ-25). 



Balıqdan Ayadək bu yer bu yana... (Xġ-77). 

Balıq,  Balıq  bürcü  (kos.)  –  Ərəb  dilində  ona  Hut  bürcü 

deyilir. Bu bürc yağmurluq və su bürcü sayılır.  

Ay yüksələn zaman Balıq bürcündən 

Pərviz ġah bürcündə salmıĢdı məskən (Xġ-150). 

ġair bu kosmonimdən məcazi ad kimi də istifadə etmiĢ, Ba-

liq bürcünü balığa bənĢətmiĢdir. 

Qəlbi Yunis qəlbitək Balıq qarnında vurdu (SX-30). 

Dini  rəvayətlərə  görə,  Yunisi  səfər  zamanı  dənizin  dalğala-

rına atmıĢlar, onu balıq udmuĢdur. Bir neçə müddət balığın qar-

nında qaldıqdan sonra kənara çıxmıĢdır.  

Burada  merac  zamanı  Məhəmməd  peyğəmbərin  Balıq  bür-

cünün – Balınanın Yunisi olmasına iĢarə edilir.  



Banu  (an.)  –  Fars  sözüdür  və  xanım:  keçmiĢdə  padĢah  ar-

vadlarına verilən ad deməkdir. 



Banuya söylədi ġirin: “Cahangir... 

Banuya baĢ əydi yeri öpərək... (Xġ-82,83). 

Burada söhbət Məhin Banudan (bax) gedir. 



Barbəd (an.) – “Xosrov və ġirin” poemasında obraz adı. Sa-

sanilər dövründə Barbət  adlı ən qədim simli musiqi alətini mə-

harətlə çalan məĢhur sənətkar olmuĢdur. O, eyni zamanda 130-

dan çox muğam və nəğmənin müəlifidir. Xosrov Pərvizin saray 

xanəndəsi  və sazəndəsi  olan bu sənətkar onun Ģərəfinə hər  gün 

yeni bir mahnı bəstələyib oxuyarmıĢ. 

Sənə Barbəd adlı çalan verərlər, 

Dönər məclisində Ģərbətə zəhər (Xġ-61). 




39 

Yəqin  ki,  “Barbəd”  antroponimi  “Bərbət”  adlı  musiqi  aləti-

nin adından (ktematonimdən) yaranmıĢdır. 

HəmiĢə sənət və sənətkarı yüksək qiymətləndirən Nizami Gən-

cəvi “Barbəd”dən xatırlama ad kimi istifadə etmiĢ, “Leyli və Məc-

nun” poemasında təbii qanunlardan bəhs edərkən onu xatırlamıĢdır. 

Çalıb oxumaqda Barbəd olsan da, 

Pərdəsiz bu saza toxunma əsla (LM-43). 

1990-cı  ilin  mayında  Tacikistanın  paytaxtı  DüĢənbə  Ģəhərində 

qədim dövrün bir çox mənbələrində, xüsusən Firdovsi və Nizami-

nin əsərlərində xatırlanan qüdrətli obrazı yaradılan və bütün ġərqdə 

adı dillər əzbəri olan Barbüdün anadan olmasının 1400 illik yubi-

leyi təntənə ilə qeyd edilmiĢdir. (“Kommunist” qəz. 10 may 1990-

cı il). Demək, bu hesabla Barbüd 590-cı ildə anadan olmuĢdur.  



Barbəd, Nikisa (qoĢa məc. an.) – Bu adların qoĢa iĢlədilməsi-

nin  əsas  səbəbi  onların  hər  ikisinin  qüdrətli  sənətkar,  hünər  və 

qabiliyyətdə  bir-birinə  bərabər  olmalarıdır.  Təsadüfi  deyildir  ki, 

Ģair Barbədi bülbülə, Nikisanı isə eyni vaxtda gülə bənzətmiĢdir. 

Bir tərəfdə Barbəd, sərxoĢ bir bülbül

Nikisa əldə cəng, olmuĢdu bir gül (Xġ-287). 

AĢagıdakı  beytlərdə  isə  onların  növbə  ilə  çalıb-oxumaları 

təsvir olunur.  

Bitdi Nikisanın cənglə nəğməsi, 



Barbədin setarı qaldırdı səsi (Xġ-290). 

Barbəd nəğməsini bitirdi, durdu, 

Nikisa mizrabı tellərə vurdu (Xġ-292). 

Nikisa oxuyur, Barbəd çalırdı, 

Zöhrə bu səslərdən ləzzət alırdı (Xġ-310). 



BayquĢ  (zo.)  – “NuĢirəvanla vəziri və bayquĢların söhbəti” 

hekayəsində alleqorik obraz adı. Əsərin özündə danıĢdırılan bay-

quĢlar “quĢ” kimi yazılmıĢdır.  

Elçi gələn quĢ deyir: “ġərikəm hər sözünə” 

ġahın zülmkarlığı bəllidir yer üzünə (SX-77). 

BehiĢt (mif. top.) – “Cənnət” sözünün sinonimidir. 

BehiĢt öz nəfəsilə süsləyibdir bu yeri (SX-58). 



40 

BeĢinci  məzlum (ap. an.) – “Yeddi gözəl” poemasında epi-

zodik obraz adı. Rastü-RövĢən tərəfindən (keçmiĢdə saray rəis-

lərindən biri olub) var-yoxu, vəzifəsi əlindən alınan, haqsız ola-

raq zindana salınan məhbuslardan biri. 



BeĢinci söylədi: “Ulu tacidar”, 

Ey evi fələkə olan barabar... (YG-290). 



BeĢinci  ölkə  (top.)  –  Qədim  Ģərq  coğrafiyasında  Türküstan 

və Azərbaycan BeĢinci ölkə sayılırdı.  

Yeddi göy altında, ey dünya Ģahı, 

BeĢinci ölkənin sənsən pənahı (Ġ-52). 

Atabəy Nüsrətəddin Əbubəkrə xitabən deyilən bu beytdə Ģair 

demək istəyir ki, Türküstan və Azərbaycanın Ģahı sənsən.  

BeĢ yüz doxsan üç (xron.) – Hicri-Qəməri təqviminin 593-cü il 

Ramazan ayının on dördü bizim indiki təqvimin 1197-ci il 31 iyu-

luna müvafiqdir. “Yeddi gözəl” poemasının yazılıb tamamlandığı il. 

BeĢ yüz doxsan üçdə qalxıb ər kimi, 

Yazdım bu əsəri igidlər kimi. 

Ramazan ayının on dördü vardı, 

Gün dörd saat qalxıb batmıĢ olardı (YG-310). 

Demək, Ģair “Yeddi gözəl” əsərini 1197-ci il iyulun otuz biri 

gecə saat 12-də bitirmiĢdir.  



BeĢ yüz yetmiĢ ikinci il (xron.) – “Sirlər xəzinəsi” əsərinin 

tamamlandığı il. 

Sanma hicri tarixi yaddan itən olubdur

BeĢ yüz yetmiĢ ikinci ildə bitən olubdur (SX-53). 

Payızın  iyirmi  dördüncü  günü  isə  təxminən  oktyabr  ayının 

14-nə düĢür.  

Demək, əsər 1177-ci ilin oktyabrın 14-də tamamlanmıĢdır. 



Beyti-əqsa  (mif.  top.)  –  1)  Ən  uzaqda,  ən  kənarda  olan  ev: 

burada  məcazi  olaraq  Kəbədən  ən  uzaqda  olan  məscid  mə-

nasında  iĢlədilmiĢdir.  2)  Qüds  Ģəhərində  bir  məscid.  ġair  isə 

Beyti-əqsa  dedikdə  Allahın  göyün  doqquzuncu  mərtəbəsində 

olan taxtının yerləĢdiyi evi nəzərdə tutmuĢdur. 

MüĢkünü saçaraq “Beyti-əqsayə” (Ġ-24). 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə