Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə12/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   8   9   10   11   12   13   14   15   ...   138

35 

Babil tilsimi (məc. on.– “Xeyir ilə ġər hekayəsi”ndə Kürd 

qızı  (bax) öz gözəllik  və xasiyyətinə  görə  Babil tilsimi ilə mü-

qayisə olunur. “Babil tilsimi” isə Harut – Maruta iĢarədir.  

Babil tilsiminə bağlamıĢdı bel, 

Sehrinə bənd olmuĢ, vurulmuĢdi el (YG-239). 



Babil,  Zöhrə  (qoĢa  məc.  on.)  –  ġair  Gəncə  Ģəhərini  Harut 

sehrli Babilə, öz ürəyini isə Zöhrə planetinə bənzədir. 

Gəncə - Harut sehrli Babil deyil, bəs nədir? 

Ürəyim ulduzlara nur saçan bir Zöhrədir (SX-52). 



Babildəkilər  (məc.  et.)  –  ġirin  “Babildəkilər”  deyəndə,  Babil 

quyusuna salınmıĢ Harut və Marut adlı mələkləri nəzərdə tutur. 

Məni çox tədbirsiz bilməyin, yetər, 

Mən biləni bilmir Babildəkilər (Xġ-176). 



Babilistan  (məc.  top.)  –  Indiki  Ġraq  Ərəb  Respublikasının 

ərazisində - Dəclə və Fərat çaylarının aĢağı hissəsində yerləĢirdi. 

Babilistan  haqqında  eramızdan  2400  il  əvvəlki  mənbələrdə 

məlumatlar vardır. Babil Qədim Babilistanın paytaxtı olmuĢdur. 

Babil  Xammurapinin  hökmdarlığı  dövründə  (e.ə.  1792-1750) 

siyasi, iqtisadi və mədəni cəhətdən böyük mərkəzə çevrilir. Hə-

min  Ģəhər  sonralar  bir  sıra  Ģahlar  tərəfindən  istila  edilmiĢ,  da-

ğıntılara  məruz  qalmıĢ,  ara-sıra  yenə  də  yüksəlmiĢ  və  nəhayət, 

Ġskəndərin  sərkərdələrindən  biri  olan  Selevku  tərəfindən  (e.ə. 

312) zəbt edilərək əhalisinin əksəriyyəti baĢqa yerə köçürülmüĢ-

dür. Bundan sonra Ģəhər öz əhəmiyyətini itirməyə baĢlamıĢ, era-

mızın  ikinci  əsrində  isə  tarixdən  tamamilə  silinmiĢdir.  Hazırda 

Ģəhərin  qalıqları  mövcuddur  və  aparılan  qazıntılar  nəticəsində 

burada yüksək mədəniyyətin olması aĢkar edilmiĢdir. 

Qədim ġərq ədəbiyyatında və dini əfsanələrdə bu Ģəhər haq-

qında bir çox rəvayətlər mövcuddur (10-106). 

Qəmzəyə, qara xala hamı heyran, hamı mat 

Babilistan, Hindistan timsalıdır kainat (SX-65). 

Kainat  öz  gözəlliyi  və  cazibədarlığına  görə,  zəngin  və  mü-

rəkkəb  tarixi  keçmiĢə  malik  olan  Babilistan  və  Hindistana  bən-

zədilmiĢdir.  Eyni  zamanda  bu  toponimlər  epiforik  xüsusiyyətə 

malikdirlər.  



36 

“Bacubərsəm” (id.) – ZərdüĢtilərin dini qaydalarından biri. 

Onlar yemək vaxtı süfrə baĢında sükut edib dua oxuyardılar. 

Yemək vaxtı Xosrov möbidə dedi

“Bacubərsəm” rəsmin icra eylədi (Xġ-106). 

Xosrov möbidə yemək vaxtı sükutla dua oxumasını tapĢırdı. 



Badam, ġəkər, Göyərçin, ġahin (qrup məc. ap.) – ġair eyni 

zamanda metaforik Ģəkildə Xosrovu badama və Ģahinə, ġirin və 

onun rəfiqələrini isə Ģəkərə və göyərçinə bənzətmiĢdir. 

Badam azdı, lakin saysızdır Ģəkər

Göyərçin hədsizdir, Ģahin bir nəfər (Xġ-133). 

Bağdad (top.) – Asiya qitəsinin ən qədim Ģəhərlərindən biri-

dir. Hazırda  Ġraq Ərəb Respublikasının paytaxtıdır. Dəclə çayı-

nın  hər  iki  sahilində  yerləĢən  bu  Ģəhər  vaxtilə  islam  mədə-

niyyətinin beĢiyi sayılırdı. Onun əfsanəvi gözəlliyə malik təbiəti, 

cəlalı  və  həĢəməti  “Min  bir  gecə”  nağıllarında,  ġərq  ədəbiyya-

tında öz əksini tapmıĢdı. Bu Ģəhərdə “Bağdadi” nisbəsi ilə yazıb 

yaratmıĢ bir sıra görkəmli alimlər, Ģairlər yetiĢmiĢdir. Onun bü-

tün  ġərqdə  tanınan  məĢhur  “Nizamiyyə”  mədrəsəsində  islam 

mədəniyyətinin bir sıra parlaq simaları, o cümlədən Azərbayca-

nın ensiklopedik alimi Xətib Təbrizi müəllimlik etmiĢdi. Böyük 

lirik M.Füzuli öz parlaq sənət incilərini burada yaratmıĢdır.  

Bağdad  Ģəhərinin  əsası  Abbasilər  dövründə,  752-ci  ildə  qo-

yulmuĢdur.  O vaxt “Mədinə-əs-Salam”,  yəni “sülh Ģəhəri”, “sala-

mat”  adlanırdı.  MəĢhur  Azərbaycan  səyyahı  və  coğrafiyaĢünası 

H.Z.ġirvaninin fikrincə, Ģəhərin adı ƏnuĢirəvan tərəfindən salınmıĢ 

bağla  əlaqədardır.  Rəvayətə  görə,  Dad  müqəddəs  Ģəxs  imiĢ.  Bu 

fikrə əsasən Bağdadın mənası “Dad bağı” deməkdir. Bağdad sözü-

nün qədim fars dilinə görə “Allahverdi”, “Allahın hədiyyəsi” mə-

nasında olması fikri də söylənilir (10-106; 19-27). Lakin “Bağdad” 

adının “bağ” ilə əlaqələndirilməsi həqiqətə daha uyğundur. 

Olmasın Bağdadda bir köhnə zənbil (Xġ-218). 

ġair “Bağdad” toponimindən məcazi  ad kimi  də istifadə et-

miĢdir.  Bəhram  Gur  Ġkinci  məzlumun  Ģikayətini  dinlədikdən 

sonra Rastü-RövĢən tərəfindən alınmıĢ tarla, bağ və otağını ona 

qaytarır. Nizami Rastü-RövĢən tərəfindən abadlaĢdırılmıĢ həmin 



37 

bağı  Bağdada  bənzətmiĢdir.  Bu  bənzətmə  “Bağdad”  və  “bağ” 

sözlərinin  həm  forma,  həm  də  məzmunca  yaxın  və  eyni  ol-

masına əsaslı sübutdur. 

ġah qaytardı ona tarlanı, bağı, 

Bağdada dönmüĢdü bağı, otağı (YG-288). 

Bağdad  ellərinin  qanunu  (məc.  ktem.)  –  Qanun  Bağdad 

musiqiçiləri  tərəfindən  çalınan  musiqi  alətinin  adıdır.  Məcnun 

bu çalğı alətinə bənzədilmiĢdir. 

Fəryada, naləyə, bəlaya məftun, 



Bağdad ellərinin qanunu -Məcnun (LM-83). 

Yəni:  Məcnun  qanun  kimi  daima  səslənməkdə,  sızıldamaq-

dadır.  

Bağdad, Misir (qoĢa məc. top.) – ġair yeni salınmıĢ Ġskən-

dəriyyə Ģəhərini eyni vaxtda Bağdada və Misirə bərabər tutur.  

ġah bina etdiyi bu gözəl Ģəhər 

Bağdada bərabər, Misrə bərabər (Ġ-99). 

Baği-Ġrəm  (məc.  mif.)  –  BihuĢlar  Ģəhəri  (bax)  əfsanəvi 

Baği-Ġrəmə bənzədilir. 

       ġəhər gözəllikdə bir Baği-Ġrəm (YG-139). 

“Baği-Ġrəm”- Ġrəm bağı deməkdir. Əfsanəvi müstəbid padĢah 

ġəddad  özünü  Allah  elan  etmiĢdi,  yer  üzündə  Cənnət  və  Cə-

hənnəm  yaratmaq  istəmiĢdi.  Ġrəm  bağını  saldırmıĢ,  lakin  həmin 

bağa  daxil  olmaq  istərkən  ölmüĢdür.  Ġrəm  bağının  təsviri  Qu-

randa  (Surə  89,  Ayə  6)  verilmiĢdir.  ġəddad  və  Ġrəm  bağı  haq-

qındakı əfsanəni Nizami “Ġskəndərnamə” əsərində Ģərh etmiĢdir. 

“Ġrəm” deyərkən Ģair adətən, Cənnət bağını nəzərdə tutmuĢdur. 



“Baği-ġirin” (id.) – Orta əsr ġərq musiqi havalarından biri-

nin adı. “ġirin bağı” deməkdir. 

Səslənən zamanda o “Baği-ġirin” 

Acı meyvələr də olurdu Ģirin (Xġ-169). 



Baxərzan (top.) – Ehtimal ki, bu yaĢayıĢ məskəni Bərdənin 

yaxınlığında yerləĢırmiĢ.  

Ordan birbaĢ gəlib çıxdı Muğana, 

Muğandan da keçdi düz Baxərzana (Xġ-99). 

Burada söhbət Xosrovdan gedir. 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə