Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə10/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   6   7   8   9   10   11   12   13   ...   138

29 

Ayaz  (məc.  an.)  –  Əbülnəcm  Oymaq  Ayaz.  O,  Qəznəvilər 

sülaləsinin  yaradicisi  Sultan  Mahmudun  (bax)  sevimli  qulamı 

olmuĢdur.  Sultan  Mahmud  öləndən  sonra  Əmir  Məhəmmədin 

sarayından qaçıb Sultan Məsud Qəznəvinin sarayına gəlir. 1105-

ci  ildə  vəfat  etmiĢdir.  Ağıllı  və  cəsarətli  olan  bu  qul  ilə  Sultan 

Mahmud  arasında  olan  səmimiyyət  və  macəralar  haqqında 

“Mahmud və Ayaz” adlı bir sıra mənzumələr yazılmıĢdır. 

Təsadüfi  deyildir  ki,  Ģair  Məhəmməd  peyğəmbəri  Ayaza 

bənzətmiĢdir.  Nəinki  “Xəmsə”də,  hətta  klassik  ədəbiyyatda 

Mahmud  və  Ayazın  adı  yanaĢı  iĢlədilir ki,  bu da dostluq  və  sə-

daqət rəmzi kimi səslənir. 

O bütün xaslardan xas bir Ayazdır,  

Məsuddan Mahmuda çatmıĢ bir xasdır (Xġ-30). 

Ay, Əjdaha (qoĢa məc. on.) – ġair eyni vaxtda Fitnəni (bax) 

Aya, ölümü isə əjdahaya bənzədir. 

Bir gün sərhəng Ģahın imarətinə 

Getdi. ġah sordu ki; - Nə oldu Fitnə? 

Söylədi ki: - Ayı uddu əjdaha (YG-105). 

Ay,  Gün  (qoĢa  məc.  kos.)  –  Kainatı  gecə  Ay,  gündüz  isə 

Gün(GünəĢ)  iĢıqlandırır.  Ay  və  Gün  adlarının  bir  yerdə  iĢlən-

məsi “əbədi iĢıq saçmaq” məfhumunu ifadə edir. 

 Göylər tac düzəltdirib AydanGündən adına (SX-01). 

 Dözümlü insanlar eyni vaxtda Aya, Günə bənzədilir. 

 Pərdə yırtmaq fələyin, AyınGünün iĢidir,  

 Hər əzaba qatlaĢmaq dözümlünün iĢidir (SX-138). 

Ay  və  Gün  səmada  olarkən  guya  insanların  tənəsinə  qulaq 

asırlar. 

Onlar “vəfa” sözünü buza yazan olubdur, 



Ay da, Gün də tənəyə qulaq asan olubdur (SX-150). 

Ayın  görünmədiyi  gecə,  yəni  tamam  qaranlıq  olan  gecə  el 

arasında qədimdən bəri qaranlıq quyuya bənzədilir, guya Ay və 

GünəĢ bu quyuya düĢmüĢdür. 

Gecə gecə deyil, dibsiz bir quyu

Ayı da, Günü də udmuĢdu suyu (Ġ-417). 



30 

ġair  “Ġqbalnamə”əsəri  ilə  oğlu  Məhəmmədi  Ay  və  Günə 

bənzədir. 

Birinin çöhrəsi Aytək'>Aytək münəvvər, 

Birinin ürəyi güntək nur çilər (Ġ-610). 

Ay,  Gün,  Zöhrə,  Ütarid  (qrup  məc.  kos.)  –  Ay  və  Gün 

“Slavyan  qızının  nağıl”ında  təsvir  olunan  gözəli  doğan  anaya, 

Zöhrə və Ütarid isə ana südünə bənzədilir. 

Ayla Gündən doğub o Ģux dilfərib, 

Zöhrə və Ütariddən ona süd verib (YG-193). 

Dilfərib-könül aldadan, məftun edən, cazibədar gözəl deməkdir. 



Ay,  GünəĢ  (qoĢa  məc.  kos.)  –  Sarayda  olan  qızlar  Aya, 

GünəĢ isə ġirinin kənizinə bənzədilir. 

Bir nar məməli qız gələrsə bura,  

Saxlayın, qonaqdır, mənə əzizdir. 

Siz AysınızgünəĢ ona kənizdir (Xġ-89). 

ġirin (bax) Aya, Xosrov (bax) isə GünəĢə bənzədilir. 



Ay və günəĢ ova hazırlaĢdılar,  

ġəbdizə, Gülgünə oldular süvar( Xġ-133). 

Leyli (bax) özünü Aya, Məcnunu (bax) isə GünəĢə bənzədir. 

Mən Ayam, sən də bir GünəĢsən, inan, 

Mən səndən alıram iĢığı hər an ( LM-196). 

Ay və GünəĢ planetləri çörəyə bənzədilir. 

GeniĢ süfrəsinə göyün yaxĢı bax, 

Ġkicə çörəkdir var-yoxu ancaq (YG-38) və s. 



Ay,  GünəĢ,  Zöhrə  (qrup  məc.  kos.)  –  ġair  eyni  vaxtda 

Leylini Aya, Məcnunu GünəĢə və onların arasında qasidlik edən 

Zeydi Zöhrə ulduzuna bənzədir. 

Ay ilə GünəĢin arasında tək 

Qasidlik edərdi o da Zöhrətək (LM-239). 



Ay,  Müqənnə  (qoĢa  məc.  on.)  –  ġapur  (bax)  tərəfindən 

çəkilmiĢ Xosrovun Ģəkli “NəxĢəb” (bax) Ayına, ġapurun özü isə 

Müqənnəyə  (bax) bənzədilir. 

Səhərlər çeĢməyə necə gedərdi,  



Ayı Müqənnətək necə göstərdi (Xġ-104). 


31 

Ay, MüĢtəri (qoĢa məc. kos.) – ġair Ġskəndərin bəxtini Aya 

və MüĢtəriyə bənzədir. 



AytəkMüĢtəritək gecə nur saçan 

Parlaq bəxtilə sən bir Ģəbçıraqsan (Ġ-505). 



Ay,  Ülkər  (qoĢa məc. kos.)  – Səmada  ulduzlar içərisində  Ay 

çox parlaq görünür və diqqəti daha tez cəlb edir. Buna görə də Ģair 

ġirini (bax) Aya, onun rəfiqələrini isə Ülkərə (ulduza) bənzədir. 

ġirin də o Ģirin ləblər içində 



Aya bənzəyirdi Ülkər içində (Xġ-71). 

Ay,  Zöhrə  (qoĢa  kos.)  –  Zöhrə  (bax)  ulduzu  çox  parlaq 

olduğu üçün Ģair tez-tez onu Ay planeti ilə yanaĢı iĢlədir. 

Gah oldu gül-çiçəyi Ay əyninin qumaĢı,  

Gah Zöhrənin dəfinə dirhəmlərdir ĢabaĢı (SX-53). 



Ay, Zöhrə (qoĢa məc. kos.) – Məhəmməd peyğəmbər (bax) 

Ay və Zöhrənin məĢəlinə bənzədilir. 

Fələk kəcavəsinə göz olmuĢdu gözüylə, 

AyZöhrə məĢəlinə gəzdirirdi özüylə (SX-29). 

Azərbaycan  (top.)  –  Dünyanın  ən  qədim  və  zəngin  ölkələ-

rindən biri. Azərbaycanın elmə məlum olan adlarının ən qədimi 

Atropatendir.  Bu  ad  yunan  mənbələrində  göstərilmiĢdir.  Sonra-

lar onun Ģəkli dəyiĢərək iranlılarda “Adərbadaqan”, ermənilərdə 

“Atər-padaqan”  və  “Atrpataqan”,  ərəblərdə  “Adərbaycan”  və 

“Azərbaycan” formalarını almıĢdır. Həmin sözlər “Odlar ölkəsi” 

deməkdir  ki,  bu  da  ölkədə  atəĢpərəstliyin  geniĢ  surətdə  yayıl-

ması ilə əlaqədardır (Azərbaycan tarixi. Ġ c., Bakı,1961 .s.58). 

Yüz hiyləylə qaçıb o yan-bu yana, 

Yetirdi özünü Azərbaycana (Xġ-115). 

Burada  söhbət  atasının  qəzəbindən  xilas  olmağa  çalıĢan 

Xosrov Pərvizdən gedir. 

Son tədqiqatlarda “Azərbaycan” haqqında daha maraqlı fikir-

lər söylənilir. Məsələn: istedadlı alim-Ģair və jurnalist Sabir Rüs-

təmxanlı  yazır:  “Azərbaycan”  sözünün  kökünü  Atropatanna  ilə 

bağlamaq ağlıma batmır. Çünkü Atropatdan neçə yüz il öncə Zər-

düĢt “mənim müridlərim-od qoruyanlarım-azərbanlarım hər yana 

yayılıb,  yurdumuz  Azərbaqana  dönüb”  demiĢdi.  Əksinə,  tarixi 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə